İranın "Fars" xəbər agentliyi son hücum dalğası zamanı bir neçə Amerika raketinin Əhvazdakı xərçəng xəstəxanasına düşdüyünü bildirib.
Moderator.az bu haqda İsrail mediasına istinadla xəbər verir.
Agentlik iddia edir ki, əksəriyyəti uşaqlar olan xərçəng xəstələri hücuma məruz qalan xəstəxanada kimyaterapiya keçirlər.
ABŞ Mərkəzi Komandanlığı tərəfindən 13 iyul 2026-cı ildə yayımlanan videodan 15 iyul 2026-cı ildə çəkilmiş bu ekran görüntüsü, ABŞ ordusunun İrana zərbə endirdiyini göstərir. Fotoşəkil: (AFP)
Qeyd edilir ki, İran mediası bundan öncə 14 iyulda Hoveyzadakı taxıl anbarına hücum edildiyini iddia etmişdi. ABŞ ordusu bu məlumatı təkzib etmişdi. "CENTCOM" hücumlarda yalnız hərbi obyektlərə ziyan dəydiyini bildirib.
Hadisə barədə "Əl-Cəzirə", "Anadolu", "NDTV" və s. klimi bir sıra tanınmış xarici media vasitələri də məlumat yayıb.














