Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək? .....                     AQTİ Qoşqar Təhməzlinin şirkətindən 4 milyonluq mal alacaq .....                     Turistlər Azərbaycana ən çox nə üçün gəlir? .....                     “Turan Bank”da iki departament direktoru təyin edilib .....                     UNEC-in “zoom” üçün ödədiyi məbləğ 71% artaraq 51 min manata çatıb .....                     “Türkiyə filmləri dublyaj olunmasın” təklifi: .....                     Azərbaycanda 4 nazir vəzifəsi boşdur .....                     “Benzini dərhal ucuzlaşdırın!” .....                     Tanınmış hakim təqaüdə göndərildi .....                     Azərbaycan yenə sözünü dedi .....                     100 min, 400 min, 2 mənzil... .....                     Ət idxalı artıb: Qiymətlər niyə düşmür? .....                     Biləcəridə qanunsuz tikinti, müqaviləsiz işçilər, yoxa çıxan nəzarət .....                     Putinin yaşı və ölkədəki böhran gözlənilməz ssenariləri istisna etmir .....                     Tiktoker "Beniz"in məhkəməsində .....                     “Həkim əməliyyatın ortasında dayandı ki, 1700 manat verməlisən” .....                     Paşinyana qarşı ŞOK PLAN .....                     Minlərlə insanın qatili, terrorçu Serj Sərkisyanı görəsən İsrail niyə ittiham etmir? .....                     Rusiyada benzin satışı avtomobillərin nömrə nişanına görə tənzimlənəcək .....                     Agentlik 100 min manatlıq şirkətə qadağa qoydu .....                     Ermənilərin Xankəndində tikdikləri... BU QURUM SÖKƏCƏK! .....                     Xamenei atasının dəfnində iştirak edəcək? .....                     İş tapmaq məqsədilə müraciət etmədiyi müəssisə qalmayıb... .....                     “Azərbaycanın Aİİ-yə üzvlüyünü əngəlləyən səbəblər .....                     “Ermənistanı hinduşka kimi böləcəklər...” .....                     Heydərov onu idarə rəisi təyin etdi .....                     Uitkoff və Kuşner bu gün Dohada İranla danışıqlar aparmayacaq .....                     NİYƏ BU AYNA... ƏYRİ GÖRÜR ÖZÜNÜ... .....                     Dollar və qızılın taleyi .....                     Ermənistan Konstitusiya Məhkəməsi seçki üzrə qərarını iyulun 4-dək açıqlayacaq .....                     Zaur Hacılı Mərkəzi Bankdan ayrılıb .....                     Azərbaycanda 10 milyonluq şirkət .....                     Bakıda 5-ci mərtəbədən yıxılan uşaq sağ qaldı .....                     “NEMETSKİ” SABİQLƏR: Keçmiş nazirlər “sadə azərbaycanlı” rolunda... .....                     Xalq artisti GÖZLƏMƏ MÖVQEYİNDƏ .....                     “Mars Overseas Baku LTD” MMC-də özbaşınalıq .....                     Sevgilisinin 90 mindən çox pulunu ələ keçirən bloqerin işi .....                     Saxta iş elanları: Qurbana çevrilməyin .....                     Praqmatizm və “kağız müharibəsi” .....                     Millət vəkilinin evindən qızıl alt paltarı tapıldı .....                 

Azərbaycan yenə sözünü dedi - İsrailin qərarı “Bir millət, iki dövlət”i bir daha təsdiqlədi
Tarix: Bu gün, 17:11 | Çap et

İsrail parlamentinin “erməni soyqırımı”nı tanıması yeni bir mənzərə yaradıb. Bu mənzərənin fonunda Azərbaycanın nümayiş etdirdiyi prinsipial mövqe xüsusi diqqət çəkir. Eyni zamanda bu hadisələr son illər müxtəlif platformalarda Azərbaycanı “İsrailə yaxın ölkə” kimi təqdim etməyə çalışan dairələrin iddialarını da yenidən müzakirə mövzusuna çevirdi.

Digər tərəfdən, bu proseslər Türkiyənin uzun illər Fələstin məsələsində sərgilədiyi ardıcıl siyasi və diplomatik dəstəyin fonunda Ankaranın eyni həssaslıqla qarşılıq görüb-görmədiyi sualını da gündəmə gətirdi. Tarixi faktlar, müxtəlif siyasi əlaqələr və regionun keçmişində baş vermiş hadisələr yenidən xatırlanmağa başladı. Heç şübhəsiz ki, Türkiyə üçün başladılan bu proses yeni siyasi nəticələr doğuracaq. Həmçinin, Azərbaycanın sərgilədiyi mövqe Ankara-Bakı strateji müttəfiqliyinin əsl mahiyyətini bir daha təsdiqləyir.

İsrailin qərarı regionda tərəfdaşlıq münasibətlərinə baxışı dəyişəcəkmi?

Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a bildirib ki, İsrail hökumətinin 1915-ci il hadisələri ilə bağlı qəbul etdiyi qərar bu gün regionda gedən daha böyük siyasi hesablaşmanın bir parçasıdır:

“Tarix burada sadəcə keçmişin xatırlanması deyil, müasir diplomatiyanın təzyiq alətinə çevrilmiş formasıdır. Əslində, bu məsələ yeni deyil. XIX əsrin sonlarından etibarən “erməni məsələsi” Osmanlı imperiyasına qarşı böyük güclərin istifadə etdiyi siyasi rıçaqlardan biri olub. O dövrdə də məsələ təkcə ermənilərin hüquqları ilə bağlı deyildi. Arxada Rusiya, Fransa, Böyük Britaniya və digər güclərin Osmanlını zəiflətmək, Anadolu üzərində təsir imkanlarını artırmaq hesabları dayanırdı. Yəni bu mövzu tarix boyu humanitar məsələ kimi təqdim olunsa da, çox zaman siyasi təzyiq mexanizmi kimi işlədilib. Bu gün də oxşar mənzərə yaranır. İsrail uzun illər bu məsələdə ehtiyatlı davranırdı. Çünki Türkiyə ilə münasibətlər, Azərbaycanla strateji tərəfdaşlıq və regiondakı güc balansı Təl-Əviv üçün önəmli idi. İndi isə Türkiyə-İsrail münasibətlərində gərginliyin artması, xüsusilə Fələstin məsələsində Ankaranın sərt mövqeyi bu həssas məsələni yenidən gündəmə gətirdi. Burada İsraili sadəcə ittiham etmək yox, onun diplomatik hesabını düzgün oxumaq lazımdır. Təl-Əviv bu addımla Türkiyəyə qarşı ən həssas mövzulardan birini siyasi masaya çıxarır. Amma məsələ ondadır ki, tarix parlamentlərin və hökumətlərin gündəlik siyasi qərarına çevriləndə bu, barışığa yox, yeni qarşıdurmalara xidmət edir. 1915-ci il hadisələri kimi mürəkkəb, tarixi, hüquqi və elmi mübahisə predmeti olan bir məsələnin indiki siyasi gərginliyin içində qərarlaşdırılması regionda etimadı daha da zəiflədir.

Azərbaycanın mövqeyi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bakı İsraillə illərdir praqmatik, təhlükəsizlik və enerji maraqlarına söykənən münasibətlər qurub. Amma buna baxmayaraq, Türkiyə ilə bağlı prinsipial məsələdə susmadı. Azərbaycan XİN-in bəyanatı göstərdi ki, Bakı üçün Ankara ilə müttəfiqlik gündəlik siyasi jest deyil, dövlət siyasətinin əsas xəttidir. “Bir millət, iki dövlət” prinsipi bu dəfə də şüar kimi yox, konkret diplomatik mövqe kimi ortaya çıxdı”.

Siyasi təhlilçinin sözlərinə görə, bu mövqe Türkiyə daxilində Azərbaycanı “İsrail yanlısı” kimi təqdim etməyə çalışan dairələrə də ciddi cavabdır:

“Azərbaycan İsraillə münasibətlərini öz milli maraqları əsasında qurur. Amma bu münasibətlər heç vaxt Türkiyə ilə strateji qardaşlıq xəttinin üstündən keçmir. Bakı bu dəfə də göstərdi ki, onun siyasəti emosional deyil, balanslıdır. Amma bu balansın dəyişməz qırmızı xətti də Türkiyədir. Bu proseslərin baş verməsi fonunda xüsusi diqqət çəkən başqa məqam da var. Türkiyə uzun illər Fələstin məsələsində böyük siyasi yük daşıyıb. Ankara İsraillə münasibətlərini dəfələrlə riskə atıb, beynəlxalq platformalarda Fələstinin mövqeyini müdafiə edib, bunun diplomatik və iqtisadi bədəlini də ödəyib. Amma İsrailin bu qərarı fonunda Fələstin tərəfindən Türkiyəyə eyni səviyyədə açıq və prinsipial dəstəyin görünməməsi Türkiyə ictimai rəyində haqlı sual yaradır: çətin məqamda kimin yanında kim dayanır? Tarixi yaddaşda da bu sualın izləri var. 1970–80-ci illərdə ASALA-nın türk diplomatlarına qarşı törətdiyi terror aktları, Livan mühitində bəzi radikal Fələstin fraksiyaları ilə ASALA arasında mövcud olmuş əlaqələr Türkiyə cəmiyyətinin yaddaşından silinməyib. Bu faktlar bugünkü Fələstin xalqına qarşı ittiham kimi təqdim edilməsə də, bu faktları tamamilə görməzdən gəlmək siyasi sadəlövhlük olar. Tarix bəzən dövlətlərə indiki dostluqların nə qədər möhkəm olduğunu yoxlamaq imkanı verir.

Bu hadisə Türkiyə üçün də ciddi dərsdir. Xarici siyasət yalnız dini həmrəylik, emosional yaxınlıq və ideoloji şüarlar üzərində qurula bilməz. Çünki beynəlxalq münasibətlərdə dostluq gözəl sözlərlə yox, böhran anında verilən reaksiya ilə ölçülür. Dövlətlərin yanında duranlar ayrı, tribunadan alqışlayanlar ayrıdır. İsrailin qərarı Ankara üçün narahatedici olsa da, eyni zamanda mühüm bir həqiqəti üzə çıxardı. Türkiyənin regionda ən etibarlı, ən ardıcıl və ən açıq siyasi dayağı Azərbaycandır. Bakı çətin məqamda susmadı. Tərəddüd etmədi. İsraillə münasibətlərin əhəmiyyətini nəzərə alsa da, Türkiyə ilə qardaşlıq xəttinin daha dərin və daha strateji olduğunu göstərdi. Azərbaycan həm də regiona açıq mesaj verdi: Bakı-Ankara xətti dəyişən siyasi konyunkturadan asılı deyil. Bu xətt gündəlik diplomatik hesabların yox, tarixi bağlılığın, strateji təhlükəsizliyin və qarşılıqlı etimadın üzərində dayanır. Bu hadisə bir daha göstərdi ki, real müttəfiqlik sözlə deyil, riskli məqamda ortaya qoyulan mövqe ilə sübut olunur. Azərbaycan həmin mövqeyi ortaya qoydu. Bununla həm Türkiyəyə, həm regiona, həm də Azərbaycanı yanlış təqdim etməyə çalışan dairələrə çox aydın mesaj verdi”.

Musavat.com











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək?
Bu gün, 18:07
AQTİ Qoşqar Təhməzlinin şirkətindən 4 milyonluq mal alacaq - ÖZ ƏLİ... ÖZ BAŞI...
Bu gün, 17:47
Turistlər Azərbaycana ən çox nə üçün gəlir? – ŞOK SƏBƏBLƏR
Bu gün, 17:44
“Turan Bank”da iki departament direktoru təyin edilib - ƏMR
Bu gün, 17:39
UNEC-in “zoom” üçün ödədiyi məbləğ 71% artaraq 51 min manata çatıb
Bu gün, 17:38
“Türkiyə filmləri dublyaj olunmasın” təklifi: - “Bəlkə, rusca danışaq?”
Bu gün, 17:35
Azərbaycanda 4 nazir vəzifəsi boşdur - SİYAHIDA BAŞQA POSTLAR DA VAR
Bu gün, 17:23
“Benzini dərhal ucuzlaşdırın!” – Trampın tələbi niyə iqtisadi reallığa uymur?
Bu gün, 17:20
Tanınmış hakim təqaüdə göndərildi - BUNDAN SONRA...
Bu gün, 17:18
Azərbaycan yenə sözünü dedi - İsrailin qərarı “Bir millət, iki dövlət”i bir daha təsdiqlədi
Bu gün, 17:11
100 min, 400 min, 2 mənzil... - “QANPULU” DAVASI
Bu gün, 16:48
Ət idxalı artıb: Qiymətlər niyə düşmür? - AKTUAL
Bu gün, 16:38
Biləcəridə qanunsuz tikinti, müqaviləsiz işçilər, yoxa çıxan nəzarət - BU NƏDİ BELƏ?
Bu gün, 16:34
Putinin yaşı və ölkədəki böhran gözlənilməz ssenariləri istisna etmir - Tofiq Zülfüqarov
Bu gün, 16:31
Tiktoker "Beniz"in məhkəməsində QALMAQALLI İFADƏLƏR
Bu gün, 16:29
“Həkim əməliyyatın ortasında dayandı ki, 1700 manat verməlisən” – Barmağı və dabanı amputasiya edilən şairin başına gələnlər
Bu gün, 16:23
Paşinyana qarşı ŞOK PLAN - İLGİNC detallar BU YAZIDA
Bu gün, 16:21
Minlərlə insanın qatili, terrorçu Serj Sərkisyanı görəsən İsrail niyə ittiham etmir?
Bu gün, 16:18
Rusiyada benzin satışı avtomobillərin nömrə nişanına görə tənzimlənəcək - BU DA OLDU!
Bu gün, 16:07
Agentlik 100 min manatlıq şirkətə qadağa qoydu – TENDERLƏRDƏ İŞTİRAK EDƏ BİLMƏYƏCƏK
Bu gün, 16:06
Ermənilərin Xankəndində tikdikləri... BU QURUM SÖKƏCƏK! - DETALLAR
Bu gün, 16:01
Xamenei atasının dəfnində iştirak edəcək?
Bu gün, 15:58
İş tapmaq məqsədilə müraciət etmədiyi müəssisə qalmayıb... - GİLEY
Bu gün, 15:46
“Azərbaycanın Aİİ-yə üzvlüyünü əngəlləyən səbəblər – Rusiyanın əbəs GÖZLƏNTİSİ
Bu gün, 15:01
“Ermənistanı hinduşka kimi böləcəklər...” – erməni politoloqdan SOS
Bu gün, 14:59
Heydərov onu idarə rəisi təyin etdi - ƏMR
Bu gün, 14:57
Uitkoff və Kuşner bu gün Dohada İranla danışıqlar aparmayacaq - Qətər XİN
Bu gün, 14:52
NİYƏ BU AYNA... ƏYRİ GÖRÜR ÖZÜNÜ... HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:45
Dollar və qızılın taleyi HƏLL EDİLİR
Bu gün, 13:10
Ermənistan Konstitusiya Məhkəməsi seçki üzrə qərarını iyulun 4-dək açıqlayacaq
Bu gün, 13:00
Zaur Hacılı Mərkəzi Bankdan ayrılıb - BUNDAN SONRA...
Bu gün, 12:59
Azərbaycanda 10 milyonluq şirkət – LƏĞV EDİLİR
Bu gün, 12:56
Bakıda 5-ci mərtəbədən yıxılan uşaq sağ qaldı
Bu gün, 12:47
“NEMETSKİ” SABİQLƏR: Keçmiş nazirlər “sadə azərbaycanlı” rolunda... - FOTO
Bu gün, 12:37
Xalq artisti GÖZLƏMƏ MÖVQEYİNDƏ - "Sponsor tapılsa, bu arzum reallaşacaq"
Bu gün, 12:32
“Mars Overseas Baku LTD” MMC-də özbaşınalıq - işçi narazıdır
Bu gün, 12:16
Sevgilisinin 90 mindən çox pulunu ələ keçirən bloqerin işi ALİ MƏHKƏMƏDƏ
Bu gün, 12:06
Saxta iş elanları: Qurbana çevrilməyin - DİQQƏT
Bu gün, 12:02
Praqmatizm və “kağız müharibəsi” – Leyen Bakıya nə üçün gəlir?
Bu gün, 11:59
Millət vəkilinin evindən qızıl alt paltarı tapıldı - Foto
Bu gün, 11:58
Pensiya ala bilmədən ölən kişilərin sayı son 26 ildə necə dəyişib? - SİYAHI
Bu gün, 11:55
“Kaspian Speşialist Servises” şirkətinin gəlirləri və mənfəəti azalıb
Bu gün, 11:53
Dövlət qurumu dərmanları qiymətindən baha satan “Zeytun Pharmaceuticals”dan qan torbaları alır – 1,5 MİLYON MANATLIQ
Bu gün, 11:50
Pezeşkiandan ABŞ-a mesaj: - Anlaşma ikitərəfli bir yoldur
Bu gün, 11:45
Yayın ən sevilən istiqamətlərini AZAL ilə kəşf edin: - Bu il tətil üçün hara getməli?
Bu gün, 11:41
TƏBİB sədrinin işdən çıxarmaq istədiyi direktor könüllü ərizə yazmır - İLGİNC
Bu gün, 11:33
Güney Qafqazda Rusiya - NATO toqquşması – Növbəti XƏBƏRDARLIQ
Bu gün, 11:30
Aqil Nəzərlinin ŞÜBHƏLİ TENDER ORTAĞI... - İLGİNC FAKTLAR...
Bu gün, 11:25
Naxçıvan “dərəbəy”inin Qurbanəli bəyliyi - REPLİKA
Bu gün, 11:09
SSRİ bayrağı qaldıran Səmədovdan İLGİNC ifadə
Bu gün, 11:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru