“MTN işi” ilə bağlı üzücü XƏBƏR: Zərərçəkənlərdən daha biri... .....                     Azərbaycan XİN başçısının Moskvaya, Rusiya müdafiə nazirinin isə Bakıya səfərinə hazırlıq gedir .....                     “Vaşinqton sənədini cırıb atmayacağıq” .....                     “Yüksəliş” müsabiqəsinin qalibinə bankda yüksək vəzifə verildi .....                     Ermənilər seçim qarşısında .....                     GDU-nun samovar və çaynik almaq planı baş tutmadı: .....                     Rusiyasız Ermənistan istəyənləri ağıllandıracağıq .....                     PREZİDENT “YERİNDƏ SAYIRIQ, İDXALI AZALTMALIYIQ” DEDİ... .....                     Hafiz Hacıyev cərimələnib .....                     Azərbaycanda 14 il əvvəlki cinayətin üstü açıldı .....                     Ermənistan və ABŞ TRIPP-lə bağlı saziş imzaladı .....                     “Diadem” şirkəti mənfəətini bölüşdürəcək .....                     Özümüzü buğda ilə necə təmin edək? .....                     “Baku Steel Company”dəki 2 milyonluq ƏDV İŞİ: ziyanı ödəmir .....                     "TDT-nin müdafiə qanadının nüvəsi Türkiyə-Azərbaycan-Özbəkistan üçbucağı olacaq" .....                     Uşaqpulu, yoxsa sosial yardımlar?.. .....                     "Abşeron Tekstil"in külli miqdarda borcu var .....                     "Arzum 9999" ləqəbli blogerin məhkəməsi oldu .....                     MDB ölkələrinə şok mesaj: .....                     Merdən Xankəndidən köçmüş ermənilərə: .....                     ABŞ atəşkəsi pozdu, cavab verəcəyik .....                     “PAŞA Bank”ın rəhbərliyinə yeni təyinat .....                     200 dollarlıq neft: Dünya üçün fəlakət ssenarisi .....                     Hərraca çıxarılan “Zəngəzur Harmony” oteli bir ildir alan yoxdur .....                     Kinematoqrafçılar İttifaqının yeni sədri MƏLUM OLDU .....                     ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir .....                     FHN amfibiyanın “ömrünü uzatmaq” üçün bu dəfə Ukrayna şirkəti ilə müqavilə bağladı .....                     Azərbaycan BOKT-unun təsisçisi dəyişib .....                     “OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı” təşəbbüsü .....                     Deputatlıq mandat deyil, sözün məsuliyyətidir .....                     "Gazelli Group" yenidən təşkil olunur .....                     “Milli Məclisdə “arvad” sözünü müzakirə etməkdənsə, o arvadların ərlərinin maaşlarını artırsınlar...” .....                     Ermənistanda əhalinin 75%-i Rusiyaya qarşıdır .....                     "PAŞA Bank"ın Müşahidə Şurasına yeni sədr təyin olunub .....                     Hərbi biletinə görə Şəkiyə getdi, atasını boğub öldürdü .....                     Ermənistan belə idarə olunub: ya ölüm, ya azadlıq! .....                     TƏBİB tabeli iki tibb müəssisəsinə yeni direktor təyin olunub .....                     AZAL komfortlu səyahət üçün baqajla bağlı məsləhətlər verib .....                     Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi .....                     Azərbaycanda “lizinq” anlayışı ləğv edilir .....                 

Qlobal böhran və valyuta müharibələri: Azərbaycanı nə gözləyir - TƏHLİL
Tarix: 21-08-2015, 12:41 | Çap et
Qlobal böhran və valyuta müharibələri: Azərbaycanı nə gözləyir
Ucuzlaşan neft, dəyərdən düşən milli valyuta, müflis olmaq həddinə gəlib çatan banklar, daşınmaz əmlak bazarının çökməsi, ərzaq bahalaşması, dayanan müəssisələr, bağlanan iş yerləri...

Bütün bunlar son bir ilə yaxındır ki, Azərbaycan da daxil olmaqla dünyanın inkişaf etməkdə olan ölkələrində əsas iqtisadi hadisələrdir, daha doğrusu kifayət qədər dərin qlobal iqtisadi böhranın əlamətləridir.

Dünyanın nüfuzlu iqtisadi nəşrlərindən “The Financial Times” qəzetinin analitiklərinin xəbərdarlıq etdiyi kimi, bu böhran təxmin edildiyindən daha dərin ola və daha uzun çəkə bilər. Böhranın kimə necə təsir göstərəcəyi barədə isə müxtəlif təhlillər var. Hazırda böhran valyuta müharibələri fazasına daxil olub və iqtisadiyyatları laxlayan ölkələr bir-birinin ardınca öz milli valyutalarını ucuzlaşdırırlar.

Əslində qlobal maliyyə bazarlarında dolların mövqeyinin möhkəmlənməsi ötən ilin ortalarından başlamışdı. 2014-cü ilin dekabrında Rusiya rublunun bir neçə günün içində dəyərini az qala iki dəfə itirməsi isə MDB məkanında milli valyutaların çökməsinin başlanğıcı oldu.

Rublun kəskin dəyərdən düşməsi Azərbaycan da daxil olmaqla MDB ölkələri üçün ciddi fəsadlar meydana çıxardı. Rusiyadan pul köçürmələri kəskin azaldı. Hansı ki, Rusiyadan miqrantların vətənə göndərdikləri pulları bəzi MDB ölkələrində ÜDM-in hətta

yarıdan çoxunu təşkil edirdi.

Eyni zamanda Rusiya ilə kənd təsərrüfatı mallarının ticarəti zəiflədi, proseslər zəncirvari xarakter aldı. Azərbaycan həm neftin ucuzlaşmasının, həm iqtisadi böhranı digər təsirlərinin nəticəsində manatı 35 faiz ucuzlaşdırmalı oldu.

Qazaxıstan tengesi 20 faiz dəyərdən düşdü. Gürcüstan, Ermənistan, Qırğızıstan və Ukrayna da öz milli valyutalarının dəyərdən düşməsinin qarşısını ala bilmədi.

Doğrudur, Rusiya Mərkəzi Bankı rublun kursunu sərbəst buraxandan sonra rus valyutası bir neçə ay ərzində yenidən dəyər qazandı. Ancaq neftin qiymətində növbəti enmənin başlamasının və sanksiyaların təsiri altında rubl yenidən dəyərdən düşməkdədir. Son məlumatlara görə, 1 dollar artıq 70 rubla yaxındır.

Rusiyanın ardınca Qazaxıstan milli valyutasının kursunu sərbəst buraxmalı olub. Nəticədə bir günün içində tenge 35 faizə yaxın dəyərdən düşüb.

Prezident Nazarbayev qazaxlara müraciət edərək onları uzunmüddətli və dərin iqtisadi böhran şəraitində yaşamağa hazır olmağa çağırıb.

Çin yuanı, Malayziya rinqqiti də son həftələrdə kəskin ucuzlaşan milli valyutalar arasındadır. Bütün bunlar dünyanı yeni iqtisadi böhran dalğasının bürüdüyünü, özü də böhranın ən çox inkişaf etməkdə olan ölkələrə təsir etdiyini göstərir.

İqtisadçılar milli valyutaların ucuzlaşması tendensiyasının “valyuta dempinqi” olmasından şübhələnirlər. Xarici ticarətdə rəqabət üstünlüyü əldə etmək üçün ölkələrin öz milli valyutalarını bilərəkdən dəyərdən salmasını bu cür adlandırmaq qəbul edilib.

Artıq ABŞ Maliyyə Nazirliyinin nümayəndələri iki həftə ərzində yuanı dollara nisbətdə 5 faiz ucuzlaşdıran Çini valyuta dempinqində ittiham ediblər.

“Reuters” Ağ Evdəki mənbələrinə istinadən xəbər verir ki, Vaşinqtonda Çinin bu addımını “həyəcanlı siqnal” kimi dəyərləndiriblər. Hazırda yuanın kursu dollara nisbətdə 1994-cü ildən bəri ən aşağı səviyyədədir. Pekində ümid edirlər ki,bu, Çin mallarının qlobal bazarlarda rəqabətədavamlılığını artıracaq və ölkə iqtisadiyyatını canlandıracaq.

Vaşinqton isə hesab edir ki, onun əsas ticarət partnyoru süni yollarla Çin mallarının ixracını ucuzlaşdırır.

Bu cür ittihamı Rusiya, Qazaxıstan və Azərbaycan kimi öz milli valyutalarını kəskin ucuzlaşdıran ölkələrin ünvanlarına da səsləndirmək olardı. Lakin Rusiyanın beynəlxalq ticarətdə payının cəmi 5 faiz, Qazaxıstanın payının 0,12 faiz olduğunu, Azərbaycanın isə ixracının az qala 97 faizini neftin təşkil etdiyini nəzərə alanda “valyuta dempinqi” ifadəsini işlətmək yersiz görünür.

Azərbaycan kimi ixracı neftdən asılı olan ölkələr öz milli valyutalarını obyektiv səbəblərdən devalvasiya edirlər. Çünki neftin 3 dəfəyədək ucuzlaşması nəticəsində onların valyuta daxilolmaları kəskin azalıb. Milli valyutaları sabit saxlamaq üçün rezervlər kifayət etmir. Qazaxıstan təkcə bu il tengenin kursunu sabit saxlaya bilmək üçün valyuta ehtiyatlarından 10 milyard dollar xərcləyib. Ötən il isə bu məqsədlə 18 milyard dollar xərclənmişdi.

Azərbaycan Mərkəzi Bankı da manatı sabit saxlamaq üçün hər ay 1 milyard dollardan çox vəsait dövriyyəyə buraxmalı olurdu. Nəticədə Mərkəzi Bankın rezervlərinin yarıdan çoxu “əriyib”.

Lakin ehtiyatdan xərclənən dollarlar milli valyutaları ancaq müvəqqəti sabit saxlamağa kömək edir, ona görə də Qazaxıstan Mərkəzi Bankı radikal qərar verməli oldu-sərbəst üzən kurs siyasətinə keçdi.

Azərbaycan Mərkəzi Bankının rəhbəri Elman Rüstəmov da bir neçə ay əvvəl parlamentdə üzən kurs siyasətinə keçidə hazırlığın getdiyinə eyham vurub. Ancaq əlavə edib ki, hələlik ölkə iqtisadiyyatı buna hazır deyil.

Buna baxmayaraq neftin ucuzlaşmaqda davam etməsi və qlobal böhranın təsirlərinin get-gedə güclənməsi manatın da gələcək taleyi üçün optimist proqnozlar irəli sürməyə imkan vermir. Hesab olunur ki, proseslər bu cür davam etsə, Mərkəzi Bank payızda manatın kursunun süni şəkildə sabit saxlanması siyasətinə yenidən baxa bilər.

Milli valyutaları dəyərdən düşənlər təkcə ixracı neftdən asılı olan ölkələr deyil. Məsələn, Belarus, Malayziya, Hindistan, Türkiyə kimi inkişaf etməkdə olan ölkələrin də milli valyutaları dollara nisbətdə dəyərini itirməkdədir.Eyni zamanda inkişaf etməkdə olan ölkələrdən kapital axını da sürətlənib.

“Financial Times” qəzeti yazır ki, ötən 13 ay ərzində dünyanın 19 inkişaf etməkdə olan ölkəsindən, cümlədən Çindən, Malayziyadan, Türkiyədən və Braziliyadan investorlar 940 milyard dollar çıxarıblar.

Azərbaycandan da kapital axınının ilin əvvəllərindən bu yana rekord həcmdə artdığı, ölkədən 16 milyard dollara yaxın kapitalın çıxarıldığı haqda məlumatlar var.

Analitiklər inkişaf etməkdə olan ölkələrdən kapital axınını bu bazarların həddən artıq dolması ilə izah edirlər. Və gözləyirlər ki, bu kapital axını xeyli müddət davam edəcək.

Maraqlıdır ki, 2008-ci ildə başlayan qlobal maliyyə böhranı zamanı məhz inkişaf etməkdə olan ölkələr dünya iqtisadiyyatının gələcək artımının lokomotivləri hesab edilirdi. Həmin dövrdə kapital məhz inkişaf etməkdə olan ölkələrə axırdı. Təkcə 2009-cu ildə inkişaf etməkdə olan ölkələrə 2 trilyon dollar kapital daxil olmuşdu.

İndi isə proseslər tamam əks istiqamətdə gedir. İnkişaf etmiş ölkələrin investorları inkişaf etməkdə olan ölkələri tərk edirlər. ABŞ Federal Ehtiyatlar Sistemi isə dolları gücləndirir.

Məşhur iqtisadçı Nuriel Rubini izah edir ki, inkişaf etməkdə olan iqtisadiyyatların problemləri heç də ABŞ Federal Ehtiyatlar Sisteminin siyasətindən qaynaqlanmır. ABŞ-ın siyasəti ancaq o ölkələrdə problem yaradır ki, onların dollarla nominasiya olunmuş daxili və xarici borclarının həcmi böyükdür. Makroiqtisadi göstəriciləri və siyasi vəziyyəti isə zəifdir.

N.Rubini hesab edir ki, inkişaf etməkdə olan ölkələrin əksəriyyəti vaxtında iqtisadi artım potensialını genişləndirmək üçün zəruri struktur islahatları aparmadılar və öz-özlərinə problem yaratdılar.

Doğrudur, belə ölkələrin hamısının problemləri eyni deyil. Onların bəzilərində daxili siyasi qeyri-stabillik və qeyri-müəyyənlik iqtisadiyyatı geriyə aparır, bəziləri xammal ixracından həddən artıq asılı olduqları üçün problemlərlə üzləşir.

Analitiklər qeyd edirlər ki, praktika əsas ixrac resursunun bahalı olduğu bir vaxtda xammal ixracına əsaslanmış iqtisadiyyatları modernləşdirməyin mümkün olmadığını göstərir.

Doğrudan da neftin qiymətinin 150 dollara yaxın olduğu bir vaxtda ixracı neftdən asılı olan ölkələr iqtisadiyyatda struktur islahatları aparmaqda o qədər də maraqlı deyildi. Bir halda ki nefti çıxarıb satmaq və ölkəyə dollar axınını təmin etmək mümkündür, o zaman qeyri-neft sektorunda riskli startapları kim inkişaf etdirərdi?

Deməli, neftin kəskin ucuzlaşması belə ölkələri məcbur edəcək ki, iqtisadi islahatlara, struktur islahatlarına getsinlər və “neft iynəsi”indən xilas olmağa çalışsınlar. Xüsusən də beynəlxalq miqyaslı ekspertlərin indiki böhranın lokal xarakter daşımadığı, ancaq ayrılıqda götürülmüş hansısa regionu və ölkələri əhatə etmədiyi haqda rəylərini nəzərə alaraq.

Bu, adi böhrandan daha ötədir və qlobal böhrandır. Böhran birbaşa və ya dolayısı ilə Azərbaycan kimi inkişaf etməkdə olan və keçid iqtisadiyyatlarına təsir edir. Onun miqyası barədə təsəvvürlər isə hələ yoxdur. Hazırda görünən ancaq aysberqin suyun üstündə olan hissəsidir...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“MTN işi” ilə bağlı üzücü XƏBƏR: Zərərçəkənlərdən daha biri... - FOTO
Bu gün, 21:00
Azərbaycan XİN başçısının Moskvaya, Rusiya müdafiə nazirinin isə Bakıya səfərinə hazırlıq gedir
Bu gün, 20:56
“Vaşinqton sənədini cırıb atmayacağıq” - Köçəryan
Bu gün, 17:42
“Yüksəliş” müsabiqəsinin qalibinə bankda yüksək vəzifə verildi - FOTO
Bu gün, 17:37
Ermənilər seçim qarşısında - İki yol var, ya Paşinyan, ya da...
Bu gün, 17:26
GDU-nun samovar və çaynik almaq planı baş tutmadı: - 289 minlik tenderi niyə ləğv edilib?
Bu gün, 17:12
Rusiyasız Ermənistan istəyənləri ağıllandıracağıq - HƏDƏ
Bu gün, 17:10
PREZİDENT “YERİNDƏ SAYIRIQ, İDXALI AZALTMALIYIQ” DEDİ... - Ekspert əsas problemləri AÇIQLADI
Bu gün, 17:08
Hafiz Hacıyev cərimələnib - SƏBƏB
Bu gün, 17:05
Azərbaycanda 14 il əvvəlki cinayətin üstü açıldı - Qadın həbs edildi
Bu gün, 17:04
Ermənistan və ABŞ TRIPP-lə bağlı saziş imzaladı - KİV
Bu gün, 17:00
“Diadem” şirkəti mənfəətini bölüşdürəcək
Bu gün, 16:57
Özümüzü buğda ilə necə təmin edək? - Professordan təklif
Bu gün, 16:52
“Baku Steel Company”dəki 2 milyonluq ƏDV İŞİ: ziyanı ödəmir - TƏFƏRRÜAT
Bu gün, 16:47
"TDT-nin müdafiə qanadının nüvəsi Türkiyə-Azərbaycan-Özbəkistan üçbucağı olacaq" - Yücel Karauz
Bu gün, 16:46
Uşaqpulu, yoxsa sosial yardımlar?.. - Azərbaycanın strateji seçimi və iqtisadi reallıqlar
Bu gün, 16:32
"Abşeron Tekstil"in külli miqdarda borcu var
Bu gün, 16:30
"Arzum 9999" ləqəbli blogerin məhkəməsi oldu
Bu gün, 16:22
MDB ölkələrinə şok mesaj: - Rusiya haradan başlayacaq?
Bu gün, 16:19
Merdən Xankəndidən köçmüş ermənilərə: - “Sizi Rusiyaya köçürəcəyik”
Bu gün, 16:18
ABŞ atəşkəsi pozdu, cavab verəcəyik - İran
Bu gün, 16:15
“PAŞA Bank”ın rəhbərliyinə yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 16:12
200 dollarlıq neft: Dünya üçün fəlakət ssenarisi - ARAŞDIRMA
Bu gün, 16:07
Hərraca çıxarılan “Zəngəzur Harmony” oteli bir ildir alan yoxdur – Qiyməti 7,8 milyondan 5,9 milyona düşüb
Bu gün, 16:00
Kinematoqrafçılar İttifaqının yeni sədri MƏLUM OLDU - BUNDAN SONRA...
Bu gün, 15:57
ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir - FOTO
Bu gün, 15:54
FHN amfibiyanın “ömrünü uzatmaq” üçün bu dəfə Ukrayna şirkəti ilə müqavilə bağladı - TƏFƏRRÜAT
Bu gün, 15:50
Azərbaycan BOKT-unun təsisçisi dəyişib
Bu gün, 15:41
“OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı” təşəbbüsü
Bu gün, 15:37
Deputatlıq mandat deyil, sözün məsuliyyətidir - REPLİKA
Bu gün, 15:33
"Gazelli Group" yenidən təşkil olunur
Bu gün, 15:31
“Milli Məclisdə “arvad” sözünü müzakirə etməkdənsə, o arvadların ərlərinin maaşlarını artırsınlar...” - Seyran Səxavətdən ÇAĞIRIŞ
Bu gün, 15:15
Ermənistanda əhalinin 75%-i Rusiyaya qarşıdır - SORĞU
Bu gün, 15:10
"PAŞA Bank"ın Müşahidə Şurasına yeni sədr təyin olunub - BUNDAN SONRA...
Bu gün, 15:03
Hərbi biletinə görə Şəkiyə getdi, atasını boğub öldürdü - Dəhşətli cinayətin TƏFƏRRÜATI
Bu gün, 15:01
Ermənistan belə idarə olunub: ya ölüm, ya azadlıq! - Paşinyan
Bu gün, 14:55
TƏBİB tabeli iki tibb müəssisəsinə yeni direktor təyin olunub - BUNDAN SONRA...
Bu gün, 14:52
AZAL komfortlu səyahət üçün baqajla bağlı məsləhətlər verib - DİQQƏT!
Bu gün, 14:49
Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi - Sensasion detallar
Bu gün, 14:43
Azərbaycanda “lizinq” anlayışı ləğv edilir - TƏFƏRRÜAT
Bu gün, 14:39
Müstəqillik Günündə əfv gözlənilir? - AÇIQLAMA
Bu gün, 14:37
Vergidən yayınma və qanunsuz lizinqdə ittiham olunan “Vüsal 300”ə hökm oxundu - 4 il şərti cəza alıb
Bu gün, 14:22
Şeyx Əbdül Mahmudovdan sərt ittihamlar - “Saxta qurultaydır”
Bu gün, 14:18
Bu kino rejissorlarına 10 min manat veriləcək - SİYAHI
Bu gün, 14:15
İrəvanda parad hazırlığı – Paşinyanın şousu, yoxsa...
Bu gün, 14:09
Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi – yeni təyinat
Bu gün, 14:04
Əməkdar artistdən Nigar Camala SƏRT REAKSİYA - “Bu, onun İQ səviyyəsini göstərir”
Bu gün, 13:59
"Mən özümü öldürsəm də, əvvəlki verilişlərdən olmayacaq" - Xalq artisti Eldost Bayram
Bu gün, 13:53
“AF Hotel” yandı, “Eurohome” bağlandı, Rusiyadakı biznesinin taleyi necə olacaq? – Azay Möhnətov "Bədəl" ödəyir
Bu gün, 13:51
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq - MƏQALƏ
Bu gün, 13:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru