İrəvanın mərkəzində "Artsax": .....                     SOCAR-ın idarəsinin dövlətə 40 MİLYON VERGİ BORCU YARANDI .....                     Müəllimlə valideynin birləşib şagirdə öyrətdiyi .....                     Əminəm ki, Rusiyanın təxribat xarakterli addımları davam edəcək .....                     Abşeronda qəribə qəza .....                     “Mismarla gözünü çıxarmaq istəyirdim...” .....                     Azərbaycan səfirliyinə qarşı təxribatın arxasında nə dayanır? .....                     Bu şirkətin 150 min vergi borcu üzə çıxdı .....                     Kəmaləddin Heydərov komandiri vəzifəsindən azad etdi .....                     Tarix və sərt reallıq istisnasız olaraq hər kəsi mühakimə edəcək: .....                     100 min dollarlıq duet QALMAQALI .....                     24 ton qızılın arxasında nə var? .....                     “Okean” restoranında qardaşları bıçaqlayan gənc: “Onunla çiyin-çiyinə dəydik və...” .....                     Sahib Süleymanovun başı dərddə .....                     ETN “köhnə dostla” yenidən anlaşdı: Bu dəfə 3.7 milyona .....                     Ölkənin ən böyük ixracatçıları kimdir? .....                     Köçəryanla Sərkisyana Azərbaycandan pis xəbər: .....                     İranın nüvə silahı əldə etməsi yəhudilərin sonu deməkdir .....                     “GoldenPay”in rəhbəri vəzifəsini tərk etdi .....                     17 manatlıq şokolad 36 manat oldu .....                     Putin Ukraynada “bataqlığa” düşdü, Tramp İranda ilişib qaldı .....                     "SOCAR Polymer" 7 ayda ixracdan 154 milyon dollardan çox gəlir əldə edib .....                     Azərbaycanda insanlar ən çox hansı kompüterdən istifadə edirlər? .....                     SOCAR prezidentinə müşavir təyin edildi .....                     İki şirkət 1,5 milyon kubmetrlik qum-çınqıl ehtiyatını 172 min manata istismar edəcək .....                     Yeməyi gec hazırlayan arvadının saçlarını yoldu .....                     “Qızımla eyni balı toplayıb, amma işə onu götürüblər” .....                     Nigar Fərhad sərbəst buraxıldı .....                     Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, .....                     Gəncədə oğul anasını QƏTLƏ YETİRDİ .....                     Bakıda 25 milyonluq obyekti 16 milyona hərraca çıxarıblar .....                     "Həkimlər deyir özünü qorumalısan" .....                     “Azəriqaz”ın işçisini döyən şəxsə elektron qolbaq taxıldı .....                     Rus bölmələrində oxuyan şagirdlər üçün .....                     Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın .....                     Rusiya Köçəryanı yenidən hakimiyyətə gətirə bilməyəcək .....                     Putinin kriminal avtoritet dostu həbsdən buraxıldı .....                     Dronlara görə Azərbaycana uçuşlar yenə təxirə salındı .....                     Deputatlığa namizəd olan müəllim faciəli şəkildə öldü .....                     Rusiyalı fərarilər Azərbaycana sığınsa... .....                 

İnhisarçı mövqeləri günbəgün güclənən Yaqub Hüseynovdan kimlər və niyə şikayətçidirlər? - İLGİNC FAKTLAR
Tarix: 2-06-2026, 12:47 | Çap et

Azərbaycanda sahibkarlığın inkişafı istiqamətində dövlət uzun illərdir genişmiqyaslı tədbirlər həyata keçirməkdədir. Həmin tədbirlər arasında xüsusilə də sahibkarlara qarşı yaradılan süni əngəllərin tam aradan qaldırılmasına yönələn işləri xüsusi vurğulamağa dəyər. Bu məsələ Prezident İlham Əliyevin daim diqqətindədir; ölkə başçısı öz çıxışlarında belə əngəllərin yolverilməzliyini dəfələrlə və sərt şəkildə vurğulayıb. Sahibkarlığın inkişafı istiqamətində bu cür ardıcıl mövqe Azərbaycanın iqtisadi potensialının hərəkətə gətirilməsi baxımından həlledici rol oynayıb.

Lakin təəssüf ki, özəl sektorla bağlı bəzi neqativ məqamlara hələ də rast gəlinir. Söhbət ilk növbədə süni şəkildə inhisarçı mövqelərə yiyələnmiş müəyyən iş adamlarının elə bu monopolist mövqeləri sayəsində digər iş adamlarını, ələlxüsus da kiçik və orta sahibkarları narazı salmaqdadır.

“Unikal"a daxil olan məlumatda belə inhisarçı iş adamlarından Yaqub Hüseynovla bağlı müəyyən şikayətlər yer alır. Bildirilir ki, oliqarx nazirlərdən birinə yaxınlığı ilə tanınan Hüseynovun şirkətləri elə bu himayədarlıq sayəsində xüsusən son illərdə ağlasığmaz sürətlə böyüyüb.

Əsasən “Bridge Group of Companies” MMC çətiri altında birləşən həmin şirkətlərin fəaliyyət istiqamətləri kifayət qədər genişdir.

Onlar tikinti və inşaatdan tutmuş restoran və hotellərə, əmlakların idarəedilməsindən kənd təsərrüfatına, xidmətlər və sənaye xidmətlərindən idmanadək bir çox sahədə qəfildən və qısa vaxtda mühüm mövqelər tutublar. Məsələn, bu iş adamı “HamamBath” hamamlar şəbəkəsi, “Sultan İnn”, “Molokan İnn” və “Seven Rooms” hotelləri, yaxud “Jasmine” və “Bahar Cafe” restoranları kimi bahalı və lüks məkanların, “Bridge Plaza” Biznes Mərkəzi, “Bridge” müasir anbar kompleksi eləcə də saysız-hesabsız digər obyektlərin sahibidir.

Yaqub Hüseynovun adı geniş ictimaiyyətə bir neçə il əvvəl baş verən bir qalmaqaldan tanışdır. Həmin vaxt onun adı xalq artisti Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirovun əsas fiqurant olduğu torpaq qalmaqalında hallanmışdı. O zaman mediada gedən məlumatlarda iddia edilirdi ki, Xəzər rayonunun Türkan qəsəbəsində qanunsuz yollarla ələ keçirilən torpaqları məhz Yaqub Hüseynov satın alıb.

İş adamının hazırda ölkədəki ən iri bir neçə şirkətlər qrupundan biri olan holdinqinin isə 1998-ci ildə qurulduğu məlumdur; lakin əldə etdiyimiz məlumatda həmin holdinqə daxil olan şirkətlərin 2019-cu ildən sonra hədsiz dərəcədə böyüdüyü deyilir. Misal üçün: 2022-ci ildə həmin şirkətlərin dövriyyəsi 125 milyon manatdan çox olduğu halda cəmi bir il sonra 200 milyon manata çatıb. İddialara görə, oliqarx nazirin himayəçiliyi ilə Yaqub Hüseynovun şirkətləri bir yandan iri tenderlər, o biri yandan vergi güzəştləri (limitləri) sayəsində hazırda bir çox istiqamətlər üzrə faktiki olaraq bazarda monopolist mövqelərə sahibləniblər. Bu isə son nəticədə müəyyən narazılıqlara gətirib çıxarıb. Bəs xüsusən də kiçik və orta sahibkarları Yaqub Hüseynovdan şikayətlənməyə vadar edən səbəblər hansılardır?

“Unikal”a verilən məlumata görə, adıçəkilən iş adamı özünün qurduğu “Petrol Terminal” şirkəti vaistəsilə son vaxtlar ölkə daxilində yanacaq satışının həyata keçirilməsi istiqamətində mühüm üstünlüklər əldə edib.

Ələlxüsus da Bakı, Gəncə və Naxçıvanda bu satış faktiki olaraq Hüseynova məxsus şirkətin nəzarətindədir. Həmin şirkətdən yanacaq almalı olan fiziki və hüquqi şəxslərin isə həm qiymət, həm də keyfiyyət səbəbilə bundan elə də xoşhal olmadığı, onların məsələ ilə bağlı narazılıqlarına isə əhəmiyyət qoyulmadığı deyilir. Kiçik və orta sahibkarların Hüseynovdan belə şikayətlərinə laqeyd yanaşılması isə həmin iş adamının, yuxarıda da vurğuladığımız kimi, oliqarx nazirin himayəsində olması ilə əlaqələndirilir.

Digər tərəfdən, tikinti və təmir işlərindən tutmuş ketrinqədək sahələrdə tenderlərə maraq göstərən bir çox şirkətlərin qarşısına Yaqub Hüseynova məxsus MMC-lərin çıxması da adət halını alıb. Həmin tenderlərdən isə şübhəsiz ki, bir qayda olaraq məhz Hüseynovun şirkətləri qalib çıxırlar. Sahibkarların fikrincə bu, şəffaf və ədalətli satınalma müsabiqələrinin nəticəsindən çox, “Bridge Group of Companies” sahibinin oliqarx nazir tərəfindən himayə edilməsinin məntiqi sonluğudur. Onlar deyirlər ki, sahibkarlığın sürətli və dayanıqlı inkişafında mühüm faktorlardan biri adil rəqabətin təmin edilməsidir. Lakin bir iş adamı yüksək çinli məmur tərəfindən açıq şəkildə himayə olunur, nəticə etibarilə hər cür güzəşt və imtiyaz qazanırsa, adil rəqabət anlayışı zədələnmiş, böyümək, yaxud da ayaqda qalmaq istəyən digər sahibkarlar üçün müəyyən əngəllər yaranmış olur. Bu isə ölkə rəhbərliyinin Azərbaycanda sahibkarlığın inkişafını təmin etməyə yönəlmiş iradəsinə ziddir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvanın mərkəzində "Artsax": - NİYƏ QALMALIDIR?
Dünən, 18:03
SOCAR-ın idarəsinin dövlətə 40 MİLYON VERGİ BORCU YARANDI - TƏFƏRRÜAT
Dünən, 18:02
Müəllimlə valideynin birləşib şagirdə öyrətdiyi DƏRS
Dünən, 17:58
Əminəm ki, Rusiyanın təxribat xarakterli addımları davam edəcək - Tofiq Zülfüqarov
Dünən, 17:50
Abşeronda qəribə qəza - Qadın öldü, yeniyetmə sürücü qaçdı
Dünən, 17:38
“Mismarla gözünü çıxarmaq istəyirdim...” - Evli ola-ola elçi göndəribmiş
Dünən, 17:36
Azərbaycan səfirliyinə qarşı təxribatın arxasında nə dayanır? - Moskvanın təhlükəli oyunu...
Dünən, 17:19
Bu şirkətin 150 min vergi borcu üzə çıxdı - DETALLAR
Dünən, 17:14
Kəmaləddin Heydərov komandiri vəzifəsindən azad etdi - ƏMR
Dünən, 17:13
Tarix və sərt reallıq istisnasız olaraq hər kəsi mühakimə edəcək: - hər bir Xocalı cəlladı layiq olduğu cəzanı alacaq
Dünən, 17:09
100 min dollarlıq duet QALMAQALI - Yıldız Tilbe Vəfa Şərifovanı məhkəməyə verib?
Dünən, 17:07
24 ton qızılın arxasında nə var? - Şiryayevin iddialarının rəqəmlərlə təkzibi
Dünən, 17:00
“Okean” restoranında qardaşları bıçaqlayan gənc: “Onunla çiyin-çiyinə dəydik və...” - TƏFƏRRÜAT
Dünən, 16:56
Sahib Süleymanovun başı dərddə - “Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır
Dünən, 16:52
ETN “köhnə dostla” yenidən anlaşdı: Bu dəfə 3.7 milyona - ARAŞDIRMA
Dünən, 16:29
Ölkənin ən böyük ixracatçıları kimdir? – Milyonlarla dövriyyə, milyonlarla borc müəmması...
Dünən, 16:25
Köçəryanla Sərkisyana Azərbaycandan pis xəbər: - Bu, sübut olunsa, təhvil veriləcəklər
Dünən, 16:18
İranın nüvə silahı əldə etməsi yəhudilərin sonu deməkdir - Netanyahu
Dünən, 16:13
“GoldenPay”in rəhbəri vəzifəsini tərk etdi – Yeni təyinat
Dünən, 16:10
17 manatlıq şokolad 36 manat oldu – Qiymətlər "od tutub yanır"
Dünən, 16:01
Putin Ukraynada “bataqlığa” düşdü, Tramp İranda ilişib qaldı - iki savaşın ŞOK fərqləri
Dünən, 15:57
"SOCAR Polymer" 7 ayda ixracdan 154 milyon dollardan çox gəlir əldə edib
Dünən, 15:53
Azərbaycanda insanlar ən çox hansı kompüterdən istifadə edirlər?
Dünən, 14:52
SOCAR prezidentinə müşavir təyin edildi - ƏMR
Dünən, 14:48
İki şirkət 1,5 milyon kubmetrlik qum-çınqıl ehtiyatını 172 min manata istismar edəcək - QALİB ŞİRKƏTLƏR
Dünən, 14:45
Yeməyi gec hazırlayan arvadının saçlarını yoldu - Bakıda
Dünən, 14:37
“Qızımla eyni balı toplayıb, amma işə onu götürüblər” - NARAZILIQ VAR...
Dünən, 14:33
Nigar Fərhad sərbəst buraxıldı
Dünən, 14:27
Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, işdən çıxmaqla bağlı ərizə yazıb
Dünən, 14:25
Gəncədə oğul anasını QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
Dünən, 13:14
Bakıda 25 milyonluq obyekti 16 milyona hərraca çıxarıblar – Fotolar
Dünən, 13:08
"Həkimlər deyir özünü qorumalısan" - Əsabəli Mustafayev
Dünən, 13:05
“Azəriqaz”ın işçisini döyən şəxsə elektron qolbaq taxıldı
Dünən, 12:53
Rus bölmələrində oxuyan şagirdlər üçün yeni DƏYİŞİKLİK
Dünən, 12:50
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın - DİQQƏT
Dünən, 12:45
Rusiya Köçəryanı yenidən hakimiyyətə gətirə bilməyəcək - Tumasyan
Dünən, 12:39
Putinin kriminal avtoritet dostu həbsdən buraxıldı - "Antikvar" haqqında sensasion qərar
Dünən, 12:31
Dronlara görə Azərbaycana uçuşlar yenə təxirə salındı - KİV
Dünən, 12:26
Deputatlığa namizəd olan müəllim faciəli şəkildə öldü - Hadisə yerindən FOTO
Dünən, 12:22
Rusiyalı fərarilər Azərbaycana sığınsa... – Bakıdan REAKSİYA
Dünən, 12:21
Şəhərin mərkəzində dayanacağı söküb sərnişinləri təhlükəyə atdılar - BU NƏDİ BELƏ?
Dünən, 12:14
Sabiq deputat tələbə oldu - DOSYE
Dünən, 12:06
“Qurban Qurbanovu gözdən salanlar səhv yol tuturlar, qısqanclıq edirlər” - Aqil Abbas
Dünən, 11:59
Quru sərhədlərin açılması ilə bağlı yeni siqnal? - DSX-dən diqqətçəkən açıqlama
Dünən, 11:55
Son 6 ildə dünyanın ən böyük şirkətləri necə dəyişib? - SİYAHI
Dünən, 11:49
“Tofiq Zülfüqarovun cavabı məni heyrətləndirdi” – Sərkisyandan ŞOK
Dünən, 11:44
"Dövlət əmlakını taladım" - Tural Abbaslı
Dünən, 11:42
Rusiya həqiqətən NATO-ya hücum edə bilər - “Wall Street Journal”
Dünən, 11:38
Ermənistan Avrasiya İqtisadi İttifaqının hesabına inkişaf edib - Lavrov
Dünən, 11:32
Azərkosmos-un ixracı gəlirləri düşüb – Müştəriləri azalıb
Dünən, 11:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru