Uzun müddətdir sual altında qalan Peşəkar Futbol Liqasının müqəddəratına aydınlıq gəlib.
Xitab24.az-ın əldə etdiyi eksklüziv məlumata görə, PFL yeni mövsümdə də çempionatının təşkilatçısı kimi fəaliyyətini davam etdirəcək.
Peşəkar Futbol Liqasının yeni prezidenti ilə bağlı seçkilərə gəldikdə isə, bu, iyulun 24-də baş tutacaq.
Əldə etdiyimiz məlumata görə, PFL-ın hazırkı prezidenti Elxan Səmədov seçkidə yeganə namizəd kimi iştirak edəcək. Bu isə növbəti dövr üçün Elxan Səmədovun yenidən prezident seçiləcəyi deməkdir.
Qeyd edək ki, Elxan Səmədov bu posta 2022-ci ilin iyulunda seçilib.
















