Mingəçeviri qarışdıran intiharla bağlı yeni təfərrüatlar - ARAŞDIRMA
Tarix: 27-08-2015, 11:37 | Çap et
 İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov daxili işlər naziri Ramil Usubova müraciət edəcək.
Bu barədə AzVision.az-a hüquq müdafiəçisi özü məlumat verib.
E.Behbudov bildirib ki, nazirə ünvanlandığı müraciət polis idarələrindəki saxlanma məntəqlərində pəncərələrə dəmir barmaqlıqların quraşdırılması ilə bağlıdır.
Onun sözlərinə görə, Mingəçevirdə baş verən intihar hadisəsindən sonra bu məsələyə diqqət yetirilməlidir. Polis bölmələrində nəzarətin gücləndirilməsi ilə bağlı nazirə müraciət etmək istədiyini deyən E.Behbudov Mingəçevir sakini Bəhruz Hacıyevinin polis şöbəsində intihar etməsinin səbəblərini araşdırıb.
“Müavinim Elçin Şirinov və köməkçim Nizaməddin Rüstəmovla birlikdə Bəhruz Hacıyevin Mingəcevir Polis Şöbəsinin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsinin səbələrini araşdırdıq. İlk olaraq intihar edən şəxsin əmisi və atası ilə görüşdüm. Onlardan şikayətlərini soruşdum. Bildirdilər ki, şikayətlərindən biri odur ki, əməliyyatçı niyə Bəhruzun həmin idarədə təkbaşına qalmasına şərait yaradıb?
Onlardan soruşdum ki, cəsədin üzərində, əllərində, qollarında işgəncə əlamətləri var idi? Onlar isə bildirdilər ki, Bəhruzun əlində, ayağında heç bir iz olmayıb”.
Hüquq müdafiəçisinin sözlərinə görə, ailəsi Bəhruzun saat və telefonunun yoxa çıxdığını iddia edir. “Monitorinq zamanı Bəhruz özünü atan otağa baxış keçirdim. Otaq çox balacadır. Pəncərələri də kiçikdir. Əgər Bəhruzu oradan itələsəydilər, divarın dibinə düşərdi. Amma o, divardan 6 metr uzaq məsafəyə düşüb.
Hadisə ilə əlaqədar həmin polis idarəsinin rəisi Ələsgər Bədəlovla görüşdüm. Ondan soruşdum ki, sizdə elektroşokerlər varmı? Rəis bildirdi ki, həmin cihazları təzə alıblar. Daha sonra cihazlara baxış keçirdik. Məlum oldu ki, həmin cihazların heç birinə toxunulmayıb və üzərlərində olan möhürlər də şökülməyib. Rəis dedi ki, onların əllərində Bəhruzun şöbəyə daxil olmasın əks etdirən videogörüntülər var. Bəhruz otağa çıxdıqdan 6 dəqiqə sonra özünü atıb.
Araşdırma zamanı işi aparan baş müstəntiq Qurban Səfərovla telefon əlaqəsi saxladım. O bildirdi ki, müstəntiq Şahlar Şahlarzadənin Bəhruzu kabinetdə nəzarətsiz qoyduğu üçün günahkardır. O, hal şahidlərini qəbul edib və üzərlərinə baxış keçirməyib. Şübhəli şəxsi dindirən zaman vəkili çağırmayıb. Daha sonra məlum hadisə ilə əlaqədar saxlanılan 16 nəfərə də baş çəkdik. Onlar polisə müqavimət göstərdikləri üçün həbs olunublar”.
Qeyd edək ki, avqustun 20-də narkotik vasitələrin satışında və istifadəsində şübhəli bilinən Mingəçevir Polis Şöbəsinə gətirilmiş şəhər sakini Bəhruz Hacıyev inzibati binadakı xidməti otaqlardan birində əməkdaş tərəfindən dindirilərkən qəfildən özünü pəncərədən atıb.
Mərhumun yaxın qohumlarının da iştirakı ilə məhkəmə tibbi eksperti tərəfindən müayinə olunan meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkarlanmayıb.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “MTN işi” ilə bağlı üzücü XƏBƏR: Zərərçəkənlərdən daha biri... - FOTO
Bu gün, 21:00 |
|
|
|
| • Azərbaycan XİN başçısının Moskvaya, Rusiya müdafiə nazirinin isə Bakıya səfərinə hazırlıq gedir
Bu gün, 20:56 |
|
|
|
| • “Vaşinqton sənədini cırıb atmayacağıq” - Köçəryan
Bu gün, 17:42 |
|
|
|
| • “Yüksəliş” müsabiqəsinin qalibinə bankda yüksək vəzifə verildi - FOTO
Bu gün, 17:37 |
|
|
|
| • Ermənilər seçim qarşısında - İki yol var, ya Paşinyan, ya da...
Bu gün, 17:26 |
|
|
|
| • GDU-nun samovar və çaynik almaq planı baş tutmadı: - 289 minlik tenderi niyə ləğv edilib?
Bu gün, 17:12 |
|
|
|
| • Rusiyasız Ermənistan istəyənləri ağıllandıracağıq - HƏDƏ
Bu gün, 17:10 |
|
|
|
| • PREZİDENT “YERİNDƏ SAYIRIQ, İDXALI AZALTMALIYIQ” DEDİ... - Ekspert əsas problemləri AÇIQLADI
Bu gün, 17:08 |
|
|
|
| • Hafiz Hacıyev cərimələnib - SƏBƏB
Bu gün, 17:05 |
|
|
|
| • Azərbaycanda 14 il əvvəlki cinayətin üstü açıldı - Qadın həbs edildi
Bu gün, 17:04 |
|
|
|
| • Ermənistan və ABŞ TRIPP-lə bağlı saziş imzaladı - KİV
Bu gün, 17:00 |
|
|
|
| • “Diadem” şirkəti mənfəətini bölüşdürəcək
Bu gün, 16:57 |
|
|
|
| • Özümüzü buğda ilə necə təmin edək? - Professordan təklif
Bu gün, 16:52 |
|
|
|
| • “Baku Steel Company”dəki 2 milyonluq ƏDV İŞİ: ziyanı ödəmir - TƏFƏRRÜAT
Bu gün, 16:47 |
|
|
|
| • "TDT-nin müdafiə qanadının nüvəsi Türkiyə-Azərbaycan-Özbəkistan üçbucağı olacaq" - Yücel Karauz
Bu gün, 16:46 |
|
|
|
| • Uşaqpulu, yoxsa sosial yardımlar?.. - Azərbaycanın strateji seçimi və iqtisadi reallıqlar
Bu gün, 16:32 |
|
|
|
| • "Abşeron Tekstil"in külli miqdarda borcu var
Bu gün, 16:30 |
|
|
|
| • "Arzum 9999" ləqəbli blogerin məhkəməsi oldu
Bu gün, 16:22 |
|
|
|
| • MDB ölkələrinə şok mesaj: - Rusiya haradan başlayacaq?
Bu gün, 16:19 |
|
|
|
| • Merdən Xankəndidən köçmüş ermənilərə: - “Sizi Rusiyaya köçürəcəyik”
Bu gün, 16:18 |
|
|
|
| • ABŞ atəşkəsi pozdu, cavab verəcəyik - İran
Bu gün, 16:15 |
|
|
|
| • “PAŞA Bank”ın rəhbərliyinə yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 16:12 |
|
|
|
| • 200 dollarlıq neft: Dünya üçün fəlakət ssenarisi - ARAŞDIRMA
Bu gün, 16:07 |
|
|
|
| • Hərraca çıxarılan “Zəngəzur Harmony” oteli bir ildir alan yoxdur – Qiyməti 7,8 milyondan 5,9 milyona düşüb
Bu gün, 16:00 |
|
|
|
| • Kinematoqrafçılar İttifaqının yeni sədri MƏLUM OLDU - BUNDAN SONRA...
Bu gün, 15:57 |
|
|
|
| • ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir - FOTO
Bu gün, 15:54 |
|
|
|
| • FHN amfibiyanın “ömrünü uzatmaq” üçün bu dəfə Ukrayna şirkəti ilə müqavilə bağladı - TƏFƏRRÜAT
Bu gün, 15:50 |
|
|
|
| • Azərbaycan BOKT-unun təsisçisi dəyişib
Bu gün, 15:41 |
|
|
|
| • “OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı” təşəbbüsü
Bu gün, 15:37 |
|
|
|
| • Deputatlıq mandat deyil, sözün məsuliyyətidir - REPLİKA
Bu gün, 15:33 |
|
|
|
| • "Gazelli Group" yenidən təşkil olunur
Bu gün, 15:31 |
|
|
|
| • “Milli Məclisdə “arvad” sözünü müzakirə etməkdənsə, o arvadların ərlərinin maaşlarını artırsınlar...” - Seyran Səxavətdən ÇAĞIRIŞ
Bu gün, 15:15 |
|
|
|
| • Ermənistanda əhalinin 75%-i Rusiyaya qarşıdır - SORĞU
Bu gün, 15:10 |
|
|
|
| • "PAŞA Bank"ın Müşahidə Şurasına yeni sədr təyin olunub - BUNDAN SONRA...
Bu gün, 15:03 |
|
|
|
| • Hərbi biletinə görə Şəkiyə getdi, atasını boğub öldürdü - Dəhşətli cinayətin TƏFƏRRÜATI
Bu gün, 15:01 |
|
|
|
| • Ermənistan belə idarə olunub: ya ölüm, ya azadlıq! - Paşinyan
Bu gün, 14:55 |
|
|
|
| • TƏBİB tabeli iki tibb müəssisəsinə yeni direktor təyin olunub - BUNDAN SONRA...
Bu gün, 14:52 |
|
|
|
| • AZAL komfortlu səyahət üçün baqajla bağlı məsləhətlər verib - DİQQƏT!
Bu gün, 14:49 |
|
|
|
| • Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi - Sensasion detallar
Bu gün, 14:43 |
|
|
|
| • Azərbaycanda “lizinq” anlayışı ləğv edilir - TƏFƏRRÜAT
Bu gün, 14:39 |
|
|
|
| • Müstəqillik Günündə əfv gözlənilir? - AÇIQLAMA
Bu gün, 14:37 |
|
|
|
| • Vergidən yayınma və qanunsuz lizinqdə ittiham olunan “Vüsal 300”ə hökm oxundu - 4 il şərti cəza alıb
Bu gün, 14:22 |
|
|
|
| • Şeyx Əbdül Mahmudovdan sərt ittihamlar - “Saxta qurultaydır”
Bu gün, 14:18 |
|
|
|
| • Bu kino rejissorlarına 10 min manat veriləcək - SİYAHI
Bu gün, 14:15 |
|
|
|
| • İrəvanda parad hazırlığı – Paşinyanın şousu, yoxsa...
Bu gün, 14:09 |
|
|
|
| • Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi – yeni təyinat
Bu gün, 14:04 |
|
|
|
| • Əməkdar artistdən Nigar Camala SƏRT REAKSİYA - “Bu, onun İQ səviyyəsini göstərir”
Bu gün, 13:59 |
|
|
|
| • "Mən özümü öldürsəm də, əvvəlki verilişlərdən olmayacaq" - Xalq artisti Eldost Bayram
Bu gün, 13:53 |
|
|
|
| • “AF Hotel” yandı, “Eurohome” bağlandı, Rusiyadakı biznesinin taleyi necə olacaq? – Azay Möhnətov "Bədəl" ödəyir
Bu gün, 13:51 |
|
|
|
| • Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq - MƏQALƏ
Bu gün, 13:47 |
|
|
|
|