"Müəllimlər elm və təhsil naziri Emin Əmrullayevin statusunun altında şikayət etmişdilər. Götürdük ictimailəşdirdik və..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Həbibə Abdulla yazıb.
O daha sonra fikrini belə davam etdirir: "İctimailəşdirdik ki, problemin həll olunmasında bizim də payımız olsun. Necə hədə-qorxu gəlmişdilərsə, şikayət edən müəllimlər rəylərini silib, gecə ilə bizə zəng etdilər ki, yazını silin. Beləliklə nə düzələcək, necə düzələcək?..
...Məni daha çox yandıran müəllimlərin qorxmasıdır. Övladlarımıza həm də həyat dərsi verəcək olan, örnək olmalı olan müəllim nə günə salınıb..."









