Coşqun Cəbrayılovun vicdanı bir yana... ALLAHI DA YOXDUR? .....                     Media hara gedir? .....                     Binəqəqidə dövlətin qanunları İŞLƏMİR! .....                     Eldar Mahmudovun evsiz qoyduğu vətəndaşlar aclıq aksiyasına başlayır .....                     Sevinc Hüseynovanın Afət Fərmanqızı barəsində şikayəti icraata götürülmədi .....                     ASCO sədri ona yüksək vəzifə verdi .....                     Mətanət Əsədovadan İSMARIŞ: .....                     Bakıda barda baş verən qətlin TƏFƏRRÜATLARI .....                     8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb? .....                     Tacir Şahmalıoğlu: "Diabetlə birdəfəlik vidalaşdım" .....                     Bakıda evlər bahalaşacaq, amma hamısı yox .....                     Turizm şirkətinin rəhbəri xaricdə iş vədi ilə dələduzluqda ittiham edilir, .....                     Bakıda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdıran şəxs qərardan şikayətçidir .....                     “Əliyev Ermənistanın adını “Qərbi Azərbaycan” qoyub” .....                     Azərbaycanda şagirdlərin 48%-i müntəzəm olaraq süni intellektdən istifadə edir .....                     Putin ailəsi haqda sirri açdı: .....                     Fransanın yeni səfiri etimadnaməsini Ermənistan XİN-ə təqdim etdi .....                     ABŞ və İsraili peşman olmağa məcbur edəcəyik .....                     Anar Əsədli barəsində qərar verilib .....                     “Kanalizasiya yağış suyunu daşıya bilmir” .....                     Moskva ilə İrəvan arasında dərinləşən böhran .....                     Azərbaycanda şagirdlərin 48%-i müntəzəm olaraq süni intellektdən istifadə edir .....                     “Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır” .....                     AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir .....                     Ermənistan Avrasiya İqtisadi İttifaqına Rusiyadan şikayət edib .....                     Azərbaycanın məşhur bloqeri hava limanından buraxılmadı .....                     Ermənistanda 2 yeni “Rus evi” açılacaq .....                     Türkiyə Rusiya ilə yeni razılaşma imzalayır .....                     Rusiya Ermənistanda daha iki Rus Evi açır .....                     “Bu, ədalətli deyil!” .....                     İcra Hakimiyyəti bir milyonluq gül alır .....                     “Polad məhəbbət uğrunda mübarizə aparır, mən isə...” .....                     TƏBİB-in icraçı direktoruna yeni müşavir təyin edilib .....                     Dövlət Vergi Xidmətində maaş artımı niyə gecikir? .....                     Telli aparıcıları yıxıb-sürüdü: .....                     Prokuror müğənni qardaşını öldürənə .....                     Xırdalan və Bakıda 79 min manatlıq dələduzluq: Qurbanlar necə aldadılıb? .....                     "Boğulurdum, hələ belə ağrı görməmişdim" .....                     Bakıda qızını bıçaqlayan qadına hökm oxundu .....                     208 səhifəlik “Xütbələr” kitabının bir ədədinin çapı 23 manata başa gələcək .....                 

Bakıda evlər bahalaşacaq, amma hamısı yox - Ekspertdən proqnoz
Tarix: Bu gün, 17:06 | Çap et

Daşınmaz əmlak bazarında qiymətlərin dinamikası, alıcıların davranışı və mənzilə olan tələbat son dövrlərdə bazarın əsas müzakirə mövzularından birinə çevrilib. Xüsusilə yeni tikililərdə və paytaxtın müxtəlif ərazilərində qiymət fərqləri bazarda hansı tendensiyaların formalaşdığı ilə bağlı suallar yaradır.

2026-cı ildə də Azərbaycanda daşınmaz əmlak bazarında artım tendensiyası davam edir. Mütəxəssislər hesab edirlər ki, daşınmaz əmlakın yerləşdiyi ərazi, investisiya potensialı və ona olan tələbat gələcəkdə həmin aktivin dəyərinin formalaşmasında mühüm rol oynayır.

Əmlak bazarını dəyərləndirən Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) üzvü, əmlak eksperti Hüseyn Talıbov Sherg.az-a açıqlamasında bildirib ki, yaxın illərdə daşınmaz əmlak bazarında əsas tendensiya qiymətlərin sadəcə artması deyil, bazarın daha seçici və peşəkar xarakter alması olacaq. Bakı da daxil olmaqla, həm Azərbaycanda, həm də qlobal bazarda eyni templə bahalaşan əmlak dövrü tədricən geridə qalır.

Onun sözlərinə görə, gələcəkdə obyektin yerləşməsi, tikinti keyfiyyəti, hüquqi statusu, likvidliyi və kirayə gəlirliliyi qiymətin formalaşmasında daha böyük rol oynayacaq: “Azərbaycanda bazarın hazırkı dinamikası qiymət artımının davam etdiyini, lakin bunun bütün seqmentlər üzrə eyni olmadığını göstərir. 2026-cı ilin ilk rübündən etibarən mənzil bazarında qiymətlər illik 8,1 faiz artıb. Bu göstərici ilkin bazarda daha yüksək olub. Yaxın dövrdə də yeni tikililərdə keyfiyyət, lokasiya və tikinti xərcləri qiymətlərə ciddi təsir göstərəcək. Lakin bu, bütün mənzillərin eyni sürətlə bahalaşacağı anlamına gəlmir. Əksinə, bazarda qiymət fərqlərinin daha da artmasını gözləyirəm.

Hazırda Mərkəzi Bankın uçot dərəcəsi 6,5 faiz, faiz dəhlizinin aşağı həddi 5,5, yuxarı həddi isə 7,5 faizdir. İllik inflyasiyanın 5,8 faiz olması da göstərir ki, pulun real dəyəri və kreditin qiyməti daşınmaz əmlak bazarı üçün hələ də mühüm amildir. Faizlərin tədricən aşağı düşməsi ipoteka tələbinə müsbət təsir göstərə bilər. Yaxın illərdə çox ucuz kredit dövrünün başlayacağı gözlənilmir”.

Ekspert qeyd edib ki, faizlərdə hətta kiçik dəyişiklik belə uzunmüddətli ipoteka ödənişində ciddi fərq yaradır: “Məsələn, 200 min manatlıq 20 illik kredit üzrə faiz dərəcəsinin 8 faizdən 7 faizə düşməsi aylıq ödənişi təxminən 1 674 manatdan 1 551 manata endirir. Yəni cəmi 1 faiz bəndlik dəyişiklik ailənin aylıq yükünü 120 manatdan çox azalda bilər. Buna görə faiz siyasətindəki hər dəyişiklik mənzil bazarında tələbə müəyyən gecikmə ilə, amma real təsir göstərir.

Beynəlxalq təcrübə də yüksək faiz şəraitində daşınmaz əmlak bazarının tam dayanmadığını, lakin davranışların dəyişdiyini göstərir. Böyük Britaniyada 2026-cı ilin mayına qədər ev qiymətlərinin illik artımı 2,3 faiz olub. Eyni zamanda 2026-cı ilin iyulunda ölkə üzrə orta kirayə qiyməti illik artımla 1 393 funt sterlinqə çatıb. Bu, çox vacib bir tendensiyanı göstərir. Faiz və alış xərcləri yüksəldikcə insanların bir hissəsi mənzil almaq əvəzinə kirayədə qalır, investor isə qiymət artımından əlavə kirayə gəlirliliyinə daha çox diqqət yetirir”.

Hüseyn Talıbovun fikrincə, Bakı üçün də eyni məntiq getdikcə aktuallaşacaq: “İnvestor artıq yalnız “mənzil gələcəkdə bahalaşacaqmı?” sualını verməməlidir. Əsas sual aktivin bu gün hansı gəlirliliyi yaratdığı və həmin gəlirliliyin riskə adekvat olub-olmamasıdır. Məsələn, 200 min manatlıq mənzil ayda 1 200 manata kirayəyə verilirsə, illik kirayə gəlirliliyi 7,2 faiz təşkil edir. Lakin boş qalma müddəti, təmir, idarəetmə və digər xərclər nəzərə alınanda real gəlirlilik daha aşağı olacaq. Ona görə gələcəkdə qiymətləndirmədə gəlir yanaşmasının əhəmiyyəti artacaq.

Qarşıdakı illərdə Bakı bazarında əsas fərqlənmə lokasiya və keyfiyyət üzrə olacaq. Metroya, əsas nəqliyyat xətlərinə, məktəbə və iş mərkəzlərinə yaxın, sənədləri qaydasında, keyfiyyətli və idarəetməsi yaxşı olan binalar daha likvid qalacaq. Əksinə, istismar xərcləri yüksək, sənədləşməsi problemli və tələbi zəif obyektlərin qiymət artımı bazarın orta göstəricisindən geri qala bilər. Buna görə gələcək bazarda “mənzil bahalaşacaqmı?” sualından çox “hansı mənzil bahalaşacaq?” sualı əhəmiyyətli olacaq”.

Müsahibimiz vurğulayıb ki, Azərbaycanda Bakı ilə regionların bazarını eyni meyarla qiymətləndirmək mümkün deyil: “Paytaxtda əhali sıxlığı, məşğulluq, təhsil, biznes və xidmət sektoru davamlı tələbi dəstəkləyir. Regionlarda isə daşınmaz əmlakın gələcək dəyəri daha çox yeni iqtisadi fəaliyyət, infrastruktur, turizm və məşğulluq imkanlarından asılı olacaq. Buna görə regionlarda qiymət artımının davamlı olması üçün sadəcə yeni binaların tikilməsi kifayət deyil, real iqtisadi tələb də formalaşmalıdır.

Tikinti xərcləri də mənzil qiymətlərinin kəskin ucuzlaşmasını məhdudlaşdıran amillərdən biri olaraq qalacaq. Torpaq, tikinti materialları, əməkhaqqı və maliyyələşmə xərcləri yeni tikililərin maya dəyərini formalaşdırır. Tələb zəiflədikdə developer həmişə qiyməti birbaşa aşağı salmır. İlkin ödəniş, hissəli ödəniş və ya əlavə xidmətləri dəyişməklə faktiki satış şərtlərini yumşalda bilər. Buna görə elan qiyməti ilə real əqd qiyməti arasında fərqə də diqqət etmək lazımdır”.

Ekspert hesab edir ki, yaxın 3-5 ildə Azərbaycanda daşınmaz əmlak bazarı üçün ən real ssenari kəskin eniş deyil, orta templə nominal artım və seqmentlər üzrə ciddi fərqlənmə olacaq: “Əgər inflyasiya və maliyyələşmə xərcləri nəzarətdə qalarsa, paytaxt bazarında illik təxminən 5-10 faiz diapazonunda nominal qiymət artımı mümkündür. Amma bu rəqəm bazarın bütün hissələrinə aid edilə bilməz. Yüksək tələbatlı və keyfiyyətli obyektlər daha yaxşı nəticə göstərə, likvidliyi zəif əmlak isə hətta nominal qiymətini qoruya bilməyə bilər. Əsas məsələ qiymətin artması yox, həmin artımın real gəlirlər, kirayə bazarı və fundamental tələb tərəfindən dəstəklənməsidir. Yəni qarşıdakı illərdə daşınmaz əmlak bazarında əsas qazanan tərəf sadəcə əmlakı olan deyil, düzgün əmlakı seçən investor olacaq. Bazar daha çox rəqəmə, real əqdlərə, gəlirliliyə və riskə əsaslanan mərhələyə keçir. Hesab edirəm ki, Bakı daşınmaz əmlak bazarının növbəti mərhələsi məhz bu peşəkarlaşma olacaq”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Coşqun Cəbrayılovun vicdanı bir yana... ALLAHI DA YOXDUR? - BU NƏDİ BELƏ?
Bu gün, 17:58
Media hara gedir? – Azər Ayxan yazır
Bu gün, 17:51
Binəqəqidə dövlətin qanunları İŞLƏMİR! - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 17:45
Eldar Mahmudovun evsiz qoyduğu vətəndaşlar aclıq aksiyasına başlayır - NARAZILIQ VAR...
Bu gün, 17:38
Sevinc Hüseynovanın Afət Fərmanqızı barəsində şikayəti icraata götürülmədi - TƏFƏRRÜAT
Bu gün, 17:36
ASCO sədri ona yüksək vəzifə verdi - FOTO
Bu gün, 17:31
Mətanət Əsədovadan İSMARIŞ: - “Az idi cadu edənim, sən də…”
Bu gün, 17:26
Bakıda barda baş verən qətlin TƏFƏRRÜATLARI - Şahid DANIŞIR
Bu gün, 17:20
8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?
Bu gün, 17:14
Tacir Şahmalıoğlu: "Diabetlə birdəfəlik vidalaşdım" - Hansı əməliyyatı etdirib?
Bu gün, 17:10
Bakıda evlər bahalaşacaq, amma hamısı yox - Ekspertdən proqnoz
Bu gün, 17:06
Turizm şirkətinin rəhbəri xaricdə iş vədi ilə dələduzluqda ittiham edilir, məhkəməsi başlayır
Bu gün, 17:03
Bakıda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdıran şəxs qərardan şikayətçidir - BUNA GÖRƏ...
Bu gün, 17:00
“Əliyev Ermənistanın adını “Qərbi Azərbaycan” qoyub” - Harut Sassunyan
Bu gün, 16:56
Azərbaycanda şagirdlərin 48%-i müntəzəm olaraq süni intellektdən istifadə edir
Bu gün, 16:52
Putin ailəsi haqda sirri açdı: - “Atam və anam…”
Bu gün, 16:48
Fransanın yeni səfiri etimadnaməsini Ermənistan XİN-ə təqdim etdi
Bu gün, 16:46
ABŞ və İsraili peşman olmağa məcbur edəcəyik - Pezeşkian
Bu gün, 16:26
Anar Əsədli barəsində qərar verilib - MƏHKƏMƏ
Bu gün, 16:24
“Kanalizasiya yağış suyunu daşıya bilmir” - Bakıda selin əsas səbəbi açıqlandı
Bu gün, 16:22
Moskva ilə İrəvan arasında dərinləşən böhran - “Sən kişisən, yoxsa qadın?”
Bu gün, 16:20
Azərbaycanda şagirdlərin 48%-i müntəzəm olaraq süni intellektdən istifadə edir - DETALLAR...
Bu gün, 16:18
“Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır” - Levon Köçəryan - erməni mətbuatı
Bu gün, 16:16
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir - DİQQƏT!
Bu gün, 16:12
Ermənistan Avrasiya İqtisadi İttifaqına Rusiyadan şikayət edib - Ermənistan KİV
Bu gün, 16:10
Azərbaycanın məşhur bloqeri hava limanından buraxılmadı - VİDEO
Bu gün, 16:08
Ermənistanda 2 yeni “Rus evi” açılacaq - KİV
Bu gün, 15:59
Türkiyə Rusiya ilə yeni razılaşma imzalayır -“Blumberq”
Bu gün, 15:29
Rusiya Ermənistanda daha iki Rus Evi açır
Bu gün, 15:16
“Bu, ədalətli deyil!” - Ekspert parklanma ödənişlərinə etiraz edir
Bu gün, 15:13
İcra Hakimiyyəti bir milyonluq gül alır - DETALLAR
Bu gün, 15:11
“Polad məhəbbət uğrunda mübarizə aparır, mən isə...” – Şeyx Əbdüldən SƏS-KÜYLÜ açıqlamalar
Bu gün, 15:03
TƏBİB-in icraçı direktoruna yeni müşavir təyin edilib
Bu gün, 14:55
Dövlət Vergi Xidmətində maaş artımı niyə gecikir? - GÖZLƏRİ YOLDADIR
Bu gün, 13:12
Telli aparıcıları yıxıb-sürüdü: - “Quyruğunu basanın başından basacağam”
Bu gün, 13:07
Prokuror müğənni qardaşını öldürənə 19 il CƏZA İSTƏDİ
Bu gün, 13:04
Xırdalan və Bakıda 79 min manatlıq dələduzluq: Qurbanlar necə aldadılıb? - TƏFƏRRÜAT
Bu gün, 12:58
"Boğulurdum, hələ belə ağrı görməmişdim" - İnfarkt keçirən İlham Mirzəyev
Bu gün, 12:57
Bakıda qızını bıçaqlayan qadına hökm oxundu
Bu gün, 12:52
208 səhifəlik “Xütbələr” kitabının bir ədədinin çapı 23 manata başa gələcək - AY, MAŞALLAH...
Bu gün, 12:48
Erməni deputatdan Kərki ilə bağlı AÇIQLAMA: - “Paşinyan bu kəndi...”
Bu gün, 12:47
Paşinyanın “açıqlaması” Qazaxıstanı qarışdırdı - “Mən Tokayev deyiləm ki...”
Bu gün, 12:41
Armen Qriqoryan Baş Qərargah rəisi təyin olunur - “İravunk”
Bu gün, 12:39
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru vəzifəsindən azad edilib - ƏMR
Bu gün, 12:35
Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq - belə deyirlər...
Bu gün, 12:32
“Xalq Kapital İnvestisiya Şirkəti”ndən “Azərpoçt”a yeni təyinat - DOSYE
Bu gün, 12:27
Keçmiş bankir “SOCAR Petroleum”-dakı vəzifəsindən ayrılıb - FOTO
Bu gün, 12:23
“Xalq Kapital İnvestisiya Şirkəti”də yeni icraçı direktor təsdiqləndi - BUNDAN SONRA...
Bu gün, 12:18
AfD-nin qələbəsi: Almaniyada türkləri nə gözləyir? - Ekspertlərdən xəbərdarlıq
Bu gün, 12:16
"Ya gəlin məhsulunuzu düz-əməlli təhvil verin, ya da..." - NARAZILIQ VAR...
Bu gün, 12:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru