Mərkəzi Bankın protokol tərtib etdiyi MMC ilə bağlı məhkəmə qərarı
Mərkəzi Bank “Azdizayn Group” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) barəsində protokol tərtib edib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət 80 min ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən 2024-cü ildə Azərbaycandan kənara qabaqcadan ödəniş etməklə köçürüb.
Lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq, köçürülən ə vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməyib, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmayıb.
Mərkəzi Bank tərəfindən MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə yazılan protokol araşdırılması üçün İmişli Rayon Məhkəməsinə göndərilib.
Məhkəmə iclasında MMC-nin nümayəndəsi izahatında bildirib ki, malların gecikməsi yollarda olan problemdir.
“Avans kimi 80 min ABŞ dolları məbləğində pul köçürüldü. Həmin məbləğdə pulun müqabiləndə gətirilməli olan mallar üç dəfəyə gəldi. Həmin məbləğdən 51,4 min ABŞ dolları hissəsinə uyun olan mallar 2026-cı ildə iki dəfə olmaqla bəyan edilib”.
İmişli Rayon Məhkəməsinin qərarı ilə MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilib.













