Nizami MKTB-nin sabun, bel, kürək, verdə almaq arzusu baş tutmadı .....                     “Yelo Bank”da kreditlərdən “şapka” alan Vüqar kimdir? .....                     Paşinyan Putinə 200 dəfə zəng edib .....                     İran vətəndaşlarının Almaniyaya viza müraciətlərinə İrəvanda baxılır .....                     Dövlətin yol getdiyi Adam... .....                     Azərbaycan-Ermənistan sərhədinin xəritəsi hazırlanır .....                     “Hom Paş” – “Inter MMC” – “Khatai Residence”: bir layihənin şübhəli “rebrendinqi” .....                     Köçəryan seçki sandığını terrorla əvəzləyir: .....                     “Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır .....                     Ermənistanda Rusiya pasportu skandalı: .....                     Türk dövlətləri vahid valyutaya nə vaxt keçə bilər? .....                     Putin və Si Cinpin strateji tərəfdaşlığın inkişafına dair birgə sənədlər imzalayıblar .....                     Kremlin geosiyasi dalanı: Ermənistana qarşı sərt ritorika və isterika .....                     Özəl sektorda iş yerlərinin sayı 19,9 min artıb, muzdlu işçilərin sayı 28,8 min azalıb .....                     SSRİ bayrağı, “Georgi lenti” və milyonluq ittihamlar .....                     Ya imtahan Naxçıvanda da təşkil olunmalı, ya da... .....                     Ankaradakı bəzi “qardaşlara” səmərəli təklif: “Arabalarınıza təyyarə qanadı taxın” .....                     “Bunları yığışdırın, hər şeyi bacarırlar, muğam oxumaqda niyə aciz olsunlar ki?” .....                     Mühasib şirkətin vergi borclarının silinməsi adı ilə dələduzluq etdi, .....                     Köçəryan erməni seçiciləri AZƏRBAYCANLA təhdid edir... .....                     Hamlet Musayevin qızı azadlığa buraxıldı .....                     Seçkidən sonra Paşinyanı qələbə münasibətilə ilk Putin təbrik edəcək .....                     Burda ancaq PUL YIĞMAĞI BİLİRLƏR... .....                     Tanışının “Kontakt Home”dan aldığı telefonu başqasına satdı: .....                     Ailə sürücüsü şirkət rəhbərinin otağından oğurladığı pulları kazino oyunlarında uduzdu .....                     Karapetyanın qardaşı oğluna qarşı ikili vətəndaşlığı gizlətməsinə görə cinayət işi qaldırılıb .....                     Məmurlar işini itirir, yoxsa bazar dəyişir? .....                     "İstəsəniz, mənəvi dəstəyinizi də göstərə bilərsiniz" .....                     İcra hakimiyyətlərinə tender qadağası .....                     Naxçıvanda TAXIL İŞİ: Ceyhun Cəlilov GERİ ÇƏKİLDİ? .....                     Bakı “üçüncü İran müharibəsi” hazırlığında .....                     Günün fotosu: .....                     'Europol' SEPAH-a bağlı 14 min paylaşımı silib .....                     İcra başçısı kölgədə əyləşdi, vətəndaşları günün altında saxladı .....                     "Biz pulu əziyyətlə qazanıb sizi yedizdirməliyik?" .....                     Saleh Məmmədovun kadrları HƏLƏ DƏ İŞ BAŞINDADIR .....                     "Əslində qiymət bundan ucuz olmalıdır..." .....                     Britaniyanın ABŞ-dəkı səfirinin müavini məxfi məlumatların sızmasına görə işdən çıxarılıb .....                     Samuxda təhsil adına OYUNBAZLIQ... .....                     Azərbaycanın Avroviziyada nəticələri niyə zəifləyir? .....                 

Xüsusi nümayəndəlik modelinin bütövlükdə ölkəyə tətbiq edilə bilərmi? - AKTUAL
Tarix: 7-01-2026, 09:14 | Çap et

Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziyalara müsahibəsində deyib ki, Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli bəlkə də bütövlükdə ölkəyə tətbiq edilə bilər. Bu, idarəetmədə dəyişiklik anonsu hesab edilə bilərmi?

Milli Məclisin deputatı Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Prezident İlham Əliyevin Azərbaycan telekanallarına müsahibəsində Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modelinin perspektivdə bütövlükdə ölkə miqyasında tətbiq oluna biləcəyi ilə bağlı səsləndirdiyi fikir dövlət idarəçiliyinin gələcək trayektoriyasına dair ciddi mesajdır: “Bu yanaşma həm institusional təcrübənin nəticəsi, həm də postmünaqişə dövründə formalaşan yeni idarəetmə fəlsəfəsinin ifadəsi kimi qiymətləndirilməlidir. Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən idarəetmə modeli klassik inzibati-bürokratik yanaşmadan fərqli olaraq, mərkəzləşdirilmiş strateji qərarvermə ilə çevik icra mexanizmlərinin vəhdətinə əsaslanır. Burada əsas prioritetlər təhlükəsizlik, sürətli bərpa, resursların optimal bölgüsü və nəticəyönümlü idarəetmədir. Prezidentin xüsusi nümayəndəlik institutu faktiki olaraq paralel və ağır bürokratik zəncirləri aradan qaldıran, birbaşa məsuliyyət və hesabatlılıq mexanizmi yaradan model kimi çıxış edir. Bu isə idarəetmədə vaxt itkisini minimuma endirir, qərarların icra məsuliyyətini fərdiləşdirir və dövlət siyasətinin təcrübədə real nəticələr verməsini təmin edir. Bu baxımdan, Prezidentin səsləndirdiyi fikir idarəetmədə dəyişiklik anonsu kimi də qəbul edilə bilər. Lakin bu, inqilabi deyil, təkamül xarakterli dəyişiklikdir. Burada söhbət mövcud dövlət idarəetmə sisteminin tamamilə ləğvindən deyil, daha çox səmərəli işləyən mexanizmlərin geniş miqyasda tətbiqindən gedir”.

Deputatın sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzur təcrübəsi göstərdi ki, düzgün seçilmiş kadrlar, mərkəzi siyasi iradə ilə yerli icra arasında birbaşa əlaqə və institusional çeviklik qısa müddətdə ciddi nəticələr doğura bilir: “Təcrübədən çıxış etsək, belə bir idarəetmə yanaşmasının ölkə üzrə tətbiqi müsbət effekt verə bilər, lakin bu proses mexaniki şəkildə deyil, diferensial yanaşma əsasında həyata keçirilməlidir. Azad edilmiş ərazilər faktiki olaraq “idarəetmə laboratoriyası” rolunu oynayır. Burada yeni texnologiyalar, rəqəmsal həllər, planlaşdırma və nəzarət mexanizmləri sınaqdan keçirilir. Bu təcrübənin bütün ölkəyə şamil edilməsi isə regionların sosial-iqtisadi xüsusiyyətləri, yerli idarəetmə ənənələri və institusional hazırlıq səviyyəsi nəzərə alınmaqla mərhələli şəkildə aparıla bilər.

Bu prosesdə əsas müsbət effekt ondan ibarət ola bilər ki, idarəetmədə nəticəyönümlülük və məsuliyyət anlayışı güclənsin, qərarların icra məsafəsi qısalsın, məmur-vətəndaş münasibətlərində səmərəlilik artsın. Eyni zamanda, mərkəzi icra hakimiyyəti ilə yerli idarəetmə təsisatları arasında koordinasiya daha sistemli xarakter alsın. Bu isə dövlətin strateji məqsədlərinin icrasında fragmentasiya risklərini azalda bilər.

Digər tərəfdən, bu modelin uğuru siyasi iradənin davamlılığı və institusional balansın qorunması ilə birbaşa bağlıdır. Güclü mərkəzləşmə effektivlik yaratsa da, paralel olaraq nəzarət, şəffaflıq və hüquqi çərçivə mexanizmlərinin gücləndirilməsi zəruridir”.

Elçin Mirzəbəyli vurğuladı ki, beləliklə, Prezident İlham Əliyevin səsləndirdiyi yanaşma idarəetmədə dəyişiklikdən daha çox, dövlət idarəçiliyinin keyfiyyət mərhələsinin dəyişməsi ilə bağlı siyasi baxışı və iradəni ifadə edir. Qarabağ və Şərqi Zəngəzur təcrübəsi göstərir ki, düzgün qurulmuş, çevik və məsuliyyətə əsaslanan idarəetmə modeli real nəticə verir. Bu təcrübənin ölkə miqyasında tətbiqi isə müasir çağırışlar fonunda zəruri görünür. Burada əsas məsələ bu dəyişikliklərin hansı məntiq, hansı dəyərlər və hansı institusional mexanizmlər üzərində qurulacağıdır. Bu günə qədər əldə olunan təcrübə və göz önündə olan nəticələr onu deməyə əsas verir ki, idarəetmədə islahatlarla bağlı vahid baxış bucağı və yol xəritəsi var”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nizami MKTB-nin sabun, bel, kürək, verdə almaq arzusu baş tutmadı - SƏBƏB
Bu gün, 12:14
“Yelo Bank”da kreditlərdən “şapka” alan Vüqar kimdir? – Anar Həsənovun nəzərinə…
Bu gün, 12:06
Paşinyan Putinə 200 dəfə zəng edib
Bu gün, 12:02
İran vətəndaşlarının Almaniyaya viza müraciətlərinə İrəvanda baxılır
Bu gün, 11:51
Dövlətin yol getdiyi Adam... - Aydın CAN yazır...
Bu gün, 11:48
Azərbaycan-Ermənistan sərhədinin xəritəsi hazırlanır - TƏFƏRRÜAT
Bu gün, 11:38
“Hom Paş” – “Inter MMC” – “Khatai Residence”: bir layihənin şübhəli “rebrendinqi” - Məhkəmə aktları niyə icra olunmur?
Bu gün, 11:36
Köçəryan seçki sandığını terrorla əvəzləyir: - “Onun əsl mahiyyəti budur”
Bu gün, 11:28
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Bu gün, 11:25
Ermənistanda Rusiya pasportu skandalı: - Məşhur milyarderin qohumu həbs oluna bilər
Bu gün, 11:23
Türk dövlətləri vahid valyutaya nə vaxt keçə bilər? - AÇIQLAMA
Bu gün, 11:11
Putin və Si Cinpin strateji tərəfdaşlığın inkişafına dair birgə sənədlər imzalayıblar - "Xinhua" agentliyi
Bu gün, 11:09
Kremlin geosiyasi dalanı: Ermənistana qarşı sərt ritorika və isterika - Moskva yeni reallığı qəbul etməyə açıq şəkildə hazır deyil
Bu gün, 11:04
Özəl sektorda iş yerlərinin sayı 19,9 min artıb, muzdlu işçilərin sayı 28,8 min azalıb – Rəsmi
Bu gün, 11:03
SSRİ bayrağı, “Georgi lenti” və milyonluq ittihamlar – Saleh Səmədov işi böyüyür
Bu gün, 11:00
Ya imtahan Naxçıvanda da təşkil olunmalı, ya da... - ETİRAZ VAR...
Bu gün, 10:53
Ankaradakı bəzi “qardaşlara” səmərəli təklif: “Arabalarınıza təyyarə qanadı taxın” - BELƏ HARA GEDİRİK?
Bu gün, 10:49
“Bunları yığışdırın, hər şeyi bacarırlar, muğam oxumaqda niyə aciz olsunlar ki?” - xanəndədən ETİRAZ
Bu gün, 10:35
Mühasib şirkətin vergi borclarının silinməsi adı ilə dələduzluq etdi, pulları “Topaz”da uduzdu
Bu gün, 10:34
Köçəryan erməni seçiciləri AZƏRBAYCANLA təhdid edir... - "Zəngəzurda məscid tikəcəklər..."
Bu gün, 10:25
