“MTN işi” ilə bağlı üzücü XƏBƏR: Zərərçəkənlərdən daha biri... .....                     Azərbaycan XİN başçısının Moskvaya, Rusiya müdafiə nazirinin isə Bakıya səfərinə hazırlıq gedir .....                     “Vaşinqton sənədini cırıb atmayacağıq” .....                     “Yüksəliş” müsabiqəsinin qalibinə bankda yüksək vəzifə verildi .....                     Ermənilər seçim qarşısında .....                     GDU-nun samovar və çaynik almaq planı baş tutmadı: .....                     Rusiyasız Ermənistan istəyənləri ağıllandıracağıq .....                     PREZİDENT “YERİNDƏ SAYIRIQ, İDXALI AZALTMALIYIQ” DEDİ... .....                     Hafiz Hacıyev cərimələnib .....                     Azərbaycanda 14 il əvvəlki cinayətin üstü açıldı .....                     Ermənistan və ABŞ TRIPP-lə bağlı saziş imzaladı .....                     “Diadem” şirkəti mənfəətini bölüşdürəcək .....                     Özümüzü buğda ilə necə təmin edək? .....                     “Baku Steel Company”dəki 2 milyonluq ƏDV İŞİ: ziyanı ödəmir .....                     "TDT-nin müdafiə qanadının nüvəsi Türkiyə-Azərbaycan-Özbəkistan üçbucağı olacaq" .....                     Uşaqpulu, yoxsa sosial yardımlar?.. .....                     "Abşeron Tekstil"in külli miqdarda borcu var .....                     "Arzum 9999" ləqəbli blogerin məhkəməsi oldu .....                     MDB ölkələrinə şok mesaj: .....                     Merdən Xankəndidən köçmüş ermənilərə: .....                     ABŞ atəşkəsi pozdu, cavab verəcəyik .....                     “PAŞA Bank”ın rəhbərliyinə yeni təyinat .....                     200 dollarlıq neft: Dünya üçün fəlakət ssenarisi .....                     Hərraca çıxarılan “Zəngəzur Harmony” oteli bir ildir alan yoxdur .....                     Kinematoqrafçılar İttifaqının yeni sədri MƏLUM OLDU .....                     ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir .....                     FHN amfibiyanın “ömrünü uzatmaq” üçün bu dəfə Ukrayna şirkəti ilə müqavilə bağladı .....                     Azərbaycan BOKT-unun təsisçisi dəyişib .....                     “OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı” təşəbbüsü .....                     Deputatlıq mandat deyil, sözün məsuliyyətidir .....                     "Gazelli Group" yenidən təşkil olunur .....                     “Milli Məclisdə “arvad” sözünü müzakirə etməkdənsə, o arvadların ərlərinin maaşlarını artırsınlar...” .....                     Ermənistanda əhalinin 75%-i Rusiyaya qarşıdır .....                     "PAŞA Bank"ın Müşahidə Şurasına yeni sədr təyin olunub .....                     Hərbi biletinə görə Şəkiyə getdi, atasını boğub öldürdü .....                     Ermənistan belə idarə olunub: ya ölüm, ya azadlıq! .....                     TƏBİB tabeli iki tibb müəssisəsinə yeni direktor təyin olunub .....                     AZAL komfortlu səyahət üçün baqajla bağlı məsləhətlər verib .....                     Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi .....                     Azərbaycanda “lizinq” anlayışı ləğv edilir .....                 

"Bu cür bacarıqsız işçilərə “gözün üstə qaşın var” deyən olmur" - ETİRAZ VAR...
Tarix: 11-09-2025, 17:48 | Çap et

Azərbaycanda işçilərin hüquqlarını qorumalı olan həmkarlar təşkilatlarının üst qurumu olan Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasını (AHİK)-i yeni rəhbərlik nazirliyə çevirdi?!...
Tarixə baxış:
-İlk həmkarlar təşkilatları İngiltərədə XVIII əsrin ikinci yarısında Trade Union olaraq işəgötürən tərəfindən hüquqları pozulan fəhlələrin birliyi kimi yaranıb. Daha sonra Fransada XIX əsrdə (1836-cı ildə) tipoqrafiya işçilərinin sindikat palatası şəkilində yaranıb və Avropada geniş vüsət alıb. Ruisyada profsoyuz hərəkatı 20-ci əsrin ilk illərindən meydana gəlib və 1905-1907-ci illərdən başlayaraq müəssisələrə yayılmağa başlayıb. Azərbaycanda isə ilk həmkarlar ittifaqı 1905-ci ildə Bakıda konka fəhlələri tərəfindən yaradılıb.
Avropada həmişə, Rusiyada isə ilk yarandığı vaxtlarda həmkarlar ittifaqlarını işçilər özləri yaradıblar. Bu təşkilatın fəaliyyətinin mahiyyətində işəgötürən qarşısında işçinin hüquqlarını qorumaq, sözün əsil mənasında, bu yolda döyüşmək olub.
Sovetlər dönəmində həmkarlar təşkilatları komunist partiyasının tam təsiri altına düşüb komunist ideologiyasının təbliğatçılarından birinə çevrildi, yəni öz mahiyyətini itirdi.
Komunist rejimi çöküb sovetlər dağılandan sonra Azərbaycanda Azad Həmkarlar hərəkatı əmələ gəldi. Müstəqil Azərbaycanda yaradılmış həmkarlar təşkilatları nə İngiltərədəki Trade Union, nə Fransadakı Syndicats, nə Polşadakı Solidarnost ola bildi, nə də sovet həmkarları kimi davam etdi: bunalrın arasında yarım-müstəqil, yarım müəssisə rəhbərinin himayəsinə sığınan bir quruma çevrildi.
21-ci ilin ilk illərində neft yataqlarının işlənməsi layihələrində çalışan fəhlələr BP-nin subpodratçı müəssisələrində Azərbaycanı Afrika ilə dəyişik salmış əcnəbi rəhbərlərin özbaşınalıqlarına etiraz fonunda öz təşkilatlarını yaratdılar. Təbii ki, siyasi rejimin təsiri ilə bu yeni, AHİK-in dəstəyi ilə qeydiyyatdan keçmiş nisbətən müstəqil həmkarlar təşkilatları da uzun müddət ayaqda qala bilmədi və qaynayıb o birilərinə qarışdı.
Mövcud vəziyyət:
-Azərbaycanda dövlət müəssisələrində Həmkarlar İttifaqı Təşkialtlarına (HİT)üzvlük idarə-müəssisə rəhbərliyinin iradəsi ilə həll olunur. Yəni işçi işə götürülən zaman əmək müqaviləsi ilə yanaşı HİT üzvlüyünə “könüllü” ərizəyə də imza atır. Neft-qaz-tikinti sahələrindəki layihələri yerinı yetirən podratçı şirkətlərdə isə üzvlük nisbətən sərbəstdir. Bu sonuncularda fəhlələrin HİT-na cəlb olunması üçün HİT rəhbərliyinin əsas silahı sosial problemlərlə üzləşmiş ağır krediti olan, yarıtmaz tibbi sığortadan yararlana bilməyən fəhlələrə verilən yardımlar, onların və ailə üzvlərinin yay istirahətinin təşkili, kurort və sanatoriyaya göndərişlərin verilməsi, işçilərin idman yarışlarda iştirakının təşkili və sairdən ibarətdir. AHİK-in qoyduğu qaydalara görə əvvəllər (əslində bu qurumun özünün özünə verdiyi səlahiyyətlərin Azərbaycan Respublikasının Konstitutsiyasına uyğun olub-olmaması sual altındadır!) işçinin əmək haqqından tutulan 1 faiz üzvlük haqqının 25 faizi ilk təşkilatdan alınıb sahə üzrə Respublika Komitəsinin(RK) və AHİK-in hesabına köçürülürdü . Oxucuda təsəvvür aydın olsun deyə qeyd edək ki, 3 min üzvü olan bir ilk təşkilat tərəfindən bir ildə AHİK-in hesabına köçürülən bu məbləğ 150-170, bəzən də 200 min manat olur. İşçinin əmək haqqının 1 faizindən tutulan məbləğin digər 25 faizi ilk təşkilatın ştatlı işçilərinin əmək haqqına xərclənir. Yerdə qalan 50 faiz isə işçilərə maddi yardıma, işçilərin və ailə üzvlərinin yay istirahətinin təşkilinə, kurort və sanatoriyalarda müalicəyə və eləcə də mədəni-kütləvi tədbirlərin (Yeni İl, Bahar Bayramı, 8 mart Qadınlar Günü, 20 sentyabr Neftçilər Günü, Ramazan Bayramı, Qurban Bayramı və sair kimi bayramların, idman yarışlarının) keçirilməsinə sərf olunur.
✅AHİK və Neft-Qaz Sənayesi İşçilərinin Həmkarlar İttifaqlarının Respublika Komitəsinin rəhbərliyindəki son dəyişikliklərdən sonra onsuz da boynubükük olan ilk həmkarlar təşkilatları tamamilə oyundankənar vəziyyətə salındı.İndiyə qədər üzvlərin əmək haqqının 1 faizindən tutulan məbləği (25%-i) AHİK və RK 100 faizə qaldırdı. Yəni bu qərardan sonra işçilərə edilən bütün yardımlara, mədəni-kütləvi tədbirlərə, işçilərin kurort-sanatoriyaya göndərişlərinə, yay-istirahətlərinə nə qədər pul xərclənəcəyinə ilk təşkilatlardan xəbəri olmayan sahə üzrə Respublika Komitəsi və AHİK qərar verəcək.
Bu il guya şəffaflığı təmin etmək üçün kurort və sanatoriyalara və eləcə də yay istirahətinə göndərişləri AHİK bir pəncərədən həll etmək istədi. Hər şey bərbad oldu. Minlərlə işçi narazı qaldı. Yeri gəlmişkən, bizdə olan məlumata görə, AHİK-in tabeçiliyindəki kurort və sanatoriyalarda, idman və turizm təşkilatlarında, istirahət yerlərində çoxlu sayda işçi işdən çıxarılıb və yerlərinə yeni sədrin qohum-əqrabaları, dost-tanışları götürülür. Təchizatın təmin olunması üçün bundan sonra bütün “tenderlər” sədrin şəxsi gösətərişi əsasında “keçiriləcək”. Bu müəssisələrin hüquqi şəxs statusu ləğv edilir və onlar bir mərkəzə tabe etdirilir. Təsəvvür edin, insanların istirahət üçün göndərildiyi yerlərdə sahibkarın ərzaq almaq səlahiyyəti olmur və hər şeyi əlində cəmləşdirmiş fövqəl-mərkəzin əlinə baxır! Bu, mümkün olan şey deyil! Orda keyifiyyətdən, müştəri məmnunluğundan söhbət gedə bilməz! Mərkəz bu il işçilərin istirahətini təşkil etməyi öz üzərində götürdü. Əvvəla, işçilərin göndəriş alması həddən artıq çətinləşdi. İkincisi də, qayıdanlar deyir ki, istirahət mərkəzlərində yataq mələfəsi həftədə bir dəfə dəyişdirilirmiş yayın bu istisində! Hələ bu, başlanğıcdır və xırda bir detaldır.
Bu gün ölkədə infilaysiyanın getdikcə artması və bunun fonunda əmək haqlarının artmamasına görə, eləcədə tibbi sığortaların bərbad olması səbəbindən işçinin öz əmək haqqının xeyli hissəsini müalicəyə xərcləməsi, əmək məcəlləsində edilmiş dəyişiklik nəticəsində müvəqqəti (1 aylıq, 3 aylıq, 6 aylıq, ən yaxşı halda 1 illik!) əmək müqavilələrinin bütün müəssisələrdə tətbiq edilməsi kimi ağrılı məsələlərdə işçiyə yardım etməli olan AHİK müftə pul ovuna çıxıb. Hüquqlarını qorumadığı işçilərin əmək haqqının bir faizinin hamısını (AHİK-in Respublika üzrə bu gəliri indiyə qədər milyonlarla hesablanırdı!) alır və işçilərin qarşlaşdığı prinsipal məsələlərin həllində isə durub kənardan baxır. Ən gülməli-ağlamalısı isə odur ki, AHİK sistemində çalışan işçilər də müvəqqəti əmək müqaviləsi ilə işə götürülürlər. AHİK-in və RK-ların çoxdan bu sahədə çalışan işçilərinin əvvəlki əmək müqavilələri dəyişdirilib müvəqəti əmək müqaviləsinə keçirildiynə görə onların əmək müqaviləsi müddət bitdikcə dayandırılır, yeni müdətə uzadılmır və onların yerinə yeni işçilər işə götürülür! Absurd! Yeri gəlmişkən, rəhbərliklər dəyişdikdən sonra istər RK-larda, istərsə də AHİK-də ştatlı işçilərin sayı durmadan artırılır... Ən acınacaqlısı isə odur ki, yeni götürülmüş işçilərin vəzifə öhdəliklərindən anlayışları yoxdur. Tanış-bilişlərinin adamlarını götürürlər. Bu cür bacarıqsız işçilərə, “mötəbər yerlərdən” tapşırıldığı üçün “gözün üstə qaşın var” deyən olmur. İşçinin əmək haqqının 1 faizinə gözünü dikmiş AHİK sistemi bu gün müşavir bolluğu ilə müşahidə olunur. Təkcə AHİK-in özündə 10 müşavir vəzifəsi əmələ gəlib. Elcə də RK-larda, Kururt-Sanatoriyada, İdman-Turizm cəmiyyətlərində... Necə deyərlər, “daş atırsan müşavirə dəyir.” Bu müftəyeyənlərin də hamızı daraşır bütün ağırlığı çiyinlərində daşıyan ilk təşkilatlara! Hər gün 3-4 sorğu məktubu! 2-3 işçisi olan ilk təşkilat bilmir işçinin problemləri ilə məşöul olsun, ya bu işsizlikdən darıxan müftəxorların mənasız sorğularına cavab hazırlamaqla!
Yuraxıdan aşağıya bütün kadrları : Sahə üzrə Respublika Komitə sədrlərini və onların işçilərini, kurort və sanatoriyalarda çalışan işçiləri , hamısını AHİK sədri təyin edir. Heç bir seçkidən-filandan söhbət gedə bilməz! Əslində, Həmkarlar İttifaqları aşağıdan yuxarı formalaşmalıdır, bizdə isə indi icra strukturlarında olduğu kimi yuxarıdan aşağı formalaşdırılır. Məntiqlə, eləcə də AHİK-in özünün qəbul etdiyi Nizamnaməyə görə təşkilatları işçilər özləri yaradır və özləri də maliyəşəlirirlər, üstəlik də RK, AHİK deyilən mənasız qurumlarların müftəxorları yedizdirirlər.
AHİK-in bu şəkildə nazirliyə çevrilməyindən, gözünü işçinin əmək haqqının 1 faizinə dikərək bütün üzvlük haqqını bir mərkəzə toplayıb istədiyi şəkildə xərcləməsindən, fəhlənin hesabına “hamam suyundan özünə dostlar tutmasından” təbii ki, işçilər məmnun olmayacaq və haqlı olaraq Hİ üzvlüyündən çıxacaqlar.
Son; -Həmkarlar İttifaqlarının bu şəkilə salınması göstərişinin “lap yuxarı”dan, yəni Dövlətin başından gəldiyini söyləsələr də, bu heç inandırıcı görünmür.
Mirvari Qəhrəmanlı
Neftçilərin Hüquqlarının Müdafiəsi
Təşkilatının sədri - "DİA-AZ"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“MTN işi” ilə bağlı üzücü XƏBƏR: Zərərçəkənlərdən daha biri... - FOTO
Bu gün, 21:00
Azərbaycan XİN başçısının Moskvaya, Rusiya müdafiə nazirinin isə Bakıya səfərinə hazırlıq gedir
Bu gün, 20:56
“Vaşinqton sənədini cırıb atmayacağıq” - Köçəryan
Bu gün, 17:42
“Yüksəliş” müsabiqəsinin qalibinə bankda yüksək vəzifə verildi - FOTO
Bu gün, 17:37
Ermənilər seçim qarşısında - İki yol var, ya Paşinyan, ya da...
Bu gün, 17:26
GDU-nun samovar və çaynik almaq planı baş tutmadı: - 289 minlik tenderi niyə ləğv edilib?
Bu gün, 17:12
Rusiyasız Ermənistan istəyənləri ağıllandıracağıq - HƏDƏ
Bu gün, 17:10
PREZİDENT “YERİNDƏ SAYIRIQ, İDXALI AZALTMALIYIQ” DEDİ... - Ekspert əsas problemləri AÇIQLADI
Bu gün, 17:08
Hafiz Hacıyev cərimələnib - SƏBƏB
Bu gün, 17:05
Azərbaycanda 14 il əvvəlki cinayətin üstü açıldı - Qadın həbs edildi
Bu gün, 17:04
Ermənistan və ABŞ TRIPP-lə bağlı saziş imzaladı - KİV
Bu gün, 17:00
“Diadem” şirkəti mənfəətini bölüşdürəcək
Bu gün, 16:57
Özümüzü buğda ilə necə təmin edək? - Professordan təklif
Bu gün, 16:52
“Baku Steel Company”dəki 2 milyonluq ƏDV İŞİ: ziyanı ödəmir - TƏFƏRRÜAT
Bu gün, 16:47
"TDT-nin müdafiə qanadının nüvəsi Türkiyə-Azərbaycan-Özbəkistan üçbucağı olacaq" - Yücel Karauz
Bu gün, 16:46
Uşaqpulu, yoxsa sosial yardımlar?.. - Azərbaycanın strateji seçimi və iqtisadi reallıqlar
Bu gün, 16:32
"Abşeron Tekstil"in külli miqdarda borcu var
Bu gün, 16:30
"Arzum 9999" ləqəbli blogerin məhkəməsi oldu
Bu gün, 16:22
MDB ölkələrinə şok mesaj: - Rusiya haradan başlayacaq?
Bu gün, 16:19
Merdən Xankəndidən köçmüş ermənilərə: - “Sizi Rusiyaya köçürəcəyik”
Bu gün, 16:18
ABŞ atəşkəsi pozdu, cavab verəcəyik - İran
Bu gün, 16:15
“PAŞA Bank”ın rəhbərliyinə yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 16:12
200 dollarlıq neft: Dünya üçün fəlakət ssenarisi - ARAŞDIRMA
Bu gün, 16:07
Hərraca çıxarılan “Zəngəzur Harmony” oteli bir ildir alan yoxdur – Qiyməti 7,8 milyondan 5,9 milyona düşüb
Bu gün, 16:00
Kinematoqrafçılar İttifaqının yeni sədri MƏLUM OLDU - BUNDAN SONRA...
Bu gün, 15:57
ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir - FOTO
Bu gün, 15:54
FHN amfibiyanın “ömrünü uzatmaq” üçün bu dəfə Ukrayna şirkəti ilə müqavilə bağladı - TƏFƏRRÜAT
Bu gün, 15:50
Azərbaycan BOKT-unun təsisçisi dəyişib
Bu gün, 15:41
“OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı” təşəbbüsü
Bu gün, 15:37
Deputatlıq mandat deyil, sözün məsuliyyətidir - REPLİKA
Bu gün, 15:33
"Gazelli Group" yenidən təşkil olunur
Bu gün, 15:31
“Milli Məclisdə “arvad” sözünü müzakirə etməkdənsə, o arvadların ərlərinin maaşlarını artırsınlar...” - Seyran Səxavətdən ÇAĞIRIŞ
Bu gün, 15:15
Ermənistanda əhalinin 75%-i Rusiyaya qarşıdır - SORĞU
Bu gün, 15:10
"PAŞA Bank"ın Müşahidə Şurasına yeni sədr təyin olunub - BUNDAN SONRA...
Bu gün, 15:03
Hərbi biletinə görə Şəkiyə getdi, atasını boğub öldürdü - Dəhşətli cinayətin TƏFƏRRÜATI
Bu gün, 15:01
Ermənistan belə idarə olunub: ya ölüm, ya azadlıq! - Paşinyan
Bu gün, 14:55
TƏBİB tabeli iki tibb müəssisəsinə yeni direktor təyin olunub - BUNDAN SONRA...
Bu gün, 14:52
AZAL komfortlu səyahət üçün baqajla bağlı məsləhətlər verib - DİQQƏT!
Bu gün, 14:49
Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi - Sensasion detallar
Bu gün, 14:43
Azərbaycanda “lizinq” anlayışı ləğv edilir - TƏFƏRRÜAT
Bu gün, 14:39
Müstəqillik Günündə əfv gözlənilir? - AÇIQLAMA
Bu gün, 14:37
Vergidən yayınma və qanunsuz lizinqdə ittiham olunan “Vüsal 300”ə hökm oxundu - 4 il şərti cəza alıb
Bu gün, 14:22
Şeyx Əbdül Mahmudovdan sərt ittihamlar - “Saxta qurultaydır”
Bu gün, 14:18
Bu kino rejissorlarına 10 min manat veriləcək - SİYAHI
Bu gün, 14:15
İrəvanda parad hazırlığı – Paşinyanın şousu, yoxsa...
Bu gün, 14:09
Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi – yeni təyinat
Bu gün, 14:04
Əməkdar artistdən Nigar Camala SƏRT REAKSİYA - “Bu, onun İQ səviyyəsini göstərir”
Bu gün, 13:59
"Mən özümü öldürsəm də, əvvəlki verilişlərdən olmayacaq" - Xalq artisti Eldost Bayram
Bu gün, 13:53
“AF Hotel” yandı, “Eurohome” bağlandı, Rusiyadakı biznesinin taleyi necə olacaq? – Azay Möhnətov "Bədəl" ödəyir
Bu gün, 13:51
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq - MƏQALƏ
Bu gün, 13:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru