Mədəniyyət Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) istehsal ediləcək film layihələrinin bədii və texniki qiymətləndirilməsi işlərinə başlayır.
Bu barədə İqtisadiyyat.az ARKA-dan məlumat əldə edib.
Məlumata görə, agentlikdə fəaliyyət göstərən Bədii Keyfiyyətə Nəzarət Komissiyasının üzvü olaraq bəzi şəxslər istehsal ediləcək film layihələrinin bədii və texniki qiymətləndirilməsini həyata keçirəcəklər. Artıq agentliklə həmin kino rejissorları arasında müqavilə də bağlanılıb.
Müqaviləyə əsasən, istehsal ediləcək film layihələrinin bədii və texniki qiymətləndirilməsi işlərinə aşağıdakı rejissorlar cəlb olunub və onların hər birinə 10 min manat ödəniləcək:
Abduləhəd Mahmudov, Vüsal Məmmədov, Əli-Səttar Quliyev, Oleq Səfərəliyev və Yavər Rzayev.









