8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb? .....                     Tacir Şahmalıoğlu: "Diabetlə birdəfəlik vidalaşdım" .....                     Bakıda evlər bahalaşacaq, amma hamısı yox .....                     Turizm şirkətinin rəhbəri xaricdə iş vədi ilə dələduzluqda ittiham edilir, .....                     Bakıda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdıran şəxs qərardan şikayətçidir .....                     “Əliyev Ermənistanın adını “Qərbi Azərbaycan” qoyub” .....                     Azərbaycanda şagirdlərin 48%-i müntəzəm olaraq süni intellektdən istifadə edir .....                     Putin ailəsi haqda sirri açdı: .....                     Fransanın yeni səfiri etimadnaməsini Ermənistan XİN-ə təqdim etdi .....                     ABŞ və İsraili peşman olmağa məcbur edəcəyik .....                     Anar Əsədli barəsində qərar verilib .....                     “Kanalizasiya yağış suyunu daşıya bilmir” .....                     Moskva ilə İrəvan arasında dərinləşən böhran .....                     Azərbaycanda şagirdlərin 48%-i müntəzəm olaraq süni intellektdən istifadə edir .....                     “Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır” .....                     AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir .....                     Ermənistan Avrasiya İqtisadi İttifaqına Rusiyadan şikayət edib .....                     Azərbaycanın məşhur bloqeri hava limanından buraxılmadı .....                     Ermənistanda 2 yeni “Rus evi” açılacaq .....                     Türkiyə Rusiya ilə yeni razılaşma imzalayır .....                     Rusiya Ermənistanda daha iki Rus Evi açır .....                     “Bu, ədalətli deyil!” .....                     İcra Hakimiyyəti bir milyonluq gül alır .....                     “Polad məhəbbət uğrunda mübarizə aparır, mən isə...” .....                     TƏBİB-in icraçı direktoruna yeni müşavir təyin edilib .....                     Dövlət Vergi Xidmətində maaş artımı niyə gecikir? .....                     Telli aparıcıları yıxıb-sürüdü: .....                     Prokuror müğənni qardaşını öldürənə .....                     Xırdalan və Bakıda 79 min manatlıq dələduzluq: Qurbanlar necə aldadılıb? .....                     "Boğulurdum, hələ belə ağrı görməmişdim" .....                     Bakıda qızını bıçaqlayan qadına hökm oxundu .....                     208 səhifəlik “Xütbələr” kitabının bir ədədinin çapı 23 manata başa gələcək .....                     Erməni deputatdan Kərki ilə bağlı AÇIQLAMA: .....                     Paşinyanın “açıqlaması” Qazaxıstanı qarışdırdı .....                     Armen Qriqoryan Baş Qərargah rəisi təyin olunur .....                     Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru vəzifəsindən azad edilib .....                     Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq .....                     “Xalq Kapital İnvestisiya Şirkəti”ndən “Azərpoçt”a yeni təyinat .....                     Keçmiş bankir “SOCAR Petroleum”-dakı vəzifəsindən ayrılıb .....                     “Xalq Kapital İnvestisiya Şirkəti”də yeni icraçı direktor təsdiqləndi .....                 

“Kanalizasiya yağış suyunu daşıya bilmir” - Bakıda selin əsas səbəbi açıqlandı
Tarix: Bu gün, 16:22 | Çap et

Paytaxtımızın yağışı necə eybəcər şəklə saldığından danışaq yenə. Bəli. Yağış Bakını iflic etmir, Bakı yağışı iflic edir, əl-qolunu bağlayır, binəva, bilmir hara, necə axsın, küçə və yollardan canını necə qurtarsın. Başını itirmiş halda hara gəldi axır…

Qısa müddət öncə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan IV Regionlararası Forumunda çıxışı zamanı fəxrlə bəyan etmişdi ki, son 20 ildə Bakıya 200 milyard dollardan çox investisiya yatırılıb. Bu proses davam edir və inkişaf edir. Bu, sadəcə, bir xatırlatmadır.

Bir də Viktor Hüqonun məşhur «Səfillər» romanını xatırlatmaq yerinə düşür. Romanın 5-ci – sonuncu hissəsində yazıçı Parisin yeraltı kanalizasiya sisteminin təsvirinə geniş yer verib. Şəhərin altının üstündən bəlkə daha vacib olduğunu bədii dillə çatdırıb. Hüqo bu yeraltı şəbəkəni metaforik olaraq «Paris kloakası» adlandırır. Buradan belə simvolik məna alınır: Hüqo Paris kloakasını sadəcə çirkab suları axan bir yer kimi deyil, şəhərin «vicdanı» və cəmiyyətin gizli, qaranlıq tərəfi kimi təsvir edir. O, kanalizasiyanı «Leviafanın bağırsağı» adlandıraraq, cəmiyyətin bütün çirkinliklərinin, cinayətlərinin və qanundan qaçanların sığındığı bir yer kimi qələmə verir.

Məmurlarımız üzərlərinə götürməsinlər. Lap, qoy götürsünlər. Reallıq zatən aydındır.

İndi keçək yağış sularının niyə, nə səbəbdən ram edilə bilməməsinə.

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri, hüquqşünas Sahib Məmmədov bu haqda Sherg.az-a geniş izah verdi:

-Bakı şəhərində yağışdan sonra sellərin əmələ gəlməsinin iki əsas səbəbindən biri təbiətin özü ilə bağlıdır, yəni obyektiv səbəblərdən irəli gəlir. Digəri isə, təbii ki, insan amili, yəni idarəetmə ilə bağlıdır. Məsələn, yalnız Bakı şəhərində deyil, dünyanın ən mükəmməl yağış-drenaj sisteminə malik şəhərlərində belə bəzən görürük ki, sel suları hər şeyi yuyub aparır. Bu, onunla bağlıdır ki, bəzən yağıntının miqdarı aylıq, hətta iki aylıq normaya bərabər həcmdə düşür. Nəticədə ən mükəmməl yağış-drenaj sisteminə malik şəhərlər belə buna tab gətirə bilmir.

Səbəb Bakının relyefidirmi?

S. Məmmədov qeyd etdi ki, Bakının relyefinə nəzər salsaq, dağlıq hissələrin də olduğunu, mərkəzi hissənin isə çökəklikdə yerləşdiyini görərik:

-Əhmədli tərəfə getdikcə ərazi yüksəlir, Əhmədli yaylası başlayır və nisbi hündürlük artır. Digər tərəfdən isə dağlıq hissə, xüsusilə də Yasamal istiqaməti ümumiyyətlə yüksəklikdə yerləşir. Nəticədə yağıntı olduqda, hətta ən kiçik yağıntıda belə şəhərin mərkəzinə doğru su axını başlayır. Amma başqa məsələ var: bu yağışın, xüsusilə intensiv olmayan, davamlı yağışların sularının idarə olunması ilə bağlı Bakı şəhərində sistem necə qurulub? Bu məsələdə vəziyyət yaxşı deyil.

Yağış-drenaj sistemi: həm var, həm də yox?

S. Məmmədov bildirdi ki, əvvəllər Bakı şəhərində yağış-drenaj sistemi var idi. Hər yerdə olmasa da, müəyyən ərazilərdə belə sistemlər mövcud idi:

-Sonradan müvafiq qurumlar yolları təmir edərkən həmin sistemləri də sıradan çıxardılar. İndi isə yağış suları kanalizasiya sisteminə axıdılır.

Halbuki bu, yolverilməzdir. Buna yol verilməməliydi. Kanalizasiya sistemi ilə yağış-drenaj sistemi tamamilə fərqli sistemlərdir və bunlar ayrı-ayrılıqda fəaliyyət göstərməlidir. Digər tərəfdən, Bakı şəhərində son 30 ildə çoxsaylı yaşayış və qeyri-yaşayış binaları, çoxmərtəbəli tikililər inşa edilib. Amma kanalizasiya sisteminin buna uyğun, ciddi şəkildə təkmilləşdirilməsi istiqamətində lazımi işlər görülmür. Nəticədə kanalizasiya sistemi mövcud şəhər infrastrukturundan gələn çirkab suları daşımaqla yanaşı, yağış sularını da qəbul etməli olur. Sistem isə bu yükü daşıya bilmir və nəticədə küçələrdə sellər əmələ gəlir.

S. Məmmədov qeyd etdi ki, əlbəttə, elə yağışlar var, deyildiyi kimi, sel yaradır. Ən mükəmməl sistem belə bəzi hallarda həmin su kütləsini daşıya bilmir. Amma bizdə müəyyən intensivlikdə, adi yağışlarda belə sel yaranır. Tunellər, keçidlər, küçələr su altında qalır. Görürsən ki, suyun axmağa yeri yoxdur. Bunun səbəbi isə artıq idarəetmə ilə bağlıdır.

Vahid idarəetmə yoxdur, ona görə…

Məsələn, Bakı şəhərinin və ümumiyyətlə, digər şəhər və rayonlarımızın infrastrukturuna nəzər salsaq, yerli hakimiyyət orqanlarının bu sahədə demək olar ki, heç bir səlahiyyəti qalmayıb. Yəni şəhər infrastrukturunu şəhərin yerli hakimiyyəti idarə etmir. Bakı şəhərinə aid olan infrastrukturun demək olar ki, heç biri Bakı Şəhər İcra Hakimiyyətinə tabe deyil. Vahid idarəçilik yoxdur. Məsələn, su təchizatı və kanalizasiya sisteminə başqa qurum baxır, digər infrastrukturlara isə ayrı-ayrı qurumlar cavabdehdir. Nəticədə vahid idarəetmənin olmaması belə bir vəziyyət yaradıb. Halbuki dünyanın bütün şəhərlərində – bu, seçkili də ola bilər, təyinatlı da - vahid yerli idarəetmə orqanı olmalıdır ki, bütün bu məsələlərə cavabdehlik daşısın. Bir qurum gəlir, asfaltı yeniləyir və gedir. Hələ asfaltın yenilənməsi başa çatmamış, cəmi üç gün sonra başqa bir qurum gəlir, yolun digər başından qazıntı işlərinə başlayır, öz kommunikasiya xətlərini çəkir və ya kabel sistemi quraşdırır. Daha sonra üçüncü qurum gəlib orada başqa bir iş görür. Heç biri də öz fəaliyyətini digəri ilə razılaşdırmır. Halbuki vaxtilə bütün bu məsələlər vahid şəhər icra hakimiyyəti ilə razılaşdırılırdı. Bütün işlər əvvəlcədən koordinasiya olunur, yalnız bundan sonra qazıntı, tikinti, quraşdırma və digər işlər həyata keçirilirdi. İndi isə bu yoxdur və nəticədə idarəetmə xaosu yaranır.

Bəs BŞİH nə işlə məşğuldur?

S. Məmmədov qeyd etdi ki, Bakı Şəhər İcra Hakimiyyətinin şəhərdə baş verən bütün proseslərdən məlumatlı olması mümkün deyil: harada asfalt çəkilir, harada kanalizasiya sistemi var, harada yoxdur, harada yağış-drenaj sistemi mövcuddur və s. Bir çox ərazilərdə yağış-drenaj sistemləri də məhv edilib və bütün bunlar nəticədə bugünkü problemlərə gətirib çıxarıb. Bu problem təkcə Bakı şəhərinə aid deyil, digər şəhərlərdə də oxşar vəziyyət mövcuddur. Kanalizasiya sisteminin və ümumilikdə şəhər infrastrukturunun mövcud vəziyyəti şəhərlərin inkişafına və normal fəaliyyətinə ciddi problemlər yaradır.

S. Məmmədov bildirdi ki, əslində şəhərlər iki hissədən ibarət olur: şəhərin altı və üstü:

Belə şəhərlər var, məsələn, Paris, Sürix şəhəri və s. Avropa ölkələrinin şəhərləri var ki, şəhərin altı da bir şəhərdir. Bizdə bu yoxdur. Əvvəldən olmayıb, sonradan da şəhər genişlənib, böyüyüb və genişlənməkdə davam edir, mövcud kanalizasiya sistemi də buna tab gətirmir. Kanalizasiya sisteminin funksiyası ayrıdır, yağış-drenaj sisteminin funksiyası ayrı. Bizdə isə bunlar qarışıb bir-birinə.

S. Məmmədov vurğuladı ki, sovet illərində, konkret 1970-ci illərdə, ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə Şərq Yeraltı Tikinti İdarəsi vardı :

– «Vostokpodzemstroy». Bu idarə tərəfindən diametri 2,5 metr olan yeraltı tunel qazıntısına başlanmışdı. Bu tunel məhz yağış suları üçün nəzərdə tutulurdu və ta ki, Zığa qədər uzanmalıydı. Tunel müəyyən qədər tikildi, sonra isə məlum səbəblərdən iş yarımçıq qaldı. O tunel tikintisini bərpa etmək və işə salmaq lazımdır.

P. S.

Bakıda hazırda bir neçə genişmiqyaslı yeni kanalizasiya və yağış suları kollektorunun tikintisi həyata keçirilir və planlaşdırılır. Ümid edək ki, bu tikintilər tezliklə başa çatar və yağış suları idarə olunar.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?
Bu gün, 17:14
Tacir Şahmalıoğlu: "Diabetlə birdəfəlik vidalaşdım" - Hansı əməliyyatı etdirib?
Bu gün, 17:10
Bakıda evlər bahalaşacaq, amma hamısı yox - Ekspertdən proqnoz
Bu gün, 17:06
Turizm şirkətinin rəhbəri xaricdə iş vədi ilə dələduzluqda ittiham edilir, məhkəməsi başlayır
Bu gün, 17:03
Bakıda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdıran şəxs qərardan şikayətçidir - BUNA GÖRƏ...
Bu gün, 17:00
“Əliyev Ermənistanın adını “Qərbi Azərbaycan” qoyub” - Harut Sassunyan
Bu gün, 16:56
Azərbaycanda şagirdlərin 48%-i müntəzəm olaraq süni intellektdən istifadə edir
Bu gün, 16:52
Putin ailəsi haqda sirri açdı: - “Atam və anam…”
Bu gün, 16:48
Fransanın yeni səfiri etimadnaməsini Ermənistan XİN-ə təqdim etdi
Bu gün, 16:46
ABŞ və İsraili peşman olmağa məcbur edəcəyik - Pezeşkian
Bu gün, 16:26
Anar Əsədli barəsində qərar verilib - MƏHKƏMƏ
Bu gün, 16:24
“Kanalizasiya yağış suyunu daşıya bilmir” - Bakıda selin əsas səbəbi açıqlandı
Bu gün, 16:22
Moskva ilə İrəvan arasında dərinləşən böhran - “Sən kişisən, yoxsa qadın?”
Bu gün, 16:20
Azərbaycanda şagirdlərin 48%-i müntəzəm olaraq süni intellektdən istifadə edir - DETALLAR...
Bu gün, 16:18
“Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır” - Levon Köçəryan - erməni mətbuatı
Bu gün, 16:16
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir - DİQQƏT!
Bu gün, 16:12
Ermənistan Avrasiya İqtisadi İttifaqına Rusiyadan şikayət edib - Ermənistan KİV
Bu gün, 16:10
Azərbaycanın məşhur bloqeri hava limanından buraxılmadı - VİDEO
Bu gün, 16:08
Ermənistanda 2 yeni “Rus evi” açılacaq - KİV
Bu gün, 15:59
Türkiyə Rusiya ilə yeni razılaşma imzalayır -“Blumberq”
Bu gün, 15:29
Rusiya Ermənistanda daha iki Rus Evi açır
Bu gün, 15:16
“Bu, ədalətli deyil!” - Ekspert parklanma ödənişlərinə etiraz edir
Bu gün, 15:13
İcra Hakimiyyəti bir milyonluq gül alır - DETALLAR
Bu gün, 15:11
“Polad məhəbbət uğrunda mübarizə aparır, mən isə...” – Şeyx Əbdüldən SƏS-KÜYLÜ açıqlamalar
Bu gün, 15:03
TƏBİB-in icraçı direktoruna yeni müşavir təyin edilib
Bu gün, 14:55
Dövlət Vergi Xidmətində maaş artımı niyə gecikir? - GÖZLƏRİ YOLDADIR
Bu gün, 13:12
Telli aparıcıları yıxıb-sürüdü: - “Quyruğunu basanın başından basacağam”
Bu gün, 13:07
Prokuror müğənni qardaşını öldürənə 19 il CƏZA İSTƏDİ
Bu gün, 13:04
Xırdalan və Bakıda 79 min manatlıq dələduzluq: Qurbanlar necə aldadılıb? - TƏFƏRRÜAT
Bu gün, 12:58
"Boğulurdum, hələ belə ağrı görməmişdim" - İnfarkt keçirən İlham Mirzəyev
Bu gün, 12:57
Bakıda qızını bıçaqlayan qadına hökm oxundu
Bu gün, 12:52
208 səhifəlik “Xütbələr” kitabının bir ədədinin çapı 23 manata başa gələcək - AY, MAŞALLAH...
Bu gün, 12:48
Erməni deputatdan Kərki ilə bağlı AÇIQLAMA: - “Paşinyan bu kəndi...”
Bu gün, 12:47
Paşinyanın “açıqlaması” Qazaxıstanı qarışdırdı - “Mən Tokayev deyiləm ki...”
Bu gün, 12:41
Armen Qriqoryan Baş Qərargah rəisi təyin olunur - “İravunk”
Bu gün, 12:39
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru vəzifəsindən azad edilib - ƏMR
Bu gün, 12:35
Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq - belə deyirlər...
Bu gün, 12:32
“Xalq Kapital İnvestisiya Şirkəti”ndən “Azərpoçt”a yeni təyinat - DOSYE
Bu gün, 12:27
Keçmiş bankir “SOCAR Petroleum”-dakı vəzifəsindən ayrılıb - FOTO
Bu gün, 12:23
“Xalq Kapital İnvestisiya Şirkəti”də yeni icraçı direktor təsdiqləndi - BUNDAN SONRA...
Bu gün, 12:18
AfD-nin qələbəsi: Almaniyada türkləri nə gözləyir? - Ekspertlərdən xəbərdarlıq
Bu gün, 12:16
"Ya gəlin məhsulunuzu düz-əməlli təhvil verin, ya da..." - NARAZILIQ VAR...
Bu gün, 12:09
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib - FOTOLAR
Bu gün, 12:03
YAP-ın VIII Qurultayına hazırlıq BAŞLANDI
Bu gün, 11:59
Bir evi bir neçə nəfərə satan iş adamına HÖKM OXUNDU
Bu gün, 11:57
16 il sonra qayıtdılar, trendi alt-üst etdilər - VİDEO
Bu gün, 11:36
"Ehdiparfum"un videosunu yayanları bu cəza gözləyir - ŞOK detallar
Bu gün, 11:35
“SOS” MMC-nin növbə rəisi həbs edildi: 20 min manatı qumarda uduzub - TƏFƏRRÜAT
Bu gün, 11:27
Zaur Mikayılov yenə də BAKINI SELƏ TƏSLİM ETDİ... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 11:18
"Öz şəhərimizi niyə yazaq ki?" - REAKSİYA
Bu gün, 11:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru