İsrail Türkiyəni “erməni soyqırımında” ittiham edir. Yaxşı bu yəhudilərin qorumaq istədiyi ermənilərin kütləvi şəkildə məhv etdiyi Azərbaycan xalqı barədə məlumatı varmı? Görəsən Netanyahu NİYƏ dostluq etdiyi, çörək kəsdiyi, Ermənistanda nazir sonra isə Prezident olan QATİL Serj Sərkisyan barədə knessetdə bir qərar çıxramır?
2000-ci ilin dekabrında Tomas de Vaal o zaman Ermənistanın müdafiə naziri, daha sonra prezident olacaq Serj Sarkisyandan müsahibə alıb Müsahibədən qısa çıxarış:
"Xocalıdan əvvəl azərbaycanlılar fikirləşirdilər ki, onlar bizimlə zarafat edirlər, onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıra bilməz. Biz bu stereotipi qıra bildik. Və budur baş verənlər."
Jurnalistin minlərlə adamın ölməsindən təəssüf keçirdib-keçirmədiyi barədə sualına Serj Sarkisyan utanmadan cavab vermişdir:
" Mən heç bir təəssüf keçirmirəm...hətta minlərlə əhali ölərsə bu cür sərt gedişlər zəruridir..."
Bəli, erməni terrorziminin bir üzvü, özünü dünyaya müstəqil dövlət kimi təqdim edən Ermənistana uzun illər rəhbərlik etmiş bir şəxs üçün minlərlə insanın ölümünə belə reaksiya verir.
Serj Sərkisyan 1954-cü ildə Xankəndidə anadan olub. Gənclik illərində separatçı hərəkatlarda və Qarabağ müharibəsində Ermənistan tərəfdən fəal iştirak edib, qondarma rejimin "özünümüdafiə komitəsi"nə rəhbərlik edib. Xocalı soyqırımı da daxil olmaqla, regionda azərbaycanlılara qarşı törədilən bir çox hərbi cinayətlərdə və etnik təmizləmə proseslərində birbaşa iştirakı və məsuliyyəti olan əsas fiqurlardan biridir.
1992-ci ildə Robert Köçəryan, Serj Sərkisyan və Arkadi Qukasyanın təşəbbüsü və Dünya Erməni Terror Təşkilatlarının dəstəyi ilə Livan, İraq və Suriyadan Dağlıq Qarabağa gətirilən kürd könüllülərindən təşkil edilən bir batalyon Azərbaycana qarşı döyüşürdü.
Bu terrorçular və xüsusilə Serj barədə elə erməni yazıçı, Livanda anadan olan Kardaş Onniq "Vəhşi Qəşəng: Qafqazın Axmaq Salnaməsi" adlı kitabında geniş faktlara yer verib.
Kitabın PDF vaersiyasının linkini yerləşdirirəm ki, oxuyun
O Serj Sərkisyan və Robert Köçəryanda daxil olmaqla Qarabağı işğal edən ermənilər barədə yazır:
“Erməni silahlıları azərbaycanlı mülki şəxsləri, o cümlədən qocaları və qadınları qətlə yetirdikdən sonra bu hərəkətləri ilə fəxr edirdilər. O, əsgərlərin öz aralarında "filan qədər türkü necə kəsdikləri" barədə söhbətlərini və bu canilikləri bir qəhrəmanlıq kimi bir-birinə danışmalarını dəhşətlə xatırlayıram. Şuşa işğal edildikdən sonra şəhər sistemli şəkildə qarət olunub. O yazır ki, ermənilər təkcə qiymətli əşyaları deyil, evlərin qapı-pəncərələrini, dam örtüklərini belə söküb Ermənistana daşıyırdılar. Erməni komandirləri əsgərlərə azərbaycanlıları insan kimi deyil, "məhv edilməli olan obyektlər" kimi təqdim edirdilər.”
Serj Sərkisyanın necə cinayətkar və insan qatili olmasını Xocalıda əsirlikdən azad edilən 9-yaşlı qızın sözlərindən aşkar görmək olar:
" Bizi sıraya düşmüşdülər, maşından düşən üç nəfər yaxınlaşdı. Onlardan biri barmağı ilə məni göstərdi, əsgərlər mənim qolumdan tutub sürüdülər onun yanına. O, əlini ataraq qulağımda olan qızıl sırğanı dartıb çıxardı. Qulağımdan qan axdığını görüb ucadan güldü. Məni təpiklə vurub itələdilər sıra tərəfə"
İndi qızın 42 yaşı var. Onun qulağından sırğanı dartıb qopardan isə Ermənistan prezidenti olmuş Serj Sərkisyan idi.
Xocalıdan cəmi bir neçə gün əvvəl Xocavənd rayonunun Qaradağlı kəndində törədilən qırğın da Sərkisyanın birbaşa rəhbərliyi və iştirakı ilə olub. Goranboy rayonunun Ballıqaya kəndində Ermənistan silahlı birləşmələrinin törətdiyi bu qətliam Sərkisyanın mərkəzi hərbi komandanlığı dövrünə təsadüf edir. Sərkisyan 1993-cü ildə Ermənistanın Müdafiə naziri postuna gətirildikdən sonra da Azərbaycan rayonlarının işğalı prosesini idarə edib. Bu işğallar zamanı mühasirədə qalan kəndlərin sakinləri kütləvi şəkildə qətlə yetirilib. Kəlbəcər rayonunun Ağdaban kəndinə edilən hücum, Sərkisyanın hərbi rəhbərliyinin ən qanlı səhifələrindən biridir. Kənd tamamilə yandırılıb və yer üzündən silinib
Sərkisyanın əmri ilə azərbaycanlı əsirlər erməni bölmələrinin önünə qatılaraq canlı qalxan kimi irəli verilir, minalanmış sahələrə yeridilirdi.
Sərkisyan Ermənistanın müdafiə naziri və sonradan ölkə rəhbəri olduğu dövrdə işğal edilmiş Azərbaycan şəhərlərinin sistemli şəkildə sökülməsi barədə əmrlər verib.
Beynəlxalq hüquqa görə, hərbi əməliyyatlara rəhbərlik edən şəxslər tabeçiliyində olan qüvvələrin törətdiyi müharibə cinayətlərinə görə birbaşa komandanlıq məsuliyyəti daşıyırlar. Sərkisyan həm Xocalı faciəsi, həm də ətraf rayonların işğalı zamanı qeyri-qanuni silahlı birləşmələrə rəhbərlik etdiyi üçün dinc sakinlərin qətlə yetirilməsi, əsir və girovlara işgəncə verilməsi proseslərinin birbaşa təşkilatçısı və məsul şəxsidir.
Prof.Dr.Zaur Aliyev - "DİA-AZ"









