"Artıq neçənci dəfədi "Temu" sifarişlərinin bağlaması kəsilib açılıb yenidən "skoçlanıb" çatdırılır..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra bildirir: "Hər dəfə belə kəsik olanda içində nəsə çatmır. Temu dəstək xidməti hər dəfəsində yazır ki biz bağlamanı tam şəkildə göndərmişik. İndi bu bağlama bizdə bir gömrükdən keçir bir də karqonun özündən. Limak karqodu. Kiminsə başına belə şey gəlib? Nə etmək olar bu halda?"








