Avropa Oyunlarının əfsanələri Azercell-də qonaq oldular
Tarix: 3-07-2015, 16:23 | Çap et

Bu gün “Azercell Telekom” MMC-də çox maraqlı və səmimi görüş keçirilib. İlk Avropa Oyunlarında Azərbaycanı uğurla təmsil edən Milli Paralimpiya Komitəsinin idmançıları və rəhbərliyi şirkətdə qonaq olublar. Azercell-in baş ofisində baş tutan görüşün əvvəlində İlk Avropa Oyunlarının Açılış Mərasimindən kadrlar, əməkdar idman ustası İlham Zəkiyevin məşəli yandırması, onun və digər paralimpiyaçılarımızın keçirdiyi oyunlar, medal mərasimlərini əks etdirən videoçarx nümayiş etdirilib. Görüşdə iştirak edən Azercell əməkdaşları qonaqları ayaq üstə, böyük coşqu ilə alqışlayıblar. Şirkətin prezidenti Vahid Mürsəliyev qonaqları salamlayaraq onları Avropa Oyunlarında qazandığı böyük nailiyyətlər münasibətilə təbrik edib. V. Mürsəliyev bildirdi ki, oyunların bitməsinə 2 gün qaldığı bir müddətdə paralimpiyaçılarımız İlham Zəkiyev, Səbinə Abdullayeva və Zakir Müslümovun əsrarəngiz qələbəsi Avropa Oyunlarına böyük şövqlə nöqtə qoymağa imkan verdi. Azercell prezidenti hazırda Uşaq Paralimpiya Komitəsində 50 yeniyetmənin məşğul olduğunu xatırladaraq şirkətin bundan sonra da onlara dəstək olacağını bəyan etdi: “Bu, həmin uşaqların həyata ikinci vəsiqə alması deməkdir. Onların əzmkarlıq nümayiş etdirərək ayaqda dayanmasına dəstək olmaq bizim üçün çox önəmlidir və inanırıq ki, onlar hələ çox yerdə Azərbaycanda bayrağını dalğalandıracaqlar”. Milli Paralimpiya Komitəsinin Prezidenti, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bu cür isti və səmimi qəbula görə bütün Azercell ailəsinə təşəkkürünü bildirdi: “Görürəm ki, bizim zalda keçirdiyimiz həyəcan artıq oyunların divarlarından kənara çıxıb. Azercell hələ 2008 Pekin Paralimpiya Oyunlarında paralimpiyaçıların iştirakını dəstəkləmişdi. Ümid edirəm ki, bu əməkdaşlıq davam edəcək”.İ. Rəhimov qeyd etdi ki, Avropa Oyunlarının Azərbaycanda paralimpiya hərəkatına çoxlu müsbət təsirləri olub. Məsələn, ilk dəfə olaraq idman zalları fiziki məhdudiyyətli şəxslər üçün də müyəssər olub, əlil insanlar rahatlıqla oyunlara tamaşaçı qismində qatıla biliblər. Bundan əlavə, ilk dəfə olaraq Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti tərəfindən Azərbaycanın dövlət başçısı İlham Əliyevə Ali mükafat təqdim olunub. Nazir müavini qeyd etdi ki, artıq paralimpiya üzrə dünya miqyaslı təbirlərin Bakıda keçirilməsi üçün müraciətlər edilir. Daha sonra görüşdə iştirak edən idmançıları Azercell əməkdaşlarının suallarını cavablandırıblar. Cüdo üzrə ikiqat paralimpiya oyunları çempionu, ikiqat dünya çempionu, beşqat Avropa çempionu İlham Zəkiyev deyib ki, Açılış Mərasimində məşəl daşıyacağı barədə məlumatı düz 3 ay hər kəsdən gizlədib. Çempion titulunu qazandıqdan isə dövlət başçısından onunla kürsüyə çıxmasını xahiş edib: “Onda möhtərəm prezidentin qulağına dedim ki, cənab Ali baş komandan, əsgər Zəkiyev döyüş tapşırığını yerinə yetirdi. Çünki mən qızıl medal almağa söz vermişdim”. Cüdo üzrə ikiqat dünya çempionu, üçqat gümüş medalçı və Bakı 2015 Avropa Oyunlarının gümüş medal mükafatçısı Səbinə Abdullayeva bu idman növünü seçməyinin tarixindən söz açıb. Görüşün sonunda idmançılara Azercell-dən hədiyyələr və gül dəstələri təqdim olunub, xatirə fotosu çəkilib. Görüşdə cüdo idman növü üzrə Bakı 2015 Avropa Oyunlarının bürünc medal mükafatçısı Zakir Müslümov, Milli Paralimpiya Komitəsinin birinci Vitse-Prezidenti və Uşaq Paralimpiya Komitəsinin İdarə Heyətinin Sədri Natiq Qasımov, Milli Paralimpiya Komitəsinin Baş Katibi Afiq Süleymanov,Uşaq Paralimpiya Komitəsinin İcraçı Direktoru, Kamal Məmmədov, Milli Paralimpiya Komitəsinin Baş məşqçisi (Cüdo) İbrahim İbrahimov da iştirak ediblər. Qeyd edək ki, 2014-cü ildə dünyada ilk dəfə olaraq Azərbaycanda Uşaq Paralimpiya Komitəsi yaradılıb. “Azercell Telekom” MMC-nin dəstək göstərdiyi komitə hazırda 50-yə yaxın uşağı öz ətrafında birləşdirir.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Məşhur kafe bağlanandan və sahibi vəfat edəndən sonra FHN istismarına icazə verib? - SİYAHI
Dünən, 18:12 |
|
|
|
| • Reklam rəqəmsallaşdıqca niyə bulanıqlaşır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:11 |
|
|
|
| • Anasını amansızlıqla öldürən Emilə - 18 il həbs
Dünən, 18:08 |
|
|
|
| • Paşinyan Rusiyanın "radioaktiv siyasi tullantılar"ını "dəfn" edir: - "Qarabağ klanı" dağıdılır, Azərbaycanla sülh sazişinin önü açılır
Dünən, 18:06 |
|
|
|
| • Xəzərə görə Azərbaycan üçün yeni fürsət: - 5 qüvvə regionda rəqabəti artırır
Dünən, 17:32 |
|
|
|
| • SEPAH və Pezeşkian üz-üzə qaldı - Bir neçə həftə vaxt verildi
Dünən, 17:30 |
|
|
|
| • Köçəryana görə Rusiyadan gələcək zəng heç nəyi dəyişdirməyəcək - Simonyan
Dünən, 16:45 |
|
|
|
| • "Bank Respublika"nın səhmdarı "Ekolizinq"in əsas təsisçisi olub
Dünən, 16:41 |
|
|
|
| • “Bu “aferist”lərin əlinə düşməyin” – Tanınmış aktrisa “Kontakt Home”u biabır etdi
Dünən, 16:38 |
|
|
|
| • Paşinyanın Bakıya qarşı ən böyük səhvi: - Rusiyadan sonra Avropaya da yox deyilir?
Dünən, 16:33 |
|
|
|
| • Avropa İttifaqı “qara pullar”ın Gürcüstana daxil edilməsinin yolunu axtarır - Qorduladze
Dünən, 16:30 |
|
|
|
| • Ermənistanda qərargah rəisi saxlanıldı - Əsgər ölümü
Dünən, 16:27 |
|
|
|
| • Azərbaycanda çay istehsalçısına yeni rəhbər təyin edilib - ƏMR
Dünən, 16:22 |
|
|
|
| • Hansı keçmiş SSRİ ölkələrinin paytaxtında Bakı adlı küçə var? - SİYAHI
Dünən, 16:18 |
|
|
|
| • AZAL uçuş dəyişiklikləri ilə bağlı sərnişinlərə müraciət edib - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
| • Problemli kreditlər 723 milyon manata çatdı - Son 1 ildə 37% artım
Dünən, 16:12 |
|
|
|
| • İran və Oman Hörmüz boğazında gəmiçilikdən əldə olunan gəlirləri bölüşdürməyə razılaşıb - SEPAH
Dünən, 16:07 |
|
|
|
| • Hərbi möhlətlər bu halda ləğv ediləcək - DİQQƏT
Dünən, 16:04 |
|
|
|
| • "Qanuni oğru" olduğu üçün 10 il həbs cəzası aldı - DETALLAR
Dünən, 15:06 |
|
|
|
| • Pərvin Salahovaya bu agentlikdə vəzifə verildi
Dünən, 15:03 |
|
|
|
| • Qaxda 722 min manatlıq yol təmiri - Layihəni 10 manatlıq şirkət icra edəcək
Dünən, 14:57 |
|
|
|
| • Polad müəllim... bu xanım bəs, sizin yanınızda NİYƏ VAR? - "Biz saatlarla gözlədik..."
Dünən, 14:48 |
|
|
|
| • Polad Bülbüloğlunun yenidən evlənməsi xəbəri doğru deyilmiş... - SƏN DEMƏ...
Dünən, 14:43 |
|
|
|
| • Tək "Qarabağ"ı yox, Azərbaycan klublarını ciddiyə almağa başlayıblar - Qurban Qurbanov
Dünən, 14:38 |
|
|
|
| • 13 minlik Boradigah qəsəbəsinin poçtu bağlanır? - Sakinlər Prezidentə müraciət etdi
Dünən, 14:34 |
|
|
|
| • Üç nəfərin ölümünə səbəb olan "Aqroservis"in əməkdaşının cəzası ağırlaşdırıldı
Dünən, 13:06 |
|
|
|
| • “Müsəlman dövlətlərinin ittifaqı yaradılmalıdır” - Pezeşkian
Dünən, 13:04 |
|
|
|
| • Əməkdar artist KİMİ QINADI: - "Səsi olmayana deyir, "əla oxudun""
Dünən, 13:01 |
|
|
|
| • “Satışa çıxarılan milyonluq villa…” – Xalq artistinin qızı gerçəyi AÇIQLADI
Dünən, 13:00 |
|
|
|
| • Serj Sarkisyanın Ermənistandan çıxışına qadağa qoyulub - “Sputnik Armenia”
Dünən, 12:57 |
|
|
|
| • MİDA əməkdaşının sürücüsünün dələduzluq əməli: “Pulu notariusun qarşısında aldım" - TƏFƏRRÜAT
Dünən, 12:54 |
|
|
|
| • Bakıda doğulan erməni kral ailəsinin Tiflisdəki məşhur otelini və bankını satın alır - DETALLAR
Dünən, 12:47 |
|
|
|
| • Xalq artistinin keçmiş həyat yoldaşından cəsarətli paylaşım – Fit görünüşü diqqət çəkdi
Dünən, 12:42 |
|
|
|
| • Ermənistan dəmir yollarının gələcək operatoru kim olacaq? - Mümkün ssenarilər
Dünən, 12:38 |
|
|
|
| • “Barselona”, yoxsa “Qalatasaray”? - Azərbaycanı böyük püşk həyəcanı gözləyir
Dünən, 12:34 |
|
|
|
| • Prorektorun vəzifəsi ləğv edildi - Rəşad Əliyev müşavir təyin olundu
Dünən, 12:31 |
|
|
|
| • Qod Nisanovun bazarından haqq tələb edən avtoritet həbs edildi - "ZAYKA" VƏ DƏSTƏSİNƏ QARŞI XÜSUSİ ƏMƏLİYYAT
Dünən, 12:27 |
|
|
|
| • AĞKÖYNƏKDƏ QARA İŞLƏR... - İTTİHAM VAR...
Dünən, 12:16 |
|
|
|
| • “Nazir olanda bəzi tələbələri təhsil haqqından azad edirdim, sonra yoxladılar və bizi cəzalandırdılar” - Misir Mərdanovdan ETİRAF
Dünən, 12:07 |
|
|
|
| • Odlar Yurdu Universitetindəki kəsirləri həll etmək vədi ilə pul alan şəxs azadlığa buraxıldı - TƏFƏRRÜAT
Dünən, 12:01 |
|
|
|
| • ETM-dən qəribə tender: Məktəblilər üçün tonal krem alınacaq - BU NƏDİ BELƏ?
Dünən, 12:00 |
|
|
|
| • AGA Group-un faktorinq biznesi 3.4 mln. manat xalis mənfəət əldə edib – Bununla belə işçi sayını azaldır
Dünən, 11:55 |
|
|
|
| • Ermənistan MN “Monte” filminə dəstəkdən imtina etdi - “Hraparak”
Dünən, 11:49 |
|
|
|
| • İsmayıl Xəlilovdan İnam Kərimova şikayət ediləcək - BUNA GÖRƏ...
Dünən, 11:48 |
|
|
|
| • İsrailin Hagag Group-u Azərbaycanda tikinti biznesinə başlamağı planlaşdırır
Dünən, 11:45 |
|
|
|
| • İsrail mediası "Hapoel"in "Sabah"a məğlubiyyəti haqqında: Böyük xəyal son anda puç oldu - DAYCEST
Dünən, 11:43 |
|
|
|
| • Rüfət Əzizov onu direktor təyin etdi - FOTO
Dünən, 11:34 |
|
|
|
| • Moskva niyə TRIPP-dən narahatdır? - GƏLİŞMƏ
Dünən, 11:31 |
|
|
|
| • “Bakı-Tbilisi-Qars dəmir yolu tam gücü ilə işləmir” – Ekspert
Dünən, 11:30 |
|
|
|
| • Müğənni Könül Kərimovanın adı hallanan məhkəmədə YENİLİK - TƏFƏRRÜAT
Dünən, 11:29 |
|
|
|
|