Azərbaycan Mərkəzi Bankının Maliyyə monitorinqi üzrə siyasət və tənzimlənmə departamentinin direktoru vəzifəsindən ayrılıb.
Banker.az xəbər verir ki, söhbət Zaur Hacılı Nadir oğlundan gedir.
Adıçəkilən departamentdə direktor vəzifəsi hələlik vakantdır.
Qeyd edək ki, AMB-nin strukturunda fəaliyyət göstərən bu departamentin əsas məqsədi “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, Mərkəzi Bankın səlahiyyətləri çərçivəsində maliyyə institutları üzrə sahəvi risklərin təhlilini aparmaq, bu təhlilin nəticələri əsasında siyasəti müəyyənləşdirmək, habelə ətraflı, risk əsaslı tənzimləmə və nəzarət çərçivəsini formalaşdırmaqdır.
Departamentin strukturunda iki şöbə fəaliyyət göstərir.
Zaur Hacılı vəzifəsindən ayrılmazdan əvvəl, 10 iyun 2026-cı ildə Bakıda keçirilən “X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti”ndə çıxış etmişdi.









