Həbsdə olan jurnalist Azər İsrafilovun səhhətində ciddi problem yaranıb.
Bu haqda “Yeni Sabah”a onun anası Zemfira İsrafilova məlumat verib. O, bildirib ki, Azər Hepatit C xəstəliyindən əziyyət çəkir və son vaxtlar ağrıları artıb.
Z. İsrafilova 11 Saylı Cəzaçəkmə Müəssisəsində olan oğlunun Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsini istəyir. Dördpendirli pizza
“Təxminən 2 ay əvvəl Azəri Müalicə Müəssisəsinə aparıb tibbi müayinədən keçiriblər. Lakin bir neçə gün müalicə alandan sonra yenidən geri qaytarıblar. Bu müalicə ona heç bir fayda verməyib. Artıq necə gündür Azərin vəziyyəti pisləşib. Yemək yeyə bilmir, iştahasızlıq yaranıb və yediklərini də qaytarır. Adi ağrıkəsici belə verilmir ki, bir az sakitləşsin. Mən Ədliyyə Nazirliyindən, Pentensiar Xidmətin rəhbərliyindən xahiş edirəm ki, Azərin səhhəti ilə maraqlansınlar, onun müalicəsi ilə məşğul olsunlar”.
Xatırladaq ki, bir neçə mətbuat orqanında, eləcə də ANS və İTV-də uzun müddət kriminal sahə üzrə fəaliyyət göstərən Azər İsrafilov 2025-ci ilin fevral ayında həbs olunub. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinib.










