"20 il pensiya verib... indi deyir, sağlamsan, sağlamamsa, işlə təmin elə!" .....                     Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrılıb .....                     “Yaşıl keçid” üçün karbon vergisi: beynəlxalq təcrübədən Azərbaycan üçün çıxan dərslər .....                     Niyazi Bayramov Gəncəyə QƏNİM KƏSİLİB .....                     Özündən sonra həyat yoldaşı da işdən çıxarıldı .....                     Ermənistan Azərbaycandan elektrik enerjisi ala bilərmi? .....                     Jurnalist TƏBİB şefinə müraciət etdi .....                     Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldıra bilərik .....                     “Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır .....                     Kəndlərin boşalmasının qarşısını almaq qeyri-mümkündür .....                     Təhsil haqqını artıran universitetlər: .....                     Ermənistan MN-də “cadugər ovu” .....                     Dövlət Agentliyi "Diri baba" türbəsinin bərpasını 10 manatlıq mənzil şirkətinə həvalə etdi .....                     ABŞ İranla müharibə zamanı geri çağırdığı diplomatlarını .....                     Möhtəkirlər ətin qiymətini yenidən qaldırdı .....                     Xəzərdə “15 mil” məsələsi Tehranı ayağa qaldırdı: Zəngəzur dəhlizinə təhlükə .....                     Rusiya reaktiv mühərrikli dronlarla hücum edir .....                     Azərbaycanda un bahalaşa bilər .....                     Bakı metrosunu partladan şəxsi kim azad etdirdi? .....                     Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... .....                     Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər .....                     Oğlu Dilqəm Əsgərovu həbs etdirmək istəyir .....                     "5 iş günü artıq bitdi, nəticə yoxdur" .....                     FETÖ Azərbaycan futboluna "əl" qoyur! .....                     Kremlin hədəfinə çevrilən İrəvan üçün BAKI NƏFƏSLİYİ... .....                     İranda müxalif fikirlilər üçün YENİ CƏZA .....                     Ünvanlı sosial yardım alanların sayı azalırsa... .....                     "Futbola keçici əyləncə kimi baxmasanız, əsəbi olacaqsınız" .....                     "Əslində cənab Qurbanov, Etibar müəllimə təşəkkür etsə, haqqı var..." .....                     "Ortada nə pul var, nə də televizor!" .....                     "Nədən nə nazirin, nə də dövlət qurumlarının təklifləri nəzərə alınmır?" .....                     SOCAR-da YIRTICILARIN QAÇIŞ PLANI .....                     Qarabağa gedən partiya sədri hökumətə səsləndi .....                     “DƏSTƏK" Fonduna ŞÜBHƏ VAR! .....                     TƏBİB-in rəhbər sarıdan bəxti gətirmir .....                     İrəvanın mərkəzində "Artsax": .....                     SOCAR-ın idarəsinin dövlətə 40 MİLYON VERGİ BORCU YARANDI .....                     Müəllimlə valideynin birləşib şagirdə öyrətdiyi .....                     Əminəm ki, Rusiyanın təxribat xarakterli addımları davam edəcək .....                     Abşeronda qəribə qəza .....                 

Naxcıvan şəhərində şagird Naziri məhkəməyə verdi! - QALMAQAL
Tarix: 10-10-2025, 12:33 | Çap et

"2006-cı il təvəllüdlü Tağıyeva Sədaqət İntiqam qızı əslən Naxçıvanın Şərur rayonundandır. Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən Hüseyn Cavid məktəbində 8 il təhsil alıb. Sonra təhsilini Azərbaycanda-Bakı şəhəri Suraxanı rayonundakı 89 saylı tam orta məktəbdə davam etdirib..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında jurnalist Sima Babayeva yazıb. 
O daha sonra bunları əlavə edib: "Sədaqət Bakıda ümumi orta təhsilini başa vuraraq attestatı götürüb doğma yurdu Şərura qayıdaraq 10-11-ci sinifləri orada təhsil almaq istəyib.
Muxtar Respublikanın Təhsil Nazirliyinə müraciət edib. Lakin müsbət cavab almayıb. Beləki, Naxçıvan MR təhsil naziri Elxan Nəcəfov Tağıyeva Sədaqət İntiqam qızının 18 yaşında olduğuna görə onun məktəbə qəbulunun qeyri-mümkün olduğunu, Bakıda verilən attestatın isə saxta olduğu bildirilib.
Sonra qızın valideynini nazirliyə çağırıblar. Şagirdin atası İntiqam Tağıyev ailəsini dolandırmaq üçün Türkiyədə işləyir. İşini yarımçıq qoyub təcili Naxçıvana gəlir, nazirliyə gedir.
Lakin valideynin sözü qulaqardına vurulur, ona qapını göstərirlər. Şikayətçinin dediyinə görə Naxçıvan təhsil nazir Elxan Nəcəfov iş kabinetində ona səsini qaldırıb, təhqir edib, onu polislə hədələyib. Deyib ki, Naxçıvan polisi mənim əlimdədir. Məlum məsələdir ki, bu məmur polisin adından danışır, vəzifəsindən sui-istifadə edir.
Naxçıvanda polis bütün respublikada olduğu kimi dövlətçiliyin, xalqın keşiyindədir. Muxtar Respublika polisi, Daxili İşlər Nazirliyinin rəhbərliyi əqidəli insanlardılar. Onları Elxan Nəcəfov kimilərinə bərabər tutmaq olmaz.
Elxan müəllim kasıb, sadə insanlara güc göstərməyi özü üçün hünər hesab edir. Şagird atasını qapıdan qovub deyir get Bakıya, oradan soruş. Yazıq valideyn də deyib olan-qalan pulum da yollarda getdi, cibimdə 50 qəpik pul qalıb, ayaqqabı da cırılıb, dağılıb.
Bunu eşidən Nəcəfov cənabları bir az da əsib-coşub. Əlacsız qalan İntiqam Tağıyev Ali Məclisə üz tutub. Orada hüquqşünas bildirib ki, nazir Elxan Nəcəfov Ali Məclisin sözünə, fikrinə məhəl qoymur. Dəfələrlə ona irad bildirilib, amma öz bildiyini edir və deyir ki, kimə istəyirsiniz şikayət edin...
Keçən ildən muxtar respublikanın təhsil naziri təyin olunan Elxan Nəcəfovun sadə vətəndaşa qarşı mövqeyi belədir. Problemi həll etmək əvəzinə daha da problem yaradır.
Qeyd edək ki, Naxçıvanın təhsil naziri əvvəl Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsində işləyib. Orada işləyərkən də şagird, valideyn, hətta müəllimlərin müraciətlərinə dözümsüz olub.
Tabeliyindəkiləri sıxışdırıb, hədələyib. Neçə savadlı kadrı məcburən işindən uzaqlaşdırıb. Vəzifələri satıb, imtahandan kənar direktorlar təyin edib. Bu adam elə bil əhalinin kütləvi savadsızlaşdırılması missiyasını həyata keçirtmək üçün təhsil sferasına gətirilib.
Şikayətçi deyir ki, Naxçıvanda təhsilin gerçək vəziyyəti ilə ciddi maraqlanan olsa, işlərin mənfiyə getdiyinə şahid olar. Məktəblərdə şagird tapılmır. Çünki tədrisin səviyyəsi aşağı düşüb.
Məktəbə həvəs yaratmaqdansa, oxuyub bilik almağın mənasızlığı aşılanır. Səsini çıxardanı təhqir edib hədələyir. Cənub zonasındakı bərbad idarəçiliyini burada davam etdirir. Görünüb ki, bir adamın vəzifəsini yüksəldəndə onun işində nəsə müsbət cəhət görürlər.
Elxan Nəcəfovu görəsən hansı əməlinə görə muxtariyyətə nazir qoyublar. Onun Regional Təhsil İdarəsindəki sərgüzəştləri, korrupsiyalaşmış imicindən Naxçıvan nə fayda görəcək. Bu adam regionda etdiklərinin beş qatını Naxçıvanda edir.
Özbaşınalığı üçün daha geniş imkan yaranıb. Elxan Nəcəfovun idarəçiliyi avadsızlığa yol açır. Sədaqət kimi yüzlərlə şagirdin məktəbə yolu kəsilir, oxumağa həvəs yaratmaqdansa, pisikdirilirlər. Müəllimlər də öz fikirlərini deyə bilmirlər.
Təhsili təhdidlə idarə etmək olmaz. Bu insan təhsilimizin böyük bir qurumuna rəhbərlik edir. Amma təəssüf ki insani keyfiyyətdən məhrumdur. Bilik üçün ağız açanı polislə hədələyib qovana başqa ad vermək olmur.
Qeyd edim ki, artıq məktəbli Tağıyeva Sədaqət İntiqam qızı tərəfindən məhkəməyə müraciət edilib. O, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfovdan şikayətçidir. Ümid edirik ki, ədalət mühakiməsinə şahid olarıq.
Naxçıvan Azərbaycanın ayrılmaz bir hissəsidir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən hər kəsin təhsil almaq haqqı var.
Bunun üçün yaş məhdudiyyəti nəzərdə tutulmayıb. Bu məsələni təhsil ekspertləri, hüquqşünaslarla da müzakirə edib rəylərini alacağıq. Eyni zamanda hörmətli elm və təhsil naziri Emin Əmrullayevin bu məsələyə münasibətini bilmək istərdik.
Yaxşı olardı ki, konkret bu məsələ ilə bağlı müvafiq komissiya yaradılsın və hərtərəfli, obyektiv araşdırma aparılsın. Ortada bir yeniyetmənin taleyi var. Vətəndaşa yuxarıdan aşağı baxan məmura görə kasıb bir ailənin övladı məktəbdən, təhsildən kənarda qalıb".








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"20 il pensiya verib... indi deyir, sağlamsan, sağlamamsa, işlə təmin elə!" - MÜRACİƏT
Bu gün, 10:47
Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrılıb - FOTO
Bu gün, 10:36
“Yaşıl keçid” üçün karbon vergisi: beynəlxalq təcrübədən Azərbaycan üçün çıxan dərslər - ARAŞDIRMA
Bu gün, 10:30
Niyazi Bayramov Gəncəyə QƏNİM KƏSİLİB - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:33
Özündən sonra həyat yoldaşı da işdən çıxarıldı - ƏMR
Bu gün, 09:28
Ermənistan Azərbaycandan elektrik enerjisi ala bilərmi? - AÇIQLAMA
Bu gün, 09:19
Jurnalist TƏBİB şefinə müraciət etdi - NARAZILIQ VAR...
Bu gün, 09:13
Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldıra bilərik – Pezeşkian belə deyir...
Bu gün, 09:07
“Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır - Sahib Süleymanov çətin durumda
Bu gün, 09:05
Kəndlərin boşalmasının qarşısını almaq qeyri-mümkündür - İqtisadçıdan XƏBƏRDARLIQ
Bu gün, 09:03
Təhsil haqqını artıran universitetlər:
Bu gün, 09:01
Ermənistan MN-də “cadugər ovu” - Generallar yola salınır
Bu gün, 08:58
Dövlət Agentliyi "Diri baba" türbəsinin bərpasını 10 manatlıq mənzil şirkətinə həvalə etdi — 427 minlik tender
Bu gün, 08:55
ABŞ İranla müharibə zamanı geri çağırdığı diplomatlarını Yaxın Şərqə qaytarmağa başlayıb
Bu gün, 08:50
Möhtəkirlər ətin qiymətini yenidən qaldırdı - Rəsmi qurumlar isə SEYR EDİR...
Bu gün, 08:49
Xəzərdə “15 mil” məsələsi Tehranı ayağa qaldırdı: Zəngəzur dəhlizinə təhlükə - NƏ BAŞ VERİR?
Bu gün, 08:46
Rusiya reaktiv mühərrikli dronlarla hücum edir - İqnat
Bu gün, 08:44
Azərbaycanda un bahalaşa bilər – XƏBƏRDARLIQ
Bu gün, 08:42
Bakı metrosunu partladan şəxsi kim azad etdirdi? – Maxaçevin Qarabağ DOSYESİ
Bu gün, 08:40
Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... - Görünəni odur ki...
Bu gün, 08:36
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər – TARİX
Bu gün, 08:34
Oğlu Dilqəm Əsgərovu həbs etdirmək istəyir - TƏFƏRRÜAT
Bu gün, 08:32
"5 iş günü artıq bitdi, nəticə yoxdur" - "Kapital Bank" çiləsi davam edir...
Bu gün, 08:19
FETÖ Azərbaycan futboluna "əl" qoyur! - İTTİHAM VAR...
Bu gün, 08:12
Kremlin hədəfinə çevrilən İrəvan üçün BAKI NƏFƏSLİYİ... - İNCƏLƏMƏ
Bu gün, 07:56
İranda müxalif fikirlilər üçün YENİ CƏZA - DƏLİXANADIR, VALLAH...
Bu gün, 07:53
Ünvanlı sosial yardım alanların sayı azalırsa... - AKTUAL
Bu gün, 07:51
"Futbola keçici əyləncə kimi baxmasanız, əsəbi olacaqsınız" - deputat
Bu gün, 07:47
"Əslində cənab Qurbanov, Etibar müəllimə təşəkkür etsə, haqqı var..." - REPLİKA
Bu gün, 07:44
"Ortada nə pul var, nə də televizor!" - GİLEY
Bu gün, 07:39
"Nədən nə nazirin, nə də dövlət qurumlarının təklifləri nəzərə alınmır?" - ARKA-ya KORRUPSİYA İTTİHAMI
Bu gün, 07:33
SOCAR-da YIRTICILARIN QAÇIŞ PLANI - Batan gəmini ilk olaraq siçovullar tərk edir...
Bu gün, 07:19
Qarabağa gedən partiya sədri hökumətə səsləndi - "Fəxr dolu 2 gün keçirdik, amma..."
Bu gün, 06:55
“DƏSTƏK" Fonduna ŞÜBHƏ VAR! - Naxçıvanda NARAZILIQ!
Bu gün, 06:49
TƏBİB-in rəhbər sarıdan bəxti gətirmir - MALƏSƏF...
Bu gün, 06:33
İrəvanın mərkəzində "Artsax": - NİYƏ QALMALIDIR?
Dünən, 18:03
SOCAR-ın idarəsinin dövlətə 40 MİLYON VERGİ BORCU YARANDI - TƏFƏRRÜAT
Dünən, 18:02
Müəllimlə valideynin birləşib şagirdə öyrətdiyi DƏRS
Dünən, 17:58
Əminəm ki, Rusiyanın təxribat xarakterli addımları davam edəcək - Tofiq Zülfüqarov
Dünən, 17:50
Abşeronda qəribə qəza - Qadın öldü, yeniyetmə sürücü qaçdı
Dünən, 17:38
“Mismarla gözünü çıxarmaq istəyirdim...” - Evli ola-ola elçi göndəribmiş
Dünən, 17:36
Azərbaycan səfirliyinə qarşı təxribatın arxasında nə dayanır? - Moskvanın təhlükəli oyunu...
Dünən, 17:19
Bu şirkətin 150 min vergi borcu üzə çıxdı - DETALLAR
Dünən, 17:14
Kəmaləddin Heydərov komandiri vəzifəsindən azad etdi - ƏMR
Dünən, 17:13
Tarix və sərt reallıq istisnasız olaraq hər kəsi mühakimə edəcək: - hər bir Xocalı cəlladı layiq olduğu cəzanı alacaq
Dünən, 17:09
100 min dollarlıq duet QALMAQALI - Yıldız Tilbe Vəfa Şərifovanı məhkəməyə verib?
Dünən, 17:07
24 ton qızılın arxasında nə var? - Şiryayevin iddialarının rəqəmlərlə təkzibi
Dünən, 17:00
“Okean” restoranında qardaşları bıçaqlayan gənc: “Onunla çiyin-çiyinə dəydik və...” - TƏFƏRRÜAT
Dünən, 16:56
Sahib Süleymanovun başı dərddə - “Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır
Dünən, 16:52
ETN “köhnə dostla” yenidən anlaşdı: Bu dəfə 3.7 milyona - ARAŞDIRMA
Dünən, 16:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru