
“Azərpoçt” MMC-nin Xəzinədarlıq departamentinin rəisi vəzifəsinə təyinat olub.
"DİA-AZ" xəbər verir ki, Fərəc Axundov “Azərpoçt” MMC-nin Xəzinədarlıq departamentinin rəisi vəzifəsinə təyin olunub.
O, 2024-cü ilin yanvar ayından 2026-cı ilin aprel ayına kimi “Xalq Kapital İnvestisiya Şirkəti” QSC-nin icraçı direktoru vəzifəsində çalışıb.
Fərəc Axundov Bakı Dövlət Universitetində İqtisadi kibernetika ixtisası üzrə bakalavr təhsili almışdır. Daha sonra təhsilini 2011–2013-cü illərdə həmin universitetdə davam etdirərək İqtisadi kibernetika ixtisası üzrə magistr dərəcəsinə yiyələnmiş və 2014–2021-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasında İqtisadiyyat üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsini əldə etmişdir.























