Ermənilər seçim qarşısında .....                     GDU-nun samovar və çaynik almaq planı baş tutmadı: .....                     Rusiyasız Ermənistan istəyənləri ağıllandıracağıq .....                     PREZİDENT “YERİNDƏ SAYIRIQ, İDXALI AZALTMALIYIQ” DEDİ... .....                     Hafiz Hacıyev cərimələnib .....                     Azərbaycanda 14 il əvvəlki cinayətin üstü açıldı .....                     Ermənistan və ABŞ TRIPP-lə bağlı saziş imzaladı .....                     “Diadem” şirkəti mənfəətini bölüşdürəcək .....                     Özümüzü buğda ilə necə təmin edək? .....                     “Baku Steel Company”dəki 2 milyonluq ƏDV İŞİ: ziyanı ödəmir .....                     "TDT-nin müdafiə qanadının nüvəsi Türkiyə-Azərbaycan-Özbəkistan üçbucağı olacaq" .....                     Uşaqpulu, yoxsa sosial yardımlar?.. .....                     "Abşeron Tekstil"in külli miqdarda borcu var .....                     "Arzum 9999" ləqəbli blogerin məhkəməsi oldu .....                     MDB ölkələrinə şok mesaj: .....                     Merdən Xankəndidən köçmüş ermənilərə: .....                     ABŞ atəşkəsi pozdu, cavab verəcəyik .....                     “PAŞA Bank”ın rəhbərliyinə yeni təyinat .....                     200 dollarlıq neft: Dünya üçün fəlakət ssenarisi .....                     Hərraca çıxarılan “Zəngəzur Harmony” oteli bir ildir alan yoxdur .....                     Kinematoqrafçılar İttifaqının yeni sədri MƏLUM OLDU .....                     ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir .....                     FHN amfibiyanın “ömrünü uzatmaq” üçün bu dəfə Ukrayna şirkəti ilə müqavilə bağladı .....                     Azərbaycan BOKT-unun təsisçisi dəyişib .....                     “OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı” təşəbbüsü .....                     Deputatlıq mandat deyil, sözün məsuliyyətidir .....                     "Gazelli Group" yenidən təşkil olunur .....                     “Milli Məclisdə “arvad” sözünü müzakirə etməkdənsə, o arvadların ərlərinin maaşlarını artırsınlar...” .....                     Ermənistanda əhalinin 75%-i Rusiyaya qarşıdır .....                     "PAŞA Bank"ın Müşahidə Şurasına yeni sədr təyin olunub .....                     Hərbi biletinə görə Şəkiyə getdi, atasını boğub öldürdü .....                     Ermənistan belə idarə olunub: ya ölüm, ya azadlıq! .....                     TƏBİB tabeli iki tibb müəssisəsinə yeni direktor təyin olunub .....                     AZAL komfortlu səyahət üçün baqajla bağlı məsləhətlər verib .....                     Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi .....                     Azərbaycanda “lizinq” anlayışı ləğv edilir .....                     Müstəqillik Günündə əfv gözlənilir? .....                     Vergidən yayınma və qanunsuz lizinqdə ittiham olunan “Vüsal 300”ə hökm oxundu .....                     Şeyx Əbdül Mahmudovdan sərt ittihamlar .....                     Bu kino rejissorlarına 10 min manat veriləcək .....                 

Yardımlı təhsilində belə işlər də olur... - TƏFƏRRÜAT
Tarix: 30-12-2021, 09:31 | Çap et
Yardımlı təhsilində belə işlər də olur...
Təqribən bir ay öncə "DogruXeber.az" informasiya agentliyinin redaksiyasına Yardımlı rayon Separadi kənd M.A.Ağayev adına tam orta məktəbinin müəllimləri barəsində məlumat daxil olmuşdur.

Məlumatda bildirilir ki, adıçəkilən orta məktəbin müəllimləri Əliyev Bəxtiyar Xanış oğlu və Hüseynov Neman Mirhüseyn oğlu 08.10.2019-cu il tarixində "Kərbəla" ziyarətinə getmək üçün ölkədən çıxıb, 25.10. 2019-cu il tarixində ölkəyə qayıdıblar. Lakin, maraqlıdır ki, 08.10.2019-cu il tarixindən etibarən hər iki təhsil işçisinin adına Yardımlı rayon Mərkəzi Xəstəxanasında bülleten açılıb. Güya, hər iki müəllim bu müddət ərzində xəstə olduqları üçün işə çıxmayıblar.

Artıq, adıçəkilən iki müəllimdən biri - Əliyev Bəxtiyar Xanış oğlu 2020--ci ildən təqaüd yaşı çatdığına görə işindən uzaqlaşdırılıb. Digər, müəllim - ingilis dili müəllimi, Hüseynov Neman Mirhüseyn oğlu isə hazırda işini davam etdirir. Hətta, rayon Təhsil şöbəsinin müdiri Manaf Səmədzadənin "etibarlı adam"ı olaraq, artıq bir neçə müddətdir direktorsuz qalan Separadi kənd orta məktəbinin idarəçiliyi də müvəqqəti, qeyri-rəsmi olaraq Neman Hüseynova və həmin məktəbdə riyaziyyat müəlliməsi olan həyat yoldaşına həvalə edilib.

Özü də bizim Neman müəllimin yaşının az olmasına baxmayaraq, maşallah "10 barmağında 10 mərifət var imiş".

Belə ki, Astara Pedaqoji Kollecini bitirmiş, yəni orta ixtisas təhsilli, məlumatda bildirildiyinə görə diaqnostik qiymətləndirmədə cəmi 16 bal toplayan fərasətli ingilis dili müəllimi Neman Hüseynov milli adət-ənənələrimiz olan mərasimlərdə də aktiv iştirak edir.
Yaslarda molla, toylarda tamada olan Neman müəllim, yay aylarında yaşadığı Masallı rayon ərazisində yerləşən bəzi istirahət mərkəzlərində də "önəmli vəzifə" icraçısıdır. (Bu barədə ətraflı növbəti yayımlarımızda)

Bundan əlavə, redaksiyamıza daxil olan digər məlumatda deyilir ki, Yardımlı rayon təhsil şöbəsinin müdiri Manaf Səmədzadə Yardımlı rayonunda, tabeçiliyində olan bütün orta məktəblərin direktorlarına dərs bölgüsünü qadağan edib. Yəni, bütün dərs bölgülərini Manaf müəllim birbaşa özü müəyyən edir ki, buna onu "daxili ədalət"i deyil, müəyyən şəxsi maraqları vadar edir.

P.S: Məlumat daxil olan kimi biz hər zaman olduğu kimi məsələyə obyektiv yanaşaraq, İlk növbədə Yardımlı rayon Təhsil şöbəsinin müdiri Manaf Səmədzadə ilə telefon əlaqəsi saxladıq. Manaf müəllim özü haqqında deyilənləri təkzib etdi. Separadi kənd orta məktəbinin müəllimləri barəsində deyilənlərdən isə məlumatsız olduğunu, ən qısa müddətdə araşdırıb redaksiyamıza məlumat verəcəyini bildirdi.

Bundan sonra biz Yardımlı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rasim Əkbərov ilə telefon əlaqəsi saxladıq. Rasim Əkbərov da məsələdən məlumatsız olduğunu və araşdırıb redaksiyamıza məlumat verəcəyini bildirdi.

Aradan bir neçə saat keçdikdən sonra Təhsil şöbəsinin müdirini və baş həkimi aradığımız telefon nömrəsinə zəng gəldi. Zəng edən bəhs etdiyimiz iki müəllimdən biri, Hüseynov Neman Mirhüseyn oğlu idi.

- "Salam, qardaş. Mənim barəmdə müdirə zəng etmisiniz. Nə qulluq, müəllim?"

Biz ona haqqında redaksiyamıza məlumat daxil olduğunu bildirdik.
Neman müəllim başladı cavab vermək əvəzinə bizi sorğu sual etməyə ki, -"sizə məlumatı kim verib?, İnternetlə, yoxsa əlyazma ilə yazıb?" və sair.

Neman Hüseynov:
- "Müəllim, bu şəxsi münasibətlər zəminində olmuş şeydi. Sən orda yazginən ki, biz araşdırdıq gördük yalandır. Özün də cənub tərəfə gələndə, qardaşuva xəbər elə, oturaq çay içək, söhbət edək".

Biz Neman Hüseynovun diqqətinə çatdırdıq ki, biz sadəcə məlumatın araşdırılması üçün aidiyyatı tərəflərlə əlaqə saxladıq. Kütləvi informasiya vasitələri haqqında qanunda deyilir ki, bizim yazılı, yaxud şifahi məlumat almaq ixtiyarımız var.

Bundan sonra Neman Hüseynov başladı aqressiv danışmağa.

- "Müəllim, çox elə xoddara getmə. Gah xəstəxanaya zəng edirsən, gah təhsil şöbəsinə zəng edirsən. Mən sizin haqqınızda hüquq mühafizə orqanlarına müraciət edəcəm. Özüm ikinci qrup əliləm. (uşaqlıq illərində aldığı xəsarətin nəticəsi olaraq, qolunda problemi var) Məni əsəbləşdirməyin. Gedin araşdırın. Mən də sizin haqqınızda lazımi yerlərə məlumat verəcəm. Mən YAP-ın üzvüyəm."

Deyəsən, Neman Hüseynov YAP-ın üzvü olmağın mahiyyətini yanlış anlayıb. YAP-ın üzvü olmaq istədiyin yerdə, istədiyin qanunsuzluqları törədə biləcəyin anlamına gəlmir, hörmətli Neman müəllim. YAP-ın üzvlük vəsiqəsi qeyri-qanuni əməllər üçün "yaşıl işıq" sayılmır.


Neman Hüseynov deyir:
- "Haqqımda deyilənlər hamısı yalandır. Sadəcə Təhsilin müdiri ilə baş həkim narahat olub, mən də ona görə narahatam."

Maraqlıdır, biz sadəcə məsələnin obyektiv araşdırılması üçün aidiyyatı tərəf olaraq, məlumat almaq istədik. Onları bu qədər narahat edən səbəb nədir, görəsən?

Baş həkim Rasim Əkbərov və Təhsil şöbəsinin müdiri Manaf Səmədzadə ilə telefonla danışdığımızdan 1 gün keçdikdən sonra, hələ də cavab gəlmədiyini görüncə, təkrar aramağı düşündük.

İlk olaraq, Manaf Səmədzadəyə zəng etdik. Manaf müəllim dəstəyi qaldırmadı.

Bundan sonra baş həkim Rasim Əkbərovu aradıq.

Rasim Əkbərov məlumatın doğruluğunu təsdiq etdi və bildirdi ki, "Bəli, həmin müddətdə bizim xəstəxanada həmin şəxslərin adına bülleten açılıb. Maarifə demişik surətini göndərsin araşdıraq. Artıq, Dövlət Sərhəd Xidmətindən də dəqiqləşdirmək üçün tərəfimizdən sorğu hazırlanır. Onların qeyd edilən müddətdə ölkədən çıxış-girişi barəsində."

Deyəsən rayonda bir çox sahələrdə "mükəmməl" olan Neman Hüseynovun, "6-cı hiss"i də digər istedadlarından geri qalmır. Biz Manaf müəllim və Rasim doktorla danışıb bitirən kimi, dərhal o da bizə zəng edir.

Bu dəfə də belə oldu.
Neman Hüseynov yenidən bizə zəng etdi.

Deyəsən bu dəfə əsəbləri sakitləşmişdi.

- Salam əleyküm, qardaş. Neman Hüseynovdur Yardımlıdan.
Nətərsiz?
Mənə baş həkim zəng etdi ki, "sən o vaxt ölkədən çıxmısan, çıxmamısan."
Nə məsələdir, qardaş?

Biz:
- Bizdən niyə soruşursunuz? Biz dünən sizinlə danışdıq, bitdi. Biz işimizi icra edirik.

Neman Hüseynov:
- Sən məni balaca oğlan bilməye...

Biz:
- Yox, qətiyyən biz sizi "balaca oğlan" bilmirik. Sizin barənizdə elə məlumatlar almışıq ki, yay aylarında istirahət mərkəzlərində nə kimi rolunuzun olduğunu, bəzi məmurlarla aranızda hansı bağların olduğunu, kimlərlə necə bağlantılarınızın olduğunu və kimlərə nə kimi xidmətlər göstərdiyinizi bilirik. (Bu barədə ətraflı növbəti yayımlarımızda) Təbii, ona görə də bu cür danışıq tonu sizdən gözləniləndir. Amma, o cür şərtlər altında tanıdığınız məmurlara arxalanmaq düzgün deyil.

Neman Hüseynov:
- Müəllim, xahiş edirəm, qardaşuva qulaq as. Mənə iki gün vaxt verin, iki gün bu məsələyə görə heç kimə zəng etməyin. Mən iki gün sonra Bakıya müalicəyə gələcəm. Sizin qurum harda yerləşir? Mən gəlim orda özüm danışacam. Siz kiməsə zəng etməyin.

Sözügedən məsələ ilə əlaqədar olaraq, biz Təhsil Nazirliyinin də elektron ünvanına, həmçinin "hansı hallarda bülleten açılmalıdır?", deyə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) də elektron ünvanına rəsmi sorğu göndərdik. Aradan 2 həftə müddət keçdikdən sonra cavab gəlmədiyini görüncə, biz Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov ilə telefon əlaqəsi saxlayıb, iki həftə əvvəl sorğu göndərdiyimizi, lakin, hələ də cavabsız qaldığını bildirdik. Cəsarət müəllim isə sorğudan xəbərsiz olduğunu bildirdi və hansı email ünvanına göndərdiyimizi soruşdu. Ünvanı dediyimizdə, Cəsarət müəllim, "ona mən baxmıram, siz bu ünvana göndərin" dedi və bizə başqa bir email ünvan verdi. Yenidən, Cəsarət müəllimin verdiyi email ünvanına da sorğu göndərdik. Artıq, 3-cü həftədir ki, Cəsarət müəllimin "baxdığı" ünvana göndərdiyimiz sorğunun cavabını gözləyirik.

Biz TƏBİB-in mətbuat katibi Elnarə xanıma da zəng edib, sorğumuzu hələ də cavablandırmadıqlarını xatırlatdıq. Zəngimizdən sonra Elnarə xanım bülleten açılmasına dair qanunun "pdf" farmatını kopyalayıb bizə göndərdi.
Bu da oldu TƏBİB- in cavabı.

Biz deyilən tarixlərdə sözügedən şəxslərin ölkədən çıxmasını və ölkəyə daxil olmasını dəqiqləşdirmək üçün çox çətinliklə Dövlət Sərhəd Xidmətinin (DSX)elektron ünvanını tapıb, ora da sorğu göndərdik. Lakin, təəssüflər olsun ki, DSX də yarım aydan çox müddət keçməsinə baxmayaraq, hələ də sorğunu cavabsız qoyub.

Yəni anlayacağınız, məlumatları dərc etmədən öncə, KİV haqqında qanunun tələblərini yerinə yetirdik. Cavab verməmək isə sözügedən tərəflərin qanunları ciddi qəbul etmədiklərinin göstəricisidir - deyə düşünürük.

Ardı var...

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənilər seçim qarşısında - İki yol var, ya Paşinyan, ya da...
Bu gün, 17:26
GDU-nun samovar və çaynik almaq planı baş tutmadı: - 289 minlik tenderi niyə ləğv edilib?
Bu gün, 17:12
Rusiyasız Ermənistan istəyənləri ağıllandıracağıq - HƏDƏ
Bu gün, 17:10
PREZİDENT “YERİNDƏ SAYIRIQ, İDXALI AZALTMALIYIQ” DEDİ... - Ekspert əsas problemləri AÇIQLADI
Bu gün, 17:08
Hafiz Hacıyev cərimələnib - SƏBƏB
Bu gün, 17:05
Azərbaycanda 14 il əvvəlki cinayətin üstü açıldı - Qadın həbs edildi
Bu gün, 17:04
Ermənistan və ABŞ TRIPP-lə bağlı saziş imzaladı - KİV
Bu gün, 17:00
“Diadem” şirkəti mənfəətini bölüşdürəcək
Bu gün, 16:57
Özümüzü buğda ilə necə təmin edək? - Professordan təklif
Bu gün, 16:52
“Baku Steel Company”dəki 2 milyonluq ƏDV İŞİ: ziyanı ödəmir - TƏFƏRRÜAT
Bu gün, 16:47
"TDT-nin müdafiə qanadının nüvəsi Türkiyə-Azərbaycan-Özbəkistan üçbucağı olacaq" - Yücel Karauz
Bu gün, 16:46
Uşaqpulu, yoxsa sosial yardımlar?.. - Azərbaycanın strateji seçimi və iqtisadi reallıqlar
Bu gün, 16:32
"Abşeron Tekstil"in külli miqdarda borcu var
Bu gün, 16:30
"Arzum 9999" ləqəbli blogerin məhkəməsi oldu
Bu gün, 16:22
MDB ölkələrinə şok mesaj: - Rusiya haradan başlayacaq?
Bu gün, 16:19
Merdən Xankəndidən köçmüş ermənilərə: - “Sizi Rusiyaya köçürəcəyik”
Bu gün, 16:18
ABŞ atəşkəsi pozdu, cavab verəcəyik - İran
Bu gün, 16:15
“PAŞA Bank”ın rəhbərliyinə yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 16:12
200 dollarlıq neft: Dünya üçün fəlakət ssenarisi - ARAŞDIRMA
Bu gün, 16:07
Hərraca çıxarılan “Zəngəzur Harmony” oteli bir ildir alan yoxdur – Qiyməti 7,8 milyondan 5,9 milyona düşüb
Bu gün, 16:00
Kinematoqrafçılar İttifaqının yeni sədri MƏLUM OLDU - BUNDAN SONRA...
Bu gün, 15:57
ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir - FOTO
Bu gün, 15:54
FHN amfibiyanın “ömrünü uzatmaq” üçün bu dəfə Ukrayna şirkəti ilə müqavilə bağladı - TƏFƏRRÜAT
Bu gün, 15:50
Azərbaycan BOKT-unun təsisçisi dəyişib
Bu gün, 15:41
“OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı” təşəbbüsü
Bu gün, 15:37
Deputatlıq mandat deyil, sözün məsuliyyətidir - REPLİKA
Bu gün, 15:33
"Gazelli Group" yenidən təşkil olunur
Bu gün, 15:31
“Milli Məclisdə “arvad” sözünü müzakirə etməkdənsə, o arvadların ərlərinin maaşlarını artırsınlar...” - Seyran Səxavətdən ÇAĞIRIŞ
Bu gün, 15:15
Ermənistanda əhalinin 75%-i Rusiyaya qarşıdır - SORĞU
Bu gün, 15:10
"PAŞA Bank"ın Müşahidə Şurasına yeni sədr təyin olunub - BUNDAN SONRA...
Bu gün, 15:03
Hərbi biletinə görə Şəkiyə getdi, atasını boğub öldürdü - Dəhşətli cinayətin TƏFƏRRÜATI
Bu gün, 15:01
Ermənistan belə idarə olunub: ya ölüm, ya azadlıq! - Paşinyan
Bu gün, 14:55
TƏBİB tabeli iki tibb müəssisəsinə yeni direktor təyin olunub - BUNDAN SONRA...
Bu gün, 14:52
AZAL komfortlu səyahət üçün baqajla bağlı məsləhətlər verib - DİQQƏT!
Bu gün, 14:49
Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi - Sensasion detallar
Bu gün, 14:43
Azərbaycanda “lizinq” anlayışı ləğv edilir - TƏFƏRRÜAT
Bu gün, 14:39
Müstəqillik Günündə əfv gözlənilir? - AÇIQLAMA
Bu gün, 14:37
Vergidən yayınma və qanunsuz lizinqdə ittiham olunan “Vüsal 300”ə hökm oxundu - 4 il şərti cəza alıb
Bu gün, 14:22
Şeyx Əbdül Mahmudovdan sərt ittihamlar - “Saxta qurultaydır”
Bu gün, 14:18
Bu kino rejissorlarına 10 min manat veriləcək - SİYAHI
Bu gün, 14:15
İrəvanda parad hazırlığı – Paşinyanın şousu, yoxsa...
Bu gün, 14:09
Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi – yeni təyinat
Bu gün, 14:04
Əməkdar artistdən Nigar Camala SƏRT REAKSİYA - “Bu, onun İQ səviyyəsini göstərir”
Bu gün, 13:59
"Mən özümü öldürsəm də, əvvəlki verilişlərdən olmayacaq" - Xalq artisti Eldost Bayram
Bu gün, 13:53
“AF Hotel” yandı, “Eurohome” bağlandı, Rusiyadakı biznesinin taleyi necə olacaq? – Azay Möhnətov "Bədəl" ödəyir
Bu gün, 13:51
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq - MƏQALƏ
Bu gün, 13:47
İdxala son: Yerli istehsalçıların dövranı başlayır? - ARAŞDIRMA
Bu gün, 13:33
Əli Həsənovun kadrı Bakı Təhsil İdarəsinə rəhbər gətirilir - İLGİNC İDDİALAR...
Bu gün, 13:29
Şəki və Şirvan apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edilib
Bu gün, 13:24
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin olunub - SİYAHI
Bu gün, 13:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru