
“Paşinyan Azərbaycanın tapşırıqlarını ustalıqla yerinə yetirir”.
Tribuna.az xəbər verir ki, bu fikirləri thecaliforniacourier.com saytının rəhbəri, Amerikadakı erməni diasporunun aparıcı fiqurlarından olan Harut Sassunyan deyib.
O qeyd edib ki, Pşainyan əvvəlcə minlərlə erməni gənci öldürüb. “O, sonra Qarabağı verdi. Sonra isə Azərbaycan Ordusunun Ermənistan ərazisinə girməsinə icazə verdi. İndi də Kərki kəndini verməyə hazırlaşır”.
Sassunyan bildirib ki, Ermənistan rəsmilərinin Ermənistanda əcnəbilərin yerləşdirilməsi ilə bağlı müzakirələri 300.000 azərbaycanlının Ermənistana köçürülməsinə yol açır. “Bu da Ermənistan Respublikasının sonu deməkdir”.
Erməni diasporunun rəsmisi vurğulayıb ki, Prezident İlham Əliyev aylardır Ermənistan hökumətindən Ermənistandakı 300.000 azərbaycanlını qəbul etməsini tələb edir. “İlham Əliyev artıq Ermənistanın adını dəyişdirərək onu “Qərbi Azərbaycan” adlandırıb”.
