Hamlet Musayevin qızı azadlığa buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 10:19
Seçkidən sonra Paşinyanı qələbə münasibətilə ilk Putin təbrik edəcək - Sərkisyan
Bu gün, 10:11
Burda ancaq PUL YIĞMAĞI BİLİRLƏR... - Qanunsuzluq, özbaşınalıq və əmək istismarı
Bu gün, 10:09
Tanışının “Kontakt Home”dan aldığı telefonu başqasına satdı: - “Dedi ki, uzun illər türmədə olub, “vor-zakon”dur”
Bu gün, 09:52
Ailə sürücüsü şirkət rəhbərinin otağından oğurladığı pulları kazino oyunlarında uduzdu – HÖKM
Bu gün, 09:46
Karapetyanın qardaşı oğluna qarşı ikili vətəndaşlığı gizlətməsinə görə cinayət işi qaldırılıb - Ermənistan mediası
Bu gün, 09:42
Məmurlar işini itirir, yoxsa bazar dəyişir? - Görünəni odur ki...
Bu gün, 09:37
"İstəsəniz, mənəvi dəstəyinizi də göstərə bilərsiniz" - ÇAĞIRIŞ
Bu gün, 09:35
İcra hakimiyyətlərinə tender qadağası - NƏ BAŞ VERİR?
Bu gün, 09:32
Naxçıvanda TAXIL İŞİ: Ceyhun Cəlilov GERİ ÇƏKİLDİ? - İşçilər deyir ki...
Bu gün, 09:30
Bakı “üçüncü İran müharibəsi” hazırlığında - AKTUAL
Bu gün, 09:21
Günün fotosu: - AY BƏRƏKALLAH...
Bu gün, 08:15
'Europol' SEPAH-a bağlı 14 min paylaşımı silib - KİV
Bu gün, 07:58
İcra başçısı kölgədə əyləşdi, vətəndaşları günün altında saxladı - AY MAŞALLAH...
Bu gün, 07:52
"Biz pulu əziyyətlə qazanıb sizi yedizdirməliyik?" - NARAZILIQ VAR...
Bu gün, 07:34
Saleh Məmmədovun kadrları HƏLƏ DƏ İŞ BAŞINDADIR - yarımçıq qalan yol və körpülər...
Bu gün, 07:09
"Əslində qiymət bundan ucuz olmalıdır..." - HESABLAYAQ...
Bu gün, 07:02
Britaniyanın ABŞ-dəkı səfirinin müavini məxfi məlumatların sızmasına görə işdən çıxarılıb - "Times"
Bu gün, 06:40
Samuxda təhsil adına OYUNBAZLIQ... - BU NƏDİ BELƏ?
Bu gün, 06:36
Azərbaycanın Avroviziyada nəticələri niyə zəifləyir? - ARAŞDIRMA
Bu gün, 06:25
Nazir müavini Vüqar Kərimova ağır ittihamlar – “Meşə mafiyası”nın başında kim dayanır?
Bu gün, 06:24
Məhkəmə Hicran Əyyubovaya qarşı... QƏRAR VERDİ
Bu gün, 06:16
"Şagirdin gələcəyini məktəbdəki təhsil deyil, imtahan balı müəyyən edir" - Əməkdar müəllimdən ETİRAZ
Bu gün, 06:12
Kürdəmirdə QOÇULUQ edən məmur kimdir - NARAZILIQ VAR...
Bu gün, 06:10
Rodrigez Trampı Venesuelaya qarşı sanksiyaları ləğv etməyə çağırıb
Bu gün, 06:00
Paşinyan konstitusiyadakı ərazi iddialarını ləğv etməyə hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 05:59
ABŞ Senatı İranla müharibəyə son qoymaq üçün qətnamə qəbul edib - C-SPAN kanalı
Bu gün, 05:57
“ADY yemək seti ilə bilet qiymətlərini süni şəkildə bahalaşdırır” - ETİRAZ VAR!
Bu gün, 01:41
Oğuzun "yaşıl büdcəsi": Abadlıq adı altında ayaqqabıdan şinə, loma qədər hər şey alınır - BU NƏDİ BELƏ?
Bu gün, 01:38
Qarabağlı “siyasətçiyə” qarşı sərt addım – iş ağır maddəyə keçirildi
Bu gün, 01:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru