“Bu, mənim ən böyük arzularımdan biridir”.
Bunu Yenicag.az-a açıqlamasında Xalq artisti, muğam ifaçısı Simarə İmanova deyib.
O, konsertinin reallaşması üçün sponsor dəstəyinə ehtiyacı olduğunu bildirib:
“Ən böyük arzularımdan biri Heydər Əliyev Sarayında sevənlərimin qarşısında solo konsert proqramı ilə çıxış etməkdir. Sarayda konsert vermək maddiyyat tələb edir. Bunu reallaşdırmaq üçün maliyyə dəstəyi lazımdır. Sponsor tapılsa, bu il arzumu həyata keçirəcəyəm. Bir məqamı da vurğulayım, istəmirəm sıradan, kəmiyyət xatirinə konsert verim. İstəyirəm konsertim yüksək səviyyədə baş tutsun.
Ümid edirəm o insan tapılar və konsertimə sponsorluq edər”.









