"Hazırda ipoteka ilə yüklü olan bir mənzili almaq prosesindəyəm. Bank tərəfindən bildirildi ki, alqı-satqının həyata keçirilməsi üçün əvvəlcə mövcud ipoteka tam bağlanmalı, mənzil girovdan çıxarılmalı, daha sonra isə mənim adıma yenidən ipoteka rəsmiləşdirilməlidir.
Mənim xarici səfərimlə əlaqədar olaraq bu prosesin ən geci 4 iyun tarixinədək yekunlaşdırılması vacib idi və dəfələrlə əməkdaşlara bildirmişdim!
Qeyd etmək istəyirəm ki, bu məsələ ilə bağlı ilk müraciətimi hələ 13 may tarixində ABB Bankın Səbail filialına etmişəm. Lakin bildirildi ki əməkdaşların dövlət ipotekasına görə iş yükünün çox olması səbəbindən işimin icra prosesi gecikdirilir və proses sürətlənməsi üçün online ipoteka prosesinə başlamağımı məsləhət gördülər.
İlkin sənəd prosesi çox sürətli oldu və ev sahibi 25 may tarixində ipoteka borcunu tam bağlayıb və girovun ləğvi üçün tələb olunan 53 AZN dövlət rüsumunu ödəyib. LAKİN BANK ƏMƏKDAŞI SƏNƏDLƏRİN FİLİALDA İTDİYİNİ BİLDİRİB!!! Növbəti gün ayın 26sı əlaqə saxlayıb bildiriblərki sənədlər tapılıb. Bu da ayrı bir problrm.
Öncədən bank əməkdaşından dəfələrlə soruşdum prosesi sürətləndirmək üçün 125 azn mi ödəyim? Dedi ehtiyac yoxdu zatən tətil günləri araya girir 53 azn ödəməyim kifayetdir və ayin 1i maximum 2si girovdan çıxmaqla bağlı sənədi ev sahibi əldə edəcək və ayin 2-3 ü mənim sənədləşmə işim yekunlaşacaq. Lakin ev sahibi 53 azn rüsumu ABB Bankın MXD filialına ödədikdən sonra ABB Bankın digər əməkdaşı tam fərqli məlumat verərək bildirib ki, 53 AZN ödəniş edildikdə proses 5 iş günü ərzində icra olunur, 125 AZN ödənilsəydi isə 1 iş günü ərzində tamamlanacaqdı. Təkrar extra ödəniş edilməsini istədik proses surətlənsin deyə ancaq əməkdaş artıq gec olduğunu əvvəlcədən 125 azn ödənilməliydi deyə bildirib. Və bu o deməkdir ki mənim bir o sənədi gözləməyim ayın 5inə qədər çəkə bilər və daha sonra təkrar evin girova salınması da yəqinki 7-8inə. Mən və ev sahibu bütün işimizi planlarımızı, biletləri hamısını ləğv edib abb bankın nazı ilə oynamalıyıq. İki əməkdaşın yanlış məlumat verməsi mənə 3-4min ziyana başa gəlir və evi almaöım risk altına düşür bunun məsuliyyətini kim alır????!!!
Sual yaranır: eyni bankın əməkdaşları niyə eyni məsələ ilə bağlı bir-birinə zidd və fərqli məlumatlar verir? Əgər bu məlumat ilk gündən düzgün təqdim edilsəydi, prosesin sürətləndirilməsi üçün tələb olunan ödəniş edilər və bu gecikmə riski yaranmazdı.
Hazırda mənim xarici səfərimin, şəxsi planlarımın və maliyyə öhdəliklərimin pozulması təhlükəsi yaranıb. Bunun səbəbi isə ABB Bank əməkdaşlarının verdiyi ziddiyyətli məlumatlar və məsələyə qeyri-peşəkar yanaşmasıdır.
Daha narahatedici məqam isə ondan ibarətdir ki, məsələ ilə bağlı edilən şikayətlərə və müraciətlərə baxmayaraq, konkret həll yolu və dəqiq məlumat təqdim edilmir.
Ümid edirəm ki, ABB Bank müştəri məmnuniyyətini reklam şüarı kimi deyil, real fəaliyyəti ilə nümayiş etdirəcək və bu məsələni operativ şəkildə həll edəcək..."









