Zakir Quliyevdən şübhəli anlaşma .....                     ABŞ-ın son həftədə hücumlarında 38 nəfər ölüb, 400-dən çox yaralı var .....                     Azərbaycanın milyonlar qazanacağı liman və şəhər niyə bombalandı? .....                     "Toylara o dəbi ilk dəfə mən gətirdim" .....                     Sələmə pul istədi, imtina aldı, mübahisə qanla bitdi .....                     Günay Malikqızı işdən ayrılmasının səbəbini açıqladı .....                     İstefalar Ceyhun Cəlilovu BİTİRƏCƏKMİ? .....                     "Arzum"un cinayət işində ifadə verən şahid: “Hadisə zamanı “TikTok”da canlı yayımda paylaşım etmişdim” .....                     SEPAH ABŞ-ın Omandakı radar sistemlərinə zərbələr endirib .....                     Rusiyanın gələcəyi və dünya nizamı haqqında: .....                     “Biz İran üzərində güclü bir qələbə qazanırıq” .....                     Bakı Sağlamlıq Mərkəzi "Azəri Med" şirkəti ilə 5 milyonluq müqavilə bağlayıb .....                     Azərbaycan neftinin qiyməti 88 dolları ötüb .....                     Rusiya bazarı Ermənistan üçün bağlanır .....                     Sərxoş vəziyyətdə 154 baş qoyun oğurlayan şəxs anlaqsız sayıldı .....                     "Babala TV"nin təsisçisi Oğuzhan Uğur saxlanılıb .....                     “ARKOZ” Holdinq Babək sakinlərini BOĞAZA YIĞIB... .....                     Çin Amerikanın 220 milyon seçicisinin məlumatlarına giriş əldə edib .....                     Zərdabi ənənələrini qoruyan Azərbaycan mətbuatı .....                     Milli Azərbaycan mətbuatının yaranması və inkişafı .....                     Azərbaycan yeni hərbi-sənaye ittifaqı qurur .....                     Tıxaclar şairimizi də yorub... .....                     "Artıq ikinci dəfədir ki.." .....                     Bizim əlimiz çoxdan QƏLƏM TUTUR... .....                     Argentinanın qarşısına “Tiki-Taka” çıxacaq, YOXSA... .....                     Husilər İranın xahişinə "HƏ" dedilər .....                     "Dərsdənkənar məşğələlərin adı var, özü yoxdur..." .....                     Qida təhlükəsizliyimiz BU ADAMA ƏMANƏTDİR... .....                     Maşın almaq istəyənlər oxusun: Bu avtomobillər bahalaşacaq .....                     Babək Hüseynov gələcəyin RUZİSİNİ DƏ YEYİR .....                     Feyziyevin aşıb-daşan sərvəti... .....                     Bölmək... bölünmək o qədər asandır ki... .....                     "Qarabağ" son nöqtəni də gözəl qoydu... .....                     “İmişli”nin loqosu plagiatdır? .....                     6.7 milyondan çox borcu olan “Azfert” MMC kimindir? .....                     Başçı Şabranı zibilxanaya çevirib .....                     ABŞ-İran qarşıdurması genişmiqyaslı müharibəyə çevrilə bilər? .....                     Rusiya və İranın TRİP marşrutuna strateji təhdid olması gözlənilmir .....                     Doğrudanmı, Rusiya heç dəyişmək istəmir?! .....                     Trampın iştirakı Güney Qafqazdakı sülh üçün MÜHÜMDÜR .....                 

"Arzum"un cinayət işində ifadə verən şahid: “Hadisə zamanı “TikTok”da canlı yayımda paylaşım etmişdim” - TƏFƏRRÜAT
Tarix: Bu gün, 10:36 | Çap et

Yol qəzasında bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən "Arzum" ləqəbli tiktoker İlduzə Hacıyevanın cinayət işinin bəzi detalları məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Xəzər Rayon Məhkəməsində keçirilmiş prosesdə ittiham aktı elan olunub.

İttihama görə, hadisə 2025-ci il iyunun 27-də paytaxtın Xəzər rayonunun Mərdəkan–Qala avtomobil yolunda qeydə alınıb.

Belə ki, İlduzə Hacıyeva həmin gecə 00:53 radələrində “Star lizinq” MMC ilə bağladığı avtomobil icarəsi müqaviləsi əsasında idarə etdiyi "Changan Qiyuan A05 Plug-in Hybrid" markalı nəqliyyat vasitəsi ilə Qala istiqamətində hərəkətdə olub.

İstintaq müəyyən edib ki, sürücü "Yol hərəkəti haqqında" Qanunun tələblərinə əməl etməyərək hərəkət şəraitini düzgün qiymətləndirməyib, yol nişanlarının tələblərini nəzərə almadan sola dönmə manevri edib və qarşıdakı vəziyyətə tam nəzarət etmədən əks hərəkət zolağına çıxıb. Bu zaman onunla eyni istiqamətdə hərəkət edən və ötmə əməliyyatı aparan Amal Məlikovun idarə etdiyi "Mercedes-Benz D2" markalı avtomobil artıq təhlükəli məsafəyə yaxınlaşmış vəziyyətdə olub.

Araşdırma zamanı müəyyən edilib ki, "Changan" markalı avtomobil sürəti azaltmadan və ötmə əməliyyatının başa çatmasını gözləmədən dönmə hərəkətini davam etdirib. Nəticədə avtomobil "Mercedes"in arxa hissəsinə toxunaraq onun idarəetmədən çıxmasına səbəb olub. Toqquşmadan sonra "Mercedes" yolun kənarındakı beton maneəyə çırpılıb.

Qəza nəticəsində "Mercedes-Benz" avtomobilinin sürücüsü Amal Məlikov çoxsaylı ağır bədən xəsarətləri alıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, onda baş beynin ağır əzilməsi, kəllə sümüklərinin sınıqları, beyin toxumasına və beyin qişalarına geniş qansızmalar qeydə alınıb. Alınmış xəsarətlər onun hadisə yerində həyatını itirməsinə səbəb olub.

Qəza zamanı avtomobildə olan sərnişin Sənubər Muradova da ağır xəsarətlər alıb.

Ekspertiza onun baş-beyin travması, epidural hematoma, çoxsaylı qabırğa və körpücük sümüyü sınıqları, qaraciyər və dalağın cırılması, daxili qanaxma, dalağın çıxarılması (splenektomiya) və digər həyati təhlükəli xəsarətlər aldığını müəyyən edib.

Ekspertlər həmin xəsarətləri sağlamlığa ağır zərər kimi qiymətləndiriblər.

Cinayət işi materiallarında göstərilir ki, qəzadan sonra təqsirləndirilən şəxs hüquq-mühafizə orqanlarına məlumat verməyib. O, nə polis əməkdaşlarının gəlməsini gözləyib, nə də zərərçəkmişlərə yardım göstərib. İlduzə Hacıyeva idarə etdiyi avtomobillə hadisə yerini tərk edib.

Sonradan o, bağ evinə gedərək baqajını götürüb və əvvəlcədən aldığı bilet əsasında Almaniyaya yollanıb.

Məhkəmədə ifadə verən İlduzə Hacıyeva özünü təqsirli bilməyib.

O deyib ki, həmin gecə qızı və tanışı ilə birlikdə Qala yolunda hərəkətdə olarkən dönmə siqnalını əvvəlcədən verib və təxminən 60-70 km/saat sürətlə hərəkət edib. Avtomobili döndərərkən qəfil zərbə hiss edib.

Təqsirləndirilən şəxs iddia edib ki, arxadan gələn avtomobili görməyib və onun idarə etdiyi maşın digər nəqliyyat vasitəsinə toxunmayıb.

İlduzə Hacıyeva hadisədən sonra xəstəxanaya aparıldığını, daha sonra isə əvvəlcədən planlaşdırdığı uçuşla Almaniyaya getdiyini bildirib.

O əlavə edib ki, sosial şəbəkələrdə tanınmış şəxs olduğu üçün hadisədən sonra çoxsaylı hədə-qorxu mesajları alıb. Buna görə də Almaniyada olarkən istintaq orqanı ilə əlaqə saxlayaraq iş üzrə statusunu öyrəndiyini, ardınca çağırış aldıqdan sonra könüllü şəkildə Azərbaycana qayıdaraq ifadə verdiyini deyib.

Son sözündə isə himayəsində dörd azyaşlı övladının olduğunu, onlardan birinin autizm xəstəsi olduğunu bildirərək məhkəmədən ona bəraət verilməsini istəyib.

Həlak olan sürücünün hüquqi varisi məhkəmədə bildirib ki, hadisədən yalnız səhər saatlarında xəbər tutub. Onun sözlərinə görə, təqsirləndirilən şəxs nə hadisədən sonra ailə ilə əlaqə saxlayıb, nə də barışıq təşəbbüsü göstərib.

Hüquqi varis məhkəmədən onun qanunla nəzərdə tutulan ən ağır cəzaya məhkum edilməsini xahiş edib.

Qəza nəticəsində ağır xəsarət alan sərnişin Sənubər Muradova da məhkəmədə ifadə verib. O bildirib ki, hadisədən əvvəl "Mercedes" avtomobili qarşıdakı nəqliyyat vasitəsindən yol istəyib, sürücü bunun üçün işıq siqnalı verib. Lakin qarşıdakı avtomobil yol vermək əvəzinə qəfil sola dönərək onların hərəkət istiqamətinə çıxıb.

Zərərçəkmiş deyib ki, toqquşmadan sonrakı hadisələri xatırlamır. O, qəza nəticəsində ağır xəsarətlər aldığını, eşitmə qabiliyyətini itirdiyini qeyd edib.

Sənubər Muradova da İlduzə Hacıyeva ilə barışmadığını və onun cəzalandırılmasını istədiyini deyib.

Məhkəmədə dindirilən şahidlərdən biri bildirib ki, hadisə baş verən zaman avtomobildə "TikTok" platformasında canlı yayım aparırmış.

Onun sözlərinə görə, arxadan yüksək sürətlə gələn avtomobilin hərəkətini tam müşahidə edə bilməyib.

Şahid bildirib ki, qəzadan sonra dərhal təcili tibbi yardım çağırıb, daha sonra yaxınlıqdakı şəxslərin köməyi ilə yaralıları xəstəxanaya çatdırıblar.

Onun ifadəsinə görə, hadisədən sonra təqsirləndirilən şəxsin əvvəlcədən planlaşdırdığı xarici səfər səbəbindən bağ evinə gedilərək baqajı götürülüb və daha sonra hava limanına yollanıblar.

Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə İlduzə Hacıyevanın iştirakı ilə şahid qismində onun qızı da dindirilib.

Şahid deyib ki, hadisə baş verən gecə onlar evə qayıdaraq əvvəlcədən planlaşdırılmış xarici səfər üçün baqajlarını götürmək və daha sonra hava limanına yollanmaq niyyətində olublar.

Onun sözlərinə görə, anası avtomobillə hərəkət edərkən sola dönmək üçün əvvəlcədən dönmə işığını yandırıb və manevr etməyə başlayıb. Bu zaman arxadan gələn avtomobil onların yanından keçərək yol kənarındakı daşlara çırpılıb.

Şahid deyib ki, hadisədən dərhal sonra anası avtomobildən düşərək güclü həyəcan keçirib, diz üstə çöküb və titrəməyə başlayıb. Bir neçə nəfər hadisə yerinə yaxınlaşaraq onlara kömək edib və su verib.

Qızın ifadəsinə görə, onlar hadisə yerindən ayrılarkən polis əməkdaşları artıq yeni gəlirdilər. Daha sonra tanımadığı bir şəxs onları xəstəxanaya aparıb. Təxminən bir saatdan artıq xəstəxanada qaldıqdan sonra hava limanına yollanıblar.

Şahid əlavə edib ki, hava limanına gedərkən yenidən qəzanın baş verdiyi ərazidən keçiblər. Həmin vaxt hadisə yerində artıq heç kimin olmadığını gördüklərini bildirib.

Məhkəmə araşdırması zamanı zərərçəkmişlərin, şahidlərin ifadələri, məhkəmə-tibbi və avtotexniki ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları birlikdə qiymətləndirilərək təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti qaydalarını pozmaqla ölümə səbəb olma) və 264-cü (yol-nəqliyyat hadisəsi yerini tərk etmə) maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi sübuta yetirilmiş hesab edilib.

Məhkəmə araşdırması zamanı iş üzrə təyin edilmiş çoxsaylı ekspertiza rəyləri, videomüşahidə görüntüləri və digər sübutlar da tədqiq olunub.

Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi Mərkəzinin rəyinə əsasən, qəza nəticəsində həyatını itirən Amal Məlikovun aldığı çoxsaylı ağır kəllə-beyin travmaları, baş beynin əzilməsi, kəllə sümüklərinin sınıqları və digər xəsarətlər hərəkətdə olan avtomobilin salonunun sərt hissələrinə dəyərək əmələ gəlib. Ekspertiza həmin xəsarətlərin həyat üçün təhlükəli olduğunu və zərərçəkmişin ölümünün məhz yol-nəqliyyat hadisəsi zamanı aldığı travmalar nəticəsində baş verdiyini müəyyən edib. Həmçinin mərhumun qanında alkoqol, narkotik və ya güclü təsiredici maddələrin izinə rast gəlinmədiyi bildirilib.

Digər məhkəmə-tibbi ekspertiza rəyində isə sağ qalan sərnişin Sənubər Muradovanın aldığı xəsarətlərin – baş-beyin əzilməsi, kəllə sümüklərinin sınıqları, qabırğa və körpücük sümüklərinin sınıqları, qaraciyər və dalağın cırılması, daxili qanaxma və digər ağır travmaların həmin yol-nəqliyyat hadisəsi nəticəsində yarandığı, bu xəsarətlərin həyat üçün təhlükəli ağır bədən xəsarətləri hesab edildiyi göstərilib.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin nəqliyyat-trasoloji ekspertizası zamanı hər iki avtomobil üzərində aparılan tədqiqat nəticəsində "Mercedes-Benz" markalı avtomobildə aşkar edilmiş ağ rəngli lak-boya hissəciklərinin "Changan" markalı avtomobilin boya örtüyü ilə uyğunluq təşkil etdiyi müəyyən olunub. Bununla yanaşı, ekspertlər "Changan" markalı avtomobilin ön hissəsində sonradan təmir və rəngləmə işləri aparıldığını da müəyyən ediblər. Bu səbəbdən avtomobillərin toqquşmasının mexanizmini yalnız texniki baxımdan tam dəqiqliklə müəyyən etmək mümkün olmayıb.

Yol-nəqliyyat hadisəsi üzrə keçirilmiş digər ekspertiza isə sürücülərin hərəkətlərini ayrıca qiymətləndirib. Rəyə görə, "Changan" markalı avtomobili idarə edən təqsirləndirilən şəxs "Yol hərəkəti haqqında" Qanunun 42-ci maddəsinin tələblərini pozub və həmin qaydalara əməl etsəydi, qəzanın qarşısını almaq üçün texniki imkanı mövcud olub. Ekspertiza eyni zamanda “Mercedes Benz”in sürücüsünün hərəkətlərində “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin və 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olub, Amal Məlikovun hərəkətlərində “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olub və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olub.

Məhkəmədə təhlükəsizlik kamerasından əldə olunmuş videogörüntülər də nümayiş etdirilib. Həmin görüntülərdən müəyyən olunub ki, "Changan" markalı avtomobil sola dönmə manevri edərək əks hərəkət zolağına çıxıb. Elə həmin anda ötmə əməliyyatı həyata keçirən "Mercedes-Benz" markalı avtomobil onun yanından keçərkən avtomobillər arasında təmas baş verib. Zərbədən sonra "Mercedes-Benz" markalı avtomobil idarəetməni itirərək yolun kənarına çıxıb və maneələrə çırpılıb.

Videogörüntülərin təhlili zamanı ekspertlər müəyyən ediblər ki, "Mercedes-Benz" markalı avtomobil təhlükəsizlik kamerasının görüntü sahəsinə daxil olduğu andan toqquşma anınadək olan məsafəni təxminən bir saniyəyə, "Changan" markalı avtomobil isə dönmə manevrinə başladığı andan toqquşmaya qədər olan məsafəni təxminən bir yarım saniyəyə qət edib.

Bundan başqa, məhkəmədə təqsirləndirilən şəxsin pasport məlumatları da tədqiq olunub. Sənədlərdən onun müxtəlif tarixlərdə Azərbaycan Respublikasına daxil olub ölkəni tərk etdiyi, hadisədən sonra da xarici ölkəyə səfər etdiyi müəyyən edilib.

Hökmə əsasən, “Arzum” cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmək şərti ilə 5 il 2 ay azadlıqdan məhrum edilib. Tiktoker məhkəmə zalında həbs edilib. Məhkəmə hökm çıxararkən törədilmiş cinayətin ağır nəticələrini, habelə zərərçəkmiş tərəflə barışığın əldə olunmamasını yüngülləşdirici halların tətbiqinə mane olan amil kimi qəbul edib.

Qərardan narazı qalan İlduzə Hacıyeva apellyasiya şikayəti verib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zakir Quliyevdən şübhəli anlaşma – Müqavilə Əfəndi İsmiyevin hansı şirkəti ilə bağlanır
Bu gün, 11:36
ABŞ-ın son həftədə hücumlarında 38 nəfər ölüb, 400-dən çox yaralı var - İran Səhiyyə Nazirliyi
Bu gün, 11:22
Azərbaycanın milyonlar qazanacağı liman və şəhər niyə bombalandı? - GƏLİŞMƏ
Bu gün, 11:19
"Toylara o dəbi ilk dəfə mən gətirdim" - Mətanət İsgəndərli
Bu gün, 11:06
Sələmə pul istədi, imtina aldı, mübahisə qanla bitdi - MƏHKƏMƏ
Bu gün, 10:57
Günay Malikqızı işdən ayrılmasının səbəbini açıqladı - "...mənim üçün çətin idi"
Bu gün, 10:51
İstefalar Ceyhun Cəlilovu BİTİRƏCƏKMİ? - İLGİNC
Bu gün, 10:45
"Arzum"un cinayət işində ifadə verən şahid: “Hadisə zamanı “TikTok”da canlı yayımda paylaşım etmişdim” - TƏFƏRRÜAT
Bu gün, 10:36
SEPAH ABŞ-ın Omandakı radar sistemlərinə zərbələr endirib
Bu gün, 10:35
Rusiyanın gələcəyi və dünya nizamı haqqında: -“Bu, ən vacib sualdır”
Bu gün, 10:18
“Biz İran üzərində güclü bir qələbə qazanırıq”
Bu gün, 10:16
Bakı Sağlamlıq Mərkəzi "Azəri Med" şirkəti ilə 5 milyonluq müqavilə bağlayıb
Bu gün, 10:12
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
Bu gün, 10:03
Rusiya bazarı Ermənistan üçün bağlanır - 600 milyon dollar da batır
Bu gün, 09:58
Sərxoş vəziyyətdə 154 baş qoyun oğurlayan şəxs anlaqsız sayıldı – MƏHKƏMƏ
Bu gün, 09:53
"Babala TV"nin təsisçisi Oğuzhan Uğur saxlanılıb - "TRT Haber"
Bu gün, 09:43
“ARKOZ” Holdinq Babək sakinlərini BOĞAZA YIĞIB... - NARAZILIQ VAR...
Bu gün, 09:24
Çin Amerikanın 220 milyon seçicisinin məlumatlarına giriş əldə edib - Tramp belə deyir...
Bu gün, 08:36
Zərdabi ənənələrini qoruyan Azərbaycan mətbuatı - İsrafil Kərimovun yazısı
Bu gün, 08:15
Milli Azərbaycan mətbuatının yaranması və inkişafı - MƏQALƏ
Bu gün, 08:14
Azərbaycan yeni hərbi-sənaye ittifaqı qurur - GƏLİŞMƏ
Bu gün, 08:08
Tıxaclar şairimizi də yorub... - FOTO
Bu gün, 08:05
"Artıq ikinci dəfədir ki.." - GİLEY
Bu gün, 07:52
Bizim əlimiz çoxdan QƏLƏM TUTUR... - BU BİZİK...
Bu gün, 07:41
Argentinanın qarşısına “Tiki-Taka” çıxacaq, YOXSA... “Furia Roja"?
Bu gün, 07:36
Husilər İranın xahişinə "HƏ" dedilər - "Reuters"
Bu gün, 07:26
"Dərsdənkənar məşğələlərin adı var, özü yoxdur..." - BURA ƏSL BAZARDIR!
Bu gün, 07:22
Qida təhlükəsizliyimiz BU ADAMA ƏMANƏTDİR... - MALƏSƏF...
Bu gün, 07:15
Maşın almaq istəyənlər oxusun: Bu avtomobillər bahalaşacaq - ARAŞDIRMA
Bu gün, 07:09
Babək Hüseynov gələcəyin RUZİSİNİ DƏ YEYİR - Ayağımızda milyardlıq borclar var...
Bu gün, 07:07
Feyziyevin aşıb-daşan sərvəti... - BU HƏLƏ HARASIDIR Kİ...
Bu gün, 06:56
Bölmək... bölünmək o qədər asandır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:47
"Qarabağ" son nöqtəni də gözəl qoydu... - Ardı gəlsin!
Bu gün, 06:42
“İmişli”nin loqosu plagiatdır? - FOTO
Bu gün, 06:36
6.7 milyondan çox borcu olan “Azfert” MMC kimindir? - FOTO
Bu gün, 06:29
Başçı Şabranı zibilxanaya çevirib - Asif Hüseynov hansı günə o kürsünü məşğul edir ki...
Bu gün, 06:25
ABŞ-İran qarşıdurması genişmiqyaslı müharibəyə çevrilə bilər? - Partiya sədrindən PROQNOZ
Bu gün, 06:19
Rusiya və İranın TRİP marşrutuna strateji təhdid olması gözlənilmir - ŞƏRH
Bu gün, 06:15
Doğrudanmı, Rusiya heç dəyişmək istəmir?! - AKTUAL
Bu gün, 06:13
Trampın iştirakı Güney Qafqazdakı sülh üçün MÜHÜMDÜR - ÇÜNKİ...
Bu gün, 06:11
İsrail saxta erməni soyqırımını tanısa, o zaman yəhudi soyqırımını da şübhə altına alacaq... - Knesset Netanyahu kimi CIRTQOZ DEYİL
Bu gün, 06:08
Putinlə bağlı proqnoz Rusiyanı heyrətə gətirdi: İki tarix verilib – Kimin planıdır?
Bu gün, 06:03
"Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC qanunları BELƏ POZUR - FOTOFAKT
Bu gün, 06:02
Azərbaycanlı iş adamı ilə bağlı ABŞ məhkəməsi QƏRAR VERƏCƏK
Dünən, 18:02
Ermənistan Naxçıvanla bağlı bu qərarı gözləyir - KİV
Dünən, 17:58
“Azərbaycan Sənaye Bankı”nın nağd vəsaitləri 28%-dən çox azalıb - DETALLAR
Dünən, 17:56
Çarukyanın nələri varmış?! – Milyardları müsadirə edilir
Dünən, 17:42
Asiya İnkişaf Bankına yeni vitse-prezident TƏYİN EDİLİB
Dünən, 17:37
“Ölünü siyasi məqsədlərlə saxlamaq İslamda qəbuledilməzdir” - Tural İrfan
Dünən, 17:31
Özgür Özəlin quracağı yeni partiyanın adı nə olacaq? – Bəzi detallar açıqlanıb
Dünən, 17:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru