"Təmayül siniflərdə dərs deyəcək müəllimlərin müsahibəsi haqqında konkret heç bir məlumat verilmir. Bu isə obyektivlik, şəffaflıq prinsipinin pozulduğunu açıq-aydın göstərir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış təhsil eksperti Sakit Muradov qeyd edib.
O daha sonra fikrini belə davam etdirir; "Nə meyarlar var, nə də normal məlumat verilir. Ancaq boş maarifləndirmə işləri edilir. Sertifikasiya müsahibəsi ilə o müsahibənin nə fərqi var??? Ən əsası niyə fərqi var? Bu müəllimlər və şagirdlər arasında bu qədər ayrı-seçkilik yaratmaq kimə və nəyə lazımdır???
Məlumatlar yenə sirr kimi saxlaılır. Hansı ki pilot layihə kimi istifadə etdikləri yerdə də problemləri ört-basdır etməkdən birtəhər olmuşdular. Uğursuz olduğunu, problemləri ictimaiyyətdən gizlətməklə çətin bizim təhsilimiz inkişaf edər..."





















