İran ətrafında davam edən münaqişə yeni mərhələyə keçib.
Reuters xəbər verir ki, ABŞ-ın iki həftəyə yaxın davam edən hava zərbələrini ilk dəfə dayandırmasına baxmayaraq, qarşıdurma Yaxın Şərqdən kənara çıxaraq həm Qırmızı dəniz, həm də Xəzər dənizi istiqamətində genişlənib.
Eyni vaxtda İran Ukraynanı Xəzər dənizində İran bayrağı altında üzən ticarət gəmisinə hücum etməkdə ittiham edib. Tehran hadisə nəticəsində bir dənizçinin həlak olduğunu açıqlayıb və bunu regionda gərginliyin yeni istiqamətə yayılması kimi qiymətləndirib.
ABŞ isə 13 gecə ardıcıl davam edən hava hücumlarını dayandırıb. Bununla belə, Vaşinqton İrana qarşı tətbiq etdiyi dəniz blokadasının qüvvədə qaldığını bildirib. Reuters yazır ki, qərarın arxasında sursat ehtiyatları, hərbi hazırlıq səviyyəsi, enerji bazarlarına mümkün təsirlər və daha geniş regional eskalasiya riskləri ilə bağlı narahatlıqlar dayanır.
APA






















