Göygöl rayonunun Yeni Zod kəndi ərazisində yerləşən “Xan Yurdu” etnoqəsəbəsində təşkil olunan V Milli Yaylaq Festivalında biabırçı mənzərə yaşanıb.
Xitab24.az xəbər verir ki, tədbirə qatılan bəzi qonaqlar ərazini çirkləndirməklə yadda qalıb.
Bunu edənlərin əksəriyyətinin isə festivalda ailəlikcə iştirak edənlərin olduğu bildirilir.
Qeyd edək edək ki, əsas təşkilatçısı Gənclər və İdman Nazirliyi olan Yaylaq Festivalının əsas məqsədlərindən biri milli-mənəvi dəyərlərimizi qorumaq, adət-ənənələrimizi gənc nəsillərə aşılamaqdır. Görünən bu biabırçı mənzərə isə fərqli düşünməyə əsas verir.





















