Bu yağan yağış deyil... MƏMUR YEYİNTİSİNİN ifadəsidir... .....                     Zaur Mikayılovun GÖRDÜYÜ İŞ... .....                     Azərbaycanlı yazıçı Bakıdan deport olundu .....                     Ukraynanın Rusiyaya zərbələri koordinasiyasızdır .....                     Bu, Rusiya üçün ən ağrılı məqamdır .....                     "SpaceX"in kosmodromunda istehsalat qəzası nəticəsində bir nəfər ölüb .....                     Onun qəbuluna düşmək ÇƏTİNDİR .....                     "İnsanın ömrünün bir anında nəfəsalma zamanı var" .....                     Nizami rayonu NƏZARƏTSİZ BURAXILIB? .....                     ADSEA şefi özünü belə sığortalayır .....                     İran-ABŞ müharibəsi davam edəcəkmi? .....                     “Həyat yoldaşımla şərt kəsdik, sərhəd qoyduq, çətinliklə də olsa qəbullandı, .....                     Stabil maaş: yeni dəbdəbə? .....                     Rusiyanın sonuncu “qalası” qazı Azərbaycandan ALACAQ .....                     “Avropa Parlamenti Bakıya qarşı ikili oyun oynayır” .....                     Mingəçevir xəstəxanasında 90 min manatlıq alış-veriş .....                     Rusiyanın hava əlaqələri çökür: Kreml həm də Azərbaycana ümidlidir .....                     İran hava müdafiəsini gücləndirdiyi üçün Tramp zərbə endirmə planlarından imtina edib .....                     ABŞ-dan daha bir KUBA HƏMLƏSİ .....                     "Onlar gərginlikdən bəslənirlər..." .....                     Bu dəfə yağan güclü yağış həm də reputasiya riski yaratdı .....                     Xalq artistləri "Turan marşı"nı təqdim edəcək .....                     Kişi qızıllarını itirən arvadını döydü, qadın onu bağışladı .....                     Gah yol çəkir, gah da lift quraşdırır... .....                     Telefonunu qaytarmadığı üçün tanışını öldürən şəxsin məhkəmə işi .....                     Ermənistanın taleyi ilə Rusiyanın adamları üz-üzə qoyulub .....                     Makron və Zelenskinin Paşinyana təsiri özünü göstərir .....                     Ən varlı ölkədən 30 dəfə kasıb, ən kasıb ölkədən isə 20 dəfə varlıyıq .....                     “Alatava-Avtonəqliyyat” şirkətinin ötən il mənfəəti azalıb .....                     Azərbaycanda 38 milyon manatlıq yemək tenderlərini KİM UDUR? .....                     Rusiyada təzyiq altındakı azərbaycanlı biznesmenlər hara üz tutur? .....                     Döyüşə robotlar gedir .....                     XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirilib .....                     Mandatı olsa da, misrası olmayan şair deputatımız .....                     Nazirliyə məxsus 38 milyonluq mal yanıb: RİNN-dən təkzib edirlər, amma... .....                     Fərid Xəlilov Avropa Kamandan Oxatma Federasiyasının komitəsinə seçilən .....                     "Vətəndaşların qorunması", yoxsa siyasi təzyiq? .....                     Paşinyan müxalifəti hədələdi .....                     Energetik içkilər azyaşlılara hələ də satılır .....                     Rusiya və Qərbin şərikli “Qafqaz planı” reallaşır .....                 

Tramp sözünü tutmaq üçün İrana zərbə endirəcək - Əhməd Obalı
Tarix: 28-01-2026, 09:59 | Çap et

İranda son dövrlərdə baş verən hadisələr regionda siyasi, iqtisadi və təhlükəsizlik balanslarını yenidən gündəmə gətirib. Etirazların hazırkı vəziyyəti, beynəlxalq aktorların mövqeyi və mümkün hakimiyyət dəyişiklikləri təkcə İranın daxili gələcəyi ilə məhdudlaşmır. Bu proseslər birbaşa olaraq bölgə ölkələrinə, xüsusilə də azərbaycanlıların yaşadığı ərazilərə təsir göstərə biləcək risk və ehtimalları ortaya çıxarır.

Zor gücü ilə susdurulan etirazlar, minlərlə insanın taleyini naməlum edən repressiyalar və sürətlə dərinləşən iqtisadi fəlakət göstərir ki, problem hələ bitməyib. Əksinə, əsas təhlükələr indi başlayır. Bu prosesin Güney Azərbaycan, Quzey Azərbaycan və bütövlükdə region üçün hansı nəticələr doğura biləcəyi isə sual altındadır.

Güney Azərbaycan Televiziyasının (GünAzTV) rəhbəri, Amerikada mühacir həyatı yaşayan Güney Azərbaycanın milli fəalı Əhməd Obalı İranla bağlı Sherg.az-ın suallarını cavabladı:

-İranda etirazlar bitib?

-İranda etirazlar hələlik silah gücü ilə dayandırılıb. Orada çox böyük cinayətlər törədilib. Ölənlərin sayı yüz faiz dəqiq deyil, rəqəmlər çox fərqlidir. Bəziləri 10 min, bəziləri 20 min, digərləri isə 35 min və ya daha artıq deyir. Mən də inanıram ki, bu rəqəm çox böyükdür. Ölənlərin sayı həddindən artıq çoxdur. Orada bəşəriyyətə qarşı cinayət törədilib.

Etirazlar hələlik zor gücü, güllə ilə boğulub. Amma bu, müvəqqətidir. Çünki əsas problem-etirazların kökü hələ də həll olunmayıb. Bu kök səbəblər bahalılıq, işsizlik və iqtisadi böhrandır. İran pulunun dəyəri cəmi 20 gün ərzində təxminən 50 faiz düşüb və bu proses davam edir.

-Sizcə ABŞ-nin məsələyə münasibəti dəyişib?

-ABŞ əvvəlcədən elan etdi ki, əgər cinayətlər böyük miqyas alarsa, hərbi cavab veriləcək, edamlar olarsa, ciddi reaksiya olacaq. Ancaq indiki vəziyyətdən görünür ki, Tramp hələlik Amerikanı birbaşa hərbi müdaxiləyə tam hazır hesab etmir. Lakin bölgəyə ciddi hərbi texnika və qüvvə göndərilir. Gəmilər, dəstək gəmiləri, yük daşıyan təyyarələr, havada qırıcıları yanacaqla təmin edən təyyarələr, çoxlu sayda F-35 qırıcıları yerləşdirilib. Diego Garcia bazasında B-52 bombardmançılarını qəbul və istifadə edə bilən hava limanı aktivləşdirilib.

Yəni böyük hərbi hazırlıq gedir. Bu hazırlığın məqsədi İranı tam qorxudub geri çəkilməyə, Amerikanın şərtlərini qəbul edib danışıqlara məcbur etməkdir. Bu, çətin görünür. Ya da AĞ EV, xüsusilə Tramp, sözünün üstündə durduğunu göstərmək üçün İrana zərbə endirəcək. Böyük ehtimalla, yaxın dövrdə ABŞ-nin İrana müəyyən hərbi zərbə endirməsi mümkündür. Bu zərbənin ağır olacağı görünür. Amma bunu hələ ki, yüz faiz demək olmur.

-Pəhləvi hakimiyyətə gələrsə, nə baş verəcək?

-Tramp birbaşa Pəhləvini istəmir. Amma mövcud rejimə alternativ tapılmasa, Pəhləvini də gündəmə gətirə bilərlər. Bunu tam kənara atmaq olmaz. Hazırda mediada, xüsusilə Netanyahu və İsrail Pəhləvini önə çıxarmaq üçün ciddi kampaniya aparır. Ona imkanlar verilir, yavaş-yavaş “dirildilir”. Amma bu, Güney Azərbaycan üçün böyük fəlakət olar.

İslam Respublikası bizim üçün pis idi, amma Pəhləvinin qayıdışı daha böyük fəlakətdir. Çünki Pəhləvi hakimiyyətə gəlsə, Qərblə, ABŞ-la, İsraillə dost münasibətlər quracaq. Bu zaman Azərbaycanın İsrail və Qərb üçün əhəmiyyəti də azalacaq. Hazırda İran İslam dövləti olduğu üçün Azərbaycan müəyyən strateji önəm daşıyır. Pəhləvi gəldikdən sonra bu amil aradan qalxacaq və Azərbaycanın əhəmiyyəti aşağı düşəcək.

-Bəs, Güneyli və Quzeyli azərbaycanlılar, dövlət, ziyalıları, mətbuat və millət olaraq nə edilməlidir?

-Biz Pəhləvi sistemini yaxşı tanımalıyıq. Farsçılıq, irançılıq, irqçilik, Azərbaycan və türk düşmənçiliyini yaradan məhz Pəhləvi sistemidir. Ondan sonra İslam Respublikası gəldi, Xamenei ilə dini diktatura quruldu. İndi isə Pəhləvi qayıdarsa, özü açıq şəkildə deyir ki, daha qəddar olacaq. Bu, bizim üçün açıq təhlükədir.

Biz həm güneyli, həm də quzeyli olaraq Pəhləvinin qayıdışına qəti şəkildə müxalif olmalıyıq. Arzu edirəm ki, Azərbaycan dövləti bu məsələnin nə qədər ciddi və fəlakətli olduğunu nəzərə alsın. Bu istiqamətdə işlər görsün, danışıqlara başlasın və real planlar hazırlasın. Böyük dövlətlərlə, o cümlədən ABŞ və İsraillə danışıqlar aparılmalı, eyni zamanda konkret strategiyalar hazırlanmalıdır.

Çünki sabah orada qırğın ola bilər. Kürd terror qrupları bir tərəfdən, fars millətçiləri digər tərəfdən azərbaycanlıları açıq-aşkar hədələyirlər. Bu, böyük bir fəlakətə, soyqırıma çevrilə bilər.

-Türkiyə İranın içərisində, öz sərhədi boyunca tampon zona yaratmaq istədiyini bildirir. Bu məsələyə münasibətiniz necədir?

-Biz istəyirik ki, bu tampon zona yalnız şimal hissədə yox, başdan-başa bütün Türkiyə-İran sərhədi boyunca olsun. O ərazilər azərbaycanlıların yaşadığı yerlərdir. Dağlıq bölgələr də daxil olmaqla, Urmiyanı əhatə edən təhlükəsizlik zolağı yaradılmalıdır.

Eyni zamanda Şimali Azərbaycandan da gözləntimiz budur ki, bu məsələyə ciddi yanaşılsın. Çünki sabah orada qırğın olarsa, milyonlarla insan məcburi köçə başlayacaq. Muhacirlər ya Türkiyəyə, ya da Azərbaycana üz tutacaqlar. İran rejimi bu prosesi qan tökmədən buraxmayacaq.

Əgər müharibə və qarşıdurma bir az uzun çəksəydi, artıq milyonlarla insan hərəkətə başlamışdı. Bu proses uzanarsa, milyonlarla azərbaycanlının Azərbaycan sərhədinə axınının qarşısını almaq mümkün olmayacaq. Halbuki Azərbaycan dövləti bu qədər qaçqını qəbul etməyə nə iqtisadi, nə də sosial baxımdan hazır deyil.

Buna görə alternativlər hazırlanmalıdır. Ən real alternativ isə İranın öz içərisində, xüsusilə Güney Azərbaycanın qərbində və şimalında, Türkiyə ilə birlikdə geniş və dərin tampon zonaların yaradılmasıdır. Bu məsələlər hərtərəfli düşünülməlidir.

-Mümkün parçalanma və qarşıdurmalara qarşı nə etmək lazımdır?

-Biz ziyalılar, cənublu və şimallı azərbaycanlılar Pəhləvinin nə qədər cinayətkar bir sistem olduğunu dünyaya anlatmalı, yazmalı, deməliyik. Qarşımızda çox iş var.

Biz plan A, plan B, plan C hazırlamalıyıq. "İran parçalanmağa doğru getsə nə edəcəyik?", "Federal sistem qurularsa nə edəcəyik?", "Kütləvi qırğın olarsa hansı addımlar atılacaq?"-bütün bu suallara cavab olaraq əvvəlcədən ciddi planlar hazırlanmalıdır. Hazır olan dövlətlər və xalqlar uduzmaz, hazır olmayanlar isə sürprizlə üz-üzə qalacaq və bəlkə də uduzacaq.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu yağan yağış deyil... MƏMUR YEYİNTİSİNİN ifadəsidir... - "Əslində Bakı çoxdan dayanıqlı şəhərdir..."
Bu gün, 07:48
Zaur Mikayılovun GÖRDÜYÜ İŞ... - Maləsəf... O hələ də İŞ BAŞINDADIR...
Bu gün, 07:31
Azərbaycanlı yazıçı Bakıdan deport olundu - TƏFƏRRÜAT
Bu gün, 07:24
Ukraynanın Rusiyaya zərbələri koordinasiyasızdır - ABŞ kəşfiyyatı
Bu gün, 07:03
Bu, Rusiya üçün ən ağrılı məqamdır - Zelenski
Bu gün, 07:02
"SpaceX"in kosmodromunda istehsalat qəzası nəticəsində bir nəfər ölüb - KİV
Bu gün, 07:00
Onun qəbuluna düşmək ÇƏTİNDİR - qəbul etsə də, NƏ FAYDASI?
Bu gün, 06:50
"İnsanın ömrünün bir anında nəfəsalma zamanı var"
Bu gün, 06:32
Nizami rayonu NƏZARƏTSİZ BURAXILIB? - VİDEOFAKT
Bu gün, 06:21
ADSEA şefi özünü belə sığortalayır - FOTOFAKT
Bu gün, 06:10
İran-ABŞ müharibəsi davam edəcəkmi? - Sərdar Cəlaloğlu ŞƏRH EDİR
Bu gün, 06:06
“Həyat yoldaşımla şərt kəsdik, sərhəd qoyduq, çətinliklə də olsa qəbullandı, çünki səhnədə ər-arvad deyildik, evdə...”
Bu gün, 06:02
Stabil maaş: yeni dəbdəbə? - ARAŞDIRMA
Bu gün, 06:00
Rusiyanın sonuncu “qalası” qazı Azərbaycandan ALACAQ - GƏLİŞMƏ
Bu gün, 05:58
“Avropa Parlamenti Bakıya qarşı ikili oyun oynayır” - Vuçiç deyir ki...
Bu gün, 05:56
Mingəçevir xəstəxanasında 90 min manatlıq alış-veriş
Bu gün, 05:53
Rusiyanın hava əlaqələri çökür: Kreml həm də Azərbaycana ümidlidir - SİYAHI
Bu gün, 05:50
İran hava müdafiəsini gücləndirdiyi üçün Tramp zərbə endirmə planlarından imtina edib - "Al Mayadeen"
Bu gün, 05:47
ABŞ-dan daha bir KUBA HƏMLƏSİ - CNN
Bu gün, 02:45
"Onlar gərginlikdən bəslənirlər..." - partiya sədri
Bu gün, 02:38
Bu dəfə yağan güclü yağış həm də reputasiya riski yaratdı - FAKT BUDUR!
Bu gün, 02:25
Xalq artistləri "Turan marşı"nı təqdim edəcək
Dünən, 18:19
Kişi qızıllarını itirən arvadını döydü, qadın onu bağışladı - TƏFƏRRÜAT
Dünən, 18:19
Gah yol çəkir, gah da lift quraşdırır... - Əlövsət Orucovun şirkəti bu dəfə 735 manatlıq sifariş aldı
Dünən, 18:15
Telefonunu qaytarmadığı üçün tanışını öldürən şəxsin məhkəmə işi
Dünən, 17:18
Ermənistanın taleyi ilə Rusiyanın adamları üz-üzə qoyulub - Natiq Miri
Dünən, 17:13
Makron və Zelenskinin Paşinyana təsiri özünü göstərir - Mariya Zaxarova
Dünən, 17:09
Ən varlı ölkədən 30 dəfə kasıb, ən kasıb ölkədən isə 20 dəfə varlıyıq - SİYAHI
Dünən, 17:05
“Alatava-Avtonəqliyyat” şirkətinin ötən il mənfəəti azalıb
Dünən, 17:00
Azərbaycanda 38 milyon manatlıq yemək tenderlərini KİM UDUR? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Dünən, 16:50
Rusiyada təzyiq altındakı azərbaycanlı biznesmenlər hara üz tutur? - DEPORTASİYA REJİMİ
Dünən, 16:42
Döyüşə robotlar gedir – Azərbaycan üçün əsas nəticə...
Dünən, 16:38
XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirilib
Dünən, 16:37
Mandatı olsa da, misrası olmayan şair deputatımız - Saffari yazır…
Dünən, 16:26
Nazirliyə məxsus 38 milyonluq mal yanıb: RİNN-dən təkzib edirlər, amma... - İLGİNC
Dünən, 16:25
Fərid Xəlilov Avropa Kamandan Oxatma Federasiyasının komitəsinə seçilən ilk azərbaycanlı olub
Dünən, 16:21
"Vətəndaşların qorunması", yoxsa siyasi təzyiq? - "Rusiya bu yolla hərbi addımlarını ..."
Dünən, 16:18
Paşinyan müxalifəti hədələdi - “Siz diz çökdürəcəyəm”
Dünən, 16:09
Energetik içkilər azyaşlılara hələ də satılır - Marketlər qanun tanımır
Dünən, 16:07
Rusiya və Qərbin şərikli “Qafqaz planı” reallaşır - Ermənistana qoşun yeridiləcək, sərhədlər dəyişəcək
Dünən, 16:03
Ramil Əmənova vəzifə verildi - FOTO
Dünən, 16:01
Ölkəmiz növbəti dəfə qlobal beynəlxalq tədbirə uğurla ev sahibliyi edir - İsrafil Kərimovun yazısı
Dünən, 15:55
WUF13 ölkəmizdə keçirilən növbəti ən mühüm qlobal tədbirdir - MƏQALƏ
Dünən, 15:53
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
Dünən, 15:36
S.Ərəbistanın Azərbaycandakı şirkətinin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:34
SEPAH ABŞ-a məxsus silah-sursat yükünü ələ keçirib
Dünən, 15:30
Ramil Əmənov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin edilib - FOTO
Dünən, 15:21
Paşinyan Xocalı canisini küçələrə salıb
Dünən, 15:11
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
Dünən, 15:03
Azərbaycan bu ölkədən "Premium" benzin almağa başladı
Dünən, 14:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru