"3+3" formatı artıq Minsk Qrupuna çevrilməkdədir .....                     Tovuz bələdiyyəsinin xərcləri proqnozu aşdı .....                     Həbsdə olan jurnalistin səhhəti pisləşdi .....                     Şirkətlər bu bankdan niyə qaçır? .....                     İrəvanda narkotiklə saxlanılan azərbaycanlı Vaqif Hüseynovla bağlı məhkəmə hökm verdi .....                     NATO-nun Bakıdakı təmas səfirliyi regiona nə vəd edir? .....                     "O pul mənim üçün çox böyük puldur..." .....                     Ekspertdən ETN və MÜTDA-ya sərt sözlər: .....                     "Deyirlər, elə mahnı oxu ki, tamaşaçının “damarını tutsun” .....                     Bağça-məktəb arasında qalan uşaqlar: Valideynlər narazıdır .....                     Fələstinli nazir Bakıda nə istəyib? .....                     Yeni model Bakıdakı bu məktəblərdə tətbiq olunacaq .....                     "Hamının evində anası-bacısı var” .....                     Vəzifə, ev, bahalı avtomobil vədi ilə milyonluq oyun .....                     Azər Məmmədov yeni departament yaratdı, rəis təyin etdi .....                     "Çiçəklənən Ermənistan"ın lideri Tsarukyanın zavodu dövlətin idarəçiliyinə verilib .....                     Ukraynanın yeni Baş naziri təyin edilib .....                     "Azərpoçt"un sabiq şöbə müdiri 14 min manatı mənimsədi .....                     Netanyahu ABŞ-a planlaşdırılan səfərini təxirə salıb .....                     ADSEA Lökbatanda qazdığı yolu niyə asfaltlamır? .....                     Xarici silahlı birləşmədə iştirak edən azərbaycanlı məhkum oldu: “Aylıq 300-400 dollar ödənilib” .....                     IV Şuşa Qlobal Media Forumu: Azərbaycanın qlobal gündəlikdə artan rolu .....                     4 min verib aldığımız “iPhone” deyilmiş .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Vəlvələ çayında “Elnur Cəlilov zəlzələsi” .....                     Donald Tramp İlham Əliyevin Şuşa Forumundakı çıxışı ilə bağlı paylaşım etdi .....                     Ermənistan hökuməti TRIPP üzrə ABŞ-la çərçivə sazişinin ratifikasiyasını təsdiqləyib .....                     Flora Kərimovanın səhhəti necədir? .....                     NAXÇIVANDA NƏ BAŞ VERİR: Ceyhun Cəlilova etiraz edib vəzifələrindən ayrıldılar .....                     Bakıda 582 min manatlıq zeytun bağını yandıran şəxsə .....                     Autizmli uşağın anası: .....                     “Nərgiz Med” Tibb Mərkəzi cərimələndi: Reagent dəsti müsadirə edildi .....                     Naxçıvanda Zəngəzur dəhlizini tikənlər beş aydır maaş almır .....                     AzəriQaz-da NƏ OYUN ÇEVRİLİR: Bir ildə iki dəfə imtahan-ixtisar? .....                     "Azər Türk Bank"ın rəhbərliyində dəyişiklik olacaq .....                     Türkofoblar panikada: Moskva və Tehranın TURAN KABUSU... .....                     “Ağ Çiçəyim”in dövlətə 300 min manata yaxın .....                     ABŞ və İranın qarşılıqlı zərbələri gecə boyu davam edib .....                     Milli Depozit Mərkəzinin İdarə Heyətinə təyinat olub .....                     “Bakı və İrəvan razılığa gəlməlidir, cavab gözləyirik” .....                 

Fələstinli nazir Bakıda nə istəyib? – “Koka-kola” planına möhtəşəm CAVAB
Tarix: Bu gün, 14:22 | Çap et

Prezident İlham Əliyev iyulun 16-da Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafanı qəbul edib. Dövlət başçısı kaş nazir Məhəmməd Mustafanın ölkəmizə səfərinin Azərbaycanla Fələstin arasında qardaşlıq münasibətlərinin daha da güclənməsinə töhfə verəcəyinə əminliyini bildirib.

Azərbaycan-Fələstin münasibətləri kifayət qədər köklüdür. Rəsmi Bakı müsəlman ölkələri arasında özünəməxsus şəkildə Fələstinə dəstək verir. Belə ki, Azərbaycan Fələstin dövlətinin müstəqilliyini tanıyır və Fələstin münaqişəsinin beynəlxalq hüquq əsasında həllini müdafiə edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev görüş zamanı bir daha Azərbaycanın paytaxtı Şərqi Qüds olmaqla müstəqil və suveren Fələstin dövlətinin yaradılmasını dəstəklədiyini vurğulayıb.

Azərbaycan eyni zamanda İsrailin strateji tərəfdaşıdır. Əslində, bu məqam başda Türkiyə olmaqla bir çox ölkə tərəfindən düzgün anlaşılmır. Rəsmi Bakı bütün münaqişələrin beynəlxalq hüquq çərçivəsində həllinin tərəfdarıdır. Eyni zamanda Azərbaycanın xarici siyasət kursunun əsasını təşkil edən balanslı siyasət münaqişə tərəfləri ilə əməkdaşlığın da özəyini təşkil edir. Bakının Təl-Əvivlə strateji tərəfdaş olması Azərbaycanın İsrailin Fələstin torpaqlarını işğal etməsini tanıdığı anlamına gəlmir. Əksinə, hesab edirəm ki, Bakının həyata keçirdiyi bu balans siyasəti İsraildən daha çox Fələstinin maraqlarına xidmət edir.

Təsadüfi deyil ki, Məhəmməd Mustafa da Fələstində hazırda çox ağır vəziyyətin hökm sürdüyünü bildirərək, bu çətinlikdən dost ölkələrin dəstəyi ilə çıxacaqlarına ümid etdiyini ifadə edib.

Fələstin Bakının köməyini istəyir. Həm də Azərbaycanın İsraillə strateji tərəfdaş olduğunu bilə-bilə. Bu gün Fələstinə dəstək verdiyini deyən bəzi qüvvələr bu faktı Azərbaycanın əleyhinə qarayaxma kampaniyasına çevirməyə çalışdığı halda, Fələstin İsraillə strateji tərəfdaş olduğuna görə Bakıdan üz döndərmir.

Əslində, bunun çox sadə səbəbi var. Fələstin Azərbaycanın nə etdiyini çox yaxşı anlayır.

Birincisi, Fələstin həqiqətən də ağır vəziyyətdədir. İsrailin təzyiqləri ildən-ilə artır. Düzdür, bu daha çox Qəzza zolağı və Şərqi Qüdsə aiddir. Lakin nəticə etibarilə Fələstin həmin əraziləri öz torpaqları hesab edir və beynəlxalq hüquqa görə də onlar Fələstin əraziləridir. Məhz buna görə Fələstin üçün Azərbaycan bu gün də, gələcəkdə də İsraillə danışa biləcək ən etibarlı vasitəçilərdən biridir.

Müqayisə üçün deyim ki, Fələstin Türkiyəni daha çox “protektor”, yəni müdafiəçi dövlət kimi görür. Həqiqətən də müəyyən mənada bu, belədir. Bəlkə də Ankaranın mövqeyi olmasaydı, İsrail daha irəli gedərdi. Amma eyni zamanda aydındır ki, Türkiyənin emosional, bəzi hallarda isə radikal ritorikası Fələstinə xeyirdən çox zərər verir. Ankara ilə müqayisədə Bakının praqmatik yanaşması Fələstinə diplomatik baxımdan daha çox fayda verir.

İkincisi, Azərbaycanın beynəlxalq arenadakı nüfuzu ildən-ilə artır. Bu isə Fələstinin beynəlxalq müstəvidə özünə daha geniş dəstək qazanması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan uzun illərdir beynəlxalq təşkilatlarda Fələstinə açıq dəstək nümayiş etdirir. Xüsusilə də BMT-də Fələstinlə bağlı qəbul edilən qətnamələrdə Bakı ardıcıl olaraq bu ölkənin mövqeyini dəstəkləyir.

Yenə də çoxlarının bilmədiyi məqamlardan biri Ramallah şəhərində Azərbaycanın Təmsilçilik Ofisinin fəaliyyət göstərməsidir. Bundan başqa, Fələstinin ölkəmizdəki səfirliyinin saxlanılması ilə bağlı xərclər də Azərbaycan dövləti tərəfindən qarşılanır. Məhz bu məqamları baş nazir Məhəmməd Mustafa da Prezident İlham Əliyevlə görüş zamanı xüsusi qeyd edərək Azərbaycana təşəkkürünü bildirib.

Üçüncüsü, yenə də çox bilinməyən faktlardan biri odur ki, Azərbaycan müsəlman ölkələri arasında Fələstinə ən çox iqtisadi və humanitar yardım göstərən dövlətlərdən biridir. Məsələn, 2013-cü ildə Azərbaycanın ev sahibliyi etdiyi “İslam Maliyyə Təhlükəsizliyi Şəbəkəsinin yaradılmasına dair Konfrans”ın və “Qüds şəhərinin inkişaf etdirilməsi məqsədilə sektor planının maliyyələşdirilməsinə dair Donor Ölkələrin Konfransı”nın nəticəsi olaraq Azərbaycan Fələstinə 5 milyon ABŞ dolları maliyyə yardımı ayırıb. Ölkəmiz eyni zamanda BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili Agentliyi (UNRWA) vasitəsilə də bu ölkəyə mütəmadi humanitar yardım göstərir. Bundan başqa, Bakı hər il Fələstinə müxtəlif istiqamətlər üzrə humanitar dəstək verir.

Çoxlarının bilmədiyi digər bir məqam isə “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” hesabına 23, ümumilikdə isə 37 fələstinli tələbənin Azərbaycanda təhsil almasıdır.

Təəssüf ki, mövzu Azərbaycan olanda bəzi insanlar Fələstinə dəstək verdiklərini iddia edir, əslində isə “Koka-Kola” alıb yerə tökməklə İsraili boykot etdiklərini düşünürlər. Sonra da deyirlər ki, Azərbaycan İsrailin strateji tərəfdaşıdır, Təl-Əvivə neft və qaz satır, İsrail isə günahsız fələstinli uşaqları öldürür.

Reallıq isə tamam başqadır. Fələstinin Baş naziri Azərbaycana gəlir, Prezident İlham Əliyevlə görüşür və yuxarıda sadaladığım bütün məsələləri qeyd edərək Azərbaycana minnətdarlığını bildirir.

Atalarımızın çox gözəl bir sözü var: “Sağ əlin verdiyini sol əl bilməməlidir.” Elə müqəddəs dinimiz İslamın da tövsiyəsi məhz budur.


Turan Rzayev
Globalinfo.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"3+3" formatı artıq Minsk Qrupuna çevrilməkdədir - ŞƏRH
Bu gün, 15:28
Tovuz bələdiyyəsinin xərcləri proqnozu aşdı – 22 min manat "LUKOIL"a xərcləndi
Bu gün, 15:23
Həbsdə olan jurnalistin səhhəti pisləşdi - AÇIQLAMA
Bu gün, 15:16
Şirkətlər bu bankdan niyə qaçır? - 260 milyonu geri çəkdilər
Bu gün, 15:05
İrəvanda narkotiklə saxlanılan azərbaycanlı Vaqif Hüseynovla bağlı məhkəmə hökm verdi - “Hraparak”
Bu gün, 14:58
NATO-nun Bakıdakı təmas səfirliyi regiona nə vəd edir? - ŞƏRH
Bu gün, 14:56
"O pul mənim üçün çox böyük puldur..." - NARAZILIQ VAR...
Bu gün, 14:45
Ekspertdən ETN və MÜTDA-ya sərt sözlər: - “Milyardlar xərclənir, nəticə yoxdur”
Bu gün, 14:31
"Deyirlər, elə mahnı oxu ki, tamaşaçının “damarını tutsun” - Şölə
Bu gün, 14:28
Bağça-məktəb arasında qalan uşaqlar: Valideynlər narazıdır - NƏ BAŞ VERİR?
Bu gün, 14:25
Fələstinli nazir Bakıda nə istəyib? – “Koka-kola” planına möhtəşəm CAVAB
Bu gün, 14:22
Yeni model Bakıdakı bu məktəblərdə tətbiq olunacaq - SİYAHI
Bu gün, 14:08
"Hamının evində anası-bacısı var” - Novella Cəfəroğludan Taleh Yüzbəyova
Bu gün, 14:03
Vəzifə, ev, bahalı avtomobil vədi ilə milyonluq oyun - Dələduzluq sxemi ifşa olundu
Bu gün, 13:58
Azər Məmmədov yeni departament yaratdı, rəis təyin etdi - Texniki İstismar şöbəsi ləğv edildi
Bu gün, 13:54
"Çiçəklənən Ermənistan"ın lideri Tsarukyanın zavodu dövlətin idarəçiliyinə verilib
Bu gün, 13:48
Ukraynanın yeni Baş naziri təyin edilib - “RBK-Ukraine”
Bu gün, 13:47
"Azərpoçt"un sabiq şöbə müdiri 14 min manatı mənimsədi – MƏHKƏMƏ
Bu gün, 13:04
Netanyahu ABŞ-a planlaşdırılan səfərini təxirə salıb - “Ynet”
Bu gün, 13:02
ADSEA Lökbatanda qazdığı yolu niyə asfaltlamır? - Sakinlərdən narazılıq
Bu gün, 12:58
Xarici silahlı birləşmədə iştirak edən azərbaycanlı məhkum oldu: “Aylıq 300-400 dollar ödənilib” – MƏHKƏMƏ
Bu gün, 12:44
IV Şuşa Qlobal Media Forumu: Azərbaycanın qlobal gündəlikdə artan rolu - MƏQALƏ
Bu gün, 12:37
4 min verib aldığımız “iPhone” deyilmiş - AÇIQLAMA
Bu gün, 12:33
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:24
Vəlvələ çayında “Elnur Cəlilov zəlzələsi” - İTTİHAM VAR...
Bu gün, 12:18
Donald Tramp İlham Əliyevin Şuşa Forumundakı çıxışı ilə bağlı paylaşım etdi - FOTO
Bu gün, 12:14
Ermənistan hökuməti TRIPP üzrə ABŞ-la çərçivə sazişinin ratifikasiyasını təsdiqləyib - “News.am”
Bu gün, 12:04
Flora Kərimovanın səhhəti necədir?
Bu gün, 12:01
NAXÇIVANDA NƏ BAŞ VERİR: Ceyhun Cəlilova etiraz edib vəzifələrindən ayrıldılar - İLGİNC İDDİA
Bu gün, 11:55
Bakıda 582 min manatlıq zeytun bağını yandıran şəxsə 7 il 6 ay həbs cəzası verildi
Bu gün, 11:46
Autizmli uşağın anası: - "Ailələlər böyük maddi yükün altında əzilir"
Bu gün, 11:42
“Nərgiz Med” Tibb Mərkəzi cərimələndi: Reagent dəsti müsadirə edildi - TƏFƏRRÜAT
Bu gün, 11:32
Naxçıvanda Zəngəzur dəhlizini tikənlər beş aydır maaş almır - NARAZILIQ VAR...
Bu gün, 11:27
AzəriQaz-da NƏ OYUN ÇEVRİLİR: Bir ildə iki dəfə imtahan-ixtisar? - NHMT sədri soruşur ki...
Bu gün, 11:18
"Azər Türk Bank"ın rəhbərliyində dəyişiklik olacaq - TƏDARÜK VAR...
Bu gün, 11:12
Türkofoblar panikada: Moskva və Tehranın TURAN KABUSU... - NƏ BAŞ VERİR?
Bu gün, 11:10
“Ağ Çiçəyim”in dövlətə 300 min manata yaxın VERGİ BORCU VAR
Bu gün, 11:08
ABŞ və İranın qarşılıqlı zərbələri gecə boyu davam edib - TƏFƏRRÜAT
Bu gün, 11:07
Milli Depozit Mərkəzinin İdarə Heyətinə təyinat olub - DOSYE
Bu gün, 11:03
“Bakı və İrəvan razılığa gəlməlidir, cavab gözləyirik” - KREML
Bu gün, 11:02
MDB büdcəsi haqda şok qərar: Azərbaycan ildə bu təşkilata neçə milyon ödəyir? - ARAŞDIRMA
Bu gün, 10:59
Paşinyan "boz kardinal"la yollarını ayırır -hakim komandada böhran
Bu gün, 10:57
"Bax, Aytən Səfərova, bu budur.."
Bu gün, 10:55
Rusiya BMT-nin yeni baş katibindən nə gözləyəcək? –Moskvanın tələbi açıqlandı
Bu gün, 10:48
Qubada 5 aylıq hamilə xəstəxanada ölüb
Bu gün, 10:46
Dərmanları rütubət içində saxlayıblar - “Buta Farm” cərimələndi
Bu gün, 10:32
Dövlətə 8 milyon manat borcu olan inşaat şirkəti auditdən yayınır - DETALLAR
Bu gün, 10:30
Qida Təhlükəsizliyi Agentliyi QİDALARIMIZIN TƏHLÜKƏSİZLİYİ ilə məşğuldur, amma... - BİZİM YOX!
Bu gün, 10:24
Bitməyən qərəzin məntiqi NƏTİCƏSİ – Azərbaycanın AŞPA-dan tam çıxması GÜNDƏMDƏ
Bu gün, 10:22
ABŞ İranda uşaq xərçəng xəstəxanasını raketlə vurdu?.. -İSRAİL KİV
Bu gün, 10:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru