"Hələ 2015-ci ilin oktyabrın 28-də Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti Kəmaləddin Heydərovun Monteneqronun o zamabkı Baş naziri (sonradan ölkənin prezidenti) Milo Cukanoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü haqda məlumat yaymışdı..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Cavanşir Həsənli qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Məlumatda qeyd olunurdu ki, görüşdə ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində təcrübə müzakirə olunub.
Amma Montoneqro hökuməti və mətbuatı bu görüş haqda tamam fərqli məlumat yaymışdı. Qarşı tərəfin məlumatlarında bildirilirdi ki, görüşdə biznes, xüsusilə də qış turizmi və qida sənayesi sahəsində investisiya əməkdaşlığı müzakirə edilib..Üstəlik Cukanoviçi müşayiət edən heyətin tərkibi də maraqlı idi və görüşdə Montoneqronun İqtisadiyyat naziri Vladimir Kavariç, Davamlı inkişaf və turizm naziri Branimir Qvozdenoviç, Baş nazirin siyasi müşaviri Milan Roçen, Energetika və sənaye fəaliyyəti üzrə müşavir Ranko Miloviç iştirak edirdilər.
Bu görüşün rəsmi nağılları yox, ardı çox maraqlıdır..."
















