Tıxacdan milyonlar qazananlar varmış: ŞOK RƏQƏM - Tıxacda qalan maşın 2-4 litr artıq benzin işlədir
Tarix: 3-11-2014, 11:25 | Çap et
 Azərbaycanda son illərdə müşahidə olunan ciddi sosial bəalardan biri də tıxaclardır. Səhər və axşam saatlarında bu problem özünü daha qabarıq göstərir.. Əsas tıxac zonalarının 20 Yanvar dairəsi, Nobel prospekti, Dərnəgül şossesi və Tbilisi prospektində olduğunu deyən sürücülər şəxsi minik avtomobillərinin də çoxluğundan şikayətlənirlər. Təbii ki, bu tək Azərbaycana aid olan problem deyil. Dünyanın əksər iri şəhərlərində də tıxac yaranır. Məsələ ondadır ki, ölkəmiz üçün bu problemin yaranmasının özünün bəlli səbəbləri var. Bizdə olan avtomobillərin sayının 1,3 milyon olduğunu nəzərə alsaq, ölkə üzrə hər 8 nəfərə 1 avtomobil düşür. Bu da, hətta inkişaf etməkdə olan ölkələrin standartlarından belə aşağıdır. Məsələn, ABŞ-da orta hesabla 1 nəfərə 1, Avropa ölkələrində hər 3 nəfərə 2 avtomobil düşür. Deməli, avtomobillərin sayı heç də ciddi tixac probleminin yaşaması üçün əsas deyil. Məsələ ondadır ki, Azərbaycanda mövcud avtomobillərin təxminən 60 faizi Bakının payına düşür. Qalan 40 faiz avtomobilin 10-15 faizi isə gün ərzində paytaxta daxil olub çıxır. Paytaxtda gün ərzində 800 min avtomobil olur və bu da Bakı əhalisi üzrə hər 3 nəfərə 1 avtomobilin düşməsi deməkdir. Tıxacların böyük hissəsi paytaxta daxil olan yollardan başlayır. Tıxacın yaranması səbəbləri, onun aradan qaldırılması yolları ilə bağlı “Üç nöqtə” müntəzəm olaraq məqalələr dərc edir. Bu dəfə isə tıxacın ölkə iqtisadiyyatına və əhaliyə vurduğu zərərlə bağlı məlumat vermək istəyirik. Təxmini hesablamalara görə, əvvəllər 100 km yol üçün 5 manatlıq benzin istifadə olunurdusa, indi bu pula 70-80 km yol gedilir. İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, Bakı yollarında hər gün 40-50 min maşın hərəkət edir və tıxaclarda qalan avtomobil gün ərzində kifayət qədər çox benzin işlədir: “Azərbaycanda tıxacın iqtisadi ziyanını araşdıran qurum yoxdur, amma beynəlxalq aləmdə, misal üçün Türkiyədə hesablayıblar ki, hər gün tıxacda qalan maşın 2-4 litr artıq benzin işlətməli olur”. O qeyd edir ki, ki, tıxaclar ölkə iqtisadiyyatının iş tempini zəiflədir: “Sürətli nəqliyyat daşınması olmadığına görə malların dövriyyəsi aşağı düşür. Başqa sözlə ərzaq məhsulları zamanında ünvanına çatmayanda xarab olur və bu, bizim cibimizə birbaşa təsir edir”. İqtisadçı ekspert Samir Əliyev də hesab edir ki, tıxacda itkilər çoxdur: "Tıxacda iqtiasdiyyata dəyən tam ziyan hələlik bilinmir. Amma bunu müxtəlif qurumlar hesablaya bilər. Burada benzin sərfiyyatı ilə yanaşı, avtomobilin ehtiyat hissələrinin dağılması, zaman itkisi, insan səhhətinə dəyən ziyan və sair var. Bir sıra ölkələrdə işdən evə çatmaq üçün normalar mövcuddur. Bu normalara diqqət etdikdə, görərik ki, bir sıra hallarda istədiyimiz yerə, istədiyimiz vaxtda çata bilmirik. Yəni, tıxacın təkcə vətəndaş yox, dövlət üçün də iqtisadi zərəri var. Vətəndaş üçün söhbət yanacaqdan, avtomobildən və ya vaxt itkisindən gedirsə, dövlət üçün bunun zərəri daha böyükdür. Dövlət məcburən vəsaitlərini yol çəkilişlərinə yönəltməli olur. Tıxac olmasa, əlavə yollar, körpülər, keçidlər tikilməz. Bu vəsaiti başqa tərəfə yönəltmək olardı. Tıxacın biznesə də ziyanı var. Daşımalar vaxtında ünvana çata bilmir. Bundan çıxış yolu şəhəri genişləndirmək yox, demoqrafiya məsələsidir. Regionların inkişaf etdirilməsi və insanların paytaxta axının qarşısını almağı sürətləndirmək lazımdır”. Məlumat üçün qeyd edək ki, Azərbaycan paytaxtından fərqli olaraq artıq tıxac yaranan əksər şəhərlər üzrə bu problemin vurduğu zərər hesablanır. Məsələn, iqtisadi araşdırmalara görə, Britaniya paytaxtı London il ərzində tıxaclar nəticəsində təxminən 8,5 milyard dollar itirir. 2030-cu ildə zərərin həcmi 14,5 milyard dollara yüksələcək. Ümumilikdə isə hazırda ölkə üzrə tıxacların vurduğu zərər 20,5 milyard dollar qiymətləndirilir. ABŞ-da bu göstərici 93 milyar dollara bərabərdir. Hesabatda həmçinin ABŞ-da il ərzində tıxclara görə vətəndaşlara dəyən zərərin miqdarı da göstərilib. Belə ki, 2014-cü ildə tıxaclar nəticəsində ABŞ vətəndaşlarına dəyən zərərin pulla miqdarı 1,2 milyard dollardır. Tıxacda yanacaq sərfi isə 10,5 milyon litr həcmindədir. Növbəti 10 il üçün rəqəmlərin daha da artacağı proqnozlaşdırılır. Ucnoqta.az


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “ADY yemək seti ilə bilet qiymətlərini süni şəkildə bahalaşdırır” - ETİRAZ VAR!
Bu gün, 01:41 |
|
|
|
| • Oğuzun "yaşıl büdcəsi": Abadlıq adı altında ayaqqabıdan şinə, loma qədər hər şey alınır - BU NƏDİ BELƏ?
Bu gün, 01:38 |
|
|
|
| • Qarabağlı “siyasətçiyə” qarşı sərt addım – iş ağır maddəyə keçirildi
Bu gün, 01:34 |
|
|
|
| • Moskvada rekord temperatur qeydə alındı
Dünən, 18:02 |
|
|
|
| • Arvadının saçını keçəl edən ərə - Hökm oxundu
Dünən, 17:48 |
|
|
|
| • Rusiya Ermənistana xəbərdarlıq etdi
Dünən, 17:44 |
|
|
|
| • İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi - BUNDAN SONRA...
Dünən, 17:16 |
|
|
|
| • Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında
Dünən, 17:09 |
|
|
|
| • Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı - FOTO
Dünən, 16:59 |
|
|
|
| • Moskvanın seçim tələbinə İrəvandan cavab: - Günbəgün Avropa İttifaqına yaxınlaşırıq
Dünən, 16:53 |
|
|
|
| • Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib - AÇIQLAMA
Dünən, 16:49 |
|
|
|
| • Azərbaycanda daha bir aqropark yaradılıb
Dünən, 16:47 |
|
|
|
| • Qurultayda qarşıdurma gözlənilir - İttifaq katibindən XƏBƏRDARLIQ
Dünən, 16:43 |
|
|
|
| • Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC...
Dünən, 16:35 |
|
|
|
| • Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq
Dünən, 16:27 |
|
|
|
| • Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib - SİYAHI
Dünən, 16:22 |
|
|
|
| • `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Dünən, 16:11 |
|
|
|
| • Tap.az-da saxta torpaq elanları ilə dələduzluq - TƏFƏRRÜAT
Dünən, 16:05 |
|
|
|
| • Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır - Eldar Əzizov
Dünən, 15:59 |
|
|
|
| • Metronun "Həzi Aslanov" stansiyasındakı təmir BU TARİXDƏ bitəcək
Dünən, 15:47 |
|
|
|
| • Dünyanın ən gözəl şəhərləri açıqlandı - Cənubi Qafqazdan hansı var?
Dünən, 15:43 |
|
|
|
| • Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? - AKTUAL
Dünən, 15:41 |
|
|
|
| • Sasanilər dövründə Azərbaycan
Dünən, 15:33 |
|
|
|
| • Nizami küçəsində qalmaqal - Yaşayış binasının həyətində qanunsuz kulinariya sexi açılıb
Dünən, 15:10 |
|
|
|
| • Rus ordusu Voloxovkanı işğal etdi
Dünən, 15:08 |
|
|
|
| • Ermənistanın yeni müttəfiqi: Rusiya əvəzlənir - “Eurasianet”
Dünən, 15:03 |
|
|
|
| • “Bank Avrasiya”nın səhmdarları toplanır
Dünən, 15:00 |
|
|
|
| • Qadınlarla kişilər arasında maaş fərqi niyə yaranır?
Dünən, 14:59 |
|
|
|
| • “Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” - Samirə Yusifqızından QALMAQALLI MÜSAHİBƏ
Dünən, 14:57 |
|
|
|
| • TƏBİB-in sistemi yenidən çökdü - Növbələr yarandı
Dünən, 14:54 |
|
|
|
| • Kim Kardaşyanın şirkətinin maşınından 8 milyonluq kokain tapıldı - KİV
Dünən, 14:51 |
|
|
|
| • Hövsanda 10-cu sinif şagirdi müəmmalı şəkildə ölüb – İcra nümayəndəsinin oğludur
Dünən, 14:46 |
|
|
|
| • NHMT sədri SOCAR Prezidentindən SORUŞUR: “Ən ağır yükü çəkən işçilər...” - NƏDƏN SİYAHIDA YOXDUR.?!
Dünən, 14:30 |
|
|
|
| • Paşinyan erməniləri Qarabağı unutmağa ÇAĞIRDI
Dünən, 13:17 |
|
|
|
| • Bakı-Tiflis qatarına bilet satışı barədə yaxın saatlarda məlumat veriləcək - RƏSMİ
Dünən, 13:13 |
|
|
|
| • “İrşad” BOKT ötən il pis işləyib: AKTİVLƏRİ KİÇİLİB – ZƏRƏRİ 2 DƏFƏ ARTIB
Dünən, 13:06 |
|
|
|
| • “Qurban bazarı”nda son vəziyyət: - Ən ucuz və ən bahalı heyvanlar
Dünən, 13:02 |
|
|
|
| • Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -RÜSVAYÇILIQ
Dünən, 12:59 |
|
|
|
| • 112 ölkə üzrə kibertəhlükəsizlik reytinqi açıqlanıb - SİYAHI
Dünən, 12:53 |
|
|
|
| • Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:51 |
|
|
|
| • AQP-yə görə Azərbaycan, Gürcüstan və Ermənistanda əməkhaqqı nə qədərdir? - CƏDVƏL
Dünən, 12:49 |
|
|
|
| • SSRİ bayrağı qaldıran, polis rəisini söyən sabiq sədrin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 12:47 |
|
|
|
| • “Vəziyyət belə davam etsə, evləri də su basacaq” – Niyə tədbir görülmür?
Dünən, 12:32 |
|
|
|
| • Ermənistanda gərginlik artır: - Paşinyanın aqibəti necə olacaq?
Dünən, 12:27 |
|
|
|
| • Müğənni Nura Suri və bələdiyyə sədri arasında QALMAQAL
Dünən, 12:23 |
|
|
|
| • Kannı silkələyən azərbaycanlı aktyor - Şahmar Ələkbərovun nəvəsi Hollivudun diqqət mərkəzində
Dünən, 12:20 |
|
|
|
| • Baş Prokuror “Aqrar Kredit”in qanunsuzluğunu nəzarətə götürdü - TƏFƏRRÜAT
Dünən, 12:16 |
|
|
|
| • Güney Qafqazın taleyi HƏLL OLUNUR... - GƏLİŞMƏ
Dünən, 12:04 |
|
|
|
| • 2025-ci il "Xəmsə Sığorta və Təkrarsığorta Brokeri üçün uğursuz olub - ŞİRKƏT GERİLƏYİR
Dünən, 12:00 |
|
|
|
| • Rahidəni PƏRT ETDİLƏR - “Oğlanın qulağına dedi ki, bu, nə günə qalıb”
Dünən, 11:57 |
|
|
|
|