Moskvanın İrəvana təhdidləri dayanmır .....                     Partiya sədri "Metropoliten" rəhbərliyini sərt TƏNQİD ETDİ .....                     Gizli Rusiya proqramı üzə çıxdı: .....                     Ermənistanın geosiyasi manevri .....                     Türkiyə erkən prezident seçkisinə gedir?.. .....                     Trampın sağlıq vəziyyəti açıqlanıb .....                     Pentaqon rəhbəri Yeni Zelandiyanı ABŞ-ın hərbi gücünə qarşı "parazit" adlandırıb .....                     Rusiya məşhur eksklavla təhdid edildi, Putin özündən çıxdı .....                     “Bakıda və Abşeronda həkimlə təmin olunma, hətta Avropa standartları səviyyəsindədir” .....                     Hələ uşaq ikən “Barselona”da oynayacağıma inanırdım .....                     Fanatını polisə şikayət edib .....                     Zəngilanda “Hünər-İnşaat” işlətdiyi fəhlələrin maaşını vermədi: ONLAR DA YOLU BAĞLADI .....                     Gürcüstanda iki ölkənin xeyrinə casusluq edən QHT rəhbəri həbs olunub .....                     Uşaqpulu... .....                     Azərbaycana Yaxın Şərqdən turist axını 14 % azalıb .....                     Efiopiya necə quruya həbs olunmuş ölkəyə çevrildi? .....                     Müəllimlərlə bağlı şok qərar VERİLDİ .....                     Belə olmaz, ay Səidə! .....                     Putindən Paşinyana “ikinci Ukrayna” HƏDƏSİ .....                     Külək nəticəsində Bakıda 41 ağac sınıb .....                     Qaz İxrac İdarəsinin işçiləri TROL ORDUSUNA çevrilib... .....                     Ermənistanın paraddakı "Canavar"ları saxta çıxdı .....                     Kritik seçkiyə 8 gün qalmış sorğunun nəticəsi .....                     Mətanət İskəndərlinin gəlini ilə Saleh Bağırov üz-üzə: Məhkəməlik qalmaqal başladı .....                     “Tədbir görülməsə fəsadlara yol aça bilər” .....                     Azərbaycan neftinin qiyməti 98 dollara düşüb .....                     Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırılıb .....                     Xalq artistindən ETİRAZ .....                     “Nə kamera var, nə də mühafizə, qeyri-rəsmi fəaliyyət göstərirlər” .....                     “Bir telefon zəngi ilə həll edərdim” .....                     MƏNZİL BÖHRANI DƏRİNLƏŞİR... .....                     Bu hoteldə dəsmaldan istifadəyə görə... ƏLAVƏ PUL ALINIR... .....                     "Bakıxanov Mall"un dam örtüyü uçdu .....                     BMT-nin xüsusi məruzəçilərinə verilən rüşvət və: .....                     Pambığın maya dəyəri və satış qiyməti açıqlandı .....                     Aİİ-dən çıxış Ermənistan üçün şok effekti yarada bilər .....                     UEFA Çempionlar Liqasının qalibi bu gün Budapeştdə müəyyənləşəcək .....                     “Əlimi itirdim, kömək əvəzinə hədə-qorxu gəldilər” .....                     Bayram günlərində də PUL YIĞIRLAR... .....                     AYNA-nın cərimə paradoksu .....                 

Rusiya məşhur eksklavla təhdid edildi, Putin özündən çıxdı – Sərt CAVAB
Tarix: Bu gün, 12:25 | Çap et

Rusiya Prezidenti Vladimir Putin Litvanıın xarici işlər naziri Kestutis Budrisin Kalininqrada hücumla bağlı açıqlamasına sərt reaksiya verib.

Budris bildirib ki, NATO ruslara Alyansın Kalininqrada hücum edə biləcəyini göstərməlidir. Putin isə Litva rəsmisinin açıqlamasına, “Rusiya Federasiyasının bunu etməyə çalışan hər kəsi yerlə yeksan etmək üçün bütün vasitələri var”, – sözləri ilə cavab verib.

Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, Vladimir Putinin Kalininqradla bağlı səsləndirdiyi sərt bəyanat ilk baxışdan Kestutis Budrisin açıqlamasına verilmiş emosional cavab təsiri bağışlasa da, əslində, bu polemika NATO ilə Rusiya arasında son illərdə formalaşan yeni strateji qarşıdurmanın mühüm elementlərindən biridir:

“Söhbət təkcə Baltik regionunda yerləşən bir eksklavın təhlükəsizliyindən deyil, Avropanın gələcək təhlükəsizlik arxitekturasının hansı prinsiplər əsasında formalaşacağından gedir.

Kalininqrad vilayəti Sovet İttifaqının dağılmasından sonra Rusiyanın ən həssas geostrateji nöqtələrindən birinə çevrilib. Rusiyanın əsas ərazisindən yüzlərlə kilometr uzaqda yerləşən bu eksklav Polşa və Litva ilə əhatə olunub, Baltik dənizinə çıxış imkanına malikdir. Moskva üçün Kalininqrad yalnız hərbi baza deyil. Bu ərazi Rusiyanın Avropadakı hərbi-siyasi mövcudluğunun simvolu, Baltik regionunda təsir imkanlarının əsas dayağı və NATO-nun şərq cinahına qarşı mühüm çəkindirmə vasitəsidir.

Son illərdə Kalininqradın əhəmiyyəti daha da artıb. Xüsusilə Finlandiya və İsveçin NATO-ya qoşulmasından sonra Baltik dənizinin demək olar ki, bütün sahilləri Alyansa üzv dövlətlərin nəzarəti altına keçib. Moskvanın baxışına görə, bu proses Rusiyanın Baltik regionundakı manevr imkanlarını məhdudlaşdırır və Kalininqradı daha böyük strateji təzyiq altında qoyur. Təsadüfi deyil ki, Rusiya son illərdə burada hava hücumundan müdafiə sistemlərini, raket komplekslərini və dəniz qüvvələrini gücləndirməyə çalışır”

Deputat bildirib ki, Litva xarici işlər nazirinin NATO-nun Kalininqrada hücum edə biləcəyini nümayiş etdirməli olduğu barədə bəyanatı da məhz bu kontekstdə qiymətləndirilməlidir:

“Baltik ölkələri və Polşa Ukrayna müharibəsindən sonra Rusiyanı Avropanın əsas təhlükəsizlik təhdidi kimi görürlər. Onların fikrincə, Moskvanın mümkün hərbi avantüralarının qarşısını almağın yeganə yolu güc nümayişi və çəkindirmə siyasətidir. Bu yanaşma NATO daxilində getdikcə daha çox tərəfdar qazanır. Alyansın şərq cinahında yerləşən dövlətlər hesab edirlər ki, Kremlin risk alma ehtimalını azaltmaq üçün onun strateji obyektlərinin də təhlükə altında olduğunu hiss etdirmək lazımdır.

Lakin burada diqqətdən qaçırılmamalı olan mühüm məqam mövcuddur. Kalininqrad Rusiyanın beynəlxalq hüquqla tanınmış ərazisidir. Buna görə də Moskva həmin bölgəyə qarşı istənilən hərbi əməliyyatı birbaşa Rusiyaya hücum kimi qiymətləndirəcək. Putinin “yerlə yeksan etmək üçün bütün vasitələrimiz var” ifadəsi də məhz bu məntiqə əsaslanır. Kreml bununla göstərməyə çalışır ki, Kalininqrad məsələsi Ukrayna və ya digər regional münaqişələrdən fərqli olaraq Rusiyanın suveren ərazisi ilə bağlıdır və burada cavab reaksiyasının miqyası tamamilə fərqli ola bilər”.

E.Mirzəbəyli qeyd edib ki, əslində, tərəflərin ritorikasında nüvə çəkindirmə amili açıq şəkildə hiss olunur:

“Soyuq müharibənin başa çatmasından sonra Avropada ilk dəfədir nüvə dövlətləri arasında qarşılıqlı hədələr bu qədər intensiv xarakter alır. NATO Rusiyanın hərbi potensialını məhdudlaşdırmağa çalışır, Rusiya isə nüvə arsenalını və strateji imkanlarını ön plana çıxarmaqla balans yaratmağa çalışır. Bu səbəbdən Kalininqrad ətrafında səslənən bəyanatlar təkcə regional xarakter daşımır, həm də qlobal təhlükəsizlik sisteminə təsir göstərən mesajlar kimi qəbul edilir.

Digər tərəfdən, nə NATO-nun, nə də Rusiyanın hazırkı mərhələdə birbaşa hərbi toqquşmada maraqlı olmadığı görünür. Ukrayna müharibəsi göstərdi ki, hətta məhdud regional münaqişə belə dünya iqtisadiyyatına, enerji bazarlarına və beynəlxalq təhlükəsizlik sisteminə ciddi təsirlər göstərə bilir. NATO ilə Rusiya arasında birbaşa müharibə isə artıq regional deyil, qlobal böhran ssenarisi demək olardı. Məhz buna görə tərəflər sərt bəyanatlar versələr də, praktik müstəvidə müəyyən qırmızı xətləri keçməməyə çalışırlar.

Bununla belə, risk tamamilə aradan qalxmış hesab edilə bilməz. Tarix göstərir ki, böyük müharibələr çox vaxt əvvəlcədən planlaşdırılmış qərarlardan deyil, yanlış hesablamalardan, səhv qiymətləndirmələrdən və ya lokal insidentlərdən başlayıb. Baltik regionunda hərbi fəallığın artması, hava və dəniz məkanında intensiv qarşıdurma elementlərinin yaranması belə riskləri artırır. Bu baxımdan Kalininqrad ətrafında səslənən qarşılıqlı təhdidlər sadəcə informasiya müharibəsinin elementi deyil, eyni zamanda Avropada təhlükəsizlik mühitinin nə qədər həssas vəziyyətə gəlib çatdığının göstəricisidir.

Mövcud reallıq onu göstərir ki, Kalininqrad artıq təkcə Rusiyanın eksklavı deyil, NATO-Rusiya münasibətlərinin gələcəyini müəyyənləşdirə biləcək əsas geosiyasi düyünlərdən birinə çevrilib. Bura ilə bağlı verilən hər bir siyasi bəyanat, hərbi təlim və ya diplomatik gərginlik Avropanın təhlükəsizlik sistemində daha geniş proseslərin tərkib hissəsidir. Putinlə Litva xarici işlər naziri arasında yaranmış polemika da məhz bu böyük geosiyasi qarşıdurmanın növbəti epizodu kimi qiymətləndirilməlidir. Bu qarşıdurmanın əsas mahiyyəti isə konkret ərazi üzərində nəzarətdən daha çox, XXI əsrdə Avropada güc balansının necə formalaşacağı uğrunda gedən mübarizədə özünü göstərir”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Moskvanın İrəvana təhdidləri dayanmır – Gərginlik pik həddə
Bu gün, 13:28
Partiya sədri "Metropoliten" rəhbərliyini sərt TƏNQİD ETDİ - "İşə gəlir mənbəyi kimi baxırlar"
Bu gün, 13:03
Gizli Rusiya proqramı üzə çıxdı: - 20 min uşaq qaçırılıbmı?
Bu gün, 13:01
Ermənistanın geosiyasi manevri - Rusiya asılılığından çıxış mümkündürmü?
Bu gün, 12:59
Türkiyə erkən prezident seçkisinə gedir?..
Bu gün, 12:55
Trampın sağlıq vəziyyəti açıqlanıb - Həkim arıqlamağı məsləhət görüb
Bu gün, 12:51
Pentaqon rəhbəri Yeni Zelandiyanı ABŞ-ın hərbi gücünə qarşı "parazit" adlandırıb - KİV
Bu gün, 12:47
Rusiya məşhur eksklavla təhdid edildi, Putin özündən çıxdı – Sərt CAVAB
Bu gün, 12:25
“Bakıda və Abşeronda həkimlə təmin olunma, hətta Avropa standartları səviyyəsindədir” - Müşfiq Məmmədli belə deyir...
Bu gün, 12:21
Hələ uşaq ikən “Barselona”da oynayacağıma inanırdım - Qordon
Bu gün, 12:13
Fanatını polisə şikayət edib - yazdığı şərhlərə görə...
Bu gün, 12:09
Zəngilanda “Hünər-İnşaat” işlətdiyi fəhlələrin maaşını vermədi: ONLAR DA YOLU BAĞLADI - NARAZILIQ VAR...
Bu gün, 12:05
Gürcüstanda iki ölkənin xeyrinə casusluq edən QHT rəhbəri həbs olunub - KİV
Bu gün, 11:54
Uşaqpulu... və ya dövlətin gələcəyi ilə müqaviləsi
Bu gün, 11:52
Azərbaycana Yaxın Şərqdən turist axını 14 % azalıb
Bu gün, 11:43
Efiopiya necə quruya həbs olunmuş ölkəyə çevrildi?
Bu gün, 11:41
Müəllimlərlə bağlı şok qərar VERİLDİ - TƏFƏRRÜAT
Bu gün, 11:38
Belə olmaz, ay Səidə! - REAKSİYA
Bu gün, 11:29
Putindən Paşinyana “ikinci Ukrayna” HƏDƏSİ – İrəvan QARIŞIR...
Bu gün, 11:20
Külək nəticəsində Bakıda 41 ağac sınıb - AÇIQLAMA
Bu gün, 11:18
Qaz İxrac İdarəsinin işçiləri TROL ORDUSUNA çevrilib... - Babaşov nəyi gizlətməyə çalışır?
Bu gün, 11:17
Ermənistanın paraddakı "Canavar"ları saxta çıxdı - Kəşfiyyatı belə aparacaqlar?
Bu gün, 10:58
Kritik seçkiyə 8 gün qalmış sorğunun nəticəsi - "Hökumət müxalifətin əlinə keçir...”
Bu gün, 10:50
Mətanət İskəndərlinin gəlini ilə Saleh Bağırov üz-üzə: Məhkəməlik qalmaqal başladı - TƏFƏRRÜAT
Bu gün, 10:48
“Tədbir görülməsə fəsadlara yol aça bilər” - aramsız yağan yağışlar torpaq sürüşmələrini aktivləşdirə bilər?
Bu gün, 10:39
Azərbaycan neftinin qiyməti 98 dollara düşüb
Bu gün, 10:36
Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırılıb - SƏBƏB
Bu gün, 10:35
Xalq artistindən ETİRAZ - “Ərizəmi yazıb çıxdım, 6 ay tamaşa hazırlayırsan, 1 dəfə göstərilir”
Bu gün, 10:24
“Nə kamera var, nə də mühafizə, qeyri-rəsmi fəaliyyət göstərirlər” - Turistlərin gecələdiyi hostellərə nəzarət varmı?
Bu gün, 10:23
“Bir telefon zəngi ilə həll edərdim” - Köçəryan müharibədən danışdı
Bu gün, 10:15
MƏNZİL BÖHRANI DƏRİNLƏŞİR... - Bakı üçün təhlükə siqnalı
Bu gün, 10:11
Bu hoteldə dəsmaldan istifadəyə görə... ƏLAVƏ PUL ALINIR... - "Bu qədər böyük hoteldə..."
Bu gün, 09:53
"Bakıxanov Mall"un dam örtüyü uçdu - TƏHLÜKƏLİ ANLAR (VİDEO)
Bu gün, 09:43
BMT-nin xüsusi məruzəçilərinə verilən rüşvət və: - seçici xarakterli “müstəqillik”
Bu gün, 09:37
Pambığın maya dəyəri və satış qiyməti açıqlandı – Rayonlar üzrə siyahı
Bu gün, 09:35
Aİİ-dən çıxış Ermənistan üçün şok effekti yarada bilər – Gizli hesablar üzə çıxır
Bu gün, 09:32
UEFA Çempionlar Liqasının qalibi bu gün Budapeştdə müəyyənləşəcək
Bu gün, 09:27
“Əlimi itirdim, kömək əvəzinə hədə-qorxu gəldilər” – Ağsu sakini ÇARƏSİZ DURUMDA
Bu gün, 09:25
Bayram günlərində də PUL YIĞIRLAR... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 09:20
AYNA-nın cərimə paradoksu - Günah mobil operatorun üzrəinə atılır…
Bu gün, 09:03
Tənqidi fikirlərə belə dözümsüzdürlər... - "Mənfi rəyləri də silirlər..."
Bu gün, 08:54
DSX əməkdaşı jurnalisti döyməklə hədələdi - "Maska taxıb…"
Bu gün, 07:23
Satışda açıq-aşkar TƏHLÜKƏ... - BU NƏDİ BELƏ?
Bu gün, 07:20
Nağdsız hesablaşmalar: İqtisadiyyata nə verdi? - ARAŞDIRMA
Bu gün, 07:15
Ermənistanın silahlanma tempi onun sülh səylərini dəfələrlə üstələyir... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 07:13
Ermənistandan "əzələ nümayişi": Paşinyan sülhü yox, müharibəni seçir? - GƏLİŞMƏ
Bu gün, 07:12
Putinin köməkçisi elan etdi, Ermənistanla bağlı sənəd qəbul olundu - Hədəf Paşinyandır...
Bu gün, 07:02
Əslində qərarı Putin verir, digərləri də... - AKTUAL
Bu gün, 07:00
"Bu münasibət sərnişinlərə qarşı hörmətsizlikdir" - NARAZILIQ VAR...
Bu gün, 06:53
"Neçə illərdir deyirəm ki, bu hava şəraiti dünyada idarə olunur..." - Nura Suri
Bu gün, 06:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru