Deputatın GİZLƏTDİYİ GERÇƏKLİK... .....                     Azərbaycanda minimum əməkhaqqı ilə nə qədər uzağa getmək olar... .....                     1-ci Qarabağ savaşı qaziləri UNUDULUB? .....                     Ukraynanın Moskvaya qisas hücumu .....                     "Baxdım ki, məndən başqa heç kəs heç nə etməyəcək,..." .....                     Avropada milli maraqlarımızı hədəfə alan SAPI MİLLİ BALTALAR... .....                     İctimai yayımın baş direktorunun seçilməsi İctimai prosesin nəticəsi olmalıdır... .....                     Hər 3 uşaqdan 2-i sovet dövründən qalma məktəb binalarında oxuyur .....                     Məktəb uşağın özünü təhlükəsiz hiss etdiyi yer olmalıdır... .....                     Bakının dərdi var... Bakı xəstədir... .....                     AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib .....                     Ermənistanı yeni müharibəyə hazırlayırlar .....                     SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? .....                     İranın bayraq əndişəsi .....                     Azərbaycana qarşı sistemli PLAN .....                     Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... .....                     Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib .....                     Kremldən İrəvana sərt xəbərdarlıq .....                     Tramp Çinin mövqeyini gücləndirir .....                     Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur .....                     AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb .....                     Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı .....                     Bu mövsüm cəzalandırılan hakimlər .....                     Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir .....                     Dövlət qurumu 20 mənzil alır .....                     "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR .....                     Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar .....                     Köçəryanın HƏBSİ GÜNDƏMDƏ .....                     “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” .....                     Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı .....                     Rusiya dərin böhran içində və: .....                     Məktəbdə distant oxumaq olar, .....                     Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... .....                     Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib .....                     Çin dünyaya hakim olmaq istəyir, .....                     Erməni qısqanclığı: .....                     “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” .....                     Gələn həftə İrana hücumlar bərpa oluna bilər .....                     “Mən rus deyiləm, yarı azərbaycanlıyam” .....                     Sürücülər cərimələrdən beziblər .....                 

Uğursuz həmlə, yoxsa qəfil erməni basqını? - Cəbhədəki qanlı gecə ilə bağlı müəmmalar
Tarix: 1-08-2014, 12:25 | Çap et
Uğursuz həmlə, yoxsa qəfil erməni basqını?
Cəbhənin Ağdam-Tərtər istiqamətində Azərbaycan ordusunun azı 9 hərbçisinin şəhid olması ilə nəticələnən qanlı döyüşlərlə bağlı ciddi müəmmalar qalmaqdadır.

Azərbaycan Müdafiə Nazirliyi həmişə olduğu kimi standart ifadələrdən ibarət qısa açıqlama yaymaqla kifayətlənib. Baxmayaraq ki, əgər hadisə nazirliyin bildirdiyi kimi olubsa və erməni qüvvələri ordumuzun mövqelərinə gecə basqını edərək 9 hərbçimizi şəhid edibsə, bu, artıq müharibədir.

Sual yaranır: əgər düşmən bir həmləyə ordumuzun bu cür ağır itki verməsinə səbəb olursa, o zaman Azərbaycan Silahlı Qüvvələrinin ön xətdə dayanan bölmələrinin döyüş hazırlığı vəziyyətinin bu cür aşağı olmasına görə kim cavab verməlidir?

Uzun müddətdir ki, ön xəttə fiziki cəhətdən zəif, psixoloji baxımdan hazırlıqsız, komandirlərə minlərlə manat rüşvət vermək imkanında olmayan yetim-yesirlərin göndərildiyi barədə ictimaiyyət, ekspertlər, mətbuat məsələ qaldırır. Bu əsgərlər aylarla əvəzlənmir və əksər hallarda heç zəruri hərbi hazırlıq keçmədən ön xəttə göndərilir. Torpaqları işğal altında olan ölkənin hər il büdcədən 3-4 milyrd manat alan ordusu düşmənin bir həmləsində bu qədər itki verirsə, söhbət əsl rüsvayçılıqdan gedir.

İkinci müəmma odur ki, əsgərlərin erməni mövqelərinə edilən uğursuz həmlə zamanı həlak olması istisna deyil. Belə ki, təmas xəttinin Ağdam-Tərtər istiqamətində gedən döyüşlər barədə ilk dəfə iyulun 31-də erməni tərəfi məlumat yaydı. Qondarma “DQR müdafiə nazirliyinin” məlumatında bildirilirdi ki, Azərbaycan ordusu təmas xəttinin bu istiqamətində erməni qüvvələrinin postuna diversiya həmləsi edib. Bu zaman iki erməni əsgəri ölüb, qarşı tərəf isə çoxsaylı itki verərək geri çəkilib.

Azərbaycan Müdafiə Nazirliyi bu məlumatı əvvəlcə təkzib etdi. Daha sonra günün ikinci yarısında MN bildirdi ki, Ağdam istiqamətində ermənilər snayperlə bir əsgərimizi vurub. İndi isə MN daha 8 hərbçinin Ağdam-Tərtər istiqamətində, birinin isə Qazax istiqamətində şəhid olduğunu açıqlayır.

Beləliklə, iyulun 31-i-avqustun 1-i arası ordumuzun itkiləri azı 10 nəfər təşkil edir. Yaralıların dəqiq sayı isə açıqlanmır.

Qazax istiqamətində gedən döyüşlərdə azı 4 yaralının olduğu, onların Şəmkir hospitalına aparıldığı bildirilir. Ağdam-Tərtər istiqamətində isə nə qədər yaralının olduğu məlum deyil.

Tərtər sakinlərindən aldığımız məlumata görə, yerli sakinlər arasında baş verənlər barədə müxtəlif şayiələr dolaşır. Belə şayiələrdən birinə görə, ermənilər Azərbaycan ordusunun postuna qəfil basqın ediblər, nəticədə 6 əsgərimiz şəhid olub. Digər şayiəyə görə, ermənilərin atdığı minomyot mərmisi səngərə düşüb və daha iki əsgərimiz şəhid olub.

* * * 11:32

Azərbaycan Müdafiə Nazirliyi ermənilərin kəşfiyyat-təxribat qruplarının iki istiqamətdə təmas xəttini keçmək cəhdinin qarşısının alınması və şiddətli atışmadan sonra düşmən bölmələri xeyli itki verərək geri çəkilməsi haqda məlumat yayıb.

Nazirlik rəsmi olaraq bir gizirimizin şəhid olduğunu açıqlasa da digər itkilər barədə məlumat vermir. Mətbuatda Qazax, Tərtər və Ağdam istiqamətlərində gedən atışmalarada şəhidlərimizin olduğu bildirirlir.

Musavat.com Qazax istiqamətində gedən atışmada Azərbaycan ordusunun müddətdən artıq hərbi xidmət edən iki hərbçisinin şəhid olduğunu yazır. ANS isə Tərtərdə şəhid olan iki hərbçimizin adlarını açıqlayıb. Bunlar müddətdən artıq xidmət edən Vüqar Poladov və Elnur İbrahimovdur. Məlumatı Qapanlı kənd sakinləri veriblər.

APA isə şəhid olanların sayını 8 olaraq göstərib. Yerli mətbuatda 4 hərbçimizin yaralanması haqda da məlumatlar yer alır.

Mətbuatda yer alan, nazirlik tərəfindən isə tədqilənməyən məlumatlara görə, ordumuz dünəndən 10-11 nəfər itki verib.

Müdafiə Nazirliyin mətbuat xidmətinin əməkdaşı İsa İsmayılov virtualaz.org saytına açıqlamasında ordumuzun itikisi ilə bağlı rəsmi məlumatın olmadığını dəqiqləşdirilmə aparıldıqdan sonra məlumat yayılacağını bildiridi.

Müdafiə naziri Zakir Həsənovun cəbhə bölgəsinə getməsi ilə bağlı yayılan məlumatlara gəlincə isə İ.İsmayılov bildirdi ki, bu barədə rəsmi məlumat yoxdur.

* * * 10:10

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gecə boyu intensiv atışmalar olub.

APA-nın məlumatına görə, Ermənistan silahlı birləşmələri ötən gecə cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozaraq Azərbaycan Ordusunun nəzarətində olan ərazilərə soxulmağa cəhd göstəriblər.

Gedən şiddətli atışmalarda Azərbaycan Ordusunun 8 hərbçisi şəhid olub.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Virtualaz.org saytı xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda isə bildirilir ki, iyulun 31-dən avqustun 1-ə keçən gecə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar edilərək təxribatın qarşısı alınıb.

Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

Təəssüflər olsun ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri də itki verib.

Mətbuat xidmətinin məlumatında o da bildirilir ki, iyulun 31-də saat 20.00 radələrində Ermənistan-Azərbaycan sərhədinin Qazax rayonu ərazisində düşmənlə döyüşdə Silahlı Qüvvələrin giziri, 1977-ci il təvəllüdlü, Qazax rayonundan hərbi xidmətə çağırılmış Almazov İsə Ziyad oğlu düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbir diləyir!

Qeyd edək ki, yerli mətbuatda şəhid olan hərbçilərimizin sayı müxtəlif rəqəmlərlə göstərilir. Nazirliyin mətbuat xidməti isə bu barədə rəsmi məlumatın olmadığını və dəqiqləşdirildikdən sonra ictimaiyyətə məlumat veriləcəyini bildirib.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Deputatın GİZLƏTDİYİ GERÇƏKLİK... - yəni bilmirmi ki...
Bu gün, 01:23
Azərbaycanda minimum əməkhaqqı ilə nə qədər uzağa getmək olar... - AKTUAL
Bu gün, 01:13
1-ci Qarabağ savaşı qaziləri UNUDULUB? - GİLEY
Bu gün, 01:07
Ukraynanın Moskvaya qisas hücumu - FOTO
Bu gün, 00:59
"Baxdım ki, məndən başqa heç kəs heç nə etməyəcək,..." - Nura Suri
Bu gün, 00:50
Avropada milli maraqlarımızı hədəfə alan SAPI MİLLİ BALTALAR... - AXI NİYƏ?..
Bu gün, 00:45
İctimai yayımın baş direktorunun seçilməsi İctimai prosesin nəticəsi olmalıdır... - ÇÜNKİ...
Bu gün, 00:40
Hər 3 uşaqdan 2-i sovet dövründən qalma məktəb binalarında oxuyur - MALƏSƏF...
Bu gün, 00:35
Məktəb uşağın özünü təhlükəsiz hiss etdiyi yer olmalıdır... - qorxu zonası yox...
Bu gün, 00:27
Bakının dərdi var... Bakı xəstədir... - FAKT BUDUR!
Bu gün, 00:14
AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib - DİQQƏT
Dünən, 10:39
Ermənistanı yeni müharibəyə hazırlayırlar - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 08:36
SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:35
İranın bayraq əndişəsi - AXI NİYƏ?..
Dünən, 08:25
Azərbaycana qarşı sistemli PLAN - GƏLİŞMƏ
Dünən, 08:21
Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... -Növbəti həyasızlıq...
Dünən, 08:19
Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib - Natiq Cəfərli
Dünən, 08:16
Kremldən İrəvana sərt xəbərdarlıq – 5 milyard dollarlıq təhlükə sizi gözləyir
Dünən, 08:11
Tramp Çinin mövqeyini gücləndirir - Səbəblər
Dünən, 08:07
Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur - Qalibaf
Dünən, 08:04
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
16-05-2026, 18:02
Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
16-05-2026, 14:45
Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
16-05-2026, 14:00
Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
16-05-2026, 13:53
Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
16-05-2026, 13:19
"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
16-05-2026, 13:15
Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
16-05-2026, 12:57
Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
16-05-2026, 12:53
“Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
16-05-2026, 12:33
Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
16-05-2026, 12:31
Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
16-05-2026, 12:27
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
16-05-2026, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
16-05-2026, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
16-05-2026, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
16-05-2026, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
16-05-2026, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
16-05-2026, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
16-05-2026, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
16-05-2026, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
16-05-2026, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
16-05-2026, 10:58
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
16-05-2026, 10:54
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
16-05-2026, 10:44
Jurnalist Sabir Məmmədovun anası vəfat edib
16-05-2026, 10:41
Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
16-05-2026, 10:26
Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
16-05-2026, 10:21
Tıxacın kökü haradadır? - AKTUAL
16-05-2026, 10:19
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
16-05-2026, 10:16
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
16-05-2026, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
16-05-2026, 10:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru