Rusiya ordu qüvvələri Pokrovsk istiqamətində kvadrosikl və motosiklet kimi yüngül texnikadan istifadə etməklə yeni hücum əməliyyatlarına hazırlaşır.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Məlumata görə, Rusiya qüvvələri hücum qruplarının irəliləməsini təmin etmək üçün fəal şəkildə hava kəşfiyyatı aparır və hərəkət marşrutlarını minalardan təmizləyirlər:
"Məhz kvadrosikl və motosikletlərdən istifadə, böyük ehtimalla, Rusiya qüvvələrinin Ukrayna müdafiə xəttini yarmağa cəhd edərkən tətbiq edəcəyi əsas üsullardan biri olacaq".





















