Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün elektron növbələrin yaradılmasına başlanılıb.
Hər il oduğu kimi, bu ildə də bağçalara yeni qəbul zamanı müəyyən problemlər özünü göstərir. Belə ki, son günlər sosial şəbəkələrdə valideynlər məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı müxtəlif poblemlərini qeyd edirlər.
Məhz valideynlərdən biri qeyd edir ki, 2021-ci ilin dekabrında öğlu anadan olub:
“Dövlət bağçası onu çıxarır ki, sistem onu 5 yaş olaraq qəbul edir və oğlum artıq məktəbə hazırlıq qruplarına getməlidir. Məsələ budur ki, oğlum indi sinifdə oturub dərs oxuyacaq əhval-ruhiyyədə deyil.
Amma məktəbəhazırlığın sistemi də indi götürür. Yəni gələn il sənəd vermək istəsəm götürmür. Artıq gələn ildən birbaşa məktəbə getməlidir. Nə edək, necə edək? 4 yaş 5 aylıq uşaq nə oxusun axı? 5 yaş 5 aylıq uşaq necə məktəbə getsin?”
Qeyd edək ki, bağça, məktəbəhazırlıq və məktəb yaşı hər yeni qəbul ilində valideynlər üçün problemə çevrilir. Bəzi valideynlər övladları üçün həmin yaşın uyğun olmadığı qənaətindədirlər.
Ümumiyyətlə, digər ölkələrdə uşaqların məktəb yaşı necə müəyyənləşdirilib və ölkəmizdəki yaşla bağlı bu problem necə həll edilməlidir?
Məsələ ilə bağlı təhsil üzrə ekspert Məzahir Məmmədli “Cebheinfo.az”-a bildirib ki, Azərbaycanda uşaqların 5 yaşdan məktəbə cəlb olunması dünya təcrübəsindən götürülüb:
“Beynəlxalq təcrübədə əsasən 12 illik təhsil götürülür. Azərbaycanda təhsil faktiki olaraq 12 illikdir, ancaq proqram olaraq bu təhsildən geridə qalırıq. Ona görə də 5 yaşlıların məktəbə cəlb olunması, təhsili inkişaf etmiş ölkələrin təcrübəsindən götürülərək tətbiq olundu.
Bəzi valideynlərin yaş həddi ilə bağlı narazılığına gəldikdə isə bu məktəbəqədər təhsil müəssisəsi ilə bağlıdır və bağçalar 5 yaş ərəfəsində olan, yaşı düşməyənlərlə bağlı təşəbbüs göstərirlər ki, onları məktəbəqədər müəssisələrindən çıxarsınlar.
Yəni bağçalardan uzaqlaşdırılmasını istəyirlər ki, aparıb məktəbəhazırlığa cəlb etsinlər. Bu bir tərəfdən qanun pozuntusudur. Çünki yaşı tamam olmamış uşaqları həm I sinifə götürmürlər, həm də 10-15 gün fərqlə götürürlər.
Ancaq ümumilikdə 3-4 ay qalmış məktəblər onları qəbul etmirdilər. Artıq məktəbəqədər müəssisələr onları məhdudlaşdırdıqlarından məcburdurlar ki, 5 yaşdan cəlb etsinlər. Burada da boşluqlar var.
Rəsmi bir qərar yoxdur ki, məktəbəqədər təhsil müəssisəsi o uşağı kənarlaşdırmasın. Bu müəssisə rəhbərinin, bağça müdürinin maraqları var. Birini kənarlaşdırmaqla, digərini müəyyən “danışıq” müqabilində bağçalara götürürlər ki, o uşaqlar yaşı çatsada-çatmasada məktəblərə göndərilirlər".











