“Deyirlər, sən də başqaları kimi elə tərzdə mahnılar oxu ki, tamaşaçının “damarını tutsun”
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni, Əməkdar artist Şölə Səfərəliyeva “İncəSəhər” verilişində deyib.
Sənətçi akademik olmayan tərzdə mahnı oxumadığına görə qınanıldığını bildirib:
“Bəzən mənə deyirlər ki, bu tərzi oxuyursan, bəs o biri tərzdə oxumağı bacarmırsan? Bir ondan da oxu, baxaq görək necə oxuyursan. Deyirlər, sən də başqaları kimi elə tərzdə mahnılar oxu ki, tamaşaçının “damarını tutsun”. Qalıram mat-məəttəl ki, axı hansı tərzdə, necə mahnılar oxuyum?
Yaxşı ki, gedib “Maska” şouda bir zəngulə vurdum. Nə yaxşı ki, o şərait yarandı. “Maska” da olduğum üçün rahat idim axı. Dedim birdən deyərlər estrada ifaçısıdır, bu, nə oxuyur? Artıq məndən yenilik istəyənlər üçün mən də bir popuri yazdırdım. Görək necə qarşılanacaq?”











