"Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi kitabxana əməkdaşlarını attestasiyadan keçirib. Xeyli insanı işsiz qoyublar..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında keçmiş deputat Etibar Əliyev qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Mənim kitabxana işçilərinə böyük rəğbətim var.
Onlar cüzi məvaciblə ömürlərini kitab işinə həsr ediblər, şəraitsiz mühitdə çalışıblar və bu baxımdan xarakter və nəciblik etibarı ilə bir-birilərinə bənzəyirlər.
Kitabxana İşindən xəbərsiz olan Adil Kərimov onları anlaya bilməz.
İndiki dövrdə formal attestasiya adı ilə onları işsiz qoymaq adil əməl deyil.
Cənab nazir!
Ölkədə minlərlə kitabxana bağlanırsa, elə bunun özü işsizlik ordusu yaratmaqdır. Qalan kitabxanalarda çalışan kitabxanaçılara isə toxunmaq lazım deyil. Onların ən az təcrübəlisi kitabı sən nazirdən yaxşı bilir.
Attestasiya adı ilə insanları işsiz qoymaqdansa yeni nəsil kitabxanalar açın, qalan kitabxanaları yeni ədəbiyyatlarla təmin edin, bərbad durumda olan kitabxanalarda şəraiti yaxşılaşdırın, ən nəhayyət kitabxanaçıları kurslara cəlb etdikdən sonra prosesə başlayın..."





















