“Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsi Masallı, Ağstafa, Göyçay, Hacıqabul, Saatlı, Şamaxı, Tovuz, Naftalan, Xızı, Bərdə, Şabran, Siyəzən, Tərtər rayonlarının qəsəbə və kəndlərində su təchizatı şəbəkəsinin layihə-smeta sənədlərinin hazırlanması üzrə 17.04.2026-cı ildə başladığı aşıq tenderə yekun vurub. Müsabiqənin qalibi “HYDROTRANS ENGİNEERİNG MÜHƏNDİSLİK MƏRKƏZİ” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 153.400 manat dəyərində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır.
Qeyd edək ki, “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsi tərəfindən nəzərdə tutulmuş su təchizatı şəbəkəsinin layihə-smeta sənədlərinin hazırlanması üzrə keçirilmiş açıq tenderdə ehtimal olunan qiyməti 524.350,33 manat müəyyən edilmişdir. Satınalmalarının portalına yerləşdirilmiş bu məlumatlardan görsəndiyi kimi satınalan təşkilat olaraq Regional Su Meliorasiya Xidmətinin müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçı “HYDROTRANS ENGİNEERİNG MÜHƏNDİSLİK MƏRKƏZİ” MMC-nin təklif verərək qalib olduğu qiymətlər arasında kəskin fərq var.
Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.
Amma göründüyü kimi “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsi tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə nəinki 20 faizdən aşağı, hətta 70 faizdən də aşağı qiymət təqdim etmiş “HYDROTRANS ENGİNEERİNG MÜHƏNDİSLİK MƏRKƏZİ” ilə satınalma müqaviləsi bağlamağı planlaşlaşdırır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması ilə bərabər açıq tenderin saxtalaşdırılmasını söyləməyə əsaslar verir.
İndi gəlin görək “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsin qalib seçdiyi şirkət haqqında nə kimi məlumatlar var.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestri məlumatlarında “HYDROTRANS ENGİNEERİNG MÜHƏNDİSLİK MƏRKƏZİ” MMC-nin dövlət qeydiyyatına alınması barədə məlumat yoxdur. MMC-nin saytında “HYDROTRANS – ENGİNEERİNG” su və nəqliyyat infrastrukturunun layihələndirilməsi üzrə mühəndis mərkəzi 1989-cu ildə körpü mühəndisi İsmiyev Əfəndi Muradoviç tərəfindən yaradıldığı göstərilir.
Bəs “Regional Su Meliorasiya Xidməti” nin bağladığı müqavilədə göstərilən VÖEN hansı şirkətə məxsusdur.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “HYDROTRANS ENGİNEERİNG MÜHƏNDİSLİK MƏRKƏZİ” MMC-nin VÖEN-i (1000104731) kimi göstərilən eyniləşdirmə nömrəsi “MİRAS ENGİNEERİNG” Məhdud Məsuliyyətli Cəmiyyətinə aiddir. Reyestr məlumatlarında “MİRAS ENGİNEERİNG” MMC-nin 21.02.1995-ci ildə dövlət qeydiyyatına alındığı, 01.09.2004-cü ildə VÖEN-in aldığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 716.1 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, YASAMAL RAYONU, QURBAN XƏLİLOV, ev.8, qanuni təmsilçisi kimi isə Emina Khanum Omariyeva qeyd olunub.
Qeyd edək ki, “MİRAS ENGİNEERİNG” MMC-nin ünvanı həm də Əfəndi İsmiyevin sahibi olduğu Avro-Asiya İnşaat Korporasiyası EVRASCON Açıq Səhmdar Cəmiyyəti ilə eyni ünvanda yerləşir.
Reyestr məlumatlarına edilmiş dəyişiklikdə MMC-nin ilk qanuni təmsilçisi Şirinov Mənaf İsfəndiyar oğlu olub. Daha sonra Əliyev Natiq Balabəy oğlu MMC-nin qanuni təmsilçisi olub.
MMC-nin hazırki qanuni təmsilçisi Emina Khanum Omariyeva kimdir.
İnternet üzərindən apardığımız araşdırma zamanı məlum oldiu ki, Oмариева Эмина-Ханум Магомедовна Rusiyada, Республика Дагестан, г Махачкала, Батырая ул, д. 11, помещ. 814 ünvanda qeydiyyata alınmış ООО “Гидротранспроект” -in təsisçidir. Bundan əlavə xanım həm də Maxaçkala şəhərində daşınmaz əmlakın icarəsi ilə də məşğul olur.
Bundan əlavə rusprofile.ru portalına yerləşdirilmiş məlumata görə 21.05.2025-ci ildə Moskva şəhərində fərdi sahibkar kimi qeydiyyata alınıb.
Göründüyü kimi “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsin müqavilə bağladığı şirkət haqqında olan müxtəlif məlumatlar üst-üstə düşmür. https://hts.engineering/ portalına yerlədirilmiş məlumata görə “HYDROTRANS ENGİNEERİNG MÜHƏNDİSLİK MƏRKƏZİ” 1989-cu ildən fəaliyyət göstərir. VÖEN isə “MİRAS ENGİNEERİNG” MMC-yə aiddir.
Qeyd edək ki, “HYDROTRANS ENGİNEERİNG MÜHƏNDİSLİK MƏRKƏZİ” “MİRAS ENGİNEERİNG” MMC-yə aid VÖEN-lə son illər bir çox dövlət quqrumları tərəfindən keçirilmiş onlarla tendeerin qalibi olub. Maraqlıdır, bu dövlət qurumları VÖEN-i olmayan MMC ilə necə müqavilə bağlaya bilib? Yaxud da müqavilə niyə elə “MİRAS ENGİNEERİNG” MMC ilə bağlanılmır?
Qeyd edək ki, “Regional Su Meliorasiya Xidməti” Dövlət Su Ehtiyatları Agentliyinə tabeli publik hüquqi şəxsi kimi əvvəlki “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin varisidir. Regional Su Meliorasiya Xidmətinin rəisi isə uzun illər Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini olmuş Zakir Quliyevdir. O, bu vəzifəyə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun əmri ilə 26.06.2024-cü ildə təyin edilib.
Aktualinfo.net


















