Türkiyə NATO missiyası çərçivəsində Estoniyaya beş F-16 qırıcısı göndərəcək .....                     Rusiya kvadrosikl və motosikletlərlə böyük hücuma hazırlaşır .....                     Neft bazarında SENSASİON VƏZİYYƏT .....                     Ukrayna İran gəmisinə niyə hücum etdi? .....                     Ukrayna ABŞ-a İranla bağlı belə kömək edir .....                     Ağlar günə qalan Azərbaycan səhiyyəsi... .....                     “Bizim aydın şərtimiz var... .....                     "Nədən insanları məntiqsiz, avam sayırsız?!." .....                     "Məlumatlar yenə də SİRR KİMİ SAXLANILIR..." .....                     ETSN seyr edir: Xəzərsə ÖLÜM AYAĞINDA! .....                     Tokayev Putinin üzünə dedi ki... .....                     Kim Çen Inin bacısı KXDR-in nüvə statusunun geri dönməz olduğunu açıqlayıb .....                     Rusiya hücum etsə, döyüşməyəcəklər .....                     "Azəriqaz"da "LİKE" MƏRƏZİ .....                     Gültəkin Eynalovanı güllələyərək öldürən qatildən QEYRİ-ADİ HƏRƏKƏT .....                     Saleh Məmmədov QURUR... YARADIR! .....                     Ərdoğanın sədrliyi ilə AK Partinin iclası keçiriləcək .....                     "Yadda qalan məhz bunlardır..." .....                     Rusiyaya üç istiqamətdən təzyiq: Hindistan, Azərbaycan və Botsvana hərəkətə keçdi .....                     Bunu da İlham Əliyev edibmiş: bizim üçün çaşdırıcıdır! .....                     Odessa yaxınlığında raket zərbəsinə məruz qalan yük gəmisi batıb .....                     "Azaqrotexnika" MMC-nin dövlətə 86 min manatdan çox .....                     Tehrandan Rusiya və Gürcüstana uzanan layihə: Ermənistan əsas halqaya çevrilir .....                     Rumıniya Rusiyanın daha bir PUA-sını vurdu .....                     Müharibə Qırmızı dənizə və Xəzərə yayılır, .....                     MİLYONLARIN SEVİMLİSİ... .....                     Yaylaq Festivalında biabırçı mənzərə .....                     Naxçıvan gözləməməlidir: İnsanların səbri deyil, problemlər tükənməlidir! .....                     Ləğv olunan banklarla bağlı məhkəmədə .....                     Dənizdə batan Ümid müstəntiq işləyirmiş .....                     Azərbaycanlıların olduğu gəmiyə dron hücumu: 2 dənizçi itkin düşüb .....                     İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir .....                     Qazaxda Federasiya Kuboku yarışı keçirilib .....                     Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir .....                     İcra hakimiyyəti Qarabağ qazisinə qarşı! .....                     Bərdədə səhiyyə sistemi iflic durumda! .....                     Şəki xəstəxanasında ÖZBAŞINALIQ .....                     "Titulları necə aldıqlarını da bilirəm, mən efirdə olanda onlar yox idi..." .....                     “Bakı Qızlar Universiteti 35 il yaxşı idi, bu gün niyə qəfildən pis oldu?..” .....                     Salyan Melioservis İdarəsinin dövlətə 180 min manatdan çox BORCU VAR .....                 

Ukrayna İran gəmisinə niyə hücum etdi? - İNCƏLƏMƏ
Tarix: Bu gün, 08:20 | Çap et

Ukraynanın Xəzər dənizində İrana məxsus gəmini vurması bir çox suallara yol açır: Onsuz da başı Rusiya ilə dərddə olan Ukrayna niyə İranı da qarşısına alır? Rəsmi Kiyev İran savaşına müdaxilə etməklə nəyə nail olmaq istəyir? Bu müdaxilə ani bir xarakermi daşıyır, yoxsa Ukrayna öz müdaxilələrini davam etdirəcəkmi?
Zənnimcə, bu suallara doğru cavab tapmaq üçün Ukrayna-İran gərginliyinin bu günü ilə yanaşı, “tarix öncəsi”nə də nəzər salmaq lazımdır. Sirr deyil ki, İran-Ukrayna gərginliyinin “tarix öncəsi” 2020-ci ildən başlayır. Xatırlayırsınızsa, həmin ilin ilk günlərində ABŞ təyyarələri Bağdadda İranın “əfsanəvi generalı”, Qüds qüvvələrinin komandanı Qasim Süleymani və İraqdakı İranın proksi qüvvəsi sayılan Həşdi-Şabi generalı Mehdi el-Mühəndisini qətlə yetirmiş, İran-ABŞ müharibəsini başlatmışdı. İranın da bu hücuma cavabı özünü çox gözlətməmişdi. Bir neçə gündən sonra ABŞ-ın İraqdakı hərbi hissəsini vuran İran ardınca da Tehrandan Kiyevə uçan “Boeing 737-800” təyyarəsinə atəş açmışdı. Dəfələrlə açılan atəşdən sonra təyyarə qəzaya uğramış, nəticədə göyərtədə bulunan 176 nəfər həyatını itirmişdi. Yeri gəlmişkən bu qəza Ukraynanın aviasiya tarixində ən çox insan ölümüylə nəticələnən hadisə kimi yaddaşlara həkk olunmuşdu.
İran uzun müddət bu hadisəni gizli tutmağa çalışsa da, beynəlxalq aviasiya təşkilatlarının ortaya qoyduğu dəlillər qarşısında geri çəkilmiş və öz günahını etiraf etmək məcburiyyətində qalmışdı.
Nə yazıq ki, İranın Ukraynaya qarşı bu qanlı düşmənçiliyi həmin qəza ilə də bitməmiş, iki ildən sonra Rusiyanın Ukraynaya hücumu zamanı da təkrarlanmışdı. İran Rusiyaya verdiyi “Şahid” dronları ilə faktiki olaraq Ukraynada yaşanan faciələrin suç ortağına çevrilmişdi. Qısası, Ukraynanın İrana qarşı düşmənçiliyinin günahkarı Kiyev yox, Tehranın özüdür.
Bu kiçik “tarix öncəsi”ndən bu günümüzə qayıdarsaq, hesab edirəm ki, zorla düşmən olaraq seçilən Ukraynanın mövcud konfiqurasiyada özünə müttəfiqlər seçməkdən başqa çarəsi yoxdur. Bəs barəsində danışdığımız düşərgə seçimi hansı zərurətdən doğur?
Məsələ burasındadır ki, Ukraynanın İran gəmisinə hücumunu sadə məntiqlə izah etmək mümkün deyil. İlk növbədə ona görə ki, Ukrayna prezidenti Vladimir Zelenskinin özünün də etirafına görə, onların vurduğu gəmi İrandan Rusiyaya yox, Rusiyadan İrana silah daşıyırdı. Normal məntiqlə düşünsək, rəsmi Kiyev bu silah transferindən narahat olmamalı idi. Çünki həmin silahlar Ukraynanı yox, Körfəz ərəblərini vuracaqdı. Belə çıxır ki, Ukrayna həmin gəmini körfəz ərəblərinin maraqlarını qorumaq üçün nişan alıb. Elə məsələnin “püf nöqtəsi” də bu məqamda gizlidir.
Fikrimcə, Ukraynanın körfəz ərəblərinin maraqlarından çıxış etməsinin bir neçə səbəbi var:
1. Aydın hiss olunur ki, rəsmi Kiyev İran savaşı ilə Ukrayna müharibəsini sinxronlaşdırmaq niyyətindədir. Bu məsələdə onun bir neçə məqsədi ola bilər:
a) İran müharibəsi ilə Ukrayna müharibəsinin eyniləşdirilməsi həm ərəblər, həm də ukraynalılar üçün faydalıdır. Eyni cəbhədən çıxış etmək ərəblərə Ukrayna təcrübəsini və daha ucuz silahlar qazandırır. Ukraynalılar isə Rusiyaya qarşı müharibədə ərəb kapitalından faydalana bilərlər. Beləcə, Rusiyaya qarşı dronlarla tükəndirmə savaşını yürütmək daha da asanlaşmış olur;
b) Ərəb ölkələrinin İrana qarşı aktiv mübarizəyə qoşulması Rusiyanın ən yaxın müttəfiqini daha çox öz problemləri ilə uğraşmağa vadar edəcək və nəticədə Ukraynanın 1 nömrəli düşməni olan Moskva təklənəcək;
c) Çini yalnızlaşdırmaq və enerji təchizatından məhrum etmək üçün İrana hücum edən ABŞ-ın etibarlı müttəfiqlərə ehtiyacı var və ABŞ prezidenti Donald Tramp bunu gizlətmir, ən yaxın müttəfiqlik təşəbbüsünü də Avropa dövlətlərindən gözləyir. Əslində onun bu müttəfiqlikdən əsas gözləntisi isə İran problemini beynəlmiləlləşdirmək və hücumuna legitimlik qazandırmaqdır. Ukraynanın bu savaşa daxil olması həm ABŞ-a bu istədiyini verir, həm də Ukraynaya dünyanın super gücü ilə eyni cəbhədə yer almaq imkanı qazandırır;
2. İstər Ukrayna, istərsə də ABŞ İrana qarşı müharibə meydanında önəmli məsafələr qət edildiyinə inanırlar. İranın strateji obyektlərinin böyük əksəriyyəti sıradan çıxarılıb, Rusiya və Çinlə ticarət yolları vurulub. Bundan sonra sadəcə “sükanı belə saxlamaq lazımdır”, bunun üçün isə bahalı və ağır təxribatlar törədən ağır silahları İran cəbhəsində xərcləməyə ehtiyac yoxdur. Həmin dəqiq silahları Rusiyaya qarşı mübarizəyə yönəltmək, İranda isə Ukraynanın daha ucuz silahları ilə bərpa olunan obyektləri yenidən dağıtmaq olar;
3. Üstəlik, yeni cəbhələrdə döyüşmək həm də Ukraynanın hərbi sursat və texnikaları üçün yeni bazar anlamına gəlir. Necə olsa, getdikcə ətrafa yayılan və genişlənən İran müharibəsi qızışdıqca zəngin ərəb ölkələrinin də özlərini müdafiə etmək üçün Ukrayna dronlarına və raketlərinə ehtiyacı meydana gələcək, beləcə Ukraynanın hərbi zavodları daha aktiv fəaliyyətə başlaya biləcək;
4. İrana qarşı hücumlarda nəzərdə tutulan 4 cəbhənin açılması üçün ABŞ-ın əsas məqsədlərindən biridir və bu məqsədlə də şimal istiqamətindən də hərəkətə keçmək lazım idi. Məlum olduğu kimi planlaşdırılan 4 cəbhə əsasən bunlardan ibarətdir:
a) Qərb cəbhəsi:
Kürd separatçıları ilə Azərbaycan türkləri arasında ixtilaf salmaq və cənublu qardaşlarımızı da hərəkətə gətirmək;
b) Şimal cəbhəsi
Bu cəbhədə əslində Azərbaycan dövlətini proseslərə müdaxilə etməsi nəzərdə tutulsa da, rəsmi Bakı bu təxribata getmədi. Ona görə də şimal cəbhəsi müvəqqəti olaraq Ukraynaya həvalə olundu;
c) Cənub cəbhəsi
ABŞ-ın planında ərəb ölkələrinin Əhvazdakı soydaşlarına yardım etməsini xüsusi yer tutur. Körfəz dövlətlərini buna həvəsləndirilməsi və Ukrayna təcrübəsi ilə mübarizəyə qoşulması lazımdır. Onlara bu təcrübəni Ukraynadan başqa heç kim öyrədə bilməz;
d) Şərq cəbhəsi
Bəlucların mübarizəyə atılması. Bir neçə gün əvvəl bəlucların dini lideri Mövləvi Məhəmməd Ənvər Riginin öldürülməsi də buna xidmət edir. Dərd burasındadır ki, Sistan-Bəlucistan vilayətinin dini liderinin öldürülməsinin təsirləri yalnız İranla da məhdudlaşmaya bilər. Bu sui-qəsd Pakistanı da dərindən narahat edir və yaxın zamanlarda Pakistanda da sünni-şiə gərginliyini artıracağı da ehtimal xaricində deyil. Beləliklə, onsuz da Yəmən Husilərinin Babül-məndəb boğazını bağlamasından və Səudiyyə Ərəbistanına hücumundan narazı qalan Pakistan da Ənvər Riginin öldürülməsindən sonra İranı tərk edib sülh arayan vasitəçi dövlətdən cəbhə dövlətinə çevrilə bilər. Əks halda əhalisinin 80%-dən çoxu sünni müsəlmanlardan təşəkkül tapan Pakistanda ictimai narazılıqların qarşısını almaq mümkün olmaz.
5. Ukraynanın İran savaşına daxil olması Avropanın da prosesə müdaxiləsini tətikləyə bilər. Yuxarıda da qeyd etdiyimiz kimi, ABŞ-ın da ən böyük arzusu budur və NATO-nun Ankara zirvə toplantısının yekun bəyannaməsinə də məhz Trampın könlü xoş olsun deyə İran məsələsi salınmışdı. Kiçik bir qığılcımla Avropanın bəzi dövlətlərinin də İran savaşına çəkilməsi mümkündür. Və məncə, Ukraynanın İranla savaşa cəlb olunması da bu qığılcım rolunu oynaya bilər. Avropanın və ABŞ-ın İran savaşına daxil olması isə Ukrayna üçün ABŞ-ın dəstəyini qazanmaq anlamına gəlir. Odur ki, bu iki cəbhənin birləşdirilməsi həm ABŞ-ın, həm də Ukraynanın, həmçinin Avropadakı NATO-nun mövcudluğunu qorumaq istəyən bir çox dövlətlərin də maraqlarına uyğundur.
Qısası, Ukraynanın İran savaşına daxil olması təsadüfi deyil və ciddi strateji hədəflərə hesablanıb.
Müəllif: Heydər Oğuz - Mənbə: "DİA-AZ"








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Türkiyə NATO missiyası çərçivəsində Estoniyaya beş F-16 qırıcısı göndərəcək
Bu gün, 08:50
Rusiya kvadrosikl və motosikletlərlə böyük hücuma hazırlaşır - KİV
Bu gün, 08:48
Neft bazarında SENSASİON VƏZİYYƏT - UCUZLAŞMA...
Bu gün, 08:24
Ukrayna İran gəmisinə niyə hücum etdi? - İNCƏLƏMƏ
Bu gün, 08:20
Ukrayna ABŞ-a İranla bağlı belə kömək edir - "Fortune"
Bu gün, 08:02
Ağlar günə qalan Azərbaycan səhiyyəsi... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:49
“Bizim aydın şərtimiz var... - Biz hədəflərimizə çatmalıyıq”
Bu gün, 07:44
"Nədən insanları məntiqsiz, avam sayırsız?!." - ETİRAZ VAR!
Bu gün, 07:39
"Məlumatlar yenə də SİRR KİMİ SAXLANILIR..." - BU NƏDİ BELƏ?
Bu gün, 07:32
ETSN seyr edir: Xəzərsə ÖLÜM AYAĞINDA! - AXI NİYƏ?..
Bu gün, 07:20
Tokayev Putinin üzünə dedi ki... - GƏLİŞMƏ
Bu gün, 07:13
Kim Çen Inin bacısı KXDR-in nüvə statusunun geri dönməz olduğunu açıqlayıb
Bu gün, 07:05
Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu
Bu gün, 07:03
"Azəriqaz"da "LİKE" MƏRƏZİ - ARAŞDIRMA
Bu gün, 06:55
Gültəkin Eynalovanı güllələyərək öldürən qatildən QEYRİ-ADİ HƏRƏKƏT - TƏFƏRRÜAT
Bu gün, 06:44
Saleh Məmmədov QURUR... YARADIR! - Amma Azərbaycanda YOX!
Bu gün, 06:40
Ərdoğanın sədrliyi ilə AK Partinin iclası keçiriləcək - "TRT-Haber"
Bu gün, 06:28
"Yadda qalan məhz bunlardır..."
Bu gün, 06:26
Rusiyaya üç istiqamətdən təzyiq: Hindistan, Azərbaycan və Botsvana hərəkətə keçdi - NƏ BAŞ VERİR?
Bu gün, 06:23
Bunu da İlham Əliyev edibmiş: bizim üçün çaşdırıcıdır! – Ermənilər heyrət içində
Bu gün, 06:20
Odessa yaxınlığında raket zərbəsinə məruz qalan yük gəmisi batıb - "RBK-Ukrayna"
Bu gün, 06:19
"Azaqrotexnika" MMC-nin dövlətə 86 min manatdan çox BORCU VAR
Dünən, 15:30
Tehrandan Rusiya və Gürcüstana uzanan layihə: Ermənistan əsas halqaya çevrilir - DETALLAR
Dünən, 15:27
Rumıniya Rusiyanın daha bir PUA-sını vurdu
Dünən, 15:25
Müharibə Qırmızı dənizə və Xəzərə yayılır, ABŞ zərbələri dayandırıb, yeni cəbhələr açılır
Dünən, 15:23
MİLYONLARIN SEVİMLİSİ... - REPLİKA
Dünən, 12:38
Yaylaq Festivalında biabırçı mənzərə - AXI NİYƏ?..
Dünən, 12:34
Naxçıvan gözləməməlidir: İnsanların səbri deyil, problemlər tükənməlidir! - Ariz Cəfərov yazır...
Dünən, 12:28
Ləğv olunan banklarla bağlı məhkəmədə - 1 800 İŞ VAR
Dünən, 11:50
Dənizdə batan Ümid müstəntiq işləyirmiş - FOTO
Dünən, 11:37
Azərbaycanlıların olduğu gəmiyə dron hücumu: 2 dənizçi itkin düşüb - TƏFƏRRÜAT
Dünən, 11:31
İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir
Dünən, 11:28
Qazaxda Federasiya Kuboku yarışı keçirilib
Dünən, 09:37
Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir - Bərdə xəstəxanasında can bazarı...
Dünən, 09:32
İcra hakimiyyəti Qarabağ qazisinə qarşı! - MÜRACİƏT
Dünən, 09:28
Bərdədə səhiyyə sistemi iflic durumda! - NARAZILIQ VAR...
Dünən, 09:24
Şəki xəstəxanasında ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Dünən, 09:19
"Titulları necə aldıqlarını da bilirəm, mən efirdə olanda onlar yox idi..." - Çingiz Əhmədov onların yalanını ifşa etdi
Dünən, 09:13
“Bakı Qızlar Universiteti 35 il yaxşı idi, bu gün niyə qəfildən pis oldu?..” - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:11
Salyan Melioservis İdarəsinin dövlətə 180 min manatdan çox BORCU VAR - FOTO
Dünən, 09:05
Peskov Tokayevin Ukrayna ilə bağlı mövqeyindən danışdı - "Biz razı olmasaq da..."
Dünən, 08:56
SEPAH ABŞ-nin hərbi itkiləri ilə bağlı yeni iddia irəli sürdü - IRNA
Dünən, 08:53
Şəhid anası ACINACAQLI DURUMDA... - özü də GÜLLƏ YARASI ALIB...
Dünən, 08:35
Rövşən Nəcəf SOCAR-da nələrin baş verdiyini bilirmi? - Əgər bilirsə, BU NƏDİ BELƏ?
Dünən, 08:22
Uşaqlarınızı ölümə göndərməyin! - ÇAĞIRIŞ
Dünən, 08:10
AYNA rəhbərinin pul qazanmaqdan başqa həm də vəzifə borcu var... - GİLEY
Dünən, 08:06
Naxçıvanda CƏLİLOVŞİNA - Əmi də öz çömçəsi ilə gəlib...
Dünən, 07:56
Gürcüstanda ELEKTROŞOK - NƏ BAŞ VERİR?
Dünən, 07:37
ƏSL JURNALİSTİKA... - REPLİKA
Dünən, 07:26
"Kontakt Home"un "Qızıl Zəmanət"i də QƏLP İMİŞ... - FAKT BUDUR!
Dünən, 07:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru