“MTN işi” ilə bağlı üzücü XƏBƏR: Zərərçəkənlərdən daha biri... .....                     Azərbaycan XİN başçısının Moskvaya, Rusiya müdafiə nazirinin isə Bakıya səfərinə hazırlıq gedir .....                     “Vaşinqton sənədini cırıb atmayacağıq” .....                     “Yüksəliş” müsabiqəsinin qalibinə bankda yüksək vəzifə verildi .....                     Ermənilər seçim qarşısında .....                     GDU-nun samovar və çaynik almaq planı baş tutmadı: .....                     Rusiyasız Ermənistan istəyənləri ağıllandıracağıq .....                     PREZİDENT “YERİNDƏ SAYIRIQ, İDXALI AZALTMALIYIQ” DEDİ... .....                     Hafiz Hacıyev cərimələnib .....                     Azərbaycanda 14 il əvvəlki cinayətin üstü açıldı .....                     Ermənistan və ABŞ TRIPP-lə bağlı saziş imzaladı .....                     “Diadem” şirkəti mənfəətini bölüşdürəcək .....                     Özümüzü buğda ilə necə təmin edək? .....                     “Baku Steel Company”dəki 2 milyonluq ƏDV İŞİ: ziyanı ödəmir .....                     "TDT-nin müdafiə qanadının nüvəsi Türkiyə-Azərbaycan-Özbəkistan üçbucağı olacaq" .....                     Uşaqpulu, yoxsa sosial yardımlar?.. .....                     "Abşeron Tekstil"in külli miqdarda borcu var .....                     "Arzum 9999" ləqəbli blogerin məhkəməsi oldu .....                     MDB ölkələrinə şok mesaj: .....                     Merdən Xankəndidən köçmüş ermənilərə: .....                     ABŞ atəşkəsi pozdu, cavab verəcəyik .....                     “PAŞA Bank”ın rəhbərliyinə yeni təyinat .....                     200 dollarlıq neft: Dünya üçün fəlakət ssenarisi .....                     Hərraca çıxarılan “Zəngəzur Harmony” oteli bir ildir alan yoxdur .....                     Kinematoqrafçılar İttifaqının yeni sədri MƏLUM OLDU .....                     ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir .....                     FHN amfibiyanın “ömrünü uzatmaq” üçün bu dəfə Ukrayna şirkəti ilə müqavilə bağladı .....                     Azərbaycan BOKT-unun təsisçisi dəyişib .....                     “OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı” təşəbbüsü .....                     Deputatlıq mandat deyil, sözün məsuliyyətidir .....                     "Gazelli Group" yenidən təşkil olunur .....                     “Milli Məclisdə “arvad” sözünü müzakirə etməkdənsə, o arvadların ərlərinin maaşlarını artırsınlar...” .....                     Ermənistanda əhalinin 75%-i Rusiyaya qarşıdır .....                     "PAŞA Bank"ın Müşahidə Şurasına yeni sədr təyin olunub .....                     Hərbi biletinə görə Şəkiyə getdi, atasını boğub öldürdü .....                     Ermənistan belə idarə olunub: ya ölüm, ya azadlıq! .....                     TƏBİB tabeli iki tibb müəssisəsinə yeni direktor təyin olunub .....                     AZAL komfortlu səyahət üçün baqajla bağlı məsləhətlər verib .....                     Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi .....                     Azərbaycanda “lizinq” anlayışı ləğv edilir .....                 

Elmar Rüstəmovun nikbin fevral çıxışı və dollar panikası... - TƏHLİL
Tarix: 25-08-2015, 11:08 | Çap et
Elmar Rüstəmovun nikbin fevral çıxışı və dollar panikası...
Həqiqət acı da olsa, onu bilmək insanı sakitləşdirir və soyuqqanlı edir, reallığın təhrifi və qeyri-müəyyənlik isə panikaya yol açır. Panikanın aparıb çıxara bildiyi yeni reallıqlar isə bütün pessimist gözləntilərdən də pis ola bilir.

Manatın düşüşü yeni devalvasiya söz-söhbətlərini qidalandırır. Valyuta məntəqələri dolları bacardıqca baha satmağa, Mərkəzi Bank inzibati qaydada buna yol verməməyə çalışır, ortada isə qeyri-müəyyənliyin sıxıb əzdiyi vətəndaşlar qalır.

Halbuki əvvəldən - fevraldakı devalvasiya vaxtından elan edilməli idi: bəli, manatın kursu enməkdə davam edəcək, dövlət bu enmənin fevraldakı “qara şənbə”ni təkrarlamaması üçün (bir gündə manat 30 faizdən çox dəyərini itirmişdi) valyuta ehtiyatlarını bazara yönəldir, ancaq ehtiyatlar da dibsiz quyu deyil.

Ötən ilin 31 iyulunda Mərkəzi Bankın valyuta ehtiyatları 15,2 milyard dollar ekvivalentinə bərabər idi. Hal-hazırda isə həmin rəqəm azalaraq artıq 8,5 milyard dollara bərabər olub. Yəni az qalsın 2 dəfə tükənib.

Deməli, söhbət yalnız iki variantın birindən gedə bilər - ya kəskin devalvasiya, ya da tədricən davam edəcək xroniki ucuzlaşma. Nəticə əslində eynidir - söhbət manatın tarixi minimumuna enməsinin ani, yoxsa nisbətən böyük zaman kəsimində baş verəcəyindən gedir. Məhz bu da rəsmən açıq şəkildə deyilməlidir. Əks halda panika ən xoşagəlməz nəticələr üçün katalizator ola bilər.

Baş verənlərin isə obyektiv səbəbləri var. Və bu səbəblərin heç də hamısı Azərbaycan hökumətindən asılı deyil.Proses qlobaldır.

Rus rublu, Çin yuanı və Qazaxıstan təngəsi kəskin ucuzlaşmaqda davam edir. Bu fonda qırğız somunun devalvasiyası başlayır. Bu fonda “Bloomberg” agentliyini ekspertləri bəyan edirlər: təngənin devalvasiyasının ardından daha 10 valyutanı enmə gözləyir.

İlk növbədə də söhbət MDB ölkələrinin valyutalarından gedir. Əsas səbəb kimi də rublun və yuanın kurslarının zəifləməsi göstərilir.

Milli valyutaların zəncirvari şəkildə devalvasiyası artıq MDB ölkələrinin praktik olaraq hamısını çulğayıb. Türkmənistan, Tacikistan, Azərbaycan, Özbəkistan və Belarusda analoji proseslər gedir. Bu ölkələrin Rusiya və Qazaxıstanla ticarət əlaqələri sıxdır - “domino effekti” baş verir.

Üstəlik, Azərbaycan və Türkmənistanın büdcələri enerjidaşıyıcılarının dəyərindən çox bərk asılıdır, neft isə gündən günə daha çox ucuzlaşmağındadır.

Əlbəttə, daha uzağa gedərək əsas səbəb kimi bu ölkələrin hamısına son 20 ildə mərkəzi kapitalizm tərəfindən sırınmış periferiya kapitalizmi modelinin qüsurunu (və cinayətkarlığını) göstərmək olar, baş verənləri “Asılılıq nəzəriyyəsi”nin zəfərinə sübutu da saymaq olar.

Ancaq bunlar hamısı artıq geridə qalaraq tarix olub, periferiya kapitalizmi ölkələrinə hansı iqtisadi model diqtə olunubsa, onu az vaxtda dəyişmək mümkün deyil - bu dəyişiklik üçün bütün iqtisadi-siyasi formasiyanı dəyişmək lazımdır.

Bu isə hazırda məhz subyektiv şərtlərə görə nonsensdir. Odur ki, hazırda profilaktika üçün çox gecdir, söhbət yalnız xəstəliyin fəsadlarını azaltmaqdan gedə bilər. Bunun üçün isə proseslərin baş vermə fonu analiz olunmalıdır.

Azərbaycan iqtisadiyyatının neftin qiymətlərindən asılılığı ümumməlumdur. Bu qiymətlər endikcə ölkəyə daxil olan dollar kütləsi də azalır.

Ancaq Azərbaycanın maliyyə bazarındakı təlatümü xarakterizə edən digər zəif olmayan faktorlar da var. Məsələn, iqtisadiyyatımızın Rusiya ilə bağlılığı (ki, bu da tamamilə təbiidir. Üstəlik MDB ölkələrinin hmısı üçün xarakterikdir).

Rusiyada 1 milyondan 2 milyona qədər azəri iş tapıb və onlar ailələrinə hər il toplam milyardlarla dollar pul göndərir (məlumdur ki, Rusiyadan evlərinə pul köçürmələri edənlər məhz dollara üstünlük verir).

Hazırda isə həmin məbləğ kəskin azalmaqdadır - bunu Rusiya iqtisadiyyatında baş verən proseslər şərtləndirir. Yəni rublun devalvasiyası dollar köçürmələrinin axınını da vurur.

Nəhayət, ixracatı idxalından az olan dövlətin baş verənlər fonunda dollara tələbatını daha çətinliklə ödəyəcəyi də təbiidir. Möhkəm valyutanın daha bir mənbəyi də beynəlxalq valyuta institutlarının ayırdığı kreditlərdir - onlar da azalmaqdadır.

Beləliklə, bütün MDB məkanında (üstəlik Çində) oxşar mexanizm işə düşüb. Bu iqtisadiyyatların bir-biri ilə əlaqəli olması və neftin qiymətinin dayanmadan enməsi Azərbaycanın vəziyyətdən təkbaşına çıxa biləcəyi ehtimalını da azaldır. Yəni nə qədər arzuolunmaz səslənsə də milli valyuta zəifləməkdə davam edəcək.

Belə bir vəziyyətdə rəsmilərin “Narahatlığa heç bir əsas yoxdur” kimi notasiyaları çıxış yolu deyil, əksinə, panika mənbəyidir. Baş bankir Elmar Rüstəmovun fevral devalvasiyası ərəfəsində etdiyi optimist çıxış da hələ unudulmayıb.

Reallığı bəzək-düzəksiz açıqlamaq bu cəhətdən daha praqmatik addım olardı...

Məmməd Süleymanov
Virtualaz.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“MTN işi” ilə bağlı üzücü XƏBƏR: Zərərçəkənlərdən daha biri... - FOTO
Bu gün, 21:00
Azərbaycan XİN başçısının Moskvaya, Rusiya müdafiə nazirinin isə Bakıya səfərinə hazırlıq gedir
Bu gün, 20:56
“Vaşinqton sənədini cırıb atmayacağıq” - Köçəryan
Bu gün, 17:42
“Yüksəliş” müsabiqəsinin qalibinə bankda yüksək vəzifə verildi - FOTO
Bu gün, 17:37
Ermənilər seçim qarşısında - İki yol var, ya Paşinyan, ya da...
Bu gün, 17:26
GDU-nun samovar və çaynik almaq planı baş tutmadı: - 289 minlik tenderi niyə ləğv edilib?
Bu gün, 17:12
Rusiyasız Ermənistan istəyənləri ağıllandıracağıq - HƏDƏ
Bu gün, 17:10
PREZİDENT “YERİNDƏ SAYIRIQ, İDXALI AZALTMALIYIQ” DEDİ... - Ekspert əsas problemləri AÇIQLADI
Bu gün, 17:08
Hafiz Hacıyev cərimələnib - SƏBƏB
Bu gün, 17:05
Azərbaycanda 14 il əvvəlki cinayətin üstü açıldı - Qadın həbs edildi
Bu gün, 17:04
Ermənistan və ABŞ TRIPP-lə bağlı saziş imzaladı - KİV
Bu gün, 17:00
“Diadem” şirkəti mənfəətini bölüşdürəcək
Bu gün, 16:57
Özümüzü buğda ilə necə təmin edək? - Professordan təklif
Bu gün, 16:52
“Baku Steel Company”dəki 2 milyonluq ƏDV İŞİ: ziyanı ödəmir - TƏFƏRRÜAT
Bu gün, 16:47
"TDT-nin müdafiə qanadının nüvəsi Türkiyə-Azərbaycan-Özbəkistan üçbucağı olacaq" - Yücel Karauz
Bu gün, 16:46
Uşaqpulu, yoxsa sosial yardımlar?.. - Azərbaycanın strateji seçimi və iqtisadi reallıqlar
Bu gün, 16:32
"Abşeron Tekstil"in külli miqdarda borcu var
Bu gün, 16:30
"Arzum 9999" ləqəbli blogerin məhkəməsi oldu
Bu gün, 16:22
MDB ölkələrinə şok mesaj: - Rusiya haradan başlayacaq?
Bu gün, 16:19
Merdən Xankəndidən köçmüş ermənilərə: - “Sizi Rusiyaya köçürəcəyik”
Bu gün, 16:18
ABŞ atəşkəsi pozdu, cavab verəcəyik - İran
Bu gün, 16:15
“PAŞA Bank”ın rəhbərliyinə yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 16:12
200 dollarlıq neft: Dünya üçün fəlakət ssenarisi - ARAŞDIRMA
Bu gün, 16:07
Hərraca çıxarılan “Zəngəzur Harmony” oteli bir ildir alan yoxdur – Qiyməti 7,8 milyondan 5,9 milyona düşüb
Bu gün, 16:00
Kinematoqrafçılar İttifaqının yeni sədri MƏLUM OLDU - BUNDAN SONRA...
Bu gün, 15:57
ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir - FOTO
Bu gün, 15:54
FHN amfibiyanın “ömrünü uzatmaq” üçün bu dəfə Ukrayna şirkəti ilə müqavilə bağladı - TƏFƏRRÜAT
Bu gün, 15:50
Azərbaycan BOKT-unun təsisçisi dəyişib
Bu gün, 15:41
“OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı” təşəbbüsü
Bu gün, 15:37
Deputatlıq mandat deyil, sözün məsuliyyətidir - REPLİKA
Bu gün, 15:33
"Gazelli Group" yenidən təşkil olunur
Bu gün, 15:31
“Milli Məclisdə “arvad” sözünü müzakirə etməkdənsə, o arvadların ərlərinin maaşlarını artırsınlar...” - Seyran Səxavətdən ÇAĞIRIŞ
Bu gün, 15:15
Ermənistanda əhalinin 75%-i Rusiyaya qarşıdır - SORĞU
Bu gün, 15:10
"PAŞA Bank"ın Müşahidə Şurasına yeni sədr təyin olunub - BUNDAN SONRA...
Bu gün, 15:03
Hərbi biletinə görə Şəkiyə getdi, atasını boğub öldürdü - Dəhşətli cinayətin TƏFƏRRÜATI
Bu gün, 15:01
Ermənistan belə idarə olunub: ya ölüm, ya azadlıq! - Paşinyan
Bu gün, 14:55
TƏBİB tabeli iki tibb müəssisəsinə yeni direktor təyin olunub - BUNDAN SONRA...
Bu gün, 14:52
AZAL komfortlu səyahət üçün baqajla bağlı məsləhətlər verib - DİQQƏT!
Bu gün, 14:49
Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi - Sensasion detallar
Bu gün, 14:43
Azərbaycanda “lizinq” anlayışı ləğv edilir - TƏFƏRRÜAT
Bu gün, 14:39
Müstəqillik Günündə əfv gözlənilir? - AÇIQLAMA
Bu gün, 14:37
Vergidən yayınma və qanunsuz lizinqdə ittiham olunan “Vüsal 300”ə hökm oxundu - 4 il şərti cəza alıb
Bu gün, 14:22
Şeyx Əbdül Mahmudovdan sərt ittihamlar - “Saxta qurultaydır”
Bu gün, 14:18
Bu kino rejissorlarına 10 min manat veriləcək - SİYAHI
Bu gün, 14:15
İrəvanda parad hazırlığı – Paşinyanın şousu, yoxsa...
Bu gün, 14:09
Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi – yeni təyinat
Bu gün, 14:04
Əməkdar artistdən Nigar Camala SƏRT REAKSİYA - “Bu, onun İQ səviyyəsini göstərir”
Bu gün, 13:59
"Mən özümü öldürsəm də, əvvəlki verilişlərdən olmayacaq" - Xalq artisti Eldost Bayram
Bu gün, 13:53
“AF Hotel” yandı, “Eurohome” bağlandı, Rusiyadakı biznesinin taleyi necə olacaq? – Azay Möhnətov "Bədəl" ödəyir
Bu gün, 13:51
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq - MƏQALƏ
Bu gün, 13:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru