Başında Azər Məmmədovun dayandığı SOCAR “Azəriqaz” İstehsalat Birliyində ağlasığmaz kadr islahatları həyata keçirilməkdədir. "DİA-AZ" xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sosial şəbəkə hesabındakı paylaşımında Kənan adlı "SOCAR işçisi iddia irəli sürüb.
Açıqlamada deyilir: ""Azəriqaz"da analoqu olmayan kadr siyasəti həyata keçirilir. Əvvəl 4-cü dərəcə ilə işləyən operatorları, yəni telefonçuları ləğv etdilər və bəhanə də gətirdilər ki, guya çox pul alıb, iş görmürmüşlər... Onların yerinə isə 10-cu dərəcə ilə usta götürdülər. Hərəsindən də bu işin müqabilində 4-5 min manat "şirinlik" aldılar. Gördülər ki, pul verən çoxdur... Bəzi rayonlarda hətta 4 əvəzinə, 8 nəfəri bu şərtlərlə işə götürdülər.
İndi biri izah etsin, görək... 4-cü dərəcə ilə işləyən operatorlarla indiki 10-cu dərəcəli ustalar arasında nə FƏRQ VAR? Təbii ki, "Azəriqaz"ın büdcəsinə və iş keyfiyyətinə vurulan zərəri nəzərə almırıq...
Görün bu yolla nə qədər adamı işə götürüblər, nə qədər qzanc götürüblər idarələrdə..."









