Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi .....                     İsrail üçün Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də... .....                     Günel Natiq Rüfətdən yazdı: .....                     Təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam... .....                     GL Group ABŞ üzrə biznesinə yeni rəhbər .....                     Mamdani Netanyahunu həbs etmək hüququnun olmadığını deyib .....                     İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə veriləcək? .....                     Ramiz Mehdiyevin BOKT-si də BORCA DÜŞDÜ... BAĞLANA BİLƏR .....                     Cənub-şərq küləyi əsəcək .....                     «Yasamal Residence» MTK .....                     GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti TƏYİN EDİB .....                     SEPAH-dan Zəngəzurun yolunu bağlamaq HƏDƏSİ .....                     Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi .....                     Fon der Lyayen Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinin detallarını açıqlayıb .....                     ABŞ daha bir ölkədə hərbi əməliyyatlara başlaya bilər .....                     Hövsan sakinləri boğaza yığılıblar: .....                     “Tofiq Mirzəyev xoş xatirələr və gözəl filmlər qoyub getdi” .....                     İnvestisiya vədi ilə 121 min manatdan çox pul aldı, mərc oyunlarına xərclədi .....                     Evləri söküb yerində sənədsiz iri obyektlər tikirlər .....                     AQTA-nın işçisi Qarabağ Qazisini 20 min manat ZİYANA SALDI... .....                     Qısqanc kişi hoteldə sevgilisinə xəsarət yetirdi .....                     “Azdizayn Group” Mərkəzi Bankla MƏHKƏMƏDƏ .....                     Səki var, amma keçmək mümkün deyil .....                     “Mühacirlərin Prezidentə qarşı hər hansı hörmətsizliyi Almaniya dövlətinin adına yazıla bilərdi” .....                     Haqqında heç bir məlumat olmasa da, arxasında duran var... .....                     Hamı ondan danışır: Arzumu həbsdən buraxan hakim kimdir? .....                     Xəzər çəkilir... Kür quruyur..: NƏ OLACAQ? .....                     Azərbaycanda fəaliyyətdə olan Britaniya şirkətinin rəhbərliyinə təyinat olub .....                     “Prime Cotton” mühüm təyinat olub .....                     Mkrtçyan haqqında saxta şikayətlər: İrəvanın ikili standartları ifşa edilir .....                     Hüquqşünas alimə cinayət işi açıldı .....                     Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir .....                     Lavrovla Rubio görüşüb, danışıqlar 35 dəqiqə davam edib .....                     ABŞ İrana qarşı hücumlarda ilk dəfə B-1-dən istifadə etdi .....                     Həmid Herisçi kimə və nəyin minnətini vurur? .....                     "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək .....                     Azərbaycan neftinin qiyməti 100 dolları ötüb .....                     GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub .....                     Azərbaycanlılar və ermənilər YENİ qurum yaradır? .....                     Lavrov və Rubio arasında görüş başlayıb .....                 

SEPAH-dan Zəngəzurun yolunu bağlamaq HƏDƏSİ - Reaksiya
Tarix: Bu gün, 11:56 | Çap et

İranın əsas hərbi-siyasi gücü hesab olunan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH/İİKK) Zəngəzur dəhlizi ilə bağlı növbəti dəfə sərt mövqe nümayiş etdirib. Ermənistanda nəşr olunan “İravunk” qəzetinin SEPAH-dakı mənbəyə istinadən yaydığı məlumata görə, İran tərəfi Ermənistandakı müttəfiqlərinə narahat olmamağı tövsiyə edib və Zəngəzur dəhlizinin mövcud şərtlərlə açılmasının mümkün olmadığını bildirib.

Mənbənin sözlərinə görə, açıqlamada qeyd olunur: “Hörmüzü aça bilməyən eyni adam Qafqazda dəhliz açmağa çalışmayacaq. Onların Ermənistana səfərləri sadəcə nümayişdən başqa bir şey deyil. Zəngəzur dəhlizi yalnız İranın və bölgənin əsl sahiblərinin maraqlarına xidmət etdiyi təqdirdə açılacaq”.

SEPAH-a yaxın mənbənin bu fikirləri İranın Cənubi Qafqaz siyasətində dəyişiklik olmadığını göstərən növbəti siqnal kimi qiymətləndirilir. Rəsmi Tehran son illərdə dəfələrlə bəyan edib ki, regionda sərhədlərin dəyişdirilməsinə, İran-Ermənistan sərhədinin statusuna təsir göstərə biləcək istənilən layihəyə qarşıdır. İran rəsmiləri Zəngəzur dəhlizinin ekstraterritorial statusda fəaliyyət göstərməsi ehtimalını ölkənin milli təhlükəsizliyi baxımından risk hesab etdiklərini dəfələrlə vurğulayıblar.
SEPAH mənbəsinin açıqlamasında diqqət çəkən məqamlardan biri də "bölgənin əsl sahibləri" ifadəsinin işlədilməsidir. Bu, İranın Cənubi Qafqazda xarici güclərin, xüsusilə ABŞ və Qərbin təsirinin artmasına qarşı çıxmasının növbəti göstəricisi kimi dəyərləndirilir. Son aylarda ABŞ nümayəndələrinin və Qərb diplomatlarının Ermənistana intensiv səfərləri fonunda Tehranın bu cür açıqlamalar verməsi təsadüfi hesab edilmir. İran hesab edir ki, regionda formalaşan yeni geosiyasi reallıq onun strateji maraqlarını zəiflədə bilər.

Tehran üçün əsas məsələ yolun açılıb-açılmaması deyil, onun hansı hüquqi və siyasi mexanizmlə fəaliyyət göstərəcəyidir. İranın narahatlığı, ilk növbədə, Ermənistanla quru sərhədinin əhəmiyyətinin azalması, Türkiyə-Azərbaycan tandeminin mövqelərinin güclənməsi və Qərbin Cənubi Qafqazda daha fəal rol alması ilə bağlıdır. Bununla belə, SEPAH-a yaxın mənbənin "dəhliz açılmayacaq" bəyanatı daha çox siyasi mesaj və psixoloji təsir xarakteri daşıyır. Digər tərəfdən, İran son illər sərt ritorikasına baxmayaraq, regionda yaranmış yeni reallıqlarla hesablaşmaq məcburiyyətində qalıb. Bu səbəbdən Tehranın əsas məqsədinin layihəni tamamilə dayandırmaqdan daha çox, onun şərtlərinə təsir göstərmək və öz maraqlarını təmin etmək olduğu ehtimal edilir. SEPAH mənbəsinin "dəhliz yalnız İranın maraqlarına xidmət etdiyi halda açıla bilər" ifadəsi də məhz bu yanaşmanı əks etdirir.

Hazırkı mərhələdə görünən odur ki, Zəngəzur dəhlizi ətrafında diplomatik və siyasi mübarizə davam edəcək. İran sərt bəyanatlarla öz qırmızı xətlərini nümayiş etdirsə də, yekun qərar regional və beynəlxalq güclər arasında aparılan danışıqların nəticəsindən asılı olacaq. Buna görə də SEPAH-ın son açıqlaması daha çox Tehranın mövqeyini yenidən gündəmə gətirən siyasi xəbərdarlıq kimi qiymətləndirilə bilər.

Professor Qabil Hüseynli hesab edir ki, SEPAH adından erməni mediasına sızdırılan təhdid dolu bəyanat real olmaya bilər: "Bunu erməni mediasının və SEPAH-la bağlı qüvvələrin təxribatı da adlandırmaq mümkündür. Ancaq belə bir hədə varsa, çürük qoz kimi qiymətləndirirəm. İranın Zəngəzur dəhlizinin açılmasına əngəl olması real deyil. İlk növbədə İrana qarşı son əməliyyatlar onu taqətdən salmaqdadır və müqavimət gücü qalmayacaq. İkincisi, bu məlumatda Trampa işarə olunur. Amma söhbət ABŞ üçün strateji əhəmiyyət daşıyan logistikadan gedir. Artıq yola nəzarət edəcək şirkət və onun rəhbəri də məlumdur. Amma İran bu prosesə mane ola bilmədi. Bundan sonra nə edə bilər ki?!"

Q. Hüseynlinin sözlərinə görə, Ermənistan hakimiyyəti öhdəlik götürüb və TRİPP layihəsi həyata keçiriləcək: "İrəvan bu layihənin reallaşmasında maraqlıdır. Ermənistan ABŞ şirkətinin təhlükəsiz şəraitdə fəaliyyətinə də təminat verib. Ona görə İranın hər hansı müdaxiləsi ciddi cavab tədbirləri ilə nəticələnə bilər".

Professorun fikrincə, SEPAH bəzi təxribatlara cəhd edə bilər, lakin bu təhdidlər quru sözdən ibarətdir: "İranın qarnının sancısı budur ki, bu logistikadan ona da pay çatsın. Əslində, Rusiya da eyni niyyətdədir. Ona görə vaxtaşırı belə hədə-qorxu dolu cəfəng fikirlər səslənir. İranın üzləşdiyi problem onun başını elə qarışdırıb ki, Zəngəzur dəhlizinə müdaxilə edə bilməz. Ümumiyyətlə, bu layihə Çin və Avropanın maraqlarını da təmin etdiyi üçün cənub qonşumuz beynəlxalq bir marşruta hücum edərsə, cəzası ağır olar".

Musavat.com









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi
Bu gün, 12:49
İsrail üçün Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də... - İNCƏLƏMƏ
Bu gün, 12:47
Günel Natiq Rüfətdən yazdı: - İntihar edəcəyini deyirdi...
Bu gün, 12:44
Təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam... - artıq Azərbaycanın vizit kartına çevrilib!
Bu gün, 12:38
GL Group ABŞ üzrə biznesinə yeni rəhbər TƏYİN ETDİ
Bu gün, 12:28
Mamdani Netanyahunu həbs etmək hüququnun olmadığını deyib - KİV
Bu gün, 12:26
İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə veriləcək? - GƏLİŞMƏ
Bu gün, 12:24
Ramiz Mehdiyevin BOKT-si də BORCA DÜŞDÜ... BAĞLANA BİLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 12:18
Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:11
«Yasamal Residence» MTK – LƏĞV EDİLİR
Bu gün, 12:07
GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti TƏYİN EDİB - FOTO
Bu gün, 12:05
SEPAH-dan Zəngəzurun yolunu bağlamaq HƏDƏSİ - Reaksiya
Bu gün, 11:56
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi - MƏQALƏ
Bu gün, 11:53
Fon der Lyayen Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinin detallarını açıqlayıb
Bu gün, 11:52
ABŞ daha bir ölkədə hərbi əməliyyatlara başlaya bilər - “The Washington Post”
Bu gün, 11:50
Hövsan sakinləri boğaza yığılıblar: - "Su yoxdur, gələndə də çirkli olur"
Bu gün, 11:49
“Tofiq Mirzəyev xoş xatirələr və gözəl filmlər qoyub getdi” - Hacı İsmayılov
Bu gün, 11:47
İnvestisiya vədi ilə 121 min manatdan çox pul aldı, mərc oyunlarına xərclədi - MƏHKƏMƏ
Bu gün, 11:35
Evləri söküb yerində sənədsiz iri obyektlər tikirlər - Yasamalda yeni fırıldaq
Bu gün, 11:29
AQTA-nın işçisi Qarabağ Qazisini 20 min manat ZİYANA SALDI... - ETİRAZ!
Bu gün, 11:20
Qısqanc kişi hoteldə sevgilisinə xəsarət yetirdi - MƏHKƏMƏ
Bu gün, 11:13
“Azdizayn Group” Mərkəzi Bankla MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 11:12
Səki var, amma keçmək mümkün deyil – Aylardır problem niyə həll olunmur?
Bu gün, 11:10
“Mühacirlərin Prezidentə qarşı hər hansı hörmətsizliyi Almaniya dövlətinin adına yazıla bilərdi” - Tahir Kərimli
Bu gün, 11:06
Haqqında heç bir məlumat olmasa da, arxasında duran var... – Söhbət “MİNT SERVİCES” MMC-dən gedir
Bu gün, 10:53
Hamı ondan danışır: Arzumu həbsdən buraxan hakim kimdir? - DOSYE
Bu gün, 10:46
Xəzər çəkilir... Kür quruyur..: NƏ OLACAQ? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:41
Azərbaycanda fəaliyyətdə olan Britaniya şirkətinin rəhbərliyinə təyinat olub - DOSYE
Bu gün, 10:32
“Prime Cotton” mühüm təyinat olub - BUNDAN SONRA...
Bu gün, 10:31
Mkrtçyan haqqında saxta şikayətlər: İrəvanın ikili standartları ifşa edilir - AKTUAL
Bu gün, 10:21
Hüquqşünas alimə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 10:18
Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir – SƏBƏB
Bu gün, 10:12
Lavrovla Rubio görüşüb, danışıqlar 35 dəqiqə davam edib
Bu gün, 10:10
ABŞ İrana qarşı hücumlarda ilk dəfə B-1-dən istifadə etdi
Bu gün, 10:07
Həmid Herisçi kimə və nəyin minnətini vurur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:52
"Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək -UEFA Konfrans Liqası
Bu gün, 09:46
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
Bu gün, 09:45
GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub - Tarixi nailiyyət
Bu gün, 09:10
Azərbaycanlılar və ermənilər YENİ qurum yaradır? – REAKSİYA
Bu gün, 08:59
Lavrov və Rubio arasında görüş başlayıb
Bu gün, 08:57
Neftin qiyməti 96 dolları ötüb
Bu gün, 08:56
İlqar Məmmədov deputatı YIXIB-SÜRÜDÜ... - "Yüngül çəkili intellektuallar..."
Bu gün, 08:16
Camaat qaz vurub qazan doldurur.... - BİZ İSƏ...
Bu gün, 08:10
Rusiya da öz vətəndaşlarına SANKSİYA TƏTBİQ EDİR - BUNDAN SONRA...
Bu gün, 08:04
O andan sonra heç nə əvvəlki kimi olmur... - Günel Musa yazır...
Bu gün, 07:47
Kamal müəllim Monteneqroya NİYƏ GETMİŞDİ? - Biz deyirik İŞ DALINCA... Onlar deyir AŞ DALINCA!
Bu gün, 07:43
Qarşılayın: Karen Vardaryan... - REPLİKA
Bu gün, 07:36
Saleh Məmmədovun oğurladığı PULLAR Almaniyada ÜZƏ ÇIXDI
Bu gün, 07:21
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub - FOTOLAR
Bu gün, 07:15
Tural Sadıqlı Bakıya gəlir: Onun bağışlanacaq əməlləri... – Vəkil açıqladı
Bu gün, 07:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru