
Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayına hazırlıq başlayıb.
APA xəbər verir ki, artıq partiyanın rayon təşkilatlarının konfransları keçirilir.
Konfranslarda rayon təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyəti qiymətləndirilir, YAP-ın VIII Qurultayına nümayəndələr seçilir.
Qeyd edək ki, YAP-ın Nizamnaməsinə əsasən, qurultay Partiyanın İdarə Heyəti tərəfindən beş ildə bir dəfədən az olmayaraq çağırılır. YAP-ın VII qurultayı 2021-ci il martın 5-də keçirilib və növbəti - VIII Qurultay bu il keçirilməlidir.
YAP-ın VIII Qurultayının tarixi partiyanın İdarə Heyətinin iclasında müəyyənləşəcək.
























