Yaponiyada Okinava bölgəsinə yaxınlaşan tayfun səbəbindən ən azı 290 aviareys ləğv olunub. Təbii fəlakətin iyunun 2-də Okinavaya çatacağı gözlənilir.
Teleqraf xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Məlumata görə, ləğv edilən reyslər mayın 31-dən iyunun 2-dək Okinavadan uçmalı və ya həmin bölgəyə enməli olan təyyarələrə aiddir.
Yaponiyanın Milli Meteorologiya İdarəsinin məlumatına əsasən, tayfunun episentri hazırda Okinavanın cənubunda yerləşir və şimal istiqamətində hərəkət edir.
Sinoptiklər hesab edirlər ki, tayfun iyunun 1-də Amami adalarına, bir gün sonra isə Okinava prefekturasının əsas adasına çatacaq.
Səlahiyyətli qurumlar əhalini ehtiyatlı olmağa çağırıb və hava şəraitinin daha da pisləşə biləcəyi barədə xəbərdarlıq ediblər.









