Bakcell “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən yay festivalının tərəfdaşı qismində iştirak edib.
"DİA-AZ" xəbər verir ki, festival ölkənin müxtəlif regionlarından 2000-dən çox gənci bir araya gətirərək onların yeni bilik və təcrübələr qazanması, qarşılıqlı əlaqələrinin genişlənməsi və asudə vaxtlarının səmərəli təşkili üçün geniş imkanlar yaradıb. Gün ərzində iştirakçılar üçün idman və komanda yarışları, VR təcrübələri, masaüstü oyunlar, yaradıcılıq fəaliyyətləri və konsert proqramı təşkil olunub.
Bakcell festival çərçivəsində xüsusi brend zonası ilə təmsil olunub. Bu zonada gənclər müxtəlif interaktiv fəaliyyətlərdə iştirak edib, həmçinin Bakcell-in müasir rəqəmsal həlləri və xidmətləri barədə ətraflı məlumat əldə ediblər. Festival boyunca Bakcell brendi gənclərlə birbaşa ünsiyyət quraraq onların rəqəmsal təcrübəsini daha da zənginləşdirən fəaliyyətlərlə çıxış edib.
Bakcell gənclərin inkişafına, innovativ düşüncənin təşviqinə və rəqəmsal bacarıqların gücləndirilməsinə töhfə verən təşəbbüsləri dəstəkləməyə davam edir.




















