"Rayonlarda heyvan bazarlarını bağlayanların məntiqi nədir?" "DİA-AZ" xəbər verir ki, bu sualla çıxış edən tanınmış siyasi ekspert Əziz Əlibəyli əlaqədar qurum və şəxslərdən izahat istəyib.
O daha sonra fikrini belə davam etdirir: "Əhali onsuz da çətinlik çəkir. Öz qapısının mal-heyvanını satmağa bazar da qalmayıb. Kəndə köçü stimullaşdırmaq yox, əhalini kənddən qovmaqdır bu.
Başqa sözlə, bu günlərdə prezidentin rəhbərliyi ilə kənd təsərrüffatına dair müşavirə keçirildi. Orda verilən qərarlar nə zaman icra olunmalıdır?
Ortada bu boyda rayon(lar)un əhalisi niyə əziyyət çəkməlidir ki?.."
Qeyd edək ki, son günlər Gədəbəy rayonunda fermerlər heyvan bazarının olmaması səbəbindən etirazlarını ifadə etməkdədirlər.










