“MTN işi” ilə bağlı üzücü XƏBƏR: Zərərçəkənlərdən daha biri... .....                     Azərbaycan XİN başçısının Moskvaya, Rusiya müdafiə nazirinin isə Bakıya səfərinə hazırlıq gedir .....                     “Vaşinqton sənədini cırıb atmayacağıq” .....                     “Yüksəliş” müsabiqəsinin qalibinə bankda yüksək vəzifə verildi .....                     Ermənilər seçim qarşısında .....                     GDU-nun samovar və çaynik almaq planı baş tutmadı: .....                     Rusiyasız Ermənistan istəyənləri ağıllandıracağıq .....                     PREZİDENT “YERİNDƏ SAYIRIQ, İDXALI AZALTMALIYIQ” DEDİ... .....                     Hafiz Hacıyev cərimələnib .....                     Azərbaycanda 14 il əvvəlki cinayətin üstü açıldı .....                     Ermənistan və ABŞ TRIPP-lə bağlı saziş imzaladı .....                     “Diadem” şirkəti mənfəətini bölüşdürəcək .....                     Özümüzü buğda ilə necə təmin edək? .....                     “Baku Steel Company”dəki 2 milyonluq ƏDV İŞİ: ziyanı ödəmir .....                     "TDT-nin müdafiə qanadının nüvəsi Türkiyə-Azərbaycan-Özbəkistan üçbucağı olacaq" .....                     Uşaqpulu, yoxsa sosial yardımlar?.. .....                     "Abşeron Tekstil"in külli miqdarda borcu var .....                     "Arzum 9999" ləqəbli blogerin məhkəməsi oldu .....                     MDB ölkələrinə şok mesaj: .....                     Merdən Xankəndidən köçmüş ermənilərə: .....                     ABŞ atəşkəsi pozdu, cavab verəcəyik .....                     “PAŞA Bank”ın rəhbərliyinə yeni təyinat .....                     200 dollarlıq neft: Dünya üçün fəlakət ssenarisi .....                     Hərraca çıxarılan “Zəngəzur Harmony” oteli bir ildir alan yoxdur .....                     Kinematoqrafçılar İttifaqının yeni sədri MƏLUM OLDU .....                     ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir .....                     FHN amfibiyanın “ömrünü uzatmaq” üçün bu dəfə Ukrayna şirkəti ilə müqavilə bağladı .....                     Azərbaycan BOKT-unun təsisçisi dəyişib .....                     “OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı” təşəbbüsü .....                     Deputatlıq mandat deyil, sözün məsuliyyətidir .....                     "Gazelli Group" yenidən təşkil olunur .....                     “Milli Məclisdə “arvad” sözünü müzakirə etməkdənsə, o arvadların ərlərinin maaşlarını artırsınlar...” .....                     Ermənistanda əhalinin 75%-i Rusiyaya qarşıdır .....                     "PAŞA Bank"ın Müşahidə Şurasına yeni sədr təyin olunub .....                     Hərbi biletinə görə Şəkiyə getdi, atasını boğub öldürdü .....                     Ermənistan belə idarə olunub: ya ölüm, ya azadlıq! .....                     TƏBİB tabeli iki tibb müəssisəsinə yeni direktor təyin olunub .....                     AZAL komfortlu səyahət üçün baqajla bağlı məsləhətlər verib .....                     Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi .....                     Azərbaycanda “lizinq” anlayışı ləğv edilir .....                 

Sumqayıt Avtovağzalında kassalar bilet satmır - PROBLEM
Tarix: 25-08-2015, 11:24 | Çap et
Sumqayıt Avtovağzalında kassalar bilet satmır
Nəqliyyat naziri Ziya Məmmədovun rəhbərlik etdiyi sahənin problemləri bitib-tükənmək bilmir.Azərbaycanda əhalinin ən çox narazı qaldığı sahələrdən biri,bəlkə də birincisi nəqliyyat sahəsidir. Ancaq baxmayaraq ki,mətbuatda Nəqliyyat Nazirliyinin fəaliyyəti daima tənqid olunur, bu sahədə vəziyyət düzəlmir ki,düzəlmir. Buna bariz pis nümunələrdən biri də Sumqayıt Avtovağzalıdır.

Dünyada olan bütün şəhərlərin hamısına şəhərin girişindən daxil olanda gözə çarpan ilk bina avtovağzal binası olur. Şəhərin giriş qapısı sayılan və bir növ vizit kartı olan avtovağzalın vəziyyətinə uyğun olaraq, şəhərin hansı səviyyədə olması haqda mühakimə yürütmək olur.Sumqayıt ölkənin 3-cü böyük şəhəri olsa da avtovağzalı ucqar rayon avtovağzallarından elə də fərqlənmir. Şəhərin mərkəzi küçələrində Eldar Əzizov yalandan da olsa abadlıq işləri görsə də avtovağzalda hər mənada vəziyyət açınacaqlı olaraq qalıb. Avtovağzalın giriş binası alkopanla üzlənsə də içi və və avtobuslar dayanan həyət hissəsi müasirlikdən çox Afrikanı ,avtobus dayanacaqlarında qoyulan trafaretlər sovet dövrünün qalıqlarını xatırladır. Avtovağzalın həyətinin bərbad vəziyyətdə olan yol örtüyü isə kənd yollarına oxşayır.Yazıda təqdim etdiyimiz fotolar 4-5 il əvvəl çəkilib.Lakin bu bu müddət ərzində avtovağzalda zərrə qədər də müsbət dəyişiklik olmayıb. Amma avtovağzal təkcə zahirən pis gündə olsa idi dərd yarı idi.Burada elə bir qanunsuzluq,özbaşınalıq hökm sürür ki,“Sumqayıt Avtovağzalında dərəbəylik hökm sürür”desək çox yumşaq demiş olarıq. Sumqayıtın avtovağzalında sözün əsl mənasında biabırçı vəziyyət yaşanır.Sumqayıt Avtovağzalında kassalar bilet satmır-ÖZBAŞINALIQ

Ziya Məmmədov bura niyə göz yumur?

İlk növbədə burada sərnişinlərə göstərilən xidmətlərdə(?!) əsas diqqət çəkən məsələ bilet satışı ilə bağlıdır . Əslində burada bilet problemi qətiyyən yoxdur.Çünki bilet ümumiyyətlə yerli -dibli yoxdur.Sərnişinlər heç biletin üznü belə görməyib.
Hər gün Sumqayıt avtovağzalından paytaxt,Sədərək,Binə ticarət mərkəzlərinə, ölkənin digər şəhər və rayonlarına yüzlərlə kiçik və iritutumlu tutumlu avtobusların – mikroavtobuslarla minlərlə sərnişin gedir. Qiymətlərin Tarif Şurası təyin etdiyi marşrut qiymətlərindən xeyli baha,xidmətin isə sıfır səviyyəsində olması bir yana qalsın avtovağzalda orta komfortlu avtobuslar belə yoxdur. Vətəndaşların açıq şəkildə aldadılması burada adi normaya çevrilib. Avtovağzalda daima qanunsuzluqla üzləşən Sumqayıt sakinlərindən biri Bolgexeber.com-un redaksiyasına yazır ki,kassadan bilet almaq üşün qiymət soruşanda kassir elə bil bunu özünə təhqir,həmin adamı isə düşmən kimi qəbul edir. Kassirə çox “dirənəndə” deyir ki,bileti sürücü satır,bir az da “dirənəndə” deyir verə bilərəm, amma arxa yerlərdir,ən yaxşısı budur sürücünün özündən al. (guya sərnişinin qayğısına qalır)Maraqlıdır ki,kassirin deməsindən açıq-aşkar belə çıxır ki.Sumqayıtda biletlər kassada yox,çox gülməli və qəribə də olsa sürücülər tərəfindən satılır.Başqa bir oxucumuz da yazır ki,avtovağzalda mexanizm belə qurulub ki,sürücü reysə olan bütün biletləri topdan alır.Yəni qanunsuzluq bir növ qanuniləşdırılır.Hər vəchlə də bilet satmaqdan boyun qaçırılır. Dediyimiz kimi hər şey bir yana qalsın burada gedişhaqqılar da bütün istiqamətlərə, Tarif Şurasının təyin etdiyi,daha dəqiq desək, dövlətin qoyduğu marşrut qiymətlərindən xeyli bahadır. Məsələn,Xaçmaza gedənlərdən sürücülər və onların pulyığanları 4 manat gediş haqqı alır. Bolgexeber.com-un məlumatına görə, Tarif Şurasının müəyyən etdiyi qiymət isə hələ Bakıdan(Bakıdan məsafə 157 km,Sumqayıtdan isə 30 km qısadır.) 2 manat 51 qəpikdir. Bakıdan Şabrana (məsafə 122 km,Sumqayıtdan keçir )gediş haqqı 1.95 manat olduğu halda daha az məsafəyə görə 3 manat alınır. Bütün istiqamətlər üzrə gediş haqqılar bilet qiymətindən bahadır.Vətəndaşlar deyir ki, Sumqayıtda nə vaxt kassaya yaxınlaşıb bilet almaq istəyirlər, ya orada adam tapılmır, ya da ki adama elə cavab verirlər ki, bilet almaq yaddan çıxır.
Digər biabırçılıq ondan ibarətdirdir ki,avtobuslar qrafiklə işləmir.Nə vaxt yerlər adamla tam doldu, o vaxt da yola düşür.Bu da sərnişinlərin haqlı narahatçılıqına səbəb olur.Hələ üstəlik uzaq məsafələrə gedən avtobuslarda əlavə oturacaq və avadanlıqların qanunsuz(Halbuki qanunla avtobusda nəzərdə tutulmayan əlavə oturacaq və avadanlıqların qanunsuz olaraq yerləşdirilməsinə görə həmin nəqliyyat vasitəsinin sahibi ən azından 150 manat məbləğində cərimə olunmalıdır)yerləşdirilir ki,bu da sərnişinlərin narahatçılığı bir yana qalsın ,qəza baş verərsə ölüm riskini birəon artırır.
Məlumat üçün bildirək ki, “avtomobil nəqliyyatı ilə sərnişin daşınması Qaydalarına əsasən, hər bir sərnişin marşrut üzrə yalnız rəsmiləşdirilmiş bilet və ya onu əvəz edən hüquqi sənəd əsasında hərəkət edə bilər.

Həmin biletin üzərində sərnişinin adı və soyadı, həmçinin biletin qiyməti, avtobusun yola düşmə tarixi kimi əsas məlumatlar göstərilməlidir. Sərnişin əldə etdiyi bileti gediş müddəti ərzində özündə saxlamalı və bu sənəd onun mənzil başına çatdırılmasının təminatıdır.
"Kimdən tələb edək? Kimin yanına gedirsən qışqırırlar adamın üstünə. Burada bilet satılmır axı. Kimdən tələb edəsən?",-sikayətçilər bildirir.
Yadınızdadırsa bir neçə il əvvəl kanallardan biri Xaçmaz avtovağzalında anoloji bilet problemini qabartmışdı Çəkiliş zamanı avtovağzalın rəsmisi qeyri-səmimi olaraq demişdi ki,hər kəs kassaya yaxınlaşıb bilet ala bilər.

Bir müddət sonra çəkiliş aparılan avtobusdakı sərnişinlərə bilet satılmağa başladı. Amma sərnişinlər avtovağzal rəhbərliyinin bu addımını ərazidə çəkiliş aparılması ilə əlaqələndirdilər.
"Çəkiliş olduğu üçün bilet satırlar. Birinci dəfədir ki bilet alıram. Həmişə burdan bilet alanda əlavə pul istəyirdilər deyə buradan almırdıq",-sərnişinlər dedilər. Məlumata görə orada yenə də köhnə hamam köhnə tasdır.Aydındır ki,belə ucuz variantlara avtovağzal rəsmiləri vəziyyətdən çıxmaq üçün ,gözdən pərdə asmaq üçün müvəqqəti gedirlər.

Redaksiyamiza yazan əslən Xaçmazadan olan Sumqayıt sakini deyir ki,bilet hələ Bakıdan 2 manat 55 qəpikdi. Sürücülər bizdən 4 manat alıb aparırlar Xaçmaza. O üzdən də bilet alanlara düşmən münasibət göstərilir. O dəfələrlə bu problemlə qarşılaşdığını deyir.Şikayətçi bildirir ki, belə hallar tez-tez olur.Bakı avtovaqzalında heç olmasa kassalar işləyir, Sürücülər bilet xoşlamasalar da bilet ala bilirlər. Elə hallar olur ki,sürücü sərnişin bilet aldığına görə hətta onu söyüb təhqir edir. “Neçə dəfə məni avtobusdan düşürtmək istəyiblər.”Hər dəfə Xaşmaza gedəndə stress yaşayıram. Qanunsuzla barışmadığım üçün həmişə başım ağrayır. Əgər hər kəs öz haqqını tələb etsə bəlkə də belə olmaz”,- Sumqayıt Avtovağzalındakı mövcud vəziyyətdən narazı vətəndaş deyir.
Əslində bu cür özbaşınalıqlar digər rayonlara gedən bütün avtobus xəttlərində də müşahidə olunur.

Ümumiyyətlə Sumqayıt Avtovağzalında bilinmir sərnişindaşınma ilə hansı şirkət məşğul olur,kimlə müavilə bağlanılır.Nəzərə alsaq ki,sərnişinlər nağd ödəniş edirlər və hər gün rayonlara və Bakıya işləyən yüzlərlə marşrutlardan əlavə haqq yığılır, “eynəksiz” də ,mühasib olmadan da görmək olar ki, ortada vergidən yayınılan və müəyyən şəxslərin cibinə gedən 100 min manatlarla ölçülən böyük pullar var. Aydındır ki, avtovağzalda işləyən sürücülər qanunsuzluqlarda avtovağzal rəhbərliyi ilə sövdələşirlər.Ancaq ola bilsin ki,onlar da sivil qaydada işləmək itəyərdilər,amma şərtləri qoyan onlar olmadığından onlar da ailələrini dolandırmaq üçün mövcud reallıqlarla barışmalı olurlar.Ancaq bu da onlara tam haqq qazandıra bilməz.Çünki biz özümüz düzəlməsək vəziyyət də düzələn deyil.

Məsələ ilə bağlı Avtovağzal rəsmiləri ilə əlaqə yaradılmadı.Çünki nə mənası var?! Onsuz hər şey aydındır. Nə isə ,bir sözlə Sumqayıt Avtovağzalında vəziyyət heç vəziyyət ürəkaçan deyil.
Görəsən bu barədə Nəqliyyat Nazirliyinin mətbuat katibi,hörmətli Namiq Həsənov nə düşünür?Bax bizə bu maraqlı olardı?
P.S .Diqqəti çəkən bir məqamda Sumqayıt Avtovağzalında bu tipli yerlərdə adi olan allahın “Xoş Gəlmisiniz”“Yaxşı Yol “ yazılan löhvələrinə də rast gəlinməməsidir.Bu səbəbdən Avtovağzaldakı biabırçı duruma digər mənada “Yaxşı Yol! “ deməyin vaxtı çoxdan çatıb.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“MTN işi” ilə bağlı üzücü XƏBƏR: Zərərçəkənlərdən daha biri... - FOTO
Bu gün, 21:00
Azərbaycan XİN başçısının Moskvaya, Rusiya müdafiə nazirinin isə Bakıya səfərinə hazırlıq gedir
Bu gün, 20:56
“Vaşinqton sənədini cırıb atmayacağıq” - Köçəryan
Bu gün, 17:42
“Yüksəliş” müsabiqəsinin qalibinə bankda yüksək vəzifə verildi - FOTO
Bu gün, 17:37
Ermənilər seçim qarşısında - İki yol var, ya Paşinyan, ya da...
Bu gün, 17:26
GDU-nun samovar və çaynik almaq planı baş tutmadı: - 289 minlik tenderi niyə ləğv edilib?
Bu gün, 17:12
Rusiyasız Ermənistan istəyənləri ağıllandıracağıq - HƏDƏ
Bu gün, 17:10
PREZİDENT “YERİNDƏ SAYIRIQ, İDXALI AZALTMALIYIQ” DEDİ... - Ekspert əsas problemləri AÇIQLADI
Bu gün, 17:08
Hafiz Hacıyev cərimələnib - SƏBƏB
Bu gün, 17:05
Azərbaycanda 14 il əvvəlki cinayətin üstü açıldı - Qadın həbs edildi
Bu gün, 17:04
Ermənistan və ABŞ TRIPP-lə bağlı saziş imzaladı - KİV
Bu gün, 17:00
“Diadem” şirkəti mənfəətini bölüşdürəcək
Bu gün, 16:57
Özümüzü buğda ilə necə təmin edək? - Professordan təklif
Bu gün, 16:52
“Baku Steel Company”dəki 2 milyonluq ƏDV İŞİ: ziyanı ödəmir - TƏFƏRRÜAT
Bu gün, 16:47
"TDT-nin müdafiə qanadının nüvəsi Türkiyə-Azərbaycan-Özbəkistan üçbucağı olacaq" - Yücel Karauz
Bu gün, 16:46
Uşaqpulu, yoxsa sosial yardımlar?.. - Azərbaycanın strateji seçimi və iqtisadi reallıqlar
Bu gün, 16:32
"Abşeron Tekstil"in külli miqdarda borcu var
Bu gün, 16:30
"Arzum 9999" ləqəbli blogerin məhkəməsi oldu
Bu gün, 16:22
MDB ölkələrinə şok mesaj: - Rusiya haradan başlayacaq?
Bu gün, 16:19
Merdən Xankəndidən köçmüş ermənilərə: - “Sizi Rusiyaya köçürəcəyik”
Bu gün, 16:18
ABŞ atəşkəsi pozdu, cavab verəcəyik - İran
Bu gün, 16:15
“PAŞA Bank”ın rəhbərliyinə yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 16:12
200 dollarlıq neft: Dünya üçün fəlakət ssenarisi - ARAŞDIRMA
Bu gün, 16:07
Hərraca çıxarılan “Zəngəzur Harmony” oteli bir ildir alan yoxdur – Qiyməti 7,8 milyondan 5,9 milyona düşüb
Bu gün, 16:00
Kinematoqrafçılar İttifaqının yeni sədri MƏLUM OLDU - BUNDAN SONRA...
Bu gün, 15:57
ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir - FOTO
Bu gün, 15:54
FHN amfibiyanın “ömrünü uzatmaq” üçün bu dəfə Ukrayna şirkəti ilə müqavilə bağladı - TƏFƏRRÜAT
Bu gün, 15:50
Azərbaycan BOKT-unun təsisçisi dəyişib
Bu gün, 15:41
“OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı” təşəbbüsü
Bu gün, 15:37
Deputatlıq mandat deyil, sözün məsuliyyətidir - REPLİKA
Bu gün, 15:33
"Gazelli Group" yenidən təşkil olunur
Bu gün, 15:31
“Milli Məclisdə “arvad” sözünü müzakirə etməkdənsə, o arvadların ərlərinin maaşlarını artırsınlar...” - Seyran Səxavətdən ÇAĞIRIŞ
Bu gün, 15:15
Ermənistanda əhalinin 75%-i Rusiyaya qarşıdır - SORĞU
Bu gün, 15:10
"PAŞA Bank"ın Müşahidə Şurasına yeni sədr təyin olunub - BUNDAN SONRA...
Bu gün, 15:03
Hərbi biletinə görə Şəkiyə getdi, atasını boğub öldürdü - Dəhşətli cinayətin TƏFƏRRÜATI
Bu gün, 15:01
Ermənistan belə idarə olunub: ya ölüm, ya azadlıq! - Paşinyan
Bu gün, 14:55
TƏBİB tabeli iki tibb müəssisəsinə yeni direktor təyin olunub - BUNDAN SONRA...
Bu gün, 14:52
AZAL komfortlu səyahət üçün baqajla bağlı məsləhətlər verib - DİQQƏT!
Bu gün, 14:49
Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi - Sensasion detallar
Bu gün, 14:43
Azərbaycanda “lizinq” anlayışı ləğv edilir - TƏFƏRRÜAT
Bu gün, 14:39
Müstəqillik Günündə əfv gözlənilir? - AÇIQLAMA
Bu gün, 14:37
Vergidən yayınma və qanunsuz lizinqdə ittiham olunan “Vüsal 300”ə hökm oxundu - 4 il şərti cəza alıb
Bu gün, 14:22
Şeyx Əbdül Mahmudovdan sərt ittihamlar - “Saxta qurultaydır”
Bu gün, 14:18
Bu kino rejissorlarına 10 min manat veriləcək - SİYAHI
Bu gün, 14:15
İrəvanda parad hazırlığı – Paşinyanın şousu, yoxsa...
Bu gün, 14:09
Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi – yeni təyinat
Bu gün, 14:04
Əməkdar artistdən Nigar Camala SƏRT REAKSİYA - “Bu, onun İQ səviyyəsini göstərir”
Bu gün, 13:59
"Mən özümü öldürsəm də, əvvəlki verilişlərdən olmayacaq" - Xalq artisti Eldost Bayram
Bu gün, 13:53
“AF Hotel” yandı, “Eurohome” bağlandı, Rusiyadakı biznesinin taleyi necə olacaq? – Azay Möhnətov "Bədəl" ödəyir
Bu gün, 13:51
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq - MƏQALƏ
Bu gün, 13:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru