Çin Amerikanın 220 milyon seçicisinin məlumatlarına giriş əldə edib .....                     Zərdabi ənənələrini qoruyan Azərbaycan mətbuatı .....                     Milli Azərbaycan mətbuatının yaranması və inkişafı .....                     Azərbaycan yeni hərbi-sənaye ittifaqı qurur .....                     Tıxaclar şairimizi də yorub... .....                     "Artıq ikinci dəfədir ki.." .....                     Bizim əlimiz çoxdan QƏLƏM TUTUR... .....                     Argentinanın qarşısına “Tiki-Taka” çıxacaq, YOXSA... .....                     Husilər İranın xahişinə "HƏ" dedilər .....                     "Dərsdənkənar məşğələlərin adı var, özü yoxdur..." .....                     Qida təhlükəsizliyimiz BU ADAMA ƏMANƏTDİR... .....                     Maşın almaq istəyənlər oxusun: Bu avtomobillər bahalaşacaq .....                     Babək Hüseynov gələcəyin RUZİSİNİ DƏ YEYİR .....                     Feyziyevin aşıb-daşan sərvəti... .....                     Bölmək... bölünmək o qədər asandır ki... .....                     "Qarabağ" son nöqtəni də gözəl qoydu... .....                     “İmişli”nin loqosu plagiatdır? .....                     6.7 milyondan çox borcu olan “Azfert” MMC kimindir? .....                     Başçı Şabranı zibilxanaya çevirib .....                     ABŞ-İran qarşıdurması genişmiqyaslı müharibəyə çevrilə bilər? .....                     Rusiya və İranın TRİP marşrutuna strateji təhdid olması gözlənilmir .....                     Doğrudanmı, Rusiya heç dəyişmək istəmir?! .....                     Trampın iştirakı Güney Qafqazdakı sülh üçün MÜHÜMDÜR .....                     İsrail saxta erməni soyqırımını tanısa, o zaman yəhudi soyqırımını da şübhə altına alacaq... .....                     Putinlə bağlı proqnoz Rusiyanı heyrətə gətirdi: İki tarix verilib .....                     "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC qanunları BELƏ POZUR .....                     Azərbaycanlı iş adamı ilə bağlı ABŞ məhkəməsi .....                     Ermənistan Naxçıvanla bağlı bu qərarı gözləyir .....                     “Azərbaycan Sənaye Bankı”nın nağd vəsaitləri 28%-dən çox azalıb .....                     Çarukyanın nələri varmış?! .....                     Asiya İnkişaf Bankına yeni vitse-prezident .....                     “Ölünü siyasi məqsədlərlə saxlamaq İslamda qəbuledilməzdir” .....                     Özgür Özəlin quracağı yeni partiyanın adı nə olacaq? .....                     Sosial şəbəkələr televiziya və radionu geridə qoyurmu? .....                     Qaqauzlar Türkiyədən dəstək istədi: .....                     Xarici silahlı birləşmədə iştirak edən azərbaycanlı məhkum oldu: Aylıq 300-400 dollar alıb .....                     AQTA bələdiyyə sədrinin müavinindən 36 min manatlıq mebel alır .....                     Naxçıvan Səhiyyə Nazirliyi 5 milyonluq işi “Azəri Med”ə verdi .....                     "Villa Inn" otelində sevgilisini döydü .....                     “İzahatı çağırmağa gedəndə kostyumla çaya düşdüm” .....                 

Azərbaycan yeni hərbi-sənaye ittifaqı qurur - GƏLİŞMƏ
Tarix: Bu gün, 08:08 | Çap et

Bayraktarın NATO-nun Ankarada keçirilən sammitindən dərhal sonra Bakıya gəlməsi diqqət çəkdi; Türkiyə ilə yanaşı İtaliya, Ukrayna, Slovakiya, Çexiya ilə də birgə hərbi istehsala başlanması istiqamətində mühüm işlər görülür

Azərbaycan hərbi əməkdaşlıq coğrafiyasını ardıcıl şəkildə genişləndirir. Son günlər Bakıda baş tutan yüksək səviyyəli görüşlər göstərir ki, ölkə yalnız silah idxal edən dövlət kimi deyil, həm də regional hərbi-sənaye mərkəzi kimi mövqeyini möhkəmləndirmək istiqamətində yeni mərhələyə qədəm qoyur.
Bu kontekstdə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun İtaliya və Türkiyədən gələn nümayəndə heyətlərini qəbul etməsi xüsusi diqqət çəkir. Görüşlərin məzmunu göstərir ki, söhbət təkcə mövcud əməkdaşlığın davam etdirilməsindən deyil, daha geniş texnoloji və istehsal tərəfdaşlığının formalaşdırılmasından gedir.
İtaliya Müdafiə Nazirliyinin Milli Silahlanma İdarəsinin direktoru admiral Cakinto Ottavianinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişafı müzakirə olundu. Azərbaycan ilə İtaliya arasında hərbi-texniki əməkdaşlıq son illərdə əhəmiyyətli dərəcədə genişlənib. Bunun ən bariz nümunələrindən biri 2025-ci il 8 Noyabr Zəfər paradında nümayiş etdirilən İtaliya istehsalı olan hərbi nəqliyyat təyyarələri idi. Bu əməkdaşlıq Azərbaycanın NATO ölkələri ilə müdafiə sahəsində əlaqələrinin sistemli şəkildə inkişaf etdiyini göstərir.
Lakin daha böyük maraq doğuran hadisə Türkiyənin "Baykar" şirkətinin İdarə Heyətinin sədri Səlcuq Bayraktarın Bakıya növbəti səfəri oldu. Səlcuq Bayraktarın Zakir Həsənovla görüş zamanı pilotsuz uçuş aparatları, radioelektron mübarizə sistemləri, pilotsuz platformalar və yeni texnologiyaların birgə istehsalı kimi strateji istiqamətlər ətrafında geniş müzakirələr aparıldı.
Bayraktarın bu səfəri NATO-nun Ankarada keçirilən sammitindən dərhal sonra baş verir. Həmin sammit zamanı Ukrayna prezidenti Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə Azərbaycan, Türkiyə və Ukrayna arasında müdafiə sənayesi əməkdaşlığını xüsusi vurğulamış, "dron razılaşmaları"ndan bəhs etmişdi. Bu açıqlamalar fonunda Bakıda keçirilən görüşlər təsadüfi görünmür. Əgər proseslər planlaşdırıldığı istiqamətdə inkişaf etsə, regionda üç ölkənin texnoloji imkanlarını birləşdirən yeni hərbi-sənaye əməkdaşlığı formalaşa bilər. Son illərin bütün müharibələri göstərir ki, müasir döyüş meydanında əsas üstünlük artıq yalnız tank və artilleriya ilə deyil, pilotsuz sistemlər, süni intellekt və yüksək dəqiqlikli zərbə vasitələri ilə müəyyən edilir.
Rəsmi Bakı artıq yalnız ordunun təminatını deyil, həm də hərbi məhsulların ixracını prioritet istiqamətlərdən biri elan edib. Məqsəd silah ixracının illik həcmini 1 milyard dollara çatdırmaqdır. Bu baxımdan Türkiyə və potensial olaraq Ukrayna ilə yüksək texnologiyalar sahəsində qurulacaq istehsal zənciri Azərbaycanın beynəlxalq silah bazarındakı mövqeyini əhəmiyyətli dərəcədə gücləndirə bilər.

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Musavat.com-a dedi ki, Cənab Prezident IV Şuşa Qlobal Media Forumunda dünyanın qlobal təlatümlərinə münasibətdə “sakit həyat olmayacaq” fikrini səsləndirmişdi: “Azərbaycanı uzun illər Qarabağ Zəfərinə hazırlayan, iqtisadi-enerji və hərbi imkanlarını qalib siyasətin realizasiyasına səfərbər edən bir Lider yeni geosiyasi reallıqlar fonunda ölkəmizin hərbi imkanlarının daha da genişləndirilməsinin vacibliyini strateq duyumu ilə hiss edir. Odur ki, ölkəmizin müdafiə qabiliyyətinin və hərbi məhsulların ixracının artırılması, ordumuzun NATO standartlarında inkişaf etdirilməsi, arsenalımıza yeni silahların qəbul edilməsi, o cümlədən hərbi potensialın strateji tərəfdaşlarla birgə istehsal üsulu ilə daha da artırılması qarşıdakı dövrdə dövlətimizin əsas fəaliyyət istiqamətləri arasında yer alır. Hazırda Azərbaycan yüzdən artıq hərbi məhsul istehsal edir və onların bir qismi ixrac olunur. Xüsusilə Türkiyə ilə birgə istehsalın vacib əhəmiyyət daşıdığını qeyd etmək lazımdır. Qarşıdakı dövrdə Türkiyə ilə yanaşı İtaliya, Ukrayna, Slovakiya, Çexiya ilə də birgə hərbi istehsala başlanması istiqamətində mühüm işlər görülür. Xüsusilə Türkiyə-Ukrayna-Azərbaycan üçtərəfli əməkdaşlığı üzərində dayansaq, qeyd etmək lazımdır ki, burada Rusiya-Ukrayna müharibəsi və Azərbaycanın ədalətli, beynəlxalq hüquqa uyğun mövqeyi vacib məqam olaraq dəyərləndirilir. O cümlədən Qarabağ Zəfərindəki təcübənin mübadiləsi ikitərəfli hərbi əməkdaşlığa yeni çalar qatır. Belə ki, Qarabağ müharibəsi PUA-ların kütləvi istifadəsinin qlobal müharibə strategiyalarında mühüm dönüş nöqtəsi oldu. Artıq müharibələrdə sadəcə PUA-ların tətbiqi deyil, o cümlədən anti-PUA sistemlərinin inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycanın Türkiyə və Ukrayna ilə birgə bu sistemləri yaratmaq və inkişaf etdirmək istiqamətində əməkdaşlığı bir daha qlobal müharibə strategiyalarında dönüş yarada biləcək potensialı özündə daşıyır. Həmçinin İtaliya, Slovakiya, Çexiya Azərbaycanın Avropa İttifaqındakı əsas strateji tərəfdaşları arasında yer alırlar. Bu ölkələrlə birgə istehsal Azərbaycanın Qərbin hərbi imkanlarından faydalanmağa imkan verəcək. Ermənistanın xüsusilə Fransa ilə artan hərbi-strateji əməkdaşlığı fonunda Azərbaycanın bu siyasəti mühüm çəkindirmə vasitəsi olaraq dəyərləndirilə bilər. Hərbi-siyasi qüdrətimizin, Cənubi Qafqazda liderliyimizin qorunması həm də Zəfərimizin qorunması üçün əsas təminat olacaqdır”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Çin Amerikanın 220 milyon seçicisinin məlumatlarına giriş əldə edib - Tramp belə deyir...
Bu gün, 08:36
Zərdabi ənənələrini qoruyan Azərbaycan mətbuatı - İsrafil Kərimovun yazısı
Bu gün, 08:15
Milli Azərbaycan mətbuatının yaranması və inkişafı - MƏQALƏ
Bu gün, 08:14
Azərbaycan yeni hərbi-sənaye ittifaqı qurur - GƏLİŞMƏ
Bu gün, 08:08
Tıxaclar şairimizi də yorub... - FOTO
Bu gün, 08:05
"Artıq ikinci dəfədir ki.." - GİLEY
Bu gün, 07:52
Bizim əlimiz çoxdan QƏLƏM TUTUR... - BU BİZİK...
Bu gün, 07:41
Argentinanın qarşısına “Tiki-Taka” çıxacaq, YOXSA... “Furia Roja"?
Bu gün, 07:36
Husilər İranın xahişinə "HƏ" dedilər - "Reuters"
Bu gün, 07:26
"Dərsdənkənar məşğələlərin adı var, özü yoxdur..." - BURA ƏSL BAZARDIR!
Bu gün, 07:22
Qida təhlükəsizliyimiz BU ADAMA ƏMANƏTDİR... - MALƏSƏF...
Bu gün, 07:15
Maşın almaq istəyənlər oxusun: Bu avtomobillər bahalaşacaq - ARAŞDIRMA
Bu gün, 07:09
Babək Hüseynov gələcəyin RUZİSİNİ DƏ YEYİR - Ayağımızda milyardlıq borclar var...
Bu gün, 07:07
Feyziyevin aşıb-daşan sərvəti... - BU HƏLƏ HARASIDIR Kİ...
Bu gün, 06:56
Bölmək... bölünmək o qədər asandır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:47
"Qarabağ" son nöqtəni də gözəl qoydu... - Ardı gəlsin!
Bu gün, 06:42
“İmişli”nin loqosu plagiatdır? - FOTO
Bu gün, 06:36
6.7 milyondan çox borcu olan “Azfert” MMC kimindir? - FOTO
Bu gün, 06:29
Başçı Şabranı zibilxanaya çevirib - Asif Hüseynov hansı günə o kürsünü məşğul edir ki...
Bu gün, 06:25
ABŞ-İran qarşıdurması genişmiqyaslı müharibəyə çevrilə bilər? - Partiya sədrindən PROQNOZ
Bu gün, 06:19
Rusiya və İranın TRİP marşrutuna strateji təhdid olması gözlənilmir - ŞƏRH
Bu gün, 06:15
Doğrudanmı, Rusiya heç dəyişmək istəmir?! - AKTUAL
Bu gün, 06:13
Trampın iştirakı Güney Qafqazdakı sülh üçün MÜHÜMDÜR - ÇÜNKİ...
Bu gün, 06:11
İsrail saxta erməni soyqırımını tanısa, o zaman yəhudi soyqırımını da şübhə altına alacaq... - Knesset Netanyahu kimi CIRTQOZ DEYİL
Bu gün, 06:08
Putinlə bağlı proqnoz Rusiyanı heyrətə gətirdi: İki tarix verilib – Kimin planıdır?
Bu gün, 06:03
"Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC qanunları BELƏ POZUR - FOTOFAKT
Bu gün, 06:02
Azərbaycanlı iş adamı ilə bağlı ABŞ məhkəməsi QƏRAR VERƏCƏK
Dünən, 18:02
Ermənistan Naxçıvanla bağlı bu qərarı gözləyir - KİV
Dünən, 17:58
“Azərbaycan Sənaye Bankı”nın nağd vəsaitləri 28%-dən çox azalıb - DETALLAR
Dünən, 17:56
Çarukyanın nələri varmış?! – Milyardları müsadirə edilir
Dünən, 17:42
Asiya İnkişaf Bankına yeni vitse-prezident TƏYİN EDİLİB
Dünən, 17:37
“Ölünü siyasi məqsədlərlə saxlamaq İslamda qəbuledilməzdir” - Tural İrfan
Dünən, 17:31
Özgür Özəlin quracağı yeni partiyanın adı nə olacaq? – Bəzi detallar açıqlanıb
Dünən, 17:23
Sosial şəbəkələr televiziya və radionu geridə qoyurmu? - ARAŞDIRMA
Dünən, 17:19
Qaqauzlar Türkiyədən dəstək istədi: - Ankara nə edəcək?
Dünən, 17:08
Xarici silahlı birləşmədə iştirak edən azərbaycanlı məhkum oldu: Aylıq 300-400 dollar alıb - TƏFƏRRÜAT
Dünən, 17:04
AQTA bələdiyyə sədrinin müavinindən 36 min manatlıq mebel alır - BAZAR OLSUN...
Dünən, 17:03
Naxçıvan Səhiyyə Nazirliyi 5 milyonluq işi “Azəri Med”ə verdi - DETALLAR
Dünən, 17:01
"Villa Inn" otelində sevgilisini döydü - Məhkəmədə bağışlandı
Dünən, 17:01
“İzahatı çağırmağa gedəndə kostyumla çaya düşdüm” - “Qarabağ bülbülləri”nin solisti doğum günündə XATIRLANDI
Dünən, 16:49
İran hücum olacağı təqdirdə, husilərə strateji boğazı bağlamağı tapşırıb - “Reuters”
Dünən, 16:45
“ATF” MMC-nin həbs olunan icra başçısı ilə nə əlaqəsi var? - ARAŞDIRMA
Dünən, 16:29
“Rosatom”u Argentinadan qovdular - Yeni Prezident ABŞ-ni seçib
Dünən, 16:22
Zəngəzur dəhlizində işlərin başlanacağı TARİX
Dünən, 16:15
Ermənistanda partiya sədrinə məxsus əmlak İrəvan bələdiyyəsinə verilib
Dünən, 16:09
Körfəzdə dava düşür, amma turist sayı təkcə Azərbaycanda azalır: NİYƏ? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:04
Əməkdar jurnalist komaya düşdü - Vəziyyəti ağırdır
Dünən, 15:59
Paşinyandan ermənilərə “Nənə-baba” zərbəsi - News.am
Dünən, 15:47
Tether ABŞ sanksiyalarından sonra İranın 131 mln. dollarlıq kriptoaktivlərini dondurub
Dünən, 15:46
"3+3" formatı artıq Minsk Qrupuna çevrilməkdədir - ŞƏRH
Dünən, 15:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru