Rusiyasız Ermənistan istəyənləri ağıllandıracağıq .....                     PREZİDENT “YERİNDƏ SAYIRIQ, İDXALI AZALTMALIYIQ” DEDİ... .....                     Hafiz Hacıyev cərimələnib .....                     Azərbaycanda 14 il əvvəlki cinayətin üstü açıldı .....                     Ermənistan və ABŞ TRIPP-lə bağlı saziş imzaladı .....                     “Diadem” şirkəti mənfəətini bölüşdürəcək .....                     Özümüzü buğda ilə necə təmin edək? .....                     “Baku Steel Company”dəki 2 milyonluq ƏDV İŞİ: ziyanı ödəmir .....                     "TDT-nin müdafiə qanadının nüvəsi Türkiyə-Azərbaycan-Özbəkistan üçbucağı olacaq" .....                     Uşaqpulu, yoxsa sosial yardımlar?.. .....                     "Abşeron Tekstil"in külli miqdarda borcu var .....                     "Arzum 9999" ləqəbli blogerin məhkəməsi oldu .....                     MDB ölkələrinə şok mesaj: .....                     Merdən Xankəndidən köçmüş ermənilərə: .....                     ABŞ atəşkəsi pozdu, cavab verəcəyik .....                     “PAŞA Bank”ın rəhbərliyinə yeni təyinat .....                     200 dollarlıq neft: Dünya üçün fəlakət ssenarisi .....                     Hərraca çıxarılan “Zəngəzur Harmony” oteli bir ildir alan yoxdur .....                     Kinematoqrafçılar İttifaqının yeni sədri MƏLUM OLDU .....                     ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir .....                     FHN amfibiyanın “ömrünü uzatmaq” üçün bu dəfə Ukrayna şirkəti ilə müqavilə bağladı .....                     Azərbaycan BOKT-unun təsisçisi dəyişib .....                     “OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı” təşəbbüsü .....                     Deputatlıq mandat deyil, sözün məsuliyyətidir .....                     "Gazelli Group" yenidən təşkil olunur .....                     “Milli Məclisdə “arvad” sözünü müzakirə etməkdənsə, o arvadların ərlərinin maaşlarını artırsınlar...” .....                     Ermənistanda əhalinin 75%-i Rusiyaya qarşıdır .....                     "PAŞA Bank"ın Müşahidə Şurasına yeni sədr təyin olunub .....                     Hərbi biletinə görə Şəkiyə getdi, atasını boğub öldürdü .....                     Ermənistan belə idarə olunub: ya ölüm, ya azadlıq! .....                     TƏBİB tabeli iki tibb müəssisəsinə yeni direktor təyin olunub .....                     AZAL komfortlu səyahət üçün baqajla bağlı məsləhətlər verib .....                     Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi .....                     Azərbaycanda “lizinq” anlayışı ləğv edilir .....                     Müstəqillik Günündə əfv gözlənilir? .....                     Vergidən yayınma və qanunsuz lizinqdə ittiham olunan “Vüsal 300”ə hökm oxundu .....                     Şeyx Əbdül Mahmudovdan sərt ittihamlar .....                     Bu kino rejissorlarına 10 min manat veriləcək .....                     İrəvanda parad hazırlığı .....                     Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi .....                 

Vaşinqtona NƏ İLƏ gedirik... - İNCƏLƏMƏ
Tarix: 7-08-2025, 04:05 | Çap et

Erməni politoloq Suren Surenyants ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh razılaşmasının mümkün nəticələri ilə bağlı mətbuatda çıxış edib.

“Cebheinfo.az”-ın məlumatına görə, erməni ekspert avqustun 8-də Ağ Evdə keçiriləcək üçtərəfli görüşün Cənubi Qafqazdakı proseslərə təsiri, o cümlədən ABŞ, Azərbaycan və Ermənistan üçün yaratdığı geosiyasi dividentləri təqdim edib. Suren Surenyants qeyd edir ki, bu, sülh müqaviləsi deyil, məcburi mexanizmləri olmayan niyyət bəyannaməsidir.

Qeyd edək ki, ABŞ tərəfinin mətbuata açıqlamasında bu sənəd “niyyət məktubu” və “sülh bəyannaməsi” adlandırılmışdı. Mahiyyət etibarı ilə Azərbaycan və Ermənistan liderlərinin imzalayacağı sənəd əsasən tərəflərin yaxın qonşuluq və mehriban dostluq şəraitində dinc yanaşı yaşamaq prinsipini qəbul etdiklərini, bundan sonra sülh danışıqlarını davam etdirəcəklərini və sülhə nail olmaq üçün imzalanmış razılaşmaya sadiq qaldıqlarını özündə əks etdirəcək.

Lakin həmin razılaşma məcburi hüquqi öhdəliklər yaratmadığından, normativ qüvvəyə malik deyil. Bu, daha çox tövsiyə xarakterli sənəd olacaq. Ona görə də Ağ Evdə imzalanacaq “niyyət məktubu” və ya “sülh memorandumu” çərçivə sülh sənədi də hesab edilə bilməz. Sənədi dövlət başçıları imzaladığına görə onun niyyət protokolu olacağı inandırcı görünmür.

Niyyət protokolunu diplomatik qayadalara görə xarici işlər nazirləri imzalayırlar. Bu baxımdan, Azərbaycan və Ermənistan arasında sülh bəyannaməsinin imzalanacağı gözlənilir. Bundan öncə Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan belə bir razılaşmanı 2022-ci il oktyabrın 6-da Praqada imzalayıb. Azərbaycanın və Ermənistanın ərazi bütövlüyünün qarşılıqlı tanınmasını nəzərdə tutan bu sənəd Praqa Bəyannaməsi adlanır.

Suren Surenyantsın fikrincə, Tramp üçün bu, “Amerika Qafqaza qayıtdı” kimi başlıqlı seçkiqabağı parlaq PR kampaniyasıdır. Tramp son aylar əsasən xarici siyasətdə məğlubiyyətlərə məruz qalıb və onun Konqresə aralıq seçkiləri öncəsi uğur hekayəsinə ehtiyacı var. Yəni Tramp prezident seçiləcəyi təqdirdə, dünyada müharibələri dayandıracağı və sülhü bərqərar edəcəyinə dair vədlər versə də, yerinə yetirə bilməyib.

Trampın siyasi reytinqinin aşağı düşməsi, xüsusilə də Rusiya Prezidenti Vladimir Putinin qarşısında zəif təsir bağışlamasında onun sülh təşəbbüslərinin nəticə verməməsi mühüm rol oynayıb. Bu baxımdan, Azərbaycan və Ermənistan arasında sülhün təmin olunması və nəqliyyat-kommunikasiya əlaqələrinin açılması ilə bağlı ABŞ-nin təkliflər paketi Trampın Cənubi Qafqaz strategiyası kimi təqdim olunur. Beləliklə, Ukraynada səyləri nəticəsiz qalan Tramp Rusiya üçün strateji əhəmiyyətə malik olan Cənubi Qafqazı Kremlin geosiyasi təsir dairəsindən çıxartdığına dair rəy yaradır.

Zəngəzur dəhlizi ilə bağlı təkliflər də regionun nəqliyyat-ticarət marşrutlarının ABŞ-nin nəzarətinə keçdiyini nümayiş etdirməyə hesablanıb. Surenyants da hesab edir ki, ABŞ Prezidentinin təklifi daha çox daxili auditoriya ünvanlanmış mesajdır. Yəni Trampın Azərbaycan və Ermənistan arasında sülh yaratması 2026-cı ildə Konqresə keçiriləcək aralıq seçkilərdə Respublikaçılar Partiyası üçün əla təbliğat kampaniyası ola bilər.

Erməni politoloq hesab edir ki, Ağ Evdə imzalanacaq sənəd yalnız Trampa deyil, Nikol Paşinyana PR üçün lazımdır. “Bu, Paşinyan üçün 2026-cı il seçkiləri ərəfəsində daxili təbliğatın can damarıdır. Belə bir sənəd olmadan Paşinyanın hakimiyyəti saxlamaq istəyi legitim olmayacaq”,-deyə Surenyants yazıb. Yəni Paşinyan Trampın təklif etdiyi sənədi imzalamaqla 2026-cı il iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərində ABŞ-nin siyasi dəstəyini əldə etmiş olar.

Rusiyanın dəstəklədiyi revanşist müxalifətə və kilsəyə qalib gəlmək üçün reytinqi xeyli aşağı düşmüş Paşinyana daha güclü beynəlxalq təminatlar lazımdır. Bu baxımdan, Tramp adminstrasiyasının Cənubi Qafqaz siyasətinin şərtlərini qəbul etmək Paşinyan üçün hakimiyyəti saxlamaqda zəmanət ola bilər. Eyni zamanda, Zəngəzur dəhlizinin açılması, Azərbaycanla sülhün reallaşmasını mümkün edən bir sıra qərarları qəbul etməkdə, məsələn, Ermənistan konstitusiyasına dəyişiklik etmək, işğal altındakı kəndlərin qaytarmaq kimi addımlar atmaqda Paşinyana ABŞ kimi qobal güc kömək edə bilər.

Əks təqdirdə, Ermənistanın Baş naziri seçkilər öncəsi ciddi müqavimətlə üzləşəcək. Suren Surenyants qeyd edir ki, ABŞ-də sənədin imzalanmasından qalib çıxan tərəf Azərbaycan olacaq. Azərbaycan “Dağlıq Qarabağ” məsələsinin bağlanması ilə bağlı beynəlxalq legitimlik alır. Yəni ABŞ-də razılaşmanın imzalanmasından sonra Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini de-yure tanımalı olacaq. Lakin buna nail olmaq üçün Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddiasını nəzərdə tutan preambula hissəsi çıxarılmalıdır. Trampın prosesə müdaxiləsindən sonra Paşinyan konstitusiya referendumuna gedə bilər.

Surenyants Azərbaycanın əldə edəcəyi növbəti dividend kimi Naxçıvanla ünsiyyət üçün yeni imkanların yaranmasını göstərir. Söhbət Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasından gedir. Azərbaycandan-Azərbaycana maneəsiz və təhlükəsiz keçidin təmin olunması reallaşa bilər.

Lakin nəqliyyat-kommunikasiya marşrutlarının təhlükəsizliyini ABŞ-nin və Rusiyanın öz üzərinə götürmək cəhdləri regionda münaqişəyə səbəb olacaq amil kimi dəyərləndirilir. Bu isə Zəngəzur dəhlizinin açılmasını yenidən əngəlləyə bilər. Surenyants Rusiya və İranla qarşıdurmada ABŞ-nin dəstəyini növbəti amil kimi göstərir.

Belə ki, Zəngəzur dəhlizi açılacağı təqdirdə Rusiya və İran Azərbaycana qarşı siyasi təzyiqləri artıra bilər. Ancaq bunu yalnız Azərbaycana deyil, Ermənistana da aid etmək olar. Bu halda ABŞ xarici təzyiqdən müdafiə olunmaqda hər iki tərəfə dəstək verə bilər.

Müşfiq Abdulla
“Cebheinfo.az”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyasız Ermənistan istəyənləri ağıllandıracağıq - HƏDƏ
Bu gün, 17:10
PREZİDENT “YERİNDƏ SAYIRIQ, İDXALI AZALTMALIYIQ” DEDİ... - Ekspert əsas problemləri AÇIQLADI
Bu gün, 17:08
Hafiz Hacıyev cərimələnib - SƏBƏB
Bu gün, 17:05
Azərbaycanda 14 il əvvəlki cinayətin üstü açıldı - Qadın həbs edildi
Bu gün, 17:04
Ermənistan və ABŞ TRIPP-lə bağlı saziş imzaladı - KİV
Bu gün, 17:00
“Diadem” şirkəti mənfəətini bölüşdürəcək
Bu gün, 16:57
Özümüzü buğda ilə necə təmin edək? - Professordan təklif
Bu gün, 16:52
“Baku Steel Company”dəki 2 milyonluq ƏDV İŞİ: ziyanı ödəmir - TƏFƏRRÜAT
Bu gün, 16:47
"TDT-nin müdafiə qanadının nüvəsi Türkiyə-Azərbaycan-Özbəkistan üçbucağı olacaq" - Yücel Karauz
Bu gün, 16:46
Uşaqpulu, yoxsa sosial yardımlar?.. - Azərbaycanın strateji seçimi və iqtisadi reallıqlar
Bu gün, 16:32
"Abşeron Tekstil"in külli miqdarda borcu var
Bu gün, 16:30
"Arzum 9999" ləqəbli blogerin məhkəməsi oldu
Bu gün, 16:22
MDB ölkələrinə şok mesaj: - Rusiya haradan başlayacaq?
Bu gün, 16:19
Merdən Xankəndidən köçmüş ermənilərə: - “Sizi Rusiyaya köçürəcəyik”
Bu gün, 16:18
ABŞ atəşkəsi pozdu, cavab verəcəyik - İran
Bu gün, 16:15
“PAŞA Bank”ın rəhbərliyinə yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 16:12
200 dollarlıq neft: Dünya üçün fəlakət ssenarisi - ARAŞDIRMA
Bu gün, 16:07
Hərraca çıxarılan “Zəngəzur Harmony” oteli bir ildir alan yoxdur – Qiyməti 7,8 milyondan 5,9 milyona düşüb
Bu gün, 16:00
Kinematoqrafçılar İttifaqının yeni sədri MƏLUM OLDU - BUNDAN SONRA...
Bu gün, 15:57
ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir - FOTO
Bu gün, 15:54
FHN amfibiyanın “ömrünü uzatmaq” üçün bu dəfə Ukrayna şirkəti ilə müqavilə bağladı - TƏFƏRRÜAT
Bu gün, 15:50
Azərbaycan BOKT-unun təsisçisi dəyişib
Bu gün, 15:41
“OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı” təşəbbüsü
Bu gün, 15:37
Deputatlıq mandat deyil, sözün məsuliyyətidir - REPLİKA
Bu gün, 15:33
"Gazelli Group" yenidən təşkil olunur
Bu gün, 15:31
“Milli Məclisdə “arvad” sözünü müzakirə etməkdənsə, o arvadların ərlərinin maaşlarını artırsınlar...” - Seyran Səxavətdən ÇAĞIRIŞ
Bu gün, 15:15
Ermənistanda əhalinin 75%-i Rusiyaya qarşıdır - SORĞU
Bu gün, 15:10
"PAŞA Bank"ın Müşahidə Şurasına yeni sədr təyin olunub - BUNDAN SONRA...
Bu gün, 15:03
Hərbi biletinə görə Şəkiyə getdi, atasını boğub öldürdü - Dəhşətli cinayətin TƏFƏRRÜATI
Bu gün, 15:01
Ermənistan belə idarə olunub: ya ölüm, ya azadlıq! - Paşinyan
Bu gün, 14:55
TƏBİB tabeli iki tibb müəssisəsinə yeni direktor təyin olunub - BUNDAN SONRA...
Bu gün, 14:52
AZAL komfortlu səyahət üçün baqajla bağlı məsləhətlər verib - DİQQƏT!
Bu gün, 14:49
Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi - Sensasion detallar
Bu gün, 14:43
Azərbaycanda “lizinq” anlayışı ləğv edilir - TƏFƏRRÜAT
Bu gün, 14:39
Müstəqillik Günündə əfv gözlənilir? - AÇIQLAMA
Bu gün, 14:37
Vergidən yayınma və qanunsuz lizinqdə ittiham olunan “Vüsal 300”ə hökm oxundu - 4 il şərti cəza alıb
Bu gün, 14:22
Şeyx Əbdül Mahmudovdan sərt ittihamlar - “Saxta qurultaydır”
Bu gün, 14:18
Bu kino rejissorlarına 10 min manat veriləcək - SİYAHI
Bu gün, 14:15
İrəvanda parad hazırlığı – Paşinyanın şousu, yoxsa...
Bu gün, 14:09
Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi – yeni təyinat
Bu gün, 14:04
Əməkdar artistdən Nigar Camala SƏRT REAKSİYA - “Bu, onun İQ səviyyəsini göstərir”
Bu gün, 13:59
"Mən özümü öldürsəm də, əvvəlki verilişlərdən olmayacaq" - Xalq artisti Eldost Bayram
Bu gün, 13:53
“AF Hotel” yandı, “Eurohome” bağlandı, Rusiyadakı biznesinin taleyi necə olacaq? – Azay Möhnətov "Bədəl" ödəyir
Bu gün, 13:51
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq - MƏQALƏ
Bu gün, 13:47
İdxala son: Yerli istehsalçıların dövranı başlayır? - ARAŞDIRMA
Bu gün, 13:33
Əli Həsənovun kadrı Bakı Təhsil İdarəsinə rəhbər gətirilir - İLGİNC İDDİALAR...
Bu gün, 13:29
Şəki və Şirvan apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edilib
Bu gün, 13:24
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin olunub - SİYAHI
Bu gün, 13:23
Polkovnikə vəzifə verildi - ƏMR
Bu gün, 13:18
Resurslarımız, pulumuz yoxdur, amma... - Özgür Özəl
Bu gün, 13:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru